Homo Sapiens: əvvəli və sonu

Post date:

Author:

Category:

Yuval Noah Hararinin “Homo Sapiens” (A brief history humankind) kitabı elm inqilabı, informasiya inqilabı, aqrar inqilabından, homo sapiensin dünənindən, bu günündən və sabahından bəhs edir Bu məqalədə isə “Homo Sapiens” kitabını əldə edə bilməyənlər xülasəsini oxuya biləcək.

Yuval Noah Harari – Homo Sapiens kitabı – Birinci hissə

İnformasiya inqilabı. Elmi çevrələr maddə, enerji, zaman və kosmosun ortaya çıxışını bundan 13.5 milyard il öncə gerçəkləşən böyük partlama (Big Bang) ilə bağlayırlar. Kainatın bu təməl xüsusiyyətlərinin hekayəsinə “Fizika” deyirik.

Bunların ortaya çıxışından təxminən 300 min il sonra maddə və enerji atomu, atom da zamanla birləşərək molekulları yaratdı. Atomların, molekulların və aralarındakı qarşılıqlı təsirin hekayəsinə “Kimya” deyirik.

Təxminən 3.8 milyard il öncə dünya planetindəki bəzi molekullar orqanizma deyilən mürəkkəb strukturlar yaratdı. Bunu izləyən insan mədəniyyətlərinin inkişafına da “Tarix” deyirik.

Tarixin gedişatını üç önəmli inqilab dəyişdirdi; 70 min il öncə başlayan İnformasiya inqilabı, 12 min il öncə bunu sürətləndirən Aqrar inqilab və 5 min il öncə başlamış, tarixi sonlandıraraq başqa bir şeyi başlada biləcək Elmi inqilab. Bu kitab haqqında danışılan üç inqilabın insanlara və digər canlılara necə təsir etdiyini izah edir.

Müasir insanlara bənzəyən canlılar ilk olaraq 2.5 milyon il öncə Şərqi Afrikada meydana gəldi, amma saysız nəsillər boyunca planeti paylaşdıqları çox saydakı orqanizmadan təməl həyati xasiyyətlər baxımından çox da fərqlənmədi.

Bioloqlar orqanizmləri növlər halında sinifləndirir. Bir-biriləri ilə cütləşib məhsuldar balalar verə bilənlərin eyni növə aid olduqları qəbul edilir. Məsələn at ilə uzunqulaq təşviq edilərsə, cütləşə bilər, amma DNT-lərini bir-birilərinə keçirməzlər. Qatır adı verilən balaları isə qısır olur. Bu səbəbdən atla uzunqulaq bənzər görülsə də, ayrı növlər olaraq qəbul edilir. Halbuki birbirlərinə heç bənzəməyən itlər cütləşə bilir, ortaq DNT hovuzunu paylaşdıqlarından bala sahibi olabilir, o balalar da yeni balalar verə bilirlər. Ortaq bir atadan təkamül edən növlər “Cins” adı verilən bir başlıqda toplanırlar. Məsələn aslanlar, pələnglər, leopardlar və yaquarlar “panthera” cinsinin altındakı növlərdir. Bizlər “Homo Sapiens”-ik : Homo (İnsan) cinsinin Sapiens (Dərrakəli) növü.

Son 10 min ildə dünyadakı tək insan növü Homo Sapiens olduğundan, başqa bir növ olmadığını güman edirdik. Amma bunun doğru olmadığı aydın oldu. İlk insanların bəziləri təxminən 2 milyon il öncə Şərqi Afrikayı tərk edərək Şimali Afrika, Avropa və Asiyanın fərqli yerlərinə köç etdilər. Yaşadıqları fərqli mühitlərin şərtlərinə uyaraq fərqli formada təkamül etdilər. Beləcə müxtəlif növlər meydana gəldi. Elm insanları bunların hər birinə ayrı bir təmtəraqlı ad qoydu. Bir neçə örnək vermək gərəkərsə; Avropa və Qərbi Asiyadakılar Homo Homo Neandertalensis (Neandertal Vadisi İnsanı), Asiyanın daha şərq bölgələrindəkilər Homo Erectus (Dik Adam), İndoneziyadakı Yava Adasındakılar Homo Soloensis oldu. Bütün bunların və digərlərinin düz bir soy çizgisi izləyərək, nəticədə, bizə, yəni Homo Sapiens-ə təkamül etdiyini düşünmək yayğın bir xətadır.

Gerçəkdə 2 milyon il öncədən 10 min il öncəsinə qədər dünya eyni zamanda bir çox insan növünə ev sahibliyi etmişdir. Aralarında bir çox fərqlilik olmasına rəğmən onları digər heyvanlardan ayıran ünsür fövqəladə böyük bir beyinlərinin olması idi. Böyük beyin böyük enerji xərcləyər. Bu sayədə Homo Sapiens canlılar aləminin ən böyük düşüncə maşını oldu, amma bunun bir bədəli vardı: əzələlərimiz kəskinliyini itirdi. İndilərdə bu böyük beyinlər çox işə yarayır, ağıla-xəyala gəlməz icadlar edə bilirik, amma 2 milyon ildən uzun bir vaxt boyunca çaxmaq daşından bir neçə bıçaq və iti kəskin dəyənəkdən başqa bir şey icad edə bilmədik. Niyə? Doğrusu, bunu bilmirik. Amma iki ayağı üzərində dik yeriyə bilmə xüsusiyyətinin insana çox xeyri olduğunu deyə bilərik. Hərəkət etmə işini ayaqlar edərkən əllər eyni anda başqa işlər etdi, örnək olaraq daş atdı, işarə verdi. Hərəkətsiz halda ikən əllər alət düzəltməyi və istifadəsi kimi incə işlər etməyə davam etdi. Bunun ilk sübutları 2.5 milyon il öncəsinə qədər gedir. Alət istehsalı və istifadəsi arxeoloqların qədim insanların varlığını tanımalarındakı təməl ölçüdür.

Dik dura bilmənin bəzi pis tərəfləri də vardı və bunu hələ kürək ağrıları və boyun tutulmaları yaşayaraq ödəyirik. Qadınların ombaları və əlaqəli olaraq doğum kanalları daraldı, bu səbəbdən daha çətin doğum edər oldular, doğumda ölüm problem halına gəldi. Erkən doğum edən qadınların həyatda qalma şansı daha çox idi. Çünki uşağın başı o qədər böyümüş olmurdu. Zamanla insanlar digər heyvanlara nəzərən daha erkən doğum edər hala gəldilər. Həyati sistemləri inkişaf etməmişkən doğan insanlar bunun bədəlini digər heyvanlara görə çox daha uzun müddət boyunca valideynlərinə bağlı şəkildə yaşamaq məcburiyyətində qalaraq ödədilər. Bunun sosial nəticələri oldu: dişi insanların ətəklərində yardıma möhtac uşaqlarla özlərinə və uşaqlarına qida tapması çox çətin idi. Uşaq böyütmək ailənin digər üzvlərindən, qonşulardan yardım alınması lazım olan bir hərəkət idi, beləcə, təkamül müddətində güclü sosial bağlar qura bilənlər dəstəkləndi.

Bir çox məməli ana qarınından ocaqdan alınan gil qab kimi çıxar, yenidən şəkilləndirməyə çalışılması onlara ziyan verir. Halbuki insanlar ana qarınından bir ocaqdan alınan ərimiş şüşə kimi çıxarlar və heyrətləndirici şəkildə yenidən şəkilləndirilə bilərlər. Bu səbəbdən uşaqlarımızı müsəlman və ya buddist, kapitalist və ya sosialist, savaşçı və ya sülhçü olaraq öyrədə bilərik.

İlk daş alətlərin ən önəmli istifadə sahələrindən biri sümükləri qırmaq idi. İnsanlar beləcə iliyi yeyə bildilər. Bəzi araşdırmaçılar bunun insanlığın ilk orijinal ixtirası olduğunu deyirlər. Yaxşı, ilik niyə önəmlidir? Çünki insanlar ov edərkən öldürülmüş heyvanların yanına ancaq digər vəhşi heyvanlar işlərini tamamladıqdan sonra yaxınlaşa bilirdi. O zamana qədər ortalıqda sümükdən başqa bir şey qalmırdı. Bu səbəbdən sümüyü qırıb içindəki iliyi çıxarmaq qidalanmaq baxımından lazımlı idi.

Bu durum tariximizi, psixologiyamızı anlamaq baxımından çox önəmlidir. Milyonlarla il ərzində insanlar özlərindən kiçik heyvanları ovlayıb qidalandılar, özlərindən böyük heyvanlara da qida oldular. Ancaq 400 min il öncə böyük heyvanları ovlamağı öyrəndilər və yenə ancaq 100 min il öncə Homo Sapiens-in ortaya çıxışı ilə qida zəncirində yuxarı doğru bir həmlə etməyi bacardılar. Daha yaxın zamana qədər savannadakı orta hallı varlıqlar olduğumuz üçün hələ qorxu və narahatlıqla doluyuq. Bu da bizi artıq dərəcədə zalım və təhlükəli edir. Ölümcül savaşlar edə bilirik, ətraf mühitdə fəlakətlərə səbəb ola bilirik.

