Günvurma nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Başın və bütün bədənin qızmar günəş şüası təsirindən isinməsinə günvurma deyilir. Günəşin infraqırmızı, yaşıl, bənövşəyi və ultrabənövşəyi şüalarının təsirindən kəllə qutusu ilə baş-beyin arasında hərarət 41°- ə qədər qalxa bilər. Uşaqlar və qocalar günvurmaya daha həssas olurlar. İlk dəfə günəş şüasının təsirinə məruz qalan dəri səthində tezliklə yanıq əmələ gəlir. İqlim dəyişdikdə xüsusən yüksək yerlərdə günəş şüalarından vurğu tez–tez təsadüf olunur. Qızmar günəş altında fıziki işlə məşğul olan şəxslərdə istilik hasilatı güclənir və günəş şüası, beyin qişalarında və beyin toxumasında qan durğunluğu, sonra isə ödem törənir, tənəffüs və damar mərkəzlərinin fəaliyyəti pozulur.

Kəskin seroz, meningitin əmələ gəlməsi mərkəzi sinir sisteminin fəaliyyətində pozuntu törədir. Günəşin şüalannm təsirindən yaranmış eritemalarda yamq səthində aktiv histaminə bənzər maddələr yaranıb damarların divarına genişləndirici təsir edir və kollapsa səbəb olur.

Patoloji anatomiyası-günvurma üçün beyin və qişaların kəskin hipoksiyası və ödemi səciyyəvidir. Mədəciklərdə çoxlu seroz-hemorragik maye toplanır. Beyin maddəsində qansızmalar yaranır. Kəskin serozlaşma əlamətləri müşahidə edilir. Qəflətən huş qısa müddətə itir, sifət ağarır, bəbəklər genişlənir. Ürək döyüntüsü və təngnəfəslik artır. Arterial qan təzyiqi azalır, vətər refleksləri artır. Ağır hallarda tənəffüs və qan-damar çatmazlığı, ağciyər, beyin ödemi əmələ gəlir, komatoz vəziyyət yaranır.

Diaqnoz – günəş vurğusunda mərkəzi sinir sisteminin pozuntuları əlameti: ümumi oyanıqlıq, başağrıları, qıcolma törənir, onurğa beyni mayesində təzyiq artır, hüceyrə elementləri çoxalır. Güclü tərləmə olur. Günəş vurğusundan fərqli olaraq istilik vurğusunda bu əlamətlər az nəzərə çarpır. Bu isə günəş şüasının mürəkkəb tərkibliyi ilə əlaqədardır.

Profilaktika -iş yerində, çimərliklərdə günəş şüalarından mühafızə üçün kölgəliklər tikilməlidir. Geyim yüngül, ağ rəngli, xüsusən baş örtüklə mühafizə olunmalıdır.

Müalicə – günəş vurğusu almış şəxsi kölgəliyə, soyuq şəraitə keçirmək, başına buzlu kisə qoymaq, üst paltarlarını soyundurmaq lazımdır. Ümk-tənəfü’ıs fəaliyyəti pozulduqda, istilik vurğusunda olduğu kimi k6məklik göstərilməlidir. Venadaxilinə 40% (150-200 ml) qlükoza məhlulu, askorbin turşusu, digər vitaminlər yeridilməlidir. Dəri səthində yanıqlar olarsa, histamin əleyhinə dərmanlar verilməlidir.

Mənbə:

Çərkəz Cəfərov- Ümumi Cərrahlıq

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...