Google Tərcümə- Vitqenşteynin dil haqqında nəzəriyyəsinin manifestidir

Post date:

Author:

Category:

Dil fəlsəfəsi sahəsində tanınmış filosof olan Lüdviq Vitqenşteynin dil haqqında nəzəriyyələrinin yayınlamasından 60 il sonra Google Tərcümənin arxasındakı süni intellekt bizə bu nəzəriyyənin praktik bir nümunəsini təqdim etdi.
Lüdviq Vitgenşteyn (26 aprel 1889, Vyana, Avstriya-Macarıstan – 29 aprel 1951, Kembric, Böyük Britaniya) 

Adobeda dizayn proqramisti kimi işləyən və Vitqenşteynin nəzəriyyələri üzərində ixtisaslaşmış Garry Hagberdən fəlsəfə təhsili alan Patrick Hebron Google Tərcümənin arxasındakı sistemin Vitqenşteynin nəzəriyyəyəsinə əsasən proqramlaşdığını qeyd edir.

Google mütəxəssisləri öncələri Vitqenşteynin nəzəriyyəsinin onların tərcümə xidmətinə olan böyük effektivliliyini etiraf etsələr də, ancaq necəsə dil fəlsəfəsi və süni intellekt arasında olan bu bağlantı uzun müddət göz ardı edilmiş və diqqətlərdən qaçmışdır.

Google Tərcümə öz funksiyasını sözləri mənalandıraraq yerinə yetirir. Tərcümə xidməti, Google mütəxəssisləri tərəfindən hazırlanan word2vec adlanan və hər bir söz üçün ” vektroial kordinat” təyin edən bir algoritma ilə işləyir. Bu da hər bir kəlimənin sistemdə rəqəmsal olaraq təmsil olunması deməkdir.

Bunun üçün də proqramistlər tərcümə xidmətinin sistemə daxil edilən sözlərin bir-birilə əlaqəsini anlayaraq fəaliyyət göstərməsi üçün süni bir neyron şəbəkəsi yaratmalıdır. Çünki bəzi sözlərin bir neçə mənası ola bilir (gövdə sözü həm insanın, həm də ağacın bir hissəsi kimi işlədilə bilir). Buna görə də Google Tərcümə mətnin məzmununu anlamalıdır.

Süni neyron şəbəkəsi olaraq adlandırdığımız bu riyazi model sözün ətrafında olan, yəni özündən əvvəlki və ya özündən sonrakı iki sözə baxaraq milyonlarla mətni oxuyub sözlərin mənasını anlamağa çalışır. Süni intellekt xəyal edilməsi belə imkansız olan böyük ölçülü vektroial koordinatlar arasında kəlimələrin bir-birilə ehtimal oluna biləcək bağlantılarını hesablayır.

Və ən möhtəşəm hissə- Cəbrin sözləri vektorial kordinatlara uyğun tətbiq edərək ortaya məntiqli nəticələr ortaya çıxa biləcəyi sübut olundu. Hebron Computer Science’da 2013 cü ildə yayınlanan bir nümunəni misal gətirir: Kral sözünü təmsil edən vektorda “kişi”ni təmsil edən vektoru çıxarıb yerinə “qadını” təmsil edən vektoru qoysaq , “kraliça” sözünü təmsil edən vektorun yerinə keçid edcəksiniz. Bu heç də təsadüfi deyil.Məsələn, “Moskva” və “Rusiya” da olduğu kimi “Pekin” və “Çin” üçün olan vektor istiqamətləndirilməsi arasında da oxşar bir vektor əlaqəsi var ” Hebron qeyd edir.

Hebron həmçinin qeyd edir ki, “oxşar kəlimələr, oxşar yerlərdə yerləşir”. Bu sözlər arasındakı məkan bənzərlikləri də onların arasında olan məntiqi bağlılıq haqqında fikirlərimizi formalaşdırır.

Bu əlaqə Wittgenstein dil anlayışının bir ifadəsidir. 1953 ildə ölümündən sonra yayınlanan “Fəlsəfə sorğuları”  araşdırmalarında filosof sözlərin standart və sabit mənalarının olmadığını iddia edirdi. O, həmçinin sözləri “ailə bənzərliyi” olan başqa sözlərə baxaraq başa düşməli olduğumuzu vurğuladı.

Ənənəvi olaraq-və həmçinin doqmatik olaraq – etdiyimiz kimi, bir kəlmənin mənasının yer aldığı əsas nüvəsinə və bilvasitə, bu kəlmənin bütün istifadələrində ortaq olan şeyə baxmamız üçün heç bir əsas yoxdur. Bunun yerinə “bir-birilə ziddiyyət təşkil edən və çarpaz keçişli qarışıq bənzərliklər toru” vasitəsilə kəlmə istifadələrində səyahət etməliyik” deyir Standford Ensiklopediyasında.

Bunun yerinə o sözlərin mənası dildə isitifadə olunduğu zaman yarandığını söylədi. Stanford Ensiklopediyasında Vitqenşteynin nəzəriyyəsinin açıqlamasıda qeyd olunur ki, həqiqət axtarışında olan filosof, sözlərin isitifadəsi zamanı onların müxtəlilifliyini nəzərə almalı, yəni baxmalı və görməlidir. Və beləliklə Google tərcümə Vitqenşteynin nəzəriyyəsini diqqətlə gözdən keçirir:

Bu iki fikir arasında həqiqi bir bağlantı mövcuddur, çünki word2vec daxilindəki sözlərin təmsilləri ilə bilmək yollarımız, ətrafdakı sözlərə baxaraq onları təyin etməyimiz əsasən cümlə içində istifadə edilən mənalarını təsbit etməyimizdir -deyir Hebron

Bu fəlsəfi fikirləri ilk və tək test edən süni intelekt nümunəsi deyil. Noam Çomski qramatika kimi dil funksiyalarınnın bizim təbiətimiz etibarı ilə yadda saxladığımızı bildirsə də, ancaq dərin öyrənmə professoru olan Yoshua Bengio dərin öyrənmənin bunu inkar etdiyini deyir. Süni intelektin öyrənmək funksiyası özlüyündə faydalı olsa da, Hebron əlavə olaraq “başqa abstrakt fəlsəfi anlayışlar”ın da test edilə bilcəyini bildirdi.

Corc Boole və  Qotlob Freç kimi filosofların ilk dəfə kompüter kodunu yaratdıqlarını nəzərə alsaq, Sİ-də əldə edilən irəliləyişlərin davamlı olaraq fəlsəfi nəzəriyyələrə dönəcəyi düşünülür.

Mənbə:

https://qz.com/1549212/google-translate-is-a-manifestation-of-wittgensteins-theory-of-language/?fbclid=IwAR15XTIIlcHxX3A160IPdzphCOwnZKa-UyaGxM0o4p5oQwFtoUvU6SWVRZ8

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...