Bəzi insan növləri 800 min il əvvəldən bəri vaxtaşırı alovu istifadə edirdilər. Alovun geniş istifadəsi ilə bişirmə aktı öyrənildi. Bu sayədə parazit və mikroblardan, bilavasitə xəstəliklərdən nisbətən xilas olundu, həzm asanlaşdı. Şimpanzelər gündə beş saatlarını çiy qidaları çeynəməyə xərcləyərkən bişirmə sayəsində insanlar bu işi bir saatda həll etməyə nail oldular, o qədər uzun bağırsaqlara və böyük dişlərə ehtiyac qalmadı. Çox enerji sərf edən bağırsaqlar qısalanda qazanılan enerji beyinləri böyütməyə yaradı.

Elm insanları 70 min il əvvəl Şərqi Afrika mənşəli Sapiensin Ərəb yarımadasına, oradan da bütün Avrasiyaya dağıldığına, amma oraların daha əvvəldən başqa insanlar tərəfindən də məskən tutulmuş olduğuna inanırlar. Bəs, Sapiensin gəlməsindən əvvəl orada yaşayanlara nə oldu?

Bir-biri ilə zidd olan iki nəzəriyyə var:

“İrq qarışığı”. Yaxın şərq və Avropaya çatan Sapiens oradakı Neandertallarla, Şərqi Asiyaya çatanlar isə yerli Erectuslarla rastlaşdı və qarışdılar.

“Yerinə keçmək”. Buna nəzəriyyəyə görə Sapiensin digər insanlardan fərqli bir anatomiyası və genetik quruluşu vardı. Bu fərqli quruluş üzündən digər insan növləri ilə cütləşsələr belə, məhsuldar balalar vermirdi. Buna görə iki növ bir-birindən tamamilə ayrılmış vəziyyətdə mövcud oldu və Neandertallar tamamilə öləndə və ya Sapiens tərəfindən soyqırıma məruz qalanda genləri də onlarla birlikdə yox oldu, yəni Sapiens digər növlərə heç qarışmadan onların yerinə keçdi.

Ötən on illərdə “Yerinə Keçmək” nəzəriyyəsi ümumi olaraq qəbul edilən əsas nəzəriyyə idi. Bu da hamımızı Sapiens edir. Amma uzun araşdırmalar sonunda 2010-cu ildə açıqlanan Neandertal genom xəritəsindən aydın oldu ki, müasir Yaxın Şərq və Avropa insanı DNT-sində 1% ilə 4% nisbətində Neandertal DNT-si var. Böyük bir rəqəm deyil, amma bir qohumluq əlaməti mövcuddur. “Qarışım” nəzəriyyəsi tərəfdarları haqlı ola bilər. Araşdırmalar davam edir. Nəticənin nə olacağını bilmirik, amma əgər digər insan növləri yox olmayıb Sapienslə birlikdə həyatda qalmış olsaydı, necə mədəni, sosial və siyasi quruluşlar ortaya çıxardı deyə xəyal edərək maraqlı ssenarilər qura bilirik.

Yuval Noah Harari – Homo Sapiens kitabı

Sapiensin günahı nədir bilinmir, amma getdikləri hər yerdə yerli əhali bir şəkildə qırıldı. Homo Soloensisin son qalıqları günümüzdən 50 min il əvvələ, Homo Deni-sovanınkılar bundan qısa müddət sonrakı tarixə düşür. Neandertallar təxminən 30 min il əvvəl Flores adasında, son cırtdan insanlar 12 min il əvvəl yox oldular. Geriyə sümüklərini, daşdan alətlərini və DNT-mizdəki bəzi genləri buraxdılar. Beləliklə, özümüzlə (Homo Sapiens) baş-başa qaldıq. Təbii ki, bir yığın cavablan-mamış sualla birlikdə. Məsələn öz növündən olan digər cinslərin* yox olmasına səbəb olmaqla bir-birindən çox uzaq və ekoloji olaraq çox fərqli yerlərə bu qədər sürətli yerləşməyə necə nail oldular, yaxud necə bacardılar?

70 min ildən 30 min il əvvələ qədər keçən müddətdə sallar (bu sayədə dənizləri aşdılar), yağ lampaları, ox və yaylar, iynələr (isti saxlayan geyim tikmək üçün çox vacib kəşf idi) kimi alətlərin icadı baş verdi. Sənət olaraq qəbul edilən ilk zinətlər və dinlərin əmələ gəlməsini göstərən ilk tapıntılarla, ticarət və ictimai qatlar da yenə bu dövrdə yaranmışdı. İnformasiya İnqilabı bu dövrdə ortaya çıxan yeni düşüncə və ünsiyyət formaları (dil) mənasına gəlir. Sapiens dili ilk səsli dil deyildi. Bir çox heyvanın səsli bir dili vardı. Zooloqlar yaşlı meymunların bir-birilərini səslə “Diqqət! Aslan/qartal!” deyə xəbərdarlıq etdiklərini sübut etdilər. Amma Sapiensin dilini bunlarınkından fərqli edən məhdud sayda səsi və işarəni birləşdirərək hər biri fərqli mənaya malik sonsuz sayda cümlə qurmağa imkan verməsi idi. Bu sayədə dedi-qodu edə bildilər, sosiallaşdılar. “Diqqət, Aslan!” ilə kifayətlənməyib bizon sürülərinin harada olduğunu tərif etdilər, qəbilədə kimin kimdən nifrət etdiyini, kimin hiyləbaz, kimin dürüst olduğunu bir-birinə dedilər. Dedi-qodu nəzəriyyəsi başda zarafat kimi gəlir, amma əhəmiyyətlidir. Bu gün belə insanlar arasındakı əlaqənin böyük hissəsi, e-poçtlar yolu ilə olsun, TV və qəzetlər yolu ilə olsun dedi-qodudan ibarətdir.

Dil Sapienslərə yalnız məlumatların paylaşılmasına imkan vermədi, bəlkə də, daha vacibi – var olmayan şeylər haqqında məlumat formalaşdırmağa və bir-birinə ötürməyə imkanı verdi. Bildiyimiz qədərilə, yalnız Sapiens toxunmadığı və ya qoxulamadığı şeylər barədə danışa bilir. Əfsanələr, miflər və bütlər bu cür ortaya çıxdı.

İcmalara üzv sayı artdıqca idarəetmə problemləri ortaya çıxdı. Kritik hədd 150-dir. Homo Sapiens bu kritik həddi aşıb on minlərlə üzvdən ibarət olan şəhərlər qurmağı, milyonları idarə edən imperiyaları həyata keçirməyi necə bacardı? Bunun sirri ortaq bir mifə inanmaqdır. Birləşmələr, insanların xəyal qüvvələrində yaşatdıqları birgə miflərə əsaslanır. Məsələn bir-birini tanımayan katoliklər, ortaq inancları uğrunda Səlib yürüşlərinə çıxdılar.

Arxaik insanların davranış tipləri on minlərlə il sabit qalarkən Sapiens ictimai quruluşunu, iqtisadi fəaliyyətlərini və bir çox digər davranış formasını on-iyirmi ildə bir dəyişə bildi. 1900-də doğulan və yüz yaşına qədər yaşamış bir Berlinli düşünün. Uşaqlığını İkinci Vilhelmin Hohenzollern İmperiyasında, yetişkinliyini Veymar Respublikasında və Nasist rəhbərliyində keçirərkən öləndə demokratik və birləşmiş bir Almaniya vətəndaşı idi, amma DNT-si həmişə eyni idi. Sapiensin uğuru buradadır. Bir Neandertal birə-bir mübarizədə daha güclü bir quruluşa malik olduğu üçün, yəqin ki, Sapiensi məğlub edərdi, amma yüzlərlə üzvü ehtiva edən bir qarşılaşmada Neandertalın heç bir şansı yox idi.

Sapiens ticarət edirdi. Bunu yaşadıqları yerlərdə mövcud olmayan maddələrlə hazırlanmış alətlərin olmasından anlayırıq. Bunları başqa yerlərdə yaşayan Sapienslərdən təmin edirdi, güman ki. Sapiensdən başqa heç bir canlı ticarət edə bilməz. Ticarət də inam olmadan edilə bilməz və əcnəbilərə inanmaq çox çətindir. İndiki ticarət şəbəkələri dollar, etibarlı markalar kimi faktorlara etibarımız sayəsində mümkün olur. Qəbilə cəmiyyətlərində iki nəfər ticarət etmək istədikdə ortaq bir bütə və ya bir totem heyvanına əsaslanaraq qarşılıqlı etimadı yaradırdılar. Yekun təhlildə, “dollar” da, “totem heyvanı” da Sapiens quraşdırmasının əsəridir, yəni xəyali bir gerçəklikdir.

