O həyatın mərkəzindədir – Günəşin sonu necə olacaq?

Post date:

Author:

Category:

Günəşdə gedən nüvə reaksiyasını nəzərə alsaq, gənclik illərini yaşayan bir ulduzdur. Gənclik dönəmində ulduzlar hidrogeni heliuma çevirərək enerji istehsal edir. Lakin, bir müddət sonra, ulduzun nüvəsində heliuma çevirmək üçün lazım olan miqdarda hidrogen qalmır. Nüvə və çevrəsi, ulduzun o zamana qədər topladığı heliumla dolmağa başlayır. Bu hidrogen qıtlığının yaranması, ulduzların kütləsindən asılıdır. Günəş bənzəri ulduzlarda nüvə reaksiyası təxminən 10 milyard il davam edir.

Hidrogen bitdiyi zaman, ulduzun nüvəsində enerji istehsalı dayanır. Dayanan enerji istehsalı, ulduzu meydana gəldiyi ilk gündən bəri içə çökməyə məcbur edən, ancaq yaranan enerjinin xaricə meyilli olan təzyiqinə məğlub olan cazibə qüvvəsinin hakimiyyəti ələ keçirməsinə səbəb olur. Bu zaman, ulduzun nüvəsi içə doğru çökməyə, kiçilməyə və sıxılmağa məruz qalır.

Qeyd: Cazibə qüvvəsi və ulduzun yaratdığı enerji arasında baş verən bu hadisəyə “Hidrostatik tarazlıq” adı verilir.

Enerji istehsal edə bilmədiyi üçün baş verən içə çökmənin qabağını ala bilməyən nüvə, bir müddət sonra o qədər sıxışır ki, bu sıxışma zamanı yaranan sürtünmə nəticəsində 100 milyon °C istiliyə çatan helium və nüvəni əhatə edən qat, hidrogen kimi enerji istehsal etməyə başlayır. Artıq helium atomları birləşərək karbon yaradır və bu hidrogen reaksiyalarından əmələ gələn enerjidən daha çoxdur.

Ulduzun içinə çökmə prosesi davam edərkən, isinən xarici qatlar genişlənməyə başlayır. Sıxlığını qoruya bilməyən ulduzda isə, nüvədəki helium reaksiyasının yaratdığı isinmə genişlənməni sürətləndirir.

Artıq ömrünün sonuna çatan ulduz, əvvəlkindən təxminən 100 dəfə daha çox böyük hala gəlir. Helium reaksiyanın yaratdığı çoxlu miqdarda enerji daha çox istilik yaysa da, səthindəki istilik, genişləndiyi üçün əvvəlkinin yarısı qədər düşür. Bu isə ulduzun artıq qırmızı şəkildə görünməsinə səbəb olur.

Davamında isə, helium reaksiyası da bitir və karbon yanmağa başlayır. Bundan sonra isə, sıra ilə oksigen, neon, silikon, kükürd və s. yanır. Lakin, Günəşin kütləsi helium və karbondan sonra nüvə reaksiyasını davam etdirə bilmir və ömrünü buluda bənzər ağ rəngli bir cırttan olaraq tamamlayır.

Yuxarıdakı görüntüdə, Günəşin hazırki halını və təxminən 5 milyard il sonra çeviriləcəyi qırmızı rəngli nəhəng halını görürsünüz.

Tərcüməçi: Turqut Ağayev

Mənbə: kozmikanafor

STAY CONNECTED

19,741FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....