Gördüklərimizlə kim olduğumuzu bərabərləşdirən adam – Ernst Haas

Post date:

Author:

Category:

Ernst Haas 1921-ci il 2 martda Vyanada doğuldu. Gənclik dövrlərində tibbə və rəsmə böyük maraq göstərsə də, gələcəkdə parlaq bir foto-jurnalist kimi məşhurlaşacaqdı.

İkinci Dünya Müharibəsi dövrlərinin fəsadları yavaş-yavaş aradan qalxarkən o, öz işini inkişaf etdirməyin dərdində idi. Başlanğıcda, şəkillərin estetik imkanları ilə maraqlanırdı və ilk işlərində Werner Bischofun təsirini hiss etməmək mümkün deyildi.

1947-ci ildə Heute jurnalında işə başladı. Bu jurnala fotoqraflıq etməyi öz üslubunu yarada bilməyi üçün qarşısına geniş imkanlar çıxardı. Ernst də bu imkanları dəyərləndirdi. Prisoners of War Coming Home fotoqrafın ən sevilən və səs gətirən işlərindən idi. İşlədiyi jurnalda bu qısa hekayəli şəkillər proyekti çap olunandan 1 həftə sonra amerikanlar tərəfindən  idarə olunan, dövrünün aparıcı illüstrasiyalı jurnalı Lifeda yenidən dərc olunur və bu hadisə Ernst Haasın bir foto-jurnalist kimi irəliləməsinə yardım edir.

Müharibə dönüşü qadın Vyanaya qayıdan oğlunu qarşılayır

Müharibədən Vyanaya qayıdan əsgər gülümsəyərək ümid və ümidsizliyin qarışıqlığını təcəssüm edən qadının yanından keçir

Müharibədən qayıdanları qarşılayan Vyanadaki izdiham duyğuların müxtəlifliyi ilə bərabər müşahidə olunur

Bundan sonra gələn ün burulğanı beynəlxalq foto agentliyi Magnum Photosa çağırılmağı ilə nəticələndi.  1951-ci ildə Magic Images of New York adlanan 24 səhifəlik rəngli foto-esse daha əvvəldən Ernst ilə əməkdaşlıq etmiş Life jurnalında çap olundu.

1950-1960-cı illər intervalında Ernst həm ağ-qara, həm də rəngli şəkillərin müəllifi kimi Look, VogueHoliday kimi jurnallara da öz töhfələrini verdi.  Land of the Pharaohs, The Misfits, The Pride and the Passion, Little Big Man və bunlardan əlavə, çoxsaylı filmlər üçün fotoqraflıq etdi, lakin təəssüflər olsun ki, heç bir filmin wikipedia səhifəsində Ernst Haasın adı çəkilmir. Yaxşı ki, bu günləri görmədi.

The Misfits filmindən görüntülər:

John Huston və Marilyn Monroe “The Misfits” filminin çəkilişlərində

Marilyn Monroe “The Misfits” filminin çəkilişlərində

1962-ci ildə  The Art of Seeing adını verdiyi dörd hissəli sənədli filmə yazıçı və rejissor, hələ üstəlik baş rol kimi sahiblik etdi.

Bir az keçmişə qayıdaq. Məsələn 1954-cü ilə.

Həmin il Magnumun hansı ki, dövrünün çox məşhur jurnallarından idi və Haas ani bir parıltısı ilə oraya çağrılmışdı, birinci prezidenti Robert Capa öldürüldü, Werner Bischof  kim ki, Haasın ilk fəaliyyət illərində yaradıcılığı ilə ona təsir etmişdi, maşın qəzasında dəhşətli şəkildə həlak oldu.