Sapiensin icad etdiyi xəyali həqiqətlərin böyük müxtəlifliyi və bunun nəticəsi olaraq inkişaf edən davranış tiplərinin çoxluğu “mədəniyyət” dediyimiz şeyin əsas komponentləridir. Mədəniyyətlər ortaya çıxdığından bəri daim inkişaf edib dəyişmişdir. 30 min il əvvəl ucu çaxmaq daşından düzəldilmiş bir dəyənəkdən yola çıxıb nüvə başlıq daşıyan qitələr arası raketlər düzəldə biləcək hala gəlmişiksə və bunu fizioloji olaraq ciddi bir dəyişiklik keçirmədən bacarmışıqsa, bu uğuru İnformasiya inqilabı sayəsində çox sayda əcnəbiylə əməkdaşlıq apara bilmək bacarığımıza borclu olduğumuzu etiraf etməyimiz lazımdır.

İndi bir az da Sapiensin 70 min il əvvəlki İnformasiya İnqilabı ilə 12 min il əvvəlki Aqrar inqilab arasındakı dövrdə necə yaşadığını anlamağa çalışaq.

Ötən 200 il ərzində qidamızı, əsasən, şəhərlərdə işləyib yaşayaraq qazanmışıq. Ondan əvvəlki Sapienslərin çoxu kəndli kimi yaşayırdı. Ancaq bu müddət əcdadlarımızın ovçu və toplayıcılıqla keçindiyi on minlərlə ilin yanında göz qırpma müddətidir. Beynimizdə bu uzun müddətin izlərini hələ də daşıyırıq. Məsələn nə üçün özümüzə çox az fayda verən yüksək kalorili yeməklərə üstünlük verib həddən artıq kök hala gəlirik? Bunu anlamaq üçün ovçu-toplayıcı əcdadlarımızın yemə vərdişlərini təhlil etmək lazımdır. Onların yaşadığı savannalarda çox nadir olaraq tapa bildikləri yeganə şirin qida yetkin meyvələr idi. Tapanda bol-bol yedilər və bu vərdiş genlərə həkk olundu. DNT-miz hələ də savannada yaşadığımızı güman edir.

Müasir ailələrdə görülən sədaqətsizlik səbəblərini keçmiş çox yoldaşlı həyat tərzinə bağlayan nəzəriyyələr var. Bunlara görə qadınların o cəmiyyətlərdə mümkün olduqca müxtəlif kişilərdən gələn spermaları uşaqlıqlarında birləşdirmələri nəticəsində ortaya ən yaxşı ovçu, ən yaxşı döyüşçü çıxacağına inanılırdı. Kişinin də hansı uşağın ondan olduğunu bilmədiyi üçün hamısına eyni qayğı göstərəcəyi fərz edilərdi. Bu nəzəriyyəni müdafiə edənlərə görə tək yoldaşlı ailələrdə yaşamağa çətinlik çəkməyimizin səbəbi bioloji proqramımıza zidd olması və psixoloji problemlər yaratmasıdır. Bu və buna qarşı gələn tezislər zəif dəlillər üzərindən var olmağa davam edir.

Qədim ovçu-toplayıcılarla onların kənd təsərrüfatı və sənaye dövründəki törəmələri arasındakı ən bariz fərqlərdən biri istifadə edilən əşya müxtəlifliyidir. Müqayisə ediləndə ovçu-yığıcıların istifadə etdiyi əşya sayı daşıya bildikləri ilə məhdud idi və bu üzdən əşyalar onların həyatlarında daha məhdud rol oynadı. Günümüzdən 100 min il sonra qazıntı aparan arxeoloq hər hansı bir kilsə qalığından çıxardığı saysız əşya ilə inanc və ibadətin olduqca real bir şəklini çəkə bilər. Amma bizlər əcdadlarımızla bağlı bu imkandan məhrumuq. Bu üzdən ovçu yığıcı adamlardan qalma əşyalara əsaslanaraq qənaət əldə etmək yanlış nəticələrə varmağa səbəb olur. Yenə də əldə olan tapıntılar bizə yüzdə-yüzə yaxın bir ehtimalla Aqrar inqilab ərəfəsində dünyaya yayılmış beş-səkkiz milyon arasında ovçu-toplayıcı olduğunu və bunların yüzlərlə fərqli dil və mədəniyyətə ev sahibliyi edən minlərlə fərqli qəbiləyə bölünmüş olduğunu deyir. İnformasiya İnqilabının əsas irslərindən biri budur.

Kənd təsərrüfatı və sənaye cəmiyyətləri üzvlərinin böyük bir hissəsi əhliləşdirilmiş heyvanlardır. Sahibləri ilə eyni səviyyəli hesab olunmasalar da, yenə də onlar kimi birliyin üzvləridirlər. Bu gün Yeni Zelandiya cəmiyyəti 4,5 milyon Sapiens və 50 milyon qoyundan ibarətdir. İlk əhliləşdirilən heyvan isə itdir. Nəsillər boyu insan və it bir-biri ilə yaxşı ünsiyyət yaradacaq şəkildə birlikdə təkamül etdilər və bir-birlərindən yararlandılar. Bəzi hallarda itlərin də eynilə insanlar kimi mərasimlə basdırıldıqlarını ortaya çıxan məzarlardan anlayırıq.

Çoxu Sapiens ərzaq axtararkən bir yerdən başqa yerə köçər, sanki yolda yaşayardı. Hərəkətləri dəyişən mövsümlərdən, heyvanların illik miqrasiya və bitkilərin böyümə dövriyyələrindən asılı idi. Bu gəzintilər insanın dünyanı kəşf etməsinin mühərriki oldu, amma yavaş bir şəkildə; Sapiensin Şərqi Afrika ilə Çin arasındakı məsafəni 10 min ildə qət etdiyi hesablanır.

Bəşəriyyət tarixindəki ilk daimi yaşayış məskənləri balıqla zəngin çay və dəniz kənarları idi. İndoneziyadakı bəzi tapıntılar bizi 45 min il əvvələ aparır. Avstraliyanın işğalının da buradan başladığını deyə bilərik. Ovçu-yığıcılar ərzaq arxasınca dolanarkən bilik də toplayırdılar. Heyvanların davranışları, təbiət şərtləri, xam maddələrdən nələr edəcəkləri haqqında məlumatları, böyük ehtimalla, sıradan indiki insandan daha çox idi, çünki həyatda qalmaq üçün buna ehtiyacları var idi. Halbuki bizlər digər insanların bacarıqlarını daha çox istifadə edə bilirik. Ovçu yığıcılar həyatlarının bütün çətinliklərinə baxmayaraq, müasir insanlardan daha az işləyirdilər və dedi-qodu etməyə bol vaxtları olardı. Qazıntı halında tapılan skeletlərdən anladığımız qədərilə aclıq və qeyri-kafi qidalanma çətinlikləri, özlərindən sonra gələn kəndlilərə nisbətən daha az idi. Orta ömür müddəti uşaq ölümlərinin çox olması səbəbilə 30-40 il idi, amma bunun səbəbi uşaq ölümlərinin çox olması idi. Ağır illəri aşa bilənlərin 80 ilə qədər yaşadıqları güman edilir. Kiçik qruplar halında daim gəzdiklərinə görə gigiyenik olmayan daimi evlərdə yaşayan kəndli cəmiyyəti nümayəndələrinə nisbətən yoluxucu xəstəliklərə tutulma ehtimalları daha az idi.

Paraqvayda 1960-lara qədər yaşamış olan Ache icması ovçu-toplayıcılığın qaranlıq üzünə dair bizə fikir irəli sürmək üçün ideya verir. Onların antropoloqlarla keçirdikləri görüşlərdən bilirik ki, ov arxasınca və ya başqa məqsədlərlə edilən gəzintilər zamanı qrupun arxasında qalan yaşlıların və gücsüzlərin öldürülmələri və ya mötəbər bir qrup əməkdaşının vaxtsız ölümü halında kiçik bir qızı öldürməkləri və onları birlikdə basdırmaları adi adətlərdəndir. Ehtimaldır ki, onlar bu etdiklərini günümüzdə bir çox insanın abort və evtanaziyanı gördüyü kimi görürdü. Və unutmayaq ki, Acheler Paraqvaylı kəndilər tərəfindən təqib edilirdilər və tutulduqları yerdə öldürülürdülər. Buna görə də davamlı olaraq qaçmağa və gizlənməyə məcbur şəkildə yaşayırdılar. Yəni Acheler nə şeytan idi, nə də mələk: qədim ovçu-yığıcı adamlar kimi sadəcə insan idilər.

