Güzgü neyronların funksiyası

Bir parkta yeridiyinizi və çəmənlikdə topoynayan uşaqlar xəyal edin, uşaqların oynadığı o top qabağınızda gedən bir insanın üstünə gələndə sanki sizə gəlirmiş kimi reaksiya verirsiniz və ya bir yarış izləyəndə idmançıların bitiş zolağına çatdığı anda ürəyimiz döyünür .Daha bir misal, qarşınızdakı yemək yeyən bir insan nədənsə iyrənəndə üzümüz sanki biz iyrənirmişik kimi ifadə alır, hətta bəzilərimizdə bu reaksiya ürəyimizin bulanmasına qədər gedib çıxa bilər. Qarşımızdakı insan əsnəyəndə bizi də əsnəmə tutar, yaxud da öz növümüzdən olan və ya olmayan bir canlının əzab çəkdiyini görəndə ona yazığımız gəlir.

2005 ci ildə edilən araşdırma nəticəsində Marko Lakoboni və bir qrup alim yuxarıda sadaladığımız proseslərin güzgü neyronlarla əlaqəli ola biləcəyi fikrini irəli sürdü, daha sonra edilən araşdırmalar da bunu dəstəklədi .Biz də bu məqalədə sizə güzgü neyronlar haqqında məlumat verəcəyik.

Güzgü neyronlar ilk dəfə 1980-1990-cı illər ərzində bunlar üzərində araşdırma edən Giakomo Rizzolatti və onun əməkdaşları tərəfindən tapıldı, bu neyrofizioloqlar “Macaca Nemestrina” növündən olan 3 dənə hibbonun ön  hərəkiönü qabıq nahiyəsinə elektrodlar yerləşdirərək hibbonların əl və bədən hərəkətlərini bir müddət izlədilər. Təcrübələr zamanı meymunların qarşısındakı insanın hərəkətlərini təqlid etməsi üçün şərait yaratdılar, bu müddət ərzində F5 bölgəsindəki bəzi neyronların təqlid hərəkətlərinə qarşılıq verdiklərini müşahidə etdilər. Bu neyronlar güzgü neyronlar adlanır, bu tərz bir güzgü sisteminin insanın beynində broka mərkəzində olduğu güman olunur

Araşdırmadan da göründüyü kimi güzgü neyronlar hibbonların F5 olaraq adlandırılan aşağı alın qırışığında və həmçinin aşağı təpə payında yerləşir. Hibbonlardakı bu güzgü neyronların əhəmiyyəti tam olaraq aşkar olunmasa da, körpə hibbonların dahi insanların hərəkətlərini təqlid edə bilməsi bilinən tək gerçəkdir, bu neyronlar nisbətən yetkin meymunlarda funksiyası isə başqa bir meymunun nə etməyə çalışmasını anlamaqdan ibarətdir.

Güzgü neyronlar həmçinin bir quş növündə də rast gəlinib. Bataqlıq sərçəsi olaraq adlandırılan “Melospiza georgiana” növü səsləri ayırd edə bilməsinə və mahnı oxumasına görə aktiv olduğu bilinir. Quşların bu növünün cəh-cəh etmə zamanı mahnı oxuma adətləri arasında beyinlərinin HVC bölgələrinə göndərilən elektrodların daha aktiv olduğu müşahidə olundu. Araşdırmanın sonunda bu bölgədə də güzgü neyronların olma qənaətinə gəlindi .

.

Indi isə öz növümüzə gələk, insan beynində spesifik bir neyron üzərində araşdırma etmək çox asan olmasa da, güzgü neyronların olmasına aid bəzi dəlillər var.

