Günəş sistemində olan təbii peyklər

Post date:

Author:

Category:

Günəş sistemindəki planetlərin peykləri – həyatın olması mümkündürmü?

Günəş sisteminin bilinən təbii peykləri say olaraq 200-dən çoxdur. Peyklər çox fərqli ölçülərdə və şəkillərdə ola bilərlər. Peyklərin çoxunda atmosfer yoxdur. Lakin kiçik bir qismində atmosfer və hətta okeanlar belə vardır. Avropa (Yupiterin peyki), Titan (Saturnun peyki), Enkelad (Saturnun peyki) peyklərində su nümunələri tapılmışdır. Bu da öz növbəsində, həyatın olması ehtimalını gücləndirmişdir.

Bu peyklərin bəziləri müvəqqəti peyklərdir. Müvəqqəti peyk, planetin orbitinə daha sonradan girə və müəyyən bir zaman sonra orbitdən çıxaraq öz istiqamətində irəliləməyə davam edən göy cisimlərinə deyilir.

Peyksiz Planetlər

Bəzi planetlərin isə heç bir peyki yoxdur. Məsələn, Merkuri və Veneranın bilinən bir peykləri yoxdur.

Yerin peyki

Dünyanın peyki olan Ayın Yer ilə Mars böyüklüyünə yaxın bir böyüklükdə olan cismin toqquşması nəticəsində meydana gəlmiş olabiləcəyi düşünülməkdədir. Ay, Günəş sistemində radius baxımından 5-ci ən böyük təbii peykdir.

Ay. Mənbə:Pixabay

Marsın peykləri

Marsın iki kiçik peyki vardır. Buna görə də, Günəş Sistemindəki ən kiçik peyklər arasındadırlar. Bunlar, Fobos və ondan biraz daha kiçik olan Deymosdur. Fobos yavaş-yavaş Marsa yaxınlaşmaqdadır. Təqribən 50 milyon il ərzində planetlə toqquşa bilər ya da Marsın qravitasiya qüvvəsi Fobosu parçalaya bilər və Mars çevrəsində  incə bir halqa yarada bilər. Fobos, Dünyanın cazibə qüvvəsinin yalnızca 1/1000-nə sahibdir. Yəni Dünyada 68 kiloqram olan bir nəfər Fobosda 68 qram ağırlığında olar.

Yupiterin peykləri

Yupiterin 26-sı müvəqqəti olmaqla toplam 79 peyki vardır. Bunların ən böyükləri İo, Avropa, Qanimed və Kallistodur. İo Günəş Sistemindəki ən aktiv  vulkanik səthə malik olan peykdir və səthi kükürd ilə örtülüdür. Avropanın səthi daha çox buz ilə örtülüdür və Dünyadan iki dəfə daha çox  suya sahib olduğu düşünülməkdədir. Bu səbəblə yaşana bilən bir əraziyə sahib olma potensialı vardır.

Yupiterin peykləri. Soldan sağa, İo, Avropa, Qanimed, Kallisto. Mənbə: Pixabay

Saturnun peykləri

Saturnun 29-u müvəqqəti olmaqla toplam 82 peyki vardır. Bunların içində ən önəmli olanlardan biri Titandır. Titan, Saturnun ən böyük və Günəş sisteminin ən böyük ikinci peykidir. Titan, səthində hər cür mayenin toplandığı Dünya xaricində  bilinən tək peykdir. Titanın səth istiliyi o qədər aşağıdır ki, səthi qaya yerinə su buzu ilə örtülüdür. Ancaq istilik metan və etanın maye qala bilməsi üçün yetərlidir.

Elm adamları, Titanda  sadəcə maye metan və etanın olmadığını eyni zamanda göydən yağış olaraq yağdığını və bir  neçə yüz kilometr genişliyində ve yüzlərcə metr dərinliyində göllər yaratdıqlarını kəşf ettilər. Bundan başqa, Titanın Günəşə olan uzaqlığına baxmayaraq soyuq səthinin altında sferik bir maye su yeraltı okeanı vardır. Ancaq Titan, Saturnun yeraltı okeanına sahib tək peyki deyil.