Daş dövrü dinlərinin nələr olduğu məsələsində qəbir qalıqlarına, sümük heykəlciklərə əsaslanaraq böyük nəzəriyyələr irəli sürmək həqiqətlərdən daha çox nəticələrə varmağa tələsən alimlərin mühakimə tərzini əks etdirir. Bu barədə çox az şey bilirik və bu da bəşəriyyət tarixiylə bağlı anlayışımızın ən böyük nöqsanlarından biridir. O cümlədən, ovçu-toplayıcıların sülh, yoxsa döyüş meyillisi olduqlarını qəti bir dillə söyləmək də çətindir. Portuqaliyada, Sudanda Dunay Vadisində, daha bir çox yerdə on minlərlə il əvvəl yaşamış insanların qəbirləri tapılıb. Bəzilərinin sümüklərində zorakılıq izləri varkən, bəzilərində yox idi. Bir ümumiləşdirmə aparmaq imkansızdır. Bəzi qəbirlərdə başlarında minlərlə fil dişi muncuqdan, ya da yüzlərlə tülkü dişindən hazırlanmış tacları olan 10-12 yaşlarında qız və oğlan uşaq skeletlərinə rast gəlindi (bu tacların birini hazırlamaq üçün ən az 60 tülkünün dişlərinin çəkilmiş olması, fil dişindən muncuq işlənməsi üçün isə 7500 saat, yəni 3 ildən artıq çalışılmış olması gərəkdiyi hesablanır). Bu uşaqların o yaşlarda bir müharibə qəhrəmanı olmaları mümkün deyildi, o halda niyə təltif olunmuşdular?

Tədqiqatçılar yalnız məntiqli bir şəkildə cavab verəcəklərini ümid etdikləri sualları soruşurlar. Hələ əlimizdə olmayan yeni araşdırma vasitələri kəşf edilməzsə, qədim ovçu-yığıcı adamların müqəddəs saydıqları şeyləri və ya necə siyasi hadisələr yaşadıqlarını, bəlkə də, heç vaxt bilməyəcəyik. Sapienslərin müxtəlif inanclar və ictimai quruluşlar yaratdıqlarını, digər insan və heyvan növlərinin davranış formalarından çox fərqli ictimai-siyasi kodlar icad edə bildiklərini söyləməkdən daha çox heç nə edə bilmirik. Amma yenə də “o tarixlərdə yaşayan insanlar əhəmiyyətli heç bir şey etmədi” şəklində bir ümumiləşdirmə apararaq 60-70 min illik bəşəriyyət tarixini yox saymamaq üçün hər hansı bir cavabı (hələlik) olmayan sualları soruşmağa davam etməliyik. Çünki bilirik ki, Sapiens Sibirə, Tundraya, Orta Avstraliyanın çöllərinə, Amazon cəngəlliklərinə qədər getdi və planetimizin ekologiyasını başdan ayağa formalaşdıran işlər gördü. Ona görə də canlılar aləminin ən dağıdıcı gücüdür.

Dəniz əngəli üzündən Afrika-Asiya mənşəli Homo Sapiens Madaqaskar, Avstraliya kimi uzaq bölgələrə getmədi. Bu səbəblə onların orqanizmləri milyonlarla il ərzində təcrid olunmuş şəkildə təkmilləşdi, Afrika və Asiyalı uzaq qohumlarından fərqli forma və quruluşlar yaratdı. Planetimiz fərqli bir çox ekosistemə bölünmüşdü. İnformasiya inqilabından dərhal sonra Sapiens xarici dünyaya açıldı. İlk əhəmiyyətli uğuru 45 min il əvvəl Avstraliyada məskunlaşması oldu. Artıq qida zəncirinin ən üstünə dırmanmış və dünyanın ən təhlükəli canlılarından biri halına gəlmişdir.

Sapiensin Avstraliyaya gəlməsindən bir neçə min il sonra buralarda yaşayan nəhəng canlı növünün, demək olar ki, hamısı yox oldu. İndilərdə 50 kq-dan ağır 24 Avstraliya növünün 23-ü artıq yaşamır. Avstraliyadakı böyük qırğına bənzəyən hadisələr sonrakı illərdə də insanlar nə vaxt xarici dünyanın başqa bir bölgəsinə yerləşsə, təkrarlandı. Bəzi alimlər bu yox olmaları orta hesabla hər 100 min ildə bir baş verən buzlaq çağlarına və sair iqlim hadisələrinə bağlayırlarsa da, bu qırğınların nə üçün həmişə Sapiensin buralara gəlişindən sonra olduğunu açıqlamırlar. Tarixi qeydlər Homo Sapiensin bir ekoloji silsilə qatil olduğunu göstərir. Sapiensin Avstraliyada özündən çox daha böyük canlıları necə məhv etdiyinə dair rəvayətlər müxtəlifdir. Bu böyük heyvanlar insandan qorxacaq şəkildə təkamül etməmişdilər, sadəcə hazırlıqsız yaxalanmışdılar.

Çox yavaş-yavaş çoxaldılar, sürətlə tükəndilər. Sapiens alov istifadə edirdi və digər canlıların qida sahələrini yandırdı (oda davamlı evkaliptlər genişləndi, bu da koalaların işinə yaradı, digər heyvanları pərişan etdi və s.). Bu nəzəriyyələrin birimi, yoxsa hamısı birdənmi doğrudur, bilinmir, amma məlum olan budur: əgər Homo Sapiens buralara getməsəydi, region hələ də kisəli aslanlara, diprotodonlara və nəhəng kenqurulara ev sahibliyi edir olacaqdı.

Sapiens təxminən 16 min il bundan əvvəl çatdığı Amerikada da dəhşətli ətraf mühit fəlakətlərinə səbəb olub. Oraya köçdülər, çünki o dövrlərdə Sibir ilə Alyaska arası ayaqla keçiləcək qədər dar idi. Afrika savannalarında yaşamağa uyğun Homo Sapiens soyuq iqlimə qarşı dahiyanə bir həll tapdı: iynə! Bununla dəri və xəzdən qar ayaqqabılar və termal geyimlər tikməyi öyrəndilər. Məlumatları artdıqca yeridilər, yeridikcə məlumatları artdı. E.ə. 10.000 radələrində insanlar çoxdan Amerika qitəsinin ən cənub ucundakı Tierra del Fuegoya yerləşmişdilər belə. İndiyə qədər heç bir canlı tamamilə eyni genlərlə bu qədər fərqli yaşayış mühitlərinə bu qədər sürətli yayılmamış, köç etdiyi yerlərdə bitki və heyvan müxtəlifliyinə bu ölçülərdə zərər verməmişdi. Bu səbəblə təbiətsevərlərin danışdığı əcdadlarımızın təbiət ilə harmoniya içində yaşadığı nağıllarına inanmayın.

Quruda yaşayan həmcinslərindən fərqli olaraq dəniz heyvanları İnformasiya İnqilabı və Kənd Təsərrüfatı İnqilabından çox təsirlənmədilər. Ancaq sənaye çirklənməsi yaradaraq və mənbələri hədsiz istifadə edərək əcdadlarımızın natamam qoyduğu okean canlarını yox etmək işini indilərdə biz tamamlayırıq.

***

Yuval Noah Harari – Homo Sapiens kitabı – İkinci hissə

Yuval Noah Harari – Homo Sapiens kitabı

Aqrar inqilab. Homo Sapiens dünyaya yayılarkən köç etdiyi hər yerdə heyvanları ovlayaraq və yabanı bitkiləri toplayaraq qidalanmışdır. Ta ki bundan 10 min il əvvələ qədər. Bu zamandan etibarən Homo sapiens bütün zaman və enerjisini bir neçə bitki və heyvan növünün üzərində işləməyə ayırdı. Əməyinin daha çox meyvə, taxıl və ət olaraq geri dönəcəyini düşünürdü. Bu insan həyatında baş verən Aqrar inqilab idi.

Kənd təsərrüfatına keçid Türkiyə, qərbi İran və Levant bölgəsində başlamış və e.ə 9500 və 8500 illərini əhatə etmişdir. Buğda və keçilər, təxmini olaraq, e.ə 9000-ci illərdə, mərci e.ə 8000-ci illərdə, zeytun ağacları e.ə 5000-ci illərdə, atlar isə e.ə 4000-ci illərdə əhliləşdirilmişdir. Müasir zamanımızda texnologiyanın inkişaf etməsinə baxmayaraq, hələ də qida rasionundakı kalorinin 90%-dən çoxunu e.ə 9500-3500-cü illərdə əcdadlarımızın yetişdirdiyi bitkilərdən əldə edirik.