Təqlid etmək insanın sosial inkişafı öyrənməsi və ünsiyyəti baxımından önəmli rola sahibdir, yəni təqlid bəsit bir əzələ hərəkətinin müddətindən daha qarmaşıq bir zamandır. Alimlər təqlid etmə müddətində hibbon və bataqlıq sərçələrində müşahidə edilən güzgü neyronların olduğunu düşünürlər, insanlar üzərində güzgü neyron tapmaq üçün bu neyronların kəşfində mühüm rolu olan Giakomo Rizzolatti və onun əməkdaşları durur, onlar hibbonlarda güzgü neyronların tapıldığı F5 bölgəsinin insanda homoloqu olan broka mərkəzini tədqiq etdilər, araşdırma ərəfəsində təqlid zamanı insanların bir şeyi müşahidə etməsi müddətində bu bölgənin aktiv olduğu müşahidə olundu, lakin buna aid edilən ən böyük araşdırma isə 2010-cu ildə Roy Mukamel və onun əməkdaşlarının məqalələri oldu. Bu qrup 21 insan üzərində keçirdiyi sınaq zamanı müşahidə və hərəkətin icrasında bir qrup neyronun digər qruplara nisbətən daha aktiv olduğunu, daha çox reaksiya verdiyini müşahidə etdi , bu insanlarda da güzgü neyronların olduğuna dair tapılan ən böyük dəlildir, lakin bu heyətin tək nöqsanı güzgü neyronlarnı axtaracaqları bölgələri seçməmələri oldu. 21 insanın da içəri gichah payına elektrodlar yerləşdirildi, lakin bu bölgələrdə daha öncəki fərziyyələrə əsasən güzgü neyron ola biləcəyi düşünülməmişdi, beləliklə güzgü neyronlara bu bölgələrdə də rast gəlindi.

Bəs güzgü neyronların başqa nə kimi önəmi var?

Vilayanur Ramaçandranın fikrincə, bu neyronlar sadəcə qarşımızdakının hərəkətini anlamaqda və təqlid etməkdə deyil, xasiyyətimizi  də tanımağımıza kömək edir və bu fərziyyəsinə aşağıdakı sözlərlə aydınlıq gətirmişdir:

“Mən güzgü neyronların sadəcə başqalarının davranışlarını müşahidə etməkdə deyil, erkən beyin inkişafı zamanı xasiyyətimizin formalaşmasında da iştirak etdiyini düşünürəm”.

Lakin bunun üzərinə bir isbat olmadığından bu sadəcə bir iddia sayılır..

Bu idddianı azacıq olsa da, dəstəkləyən bir araşdırma Frans de Vaal tərəfindən edildi .Empatiya qura bilmək qabiliyyəti xarakterimizin fərqində olmağımızla əlaqələndirilir, sübutları isə başqa insanların hərəkətlərini, emosional vəziyyətlərini gördükdə beynimizdəki bəzi bölgələrinin (ön adacıq ,ön mahmızyanı şırım, aşağı alın qabığı) daha çox aktivlik göstərməsidir.

Başqa bir araşdırmaya əsasən, əvvəldə də qeyd etdiyimiz kimi hərəki təqlid olaraq adlandırılan müddətdə (başqasına top dəyəndə özümüzə dəyirmiş kimi hiss etməyimiz) güzgü neyronların burda iştirak etdiyi isbat edildi .

Bəs niyə hər hərəkəti təqlid etmir, qarşımızdakının hər yaşadığını yaşamırıq?

Bu vəziyyəti Kristian Keysers və Valeria Gazzola belə izah edir ki, digər insanı müşahidə etdiyimiz zaman hərəki mərkəzlər bəzən qapalı ola bilər, yəni bəzən güzgü neyronların göndərdiyi siqnallar hərəki neyronlar tərəfindən cavab reaksiyasına çevrilə bilmir.

Başqa bir araşdırma cinsiyyətlər arasındakı fərq üzərinə olundu Yaei Çeng və əməkdaşlarının etdiyi bir sıra araşdırmalar nəticədində dişilərin erkəklərə nəzərən güzgü neyronlardan gələn siqnallara verdikləri hərəki siqnalların daha çox olduğu isbat olundu, bu da dişilərin erkəklərdən niyə daha çox empatiya  qura bilməsinin bariz nümunəsidir.