Bu hadisələrdən sonra Ernst Magnumun idarə heyətinə təyin olundu. 1959-cu ildə David “Chim” Seymourun ölümü ilə o, dördüncü prezident seçilə bilmək şansına yiyələndi. Ernst Haas dördüncü prezident olduğu dövrlərdə təşkilatın gələcəyi üçün davamlı və əhəmiyyətli addımlar atdı, dövrün tələbinə uyğun olaraq, üzvləri mükəmməllik və yenilik üçün işlər həyata keçirməyə ruhlandırdı. Magnumun üzvlərinə yazdığı məktubda o deyirdi:

Hər bİrimiz gözəl, qeyri-adi, təəccüblü şəkillər çəkmək istəyirik. Hər birimiz öz üslubumuzla mübarizə aparırıq. Dəyişikliklər öz iradəsi hesabına gəlmir və heç zaman arzu olunan olmur. Gəlin bir-birimizə daha tənqidi yanaşaq: bu, bizi daha da yaxınlaşdıracaq. Gəlin mübarizədə yeni bir ortaq məxrəc tapaq, öz ixtira standartlarımızı izləməyək. Gizlətməyin, kəşf edin! 

Ola bilər ki, “Gizlətməyin, kəşf edin!” sözü bir o qədər də sizi qane etməsin, fəqər orijinalının “Don’t cover – discover!” olduğunu fikirləşsək, günahı mənim tərcüməmə atmaq olar.

ABŞ, 1967

ABŞ, 1975

ABŞ,1960

ABŞ, 1977

Hər bir sənətkar öz daxilində şeir , hər bir insan isə poetik elementlər daşıyır . Biz bilirik, biz hiss edirik, biz inanırıq.

İndi yenidən 1962-ə nəzər salmalı olsaq, həmin ildə New Yorkda yerləşən Müasir İncəsənət Muzeyində Haasın rəngli fotoqrafiya üzərindən apardığı 10 illik tədqiqatları nümayiş etdirildi.

Bir il sonra şəkillər kitabı olan Elementsi dərc etdirdi. Buradaki işləri fəaliyyətinin yalnız ilk dövrlərində maraq göstərdiyi abstrak dizayna yenidən yönəldiyini əks etdirirdi. Bu kitabı The Creation (Yaradılış) (1971), In America (Amerikada) (1975), In Germany (Almaniyada) (1977) və Himalayan Pilgrimage (Himalay ziyarəti) (1978) kimi kitablar izlədi.

1966-cı ildə  The Bible filminin ikinci rejissoru kimi fəaliyyət göstərdi, fəqət bu gün yenə görürük ki, heç bir yerdə onun adı çəkilmir.  (Hətta bir ara mən də düşündüm ki, bu məlumatlar da yanlışdır, kimsə uydurub. Uydurulmayıb. Davam edirəm).

Həmin dövrlərdə – hansı ki, hər əlinə Canon alan “Filankəs Filankəsov Photography” səhifəsi açmırdı, Ernst Haas ciddi-yaradıcı fotoqraflar üçün ağ-qara fotoqrafiyadan daha az faydalı sayıldığı dövrlərdə, rəngli fotoqrafiya sənətinin yaranmasına liderlik etdi.

O, rəngli şəkil fotoqraflığı ilə məşğul olsa da, Haasın ağ-qara şəkilləri ICPnin  1993-dəki işləriylə sərgiləndiyi kimi, müharibə sonrası avropa və amerikanın ən kəskin, xatırladıcı və gözəl görüntüləri arasında yerləşir.

Yeni şeylərİ çəkməklə bir o qədər maraqlanmıram. Mənə əsas maraqlı gələn köhnə şeyləri belə yeni görməkdir.

Yaşadığı dövrlərdəki aktivliyini bir kənara qoysaq, ölümündən sonra belə sərgiləri davam etmişdir. Ümumi isə 50-yə yaxın sərgisi baş tutub.

Sadəcə kameranız və sİz varsınız. Şəkillərinizdəki məhdudiyyətlər sizə bağlıdır: çünki nə gördüyümüz kim olduğumuzdur.

Mənbələr:

https://www.rarehistoricalphotos.com

http://www.gettyimages.com/

https://www.icp.org

http://www.vulture.com

https://en.wikipedia.org

Hazırladı: Pəri Abbaslı

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.