Kənd təsərrüfatının orta şərqdən meydana çıxıb, oradan yayılmasına aid nəzəriyyənin doğru olmadığı təsdiqlənmişdir. Kənd təsərrüfatı Orta Şərqdə, Çində və Orta Amerikada yaxın zamanlarda meydana gəlmişdir, lakin Avstraliya, Alyaska və Cənubi Afrikada rastlanmamışdır. Niyə? Çünki əksər bitki növü və heyvanlar əhliləşdirilmir. Əhliləşdirilə bilənlər isə müəyyən coğrafi bölgələrdə yaşayırdılar. Və Aqrar inqilab bu bölgələrdə ortaya çıxmışdır.

Aqrar inqilab insanların sahib olduğu qida miqdarını artırsa da, daha yaxşı, yaxud da əcdadlarından daha xoşbəxt yaşamalarına səbəb olmadı. Bundan başqa nüfuz partlamasına səbəb olmuşdur ki, bu da varlı təbəqənin ortaya çıxmasına səbəb oldu. Aqrar inqilab tarixin ən böyük yalanıdır (Bu cümlə Jared Diamondun “Tüfəng, Mikrob və Polad” kitabından çıxarışdır).

Tarlada işləmək fiziki güc tələb edən əziyyətli bir işdir. Homo Sapiensin bədəni isə əsasən  maralların arxasınca qaçmaq, alma ağaclarına çıxmaq üçün lazımi bir quruluşda idi. Əmək fəaliyyətinin dəyişməsi ilə insanlarda  yaranan uyğunsuzluqlar özünü onurğa, diz, boyun və bel ağrısı şəkilində biruzə verdi. Daimi yaşayış yerləri tarlaların yanında salındı. Məsələn buğdanı misal götürsək, görərik ki, biz buğdanı deyil, buğda bizi əhliləşdirmişdir. Bu zaman ortaya çıxan sual, nə üçün Homo Sapiens buğda uğrunda çox da pis vəziyyətdə olmayan yaşamını səfalət içindəki bir yaşayışla dəyişməyə razı olmuşdur? Əsasən də, yaxşı qidalanma təqdim etmədiyi (həzm prosesi çətin, mineral və vitamin baxımından zəifdir), iqtisadi təhlükəsizlik yaratmadığı (iqlim şəraiti və xəstəliklər əkin sahələrini yox edə və insanlar ac qala bilərlər), şiddətə qarşı zəmanəti olmadığı (əkin üçün torpaq sahələri lazımdır, torpaq üzərindəki mübahisələr isə şiddətin əsas səbəbidir) halda?

Təkamülün keçərli səbəbi aclıq, yaxud da ağrı çəkmək deyildir, sadəcə DNT spirallarının surətinin çıxarılmasıdır. Necə ki bir şirkətin uğuru, işçilərinin xoşbəxtlikləri ilə yox, bank hesabındakı dollarları ilə ölçülürsə, bir növün də təkamül baxımından uğuru DNT surətlərinin miqdarı ilə ölçülür. Əgər DNT surəti yoxdursa, o növ məhv olur: eynilə maddiyyatı qalmayan şirkətin iflas etdiyi kimi.

Aqrar inqilab nəticəsində daha çox insan pis şəraitdə belə olsa, topladıqları qida sayəsində həyatda qaldı. Aqrar inqilabın əsası budur. Yaranan sual: Homo Sapiens, növünün sayı artsın deyə nə üçün öz həyat şəraitini pisləşdirə bilərdi? Bunu heç kim təsdiqləməmişdi; Aqrar inqilab bir tələ idi. Homo Sapiens daha yaxşı həyat axtarışı ilə kənd təsərrüfatına keçid etmiş, özünü sağlam olmayan həyat şərtlərinə məhkum etmiş, amma sayları da ağlımızda tutduğumuz 100dən 110 artmışdır. İndi bu şərti 10 nəfərdən hansı başqalarının keçmiş gözəl yaşamına qayıtması üçün özünü fəda edə biləcəkdi? Geri qayıtmaq mümkünsüz idi, artıq tələyə düşmüşdülər.

Tarixin dəqiq qanunlarından biri hər cür göstərişli həyatın zamanla ehtiyaca çevrilməsidir. Müasir günümüzdə də bu hal davam edir. İnsanlar daha çox rahatlığa, göstərişə və həyatlarını rahatlaşdıra biləcək hər cür vəsaitlərə sahib olmaq üçün qul kimi çalışırlar, yenidən keçmişə qayıdıb bitki köklərini axtarmaqları mümkün deyildir. Müasir dövrdə bizə daha çox vaxt yaradacaq bir çox kəşflər olmuşdur. Bunun nəticəsi isə günlərimizi daha təşvişli və qayğılı keçirməyimizə səbəb olacaq formada həyatın sürətinin 10 dəfə artması oldu.

Keçmiş günlərə qayıdaq. Qeyd etmişdik ki, e.ə 10000-ci illərdə yer kürəsi 5-8 milyon yaxınlarında ovçu və yığıcılara ev sahibliyi etmişdir. Ovçuların, yığıcıların sayı, birinci əsrdə 1-2 milyona qədər azalmışdı. Bu kəmiyyət eyni dövrdə sayları 250 milyon olan fermerlərin yanında çox az idi. Bu fermerlərin öz tarlalarının yanında tikdikləri evlərdə yaşamaqla “evə” olan bağlılıqları onların zehinlərində dəyişikliklərə gətirdi, bunun nəticəsində isə eqosentrizm ən əsas psixoloji xüsusiyyətləri halına gəldi.

Oturaq həyata keçə bilmək üçün meşələr yandırılmış, ağaclar kəsilmişdir. Evlər, əsasən, müdafiəyə hazır şəkildə tikilmiş və belə daha çox süni strukturlar qurulmuşdur. Dünyadakı torpaq sahəsi 155 milyon km2-dir. Miladdan sonra 1400-cü illərdə belə fermerlərin çoxu, heyvanları və bitkiləri ilə birlikdə bu sahənin yalnızca 2% də yaşayırdılar. Bütün tarix, bu 2% torpaq üzərində baş vermişdir.

Fermerlər, əcdadlarına nisbətdə aclıq, quraqlıq, müharibə və epidemiya səbəbləri ilə bağlı olaraq gələcək üçün daha çox planlaşdırma işləri aparırdılar. Bu qayğı nəticəsində həm özləri, həm də övladları, nəvələri üçün bacarıqlarının da üstündə bir əmək sərf edib, istifadə edəcəklərindən də çox istehsal etməli idilər. Həyatlarının sonlarında, özləri meyvələrini dada bilmədikləri zeytun və oxşar ağaclar əkdilər. Buna baxmayaraq, çatmağı arzuladıqları iqtisadi zəmanətə demək olar ki, çata bilmədilər. Fermer təsərrüfatı, iqtisadi və sosial sistemlərin qurulmasına səbəb oldu. Hər tərəfdə meydana gələn idarəçilər və seçilmişlər, kəndlilərin əməyindən istifadə edib istehsal etdikləri qida ilə qidalanıb, kəndliləri aclığa məruz qoydular.

“Müsadirə edilmiş” bu qidalar siyasəti, müharibələri, incəsənəti və fəlsəfəni fəallaşdırdı. Qalalar, məbədlər, abidələr tikildi. Tarix çox az insanın “yaratdığı”, geridə qalanların isə tarlada işləyib ot ayırdığı bir mərhələdir. İnsanların bir-birini məhv etməsinin, daxili müharibələrin əsas səbəbi hər zaman qida və torpağı paylaşa bilməmələri deyildir. Əsas səbəb, insanların milyonlarla il ərzində balaca qruplar halında təkamül etmiş olmalarıdır.

Aqrar inqilabın ardınca şəhərlərin və krallıqların meydana gəldiyi bir neçə min illik zaman kütləvi işbirliyini meydana gətirən instinktin təkamül etməsi üçün kifayət deyildi. İşbirliyi çox zaman könüllü surətdə olmurdu və çox nadir hallarda əmək bölgüsü bərabər paylaşılırdı. Cəmiyyətin çoxluğunu yaradan şəxslər seçilmişlərin istismarına qarşı idarəçilərin qoyduqları ağır vergilərə baxmayaraq, birlikdə yaşamalarına davam etmələrini inandıqları ortaq miflərə borclu idilər. Bunlar böyük bütlər, ana vətən və bunlara bənzər digər anlayışları idi. Bütün bunlar xəyali strukturdur və insanlar bunlara inanmağı dayandırdıqları halda çökməyə məhkumdurlar. Polis qüvvələri, ordular, həbsxanalar  insanların bu struktura uyğun olaraq davranmaları üçündür.