Güzgü neyronlarla əlaqəsi olduğu düşünülən başqa bir hadisə isə autizmdir. 2008-ci ildə Dinstain və əməkdaşları lacaboni və əməkdaşlarının gəldiyi nəticələrdən istifadə edərək, autizm xəstəliyi və güzgü neyronlar arasında bir bağ qurmağa çalışdılar. Sübutları isə belə oldu: güzgü neyronlar və hərəki neyronlar arasında sıx bir əlaqə var .Qarşısındakını anlamaq üçün və təqlid etmək üçün bu neyronlar bir birilə sinxron sürıtdə işləyirlər, lakin bu bağın autizmli uşaqlarda az olduğu qənaətinə gəlindi, yəni loru dildə desək, autizmli uşaqlarda güzgü neyronlar sağlam insanlara nəzərən daha az olur və bu səbəbdən də onların hərəki neyronlarla olan əlaqəsi də daha məhduddur .

 

Cecilia Hayesin ‘Güzgü Neyronlar Haradan Gəldi’ adlı məqaləsində də izah etdiyi kimi bu neyronların təbii seçmə tərəfindən dəstəkləndiyi düşünülür, çünki bu neyronlar həm öyrənməyimizə kömək edir, həm də danışaraq informasiyanın ötürülə bilmədiyi zamanlarda informasiyanın bir nəsildən digərinə ötürülməsi işini asanlaşdırmışdır. Bunu tez öyrənən və icra edən meymunlara nəzər salsaq nəsillərini qoruyub saxlamaq və digərlərinə ötürmə bacarığı digərlərinə nəzərən yüksək olmuşdur

 

 

 

 

- Advertisement -

83 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Qara dəliklər

Qara dəlik çoxlarının təsəvvüründə kosmosda olan böyük bir qıfdır hansı ki, yaxında olan ulduzları, qalaktikaları və ümumiyyətlə yaxınlıqda nə varsa özünə çəkir. Əslində qara...

Qərb Dünyasına Məxsus Olan Ənənələrin Yəhudi-Xristian mənbələri

Qərb dünyası öz ənənələrinin əsaslarını iki başlıca qaynağa istinad edərək qoymuşdur: 1)Yəhudi-Xristian; 2)Yunan-Roma və ya başqa sözlə, klassik mənbələr adı altında elmə daxil olan mənbələri...

Aqata Kristi romanları əsasında çəkilmiş ən məşhur ekran əsərləri

Britaniyalı yazıçı Aqata Kristi (Agatha Christie) 20-ci əsrin ən məşhur yazarlarından biri olmuşdur. Günümüzdə onun personajları bütün düynada sevilir və kitablarının tirajları milyard nüsxəni...

Recent

Astral Səyahət Yalanı

İddiaçı: Ruhunuz yuxu əsnasında bədəninizdən ayrılaraq o anda fərqli yerlərdə baş verən hadisələri anlıq olaraq görə bilər, astral bədəninizi gələcəyə göndərərək gələcəkdən məlumatlar ala bilərsiniz....

Facebook tərəfindən yaradılan süni intellektlər öz aralarında başqa dildə danışdı

Facebook özü tərəfindən inkişaf etdirilən iki süni intellektin öz aralarında qəribə bir dildə ünsiyyət qurduqlarını müəyyən edib. Keçən günlərdə TeslaMotors və SpaceX firmalarının qurucusu olan Elon...

Maks Veber – Protestantizm və kapitalizm / Sosiologiya

Rasionallıq və rasionalizasiya Veberin tarixi-sosioloji tədqiqatlarının ümumi mövzularıdır. Geniş empirik tədqiqatlara istinad edərək, o, Qərbdə rasionallığın xüsusi növünün inkişafını izah etməyə səy edir. Mərkəzi...