Saturnun peykləri: Titan. Qaynaq: NASA

Saturnun bir digər peyki olan  Enkeladın Cənub Qütbü ərazisində bir yeraltı maye su okeanı vardır.

Saturnun peykləri: Enkelad. Qaynaq: NASA

Peyklərdə həyatın olması mümkündürmü?

Avropa, Titan və Enkelad üzərində aparılan tədqiqatlar nəticəsində tapılan su  nümunələri elm adamlarını həyəcanlandırmış və həyat olma ehtimalı canlanmıştır.

Yupiter və Saturn, Günəşə olan uzaqlıqlarından dolayı yaşana bilən bölgənin xaricindədir. Buna baxmayaraq yeraltı su okeanlarının varlığı elm adamlarına bu peyklərdə araştırma etmək üçün daha çox stimul vermişdir. Edilən araştırmalarda bir canlı növü kəşf edilməsə belə, o bölgədə daha sonra bir yaşam bölgəsi yarada bilmə potensialı olduğu düşünülməktədir.

Uranın peykləri

Uranın 27 peyki vardır. Ariel, Uranın bütün peykləri arasında ən parlaq və ehtimal ki, ən gənc səthə sahib olan peykidir. Miranda, Uranın ən kiçik peykidir və xarici səthi digər heç bir peykə bənzəməyən meylli bir quruluşdadır.

Uranın peykləri: Ariel. Qaynaq: NASA

Neptunun peykləri

Neptunun 14 peyki vardır. Triton, Neptunun peyklərinin ən böyüyüdür. Tritonun bir səthi buz ilə örtülüdür. Təqribən  -240 selsi dərəcə olan bu peyk Günəş Sistemindəki ən soyuq cisimlərdən biridir. Bundan başqa Triton, Günəş Sistemində planetin fırlanma istiqamətinin əksinə dönən tək böyük peykdir. Bu vəziyyət bir zamanlar Neptunun orbitinə daxil olan müstəqil bir cisim ola biləcəyini düşündürməktədir. Neptunun cazibə qüvvəsi  Triton üzərində dartı qüvvəsi təsiri yaradır. Həm də planetə getdikcə daha yaxın olmasına səbəb olmaqdadır. Milyonlarla il sonra Triton planetə o qədər  çox yaxınlaşacaqdır ki, cazibə qüvvələri onu parçalayacaqdır.

Cırtdan planetlərin peykləri

Cırtdan bir planet olan Plutonun 5 peyki vardır. Bu peyklərin ən böyüyü olan Xaron, Plutonun yarısı qədərdir.

Xaron və Plutonun digər peykləri ilə müqayisəsi Qaynaq: NASA

Haumea, Güneş Sistemimizin ən sürətli dönən cırtdan planetidir. Namaka və Hiiaka adında iki peyki vardır.

Makemake, Koyper qurşağındakı ən parlaq ikinci cisimdir. MK2 adında bir müvəqqəti peyki vardır. Bundan başqa Pluton, Erida və Haumea cırtdan planetləri də Neptunun orbiti xaricindəki Koyper qurşağındadırlar.

İç Günəş Sistemindəki tək cırtdan planet olan Sereranın bilinən bir peyki yoxdur. Eyni zamanda Mars və Yupiterin arasındakı asteroit qurşağında ən böyük cisimdir.

  • Günəş Sistemindəki ortalama radius baxımından ən böyük 5 peyk
  1. Qanimed
  2. Titan
  3. Kallisto
  4. İo
  5. Ay

Mənbə:

Güneş Sisteminde Bulunan Doğal Uydular: Hangi Gezegenin Kaç Tane Uydusu Var?

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...