İnsanların xristianlıq, demokratiyakapitalizm kimi xəyali strukturlara inanmasını necə təmin etmək olar? İlk olaraq, xəyali olduqlarını etiraf etməkdən imtina edərək. Mövcud quruluşu dəyişmək üçün isə alternativ bir xəyali quruluşa  inanmaq lazımdır. Lakin milyonlarla insanın eyni anda şüurunu dəyişmək asan məsələ deyildir. Bu səviyyədə bir dəyişiklik etmək ancaq siyasi partiyaların, dini təriqətlərin, ideoloji hərəkatların yardımı ilə mümkündür. Ətrafımızdakı həbsxana divarlarından azadlığa çıxdığımızı düşündükdə isə reallıqda biz daha böyük bir həbsxananın sahəsinə daxil oluruq.

Sapiensin ictimai quruluşu xəyali idi, bu səbəblə də bu quruluşa uyğunlaşa bilməsi üçün bir çox məlumatları beynində toplaması lazım idi. Məsələn arıların vəkilə ehtiyacı yoxdur. Səbəb isə işçi arı vəzifəsinin artırılması zamanı gəldiyində artırılmaması iddiası ilə haqqını axtarmır. Onun daxil olduğu sistemin işləməsi üçün lazım olan məlumatlar onun genetikasında yerləşmiş haldadır. Lakin insanlar davamlı olaraq dəyişən xəyali bir quruluşun içərisində yaşayırlar və bunun üçün lazım olan yüksək miqdarda məlumatları yalnız DNT-lərinin surətlərinin çıxarılması, genlərinin nəsildən-nəsilə ötürülməsi ilə qorumaları mümkün deyildir. İnsanın beyni bu qədər məlumatı toplaması mümkün olan bir vasitə deyil. Cənubi Mesopotomiyada yaşayan Şumerlər bu problemi ilk aradan qaldırmağı bacaranlar olmuşlar.

Beyindən əlavə yerdə məlumatı saxlamaq və işləmək üçün, xüsusən də, yüksək göstəriciyə malik riyazi məlumatları işləmək üçün uyğun bir sistem yaratdılar. Bu, yazı adlanır (e.ə 3500-3000 cü illər arası).

Beləliklə, böyük şəhərlərin və imperatorluqların inkişafı üçün meydan yarandı və ictimai quruluş insan beyninin sərhədlərindən xilas olmuş oldu. Şumer yazısı insanlıq tarixinin hər halını əhatə edə bilən bir uyğunluq deyildi. Məsələn bu yazı ilə eşq şeirləri yazıla bilməzdi. Bu səbəbdən eynilə musiqi notları da qismən yazı hesab olunur.

Kolumbdan əvvəlki And dağı mədəniyyətləri də qismən yazıdan istifadə etmişdir. Bu yazılar kağızlara, gildən lövhəciklərə deyil, “quipu” adlanan rəngli iplərə düyümlər atılaraq yazılırdı. İnkaların yazdıqları tək bir quipu, yüzlərlə fərqli ip və düyümlərdən ibarət ola bilirdi. Bundan istifadə edərək vergi və mülkiyyət mövzuları ilə bağlı yüksək miqdarda məlumatları yaddaşda saxlayıb istifadə edə bilmişdirlər. Bu üsul olmasaydı, imperatorluğun daxilində olan qarışıq problemlər həll edilə bilməzdi. İlk başlarda İspaniyalı işğalçılar belə bu üsuldan istifadə etdilər. Daha sonralar isə bu üsulu bilən xalqdan asılı qalmamaq üçün latın dilinə keçid etdilər. Bununla da quipu oxumaq sənətinin sonu çatmış oldu.

Mesopatomiyalılar riyazi məlumatlardan əlavə, yazılar yazmaq məqsədi ilə məlum işarələrin yanına yenilərini əlavə etdilər və bununla da ortaya mixi yazılar çıxdı (e.ə 3000-2500 arası). Kralın əmrləri, rahiblərin öngörmələri bu yazı vasitəsilə yazıldı. Elə həmin illərdə misirlilər də heroqlif yazısını kəşf etdilər. E.ə 1200 yaxınlarında Çində, e.ə 1000-500 arasında isə Orta Amerikada yazı sistemi inkişaf etmişdir.

Bürokratiyanın artması və yazılacaq məlumatların çoxalması ilə arxivlər çox böyük səviyyələrə çatdı. Bu da axtarılan məlumatın tapılmasında çətinliklər yaratdı. Bu problemi aradan qaldırmaq üçün ortaya kitabxanaçılar, kataloq təşkil edənlər çıxdı. Sistemin düzgün işləyə bilməsi üçün normal insan kimi deyil, katib, yaxud da mühasib kimi düşünməyə başladıq. Hər məlumat özünün aid olduğu yerə daxil oldu. Azad düşünmək, ümumi baxış öz yerini bürokratiya və təbəqələşməyə buraxdı.

Ərəblərin riyaziyyat dilini inkişaf etdirmələri ilə rəqəmlər beynəlxalq bir dilə çevrildi. Mütəxəssislər “yoxsulluq”, “xoşbəxtlik “, “vicdan” kimi qavramları belə rəqəmlərə çevirmək üçün bacardıqlarını edərlər (“yoxsulluq dərəcəsi”, “fərdi xoşbəxtlik səviyyəsi “,” kredit qeydi” və s.). İnsan şüurunun xidmətçisi olaraq meydana gələn yazı getdikcə insanın sahibinə çevrilməyə başladı.

İnsanlığı ələ keçirən bir başqa hal da iyerarxik quruluşlardır. Bütün cəmiyyətlər xəyali iyerarxiya üstündə qurulmuşdur. Lakin bu iyerarxik quruluşlar fərqlilik göstərir. Məsələn Hindistanda cəmiyyət insanları kastalara görə sinifləndirdiyi halda, Osmanlıda cəmiyyət dinə görə, Amerikada cəmiyyət irqə görə sinifləndirmişdir. Bu kimi sinifləndirmə səbəbilə insanların insanlara etdikləri əziyyət sərhədsizdir. Bir çox sosial-siyasi iyerarxik quruluşun məntiqi və bioloji bir əsası yoxdur. Hamısı da təsadüfi hadisələrin miflərlə əlaqələndirilməsi ilə gücləndirilərək qalıcı hala gəlməsi ilə bağlıdır.

Tarix ərzində müxtəlif cəmiyyətlər müxtəlif iyerarxik quruluşu qəbul etdilər. Məsələn kastalara bölünmə Hindistanda ölüm-qalım qədər ciddi bir məsələ olduğu halda Amerikada bu, belə olmamışdır. Məlum olan quruluşların hamısında cinsiyyət iyerarxiyası əhəmiyyətli bir yerə sahib idi. İnsanlar özlərini qadın və kişi olaraq ayırdılar və demək olar ki, hər yerdə kişilər daha üstün vəziyyətdə idi. Ən azından, Aqrar inqilabdan müasir dövrə qədər. 2006-cı ildə belə dünyadakı 53 ölkədə kişilər xanımlarına təcavüzə görə məhkum olunmurdular. Səbəb isə qadınların bədənlərinin mütləq sahibi olmaları ilə bağlı idi və buna görə də nə istəsələr, edə bilərdilər. Almaniyada ailə daxilində təcavüz qavramı yalnız 1997-ci ildə qəbul edilən yeni qanunla qanuni bir kateqoriya halına salındı.

Qadınlarla kişilər arasındakı mədəni, qanuni, siyasi fərqliliklərin cinslər arasında olan bioloji fərqlərdən meydana gəldiyi məlumdur, amma bütün bu fərqliliklər birini digərindən üstün hesab etməyə səbəb ola bilərmi?

Yuval Noah Harari - Homo Sapiens kitabı
Yuval Noah Harari – Homo Sapiens kitabı

Nəyi biologiyanın müəyyən etdiyini, nəyin isə biologiyadan istifadə edilərək yaradılan miflər ilə düzgün göstərilməyə çalışıldığını necə bilə bilərik? Bunu anlamaq üçün ən əhəmiyyətli qanunlardan biri “Biologiya icazə verər, mədəniyyət isə mane olar” qanunudur. Biologiya müsbət baxışlıdır. Biologiyaya əsasən mümkün olan hər şey təbiidir. Homoseksuallıq belə. “Təbii”  və “Təbii olmayan” qavramları biologiya ilə deyil, Xristianlıq ilahiyyatı ilə bağlıdır. “Təbii” sözünün ilahiyyatdakı mənası “təbiəti yaradan Tanrının məqsədi ilə uyğun olma halı” şəklində müəyyən edilir.

