Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Post date:

Author:

Category:

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun içə çökməsi nəticəsində meydana gəldi.

Bu çökmə nəticəsində toz buludu diskvari quruluş almağa başladı. Bu disk üzərindəki daha sıx ərazilərdə toz və qaz yığılmağa başladı. Sıx bölgələr, özünə daha çox maddə cəlb etdikcə təcilin qorunması ilə artan təzyiqdə dönməyə və genişləməyə başladı. Maddənin böyük hissəsi mərkəzdə cəmlənsə də, bir hissəsi dönən disk üzərinə yayıldı. Mərkəzdə meydana gələn top günəşin quruluşunu diskə dağılmış maddələr isə günəş sistemindəki planetlərin quruluşunu meydana gətirdi.

Günəşin və planetlərin formalaşması üçün daha çox vaxt lazım idi. Günəş ilkin formalaşmadan sonra protostar (ibtidai ulduz) olaraq 100000 il keçirdi və bu zaman ərzində daxildəki təyziq nüvədəki birləşməni (birləşmə reaksiyası) başlatdı. Günəşin indiki formasına gəlməsi üçün daha bir neçə milyon ilə ehtiyac var idi və bu zaman aralığını T–Tauri -ulduzu olaraq keçirdi. T–Tauri dövrü: ulduzun nüvədəki birləşmə reaksiyasını (nüvədəki yüksək təyziq və temperatur vasitəsi ilə qaynama və birləşməsi) başlatması üçün hələ yetərincə daxili təzyiq və temperaturunun olmadığı bir dövrdür. Bu mərhələ də ulduz nüvə birləşməsinin gerçəkləşməsi üçün tədricən çökür.

Keçən bu zaman aralığını qət etdikdən sonra, günəş təkamülündə bir addım irəlilədi və “The Main Sequence” (Əsas ardıcıllıq) adlanan mərhələyə çatdı. Təqribən 4,5 milyard illik mərhələ.

Bu mərhələdə Günəşin nüvəsində yığılan hidrogen atomları nüvə birləşməsi nəticəsində helium atomlarına çevrilir , bu çevrilmə sonrası yaranan enerji günəş enerjisini meydana gətirir ki, həmin enerji günəş sisteminə istilik və işıq halında yayılır. Nüvə birləşməsi iki elementin birləşərək daha ağır bir element əmələ gətirməsinə səbəb olan reaksiyalara deyilir. Bu reaksiya nəticəsində böyük enerji hasil olur. Ancaq mərkəzdə toplanan hidrogen atomları da məhdud sayda olduqları üçün bu hadisə əbədi davam etmir. Bir növ Günəşin yanacağı hidrogen atomlarıdır və sonsuz deyil.

Günəşin yanacağı tükəndiyi zaman nə baş verəcək?

Nüvədəki hidrogen atomlarının tükənməsi nəticəsində, ora yığılan heliyum atomları xaotik hal alaraq çökməyə başlayacaqdır. Bu hal nüvədəki temperaturun və konsentrasiyanın artmasına səbəb olacaq, günəş getdikcə böyüyərək “Red Giant Blach” (Qırmızı Div) adlanan mərhələsinə keçəcəkdir. Sözü gedən genişlənmə nəticəsində Günəş Merkuri, Venera və bəlkə də Yer kürəsini də öz orbiti fəzasına daxil edəcəkdir.

Günəş “Qırmızı Div” kimi təqribən 120 milyon il yaşayacaqdır. Bu müddət ərzində nüvədə yığılmış helium atomları alovlanacaq və nüvənin təxminən 6% -i Günəşin kütləsinin isə 40% -i karbona çevriləcəkdir.

Bu mərhələdən sonra Günəş öz nüvəsindəki helium atomlarını tükədənə qədər, təxminən 100 milyon il yandıracaq. Sonra 20 milyon il ərzində Günəş qeyri-sabit olacaq və kütləsini itirməyə başlayacaqdır. Nüvədəki birləşmə (Füzyon) reaksiyasını həyata keçirə biləcək yanacaq (hidrogen) olmadığı üçün, günəşin içə çökməsini əngəlləyəcək təzyiq artıq olmayacaq və Günəş içə doğru çökməyə başlayacaqdır.

Bu çökmə nəticəsində təxminən 500.000 ildən sonra, günəşin indiki kütləsinin yalnız yarısı qalacaq və xarici səthində planetar duman meydana gəlməyə başlayacaq. Planetar duman ölən ulduzun xarici səthlərindən ayrılması nəticəsində əmələ gələn toz və qaz buluduna deyilir. Planetar duman təxminən 10000 il ərzində dağılacaq lakin mərkəzdə əmələ gələn ağ cırtdan trilyonlarla il yaşayacaq.

Hidrogen atomları tükəndikdən sonra günəş helium atomlarını, daha sonra isə karbon atomlarını transformasiya edəcək və nəticədə nüvəsində dəmir toplanmağa başlayacaq. Dəmir nüvə birləşməsi reaksiyasına girdikdə heç bir enerji verməyəcəyi üçün nüvəsində günəşin içinə çökməsinə mane olacaq hər hansı bir təzyiq qalmayacaqdır. Nüvədə günəşin kütləsindən təxminən 1,38 dəfə çox dəmir toplandıqda isə böyük bir partlayış baş verəcək və ətrafa böyük enerji yayılacaqdır. Bu enerji Günəş sistemindəki bütün planetləri məhv edəcəkdir.

Günəşin kütləsi yetərli olmadığı üçün qara dəliyə çevrilə bilməyəcək. Öz enerjisini bitənə qədər yandıracaq və ən sonda “ağ cırtdan” adlandırdığımız, radiusu günəşdən 100 dəfə kiçik lakin çəkisi günəşin çəkisinə bərabər olan planetə dönəcəkdir. (Ağ cırtdan adlandırılan mərhələ, ulduz təkamülünün ən son mərhələsidir).

Mənbə: Güneş’in Evrimi: Güneş Nasıl Var Oldu? Nasıl Yok Olacak?

Redaktə etdi:Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.