Aqrar inqilabdan etibarən bir çox insan cəmiyyəti kişilərə daha çox dəyər verən patriarxal quruluşdadır. Bunun səbəbləri kimi əzələlərin gücünün üstünlüyü, hücum, rəqabət kimi cəhətlərə bağlayan nəzəriyyələr olsa da, bunlar inandırıcı deyildir. Bir nəzəriyyəyə görə kişilər çoxalma şansına sahib ola bilmək üçün digər rəqibləri ilə mübarizə aparmalı və onlara qalib gəlməli idilər. Beləliklə, zaman keçdikcə gələcək nəsillərə əzmli, təcavüzkar, rəqabətcil kişilərin genləri keçmiş oldu. Qadınların həm hamiləlik boyu, həm də doğuşdan sonra qidalanma ehtiyaclarını ödəmək üçün kişilərə ehtiyacları var idi. Bu məqsədlə də kişilərin təqdim etdiyi şərtləri qəbul etməyə məcbur qaldılar. Beləliklə də, gələcək nəsillərə tabe olan və sakit qadın genləri keçmiş oldu.

Bütün uğurlarını işbirliyinə borcu olan bir cəmiyyətdə necə ola bilər ki, daha az işbirliyi içində olan kişilər, daha çox işbirliyinə uyğun olan qadınlar üzərində üstünlük qurmağı bacarır? Bunun cavabını dəqiq olaraq bilmirik. Bildiyimiz əsas məqam isə artıq cinsiyyət rollarının qeyri-adi səviyyədə bir inqilab keçirməsi və cinslər arasında tamamilə bərabər hüquqa doğru bir təkamülün başlanmasıdır.

İnsanlığın birləşməsi. Aqrar inqilabdan sonra insan cəmiyyətləri getdikcə daha böyük və daha mürəkkəb hala gəlməyə, qurduqları xəyali strukturlar da daha sistemli olmağa başladı. Miflər və xəyali mexanizmlər insanları müəyyən qəliblərə saldı. Qaydalara və təbliğ olunan düşüncə tərzlərinə uyğun yaşam müəyyən instinktlərin yaranmasına yol açdı. Bu süni instinktlər toplusuna “mədəniyyət” deyirik. Mədəniyyətlər təbii şəraitin dəyişimi və ya qonşu cəmiyyətlərin mədəniyyətləri ilə qaynaşma nəticəsində dəyişə bildiyi kimi öz içindəki inkişaf meyilləri ilə də dəyişilə bilir. Fizika qanunlarının əksinə, insan əməyi olan bütün mexanizmlər daxili ziddiyyətlərlə doludur. Mədəniyyətlər bu ziddiyyətləri həll etməyə çalışırlar, bu da dəyişimlərə gətirir.

Məsələn Orta Əsrlər Avropasında aristokrat nəsillər həm xristiyanlığa, həm də cəngavərlik strukturuna inanırdılar.Sənə vurana o biri yanağını uzat” təlimi ilə cəngavərlərin barbarlığı necə uyğunlaşa bilərdi? Xaç yürüşləri bu ziddiyyətlərin öhdəsindən gəlməyə çalışmanın nəticəsidir. Cəngavərlər bu sayədə həm hərbi bacarıqlarını gücləndirdi, digər tərəfdən də dinə bağlılıqlarını göstərdi. Bu cür ziddiyyətlər hər insan növünün ayrılmaz bir tərkib hissəsidir və insanın yaradıcılığı və dinamizminin təməli hesab olunmalıdır. Bu uyğunsuzluqlar bizi araşdırmağa, sorğulamağa, yenidən dəyərləndirməyə sövq edir. Ziddiyyətsizlik durğun beyinlərin oyun sahəsidir!

Tarix kiçik və bəsit mədəniyyətlərin birləşərək böyümələri və sonra da dil, məzhəb və başqa səbəblərdən ayrılma hekayələri ilə doludur. Amma böyük rəsmə baxdığımız zaman ticarətin də inkişafı ilə birlik yönündə böyük bir çevrilişin gerçəkləşdiyi açıq-aydın görünür. Eramızdan əvvəl 10000-ci illərdə minlərcə fərqli insan dünyası vardı. Eramızdan əvvəl 2000-ci illərdə isə bu say yüzə enmişdir. Eramızın 1450-ci illərində isə bu say çox daha az idi.

İlk ümumbəşəri sistemlər iqtisadiyyat üzərində yarandı: pul sistemi. İkinci ən bəşəri sistemin səbəbi siyasi idi: imperiya sistemi. Üçüncüsü isə dini idi: Buddizm, Xristianlıq, İslam. Tacirlər üçün bütün insanlar potensial müştəridir. Fatehlər üçün təbəə, Peyğəmbərlər üçün inananlardır. Onlar hamısı hər yerdə hər kəs üçün keçərli ola biləcək bir sistem qurmağa çalışdılar.

İndi isə günümüzdəki birləşmiş sistemin təməllərinin necə qoyulduğunu müzakirə edəcəyik. Hekayə tarixdəki ən böyük fateh ilə başlayır. Bu fatehin adı puldur. İnsanlar din, irq, dil fərqi bilmədən pul ətrafında birləşdilər.

Ovçu və yığıcıların, əlbəttə ki, pulları yox idi. Hazırladıqları malları və xidmətləri paylaşırdılar. Müftə verilmiş bir parça ət sadəcə bir qarşılığı olacağı gözləntisi ilə əl dəyişdirirdi. Aqrar inqilab dövründə də böyük bir dəyişiklik olmadı. Öz-özünə yetən kiçik cəmiyyətlərdə hər şey dəyiş-düyüş yolu ilə davam etdi. Şəhərlərin, krallıqların yaranması və nəqliyyat sahəsində inkişaflarla birləşdikdə professionallaşma üçün yeni fürsətlər doğuldu. Filan yerdə istehsal olunan ayaqqabının qarşılığını filan yerdə yetişdirilən alma ilə ödəmək istəyirsiniz, amma ayaqqabıçının almaya ehtiyacı yoxdur. Necə olacaq? Bəzi cəmiyyətlər bu durumu mərkəzi dəyiş-düyüş sistemi yaradaraq həll etdilər. Bütün istehsalçıların məhsulları ortaya toplandı və ehtiyacı olanlara bölündü. Bu cür bir sistemin ən böyük ölçülü nümunəsi də Sovetlər Birliyində icra olunmağa çalışıldı, amma alınmadı. “Hər kəs bacarığına uyğun işləyəcək və ehtiyacına uyğun alacaq” fikri artıq tətbiqi sferada “hər kəs mümkün olduğu qədər az işləyəcək, mümkün olduğu qədər çox alacaq” ideyasına çevrildi.

İnklər bir müddət uğurlu bir sistem qurmuşdular, amma çox sayda mütəxəssisi bir-biri ilə əlaqələndirməyin ən asan yolu tapıldı: pul. Pul bir çox yerlərdə fərqli-fərqli zamanlarda icad edildi. Bu hadisə texnolojidən daha çox zehni bir inqilabdır. Pul çapının icad edilməsindən çox öncələr də mövcud olan pul anlayışı müxtəlif mədəniyyətlərdə müxtəlif əşyalardan istifadə edilməklə yaranmışdır. Maraqlıdır ki, 20-ci əsrin əvvəllərində Böyük Britaniyada vergilər hələ də balıqqulağı ilə ödənə bilirdi. Müasir həbsxanalarda siqaret hələ də pul yerinə keçə bilir. İdeal pul növləri bir şeyi eyni dəyərdə başqa bir şeyə çevirməyə imkan verdiyi kimi, insanların yığdıqlarını saxlamalarına da imkan yaradır. Topladıqlarını istifadə edə bilmək üçün onu saxlamaq yetmir, bir yerdən başqa bir yerə daşımaq da önəmlidir. Balıqqulağı və ya dolların sadəcə bizim xəyal gücümüzdə müəyyən bir dəyəri vardır. Pul psixoloji bir mexanizmdir. İnsanlar necə oldu ki, bərəkətli bir düyü tarlasını bir ovuc balıqqulağına dəyişdirə bildi? İnsanlar belə şeyləri ancaq kollektiv xəyal güclərinin yaratdıqlarına inandıqları zaman edərlər. Güvən pul növlərinin əsas təməlidir. Və pul indiyə qədər yaradılmış ən ümumbəşəri və ən təsirli qarşılıqlı güvən sistemidir.  Amerikalılar güvən məsələsini bir addım irəliyə daşıyıblar. Pullarının bir üzündəki maliyyə nazirinin imzası ilə kifayətlənməmiş, işi ruhani aləmə daşıyaraq, o biri üzünə də “In God we trust” (Güvəndiyimiz Tanrıya) cümləsini yazmışlar. İkili təminat!

Tarixdə bilinən ilk pul Şumerlərdə yazı ilə eyni yerdə, eyni zamanda və eyni şəraitdə ortaya çıxmışdır. Pul artan iqtisadi proseslərə bir həll yolu olaraq yarandı. Şumer pulu Arpa adlanırdı və təqribən indiki 1 litrə uyğun həcmə malik qablar olub, alınacaq şeylərin dəyərini ölçməklə dəyiş-düyüşə vasitə rolunu oynayırdı. Pulun tarixindəki əsas dəyişmə nöqtəsi insanlar özlüyündə heç bir dəyəri olmayan, amma saxlanması və daşınması daha rahat olan pul növünə etibar duymağa başladıqları anda oldu. Bu qəbildən olan ilk pul təxminən e.ə 3000-ci illlərdə Mesopotamiyada gümüş Şekel adıyla ortaya çıxdı. Metaldan düzəldilmiş çəki daşları indiki pulun ilkin əcdadı oldu. Tarixdə bilinən ilk sikkə e.ə 640-cı ildə Lidiya kralı Alyattes tərəfindən Qərbi Anadoluda kəsilib. Pulun dəyərini ifadə etmək üçün sikkənin üzərində bir siyasi liderin imzası olurdu. Bu da dediyimiz etibarı yaradırdı və bu pulun təqlid edilməsi çox böyük cəzalarla müşayiət olunurdu, çünki bu, hökmdarın hakimiyyətinin çiynənməsi hesab olunurdu. Daha sonralar böyük bir dəyəri olan Roma pulu Denarius (Dinar) ortaya çıxdı. İmperiya sərhədlərindən kənarda da çox geniş bir ərazidə etibar edilərək istifadə edildi. Dinar hələ də İordaniya, Serbiya, İraq, Makedoniya və bir çox başqa ölkədə rəsmi pul vahididir.

Sonraki illərdə dini inancda razılaşa bilməyən xristianlar və müsəlmanlar pul məsələsində çox yaxşı anlaşırdılar, çünki din bir şeyə inanmağımızı istəyərkən pul başqalarının da bir şeyə inandığına inanmağımızı istəyər. Pul tolerantdır – insanlar arasında heç bir formada ayrı-seçkilik etmir. Pul sayəsinə bir-birini heç tanımayan, etibar etməyən insanlar birlikdə aktiv iş prosesina daxil ola bilirlər. Bu, pulun arxasında duran mexanizmlərə duyulan inam sayəsində mümkün olur. Qarşımızdakının pulu bitərsə, onun şəxsinə duyduğumuz inam, etibar da bitər. Pul cəmiyyətlərin, dinlərin və dövlətlərin sərhədlərini aşdıqca dünyanın böyük cansız bir bazara çevrilməsi ehtimalı da artır.

Zaman ərzində minlərcə fərqli mədəniyyətin birləşərək bugünkü qlobal dünyanı necə əmələ gətirdiyini anlamaq üçün sikkələrin ən əsas hazırlanma materialı olan qızıl və gümüşün rolunu anlamalıyıq. Hərgah poladın da ən az o qədər önəmli olan rolunu göz ardı edə bilmərik.

Qlobal dünya dedik. Bu qlobal dünyanın yaranmasındakı rolu baxımından imperialist yanaşma haqqında biraz danışaq. Keçmişdəki mədəniyyətlərin əksəriyyəti tez, ya da gec onları tarixin tozlu rəflərinə göndərəcək zalım imperiyalara yem oldular. Amma imperiyalar da tez, ya gec dağılır, özlərindən geriyə isə zəngin və davamlı miraslar buraxırlar. XXI əsrdə yaşayan, demək olar, hər kəs müəyyən bir imperiyanın qalığıdır.

İmperiyalar fərqli etnik qrupları və fərqli coğrafi mühitə malik əraziləri bir siyasi qanad altında toplanmış və həm dünya coğrafiyasının, həm də insanların getdikcə daha çoxunu bir yerdə toplayaraq qaynayıb-qarışmasını təmin etmişdir. Digər bir tərəfdən bir çox kiçik qrupları da başqa daha böyük qruplar içərisində əridərək insan müxtəlifliyində ciddi və ani azalmaların səbəbkarı olmuşdur. Nəticədə, imperiyalar yaxşıdır mı, pisdir mi? Günümüzdə, “imperialist” kəliməsi dilimizdə ən ağır siyasi təhqirlər sırasında “faşist” sözündən sonra ən başda durur. Bu bizim düşüncə tərzimizdir.

Yuval Noah Harari – Homo Sapiens kitabı

Bir çox nümunədə imperiyaların çöküşü tabe olan xalqlar üçün müstəqillik anlamına gəlmədi. Əksərən, dağılan imperiyanın yerinə yenisi baş qaldırdı. Şübhəsiz ki, bir imperiyanın yaradılması və varlığının davam etdirilməsi böyük kütlələrin qətli və qalanların basdırılıb ərazilərinin, ehtiyatlarının müəyyən bir qrup tərəfindən istismar edilməsi mənasına gəlir. Ancaq bütün imperiyaları qaralayıb onların qoyduqları mirasları önəmsiz hesab etmək insan mədəniyyət tarixinin böyük bir hissəsinin üzərindən xətt çəkmək deməkdir.

İmperiyalarda hakim siniflər fəthlərdən gələn qənimətləri sadəcə qalalar tikməyə və orduya xərcləmirdilər, fəlsəfəyə, sənətə, hüquqa, sosial yardımlara və mərkəzdən çox uzaqda olan ərazilərdə mədəni islahatlara da xərcləyirdilər. Biraz daha irəli getsək, görərik ki, hansı kökdən olmalarından asılı olmadan Alyaskadan Magellan boğazına qədər iki Amerika qitəsində bugün yaşayan bütün insanlar əsas dörd imperial dildə danışır: ispanca, portuqalca, fransızca və ingiliscə.

İmperiyalar, əksərən, xalqların mədəniyyətlərinin birləşməsindən formalaşan hibrid (qarışıq) mədəniyyətlərdirlər. Bu birləşmə tabe olan xalqlar üçün çox ağır keçirdi, çünki öz milli mədəniyyətlərindən uzaqlaşıb, imperiya hakim sinfinin onları “biz” in bir parçası olaraq görməsinə alışmaları on illər ala bilirdi. Roma imperiyası fərqli mədəniyyətlərdən və fərqli coğrafiyalardan gələn insanların imperiyanın idarə edilməsində yer ala bildiyi və hər kəsin özünü Roma Vətəndaşı hesab edə və bundan qürur duya biləcəyi bir imperialist yanaşma  nümunəsi ola bilmişdi.

Günümüzdə dünya siyasi olaraq parçalanmış vəziyyətdədir və iqtisadi, siyasi və ya iqlim baxımından qlobal problemlər ayrı-ayrı ölkələrin tək başına həll edə bilcəyi səviyyəni aşmışdır. Bu durumda “müstəqillik” anlayışı anlam dəyişməyə başlayır.

Ölkələr beynəlxalq arenanın basqısı nəticəsində öz daxili məsələlərini belə özlərinin düzgün bildikləri formada həll etmə imkanından məhrum olur. Gözümüz önündə bir qlobal imperiya formalaşır. Bütün dünyada getdikcə daha çox təşəbbüskar alim və liderlər öz ölkələrinə sadiq qalmaqla beynəlxalq çağırışlara uymaq arasındakı seçimdə ikincini üstün tutmağa başlayırlar.

İnsanlığı birləşdirən “pul” və “imperiya” anlayışlarına toxunduq. Hər nə qədər hazırda, əksərən, ayrı-seçkilik, anlaşmazlıq və müharibə səbəbi olsa da, “din” də insanları birləşdirən üçüncü bir ünsürdür. Biraz da bu mövzudan danışaq.

Dinə “fövqəlbəşəri idarə sistemi”nə olan inanca əsaslanan insani dəyər və normalar toplusu olaraq tərif verə bilərik. Bir dinin çox geniş ərazilərdə yaşayan fərqli insan qruplarını bir yerə yığa bilmək üçün bütün dünya üçün keçərli olacaq fövqəlbəşəri bir inanca əsaslanması və bu inancı hər kəsə yaymağa çalışması lazım idi. Yəni təbliğ etməli idi. Məsələn ovçu və yığıcıların bütün dünya ilə işləri yox idi, onlar sadəcə bir neçə min km2-lik ərazidə yaşayırdılar və həmin bölgədə yaşaya bilmək üçün sadəcə həmin bölgənin “fövqəlbəşəri sistem”inə uyğunlaşmaları kifayət idi. Bu inanclarını başqalarına təbliğ etmələrinin də bir anlamı yox idi. Digər bölgələrdə yaşayanlar da özlərinə uyğun sistem qura bilərdilər.

Ovçu-yığıcılar yabanı bitkiləri toplayıb heyvanları ovlayırdılar, amma bunları özlərindən üstün və ya özlərindən aşağı varlıqlar olaraq görüb eləmirdilər. Onları özləri ilə bərabər dəyərlər olaraq görürdülər. Aqrar inqilab bu bərabərliyi aradan qaldırdı. Kəndlilər bitki və heyvanlar aləmini sahiblənmək və onlara hakimlik etmək istəyirdilər. Qədim dövr mifologiyalarının bir çoxu, əslində, insanların bitki və heyvanlar aləminə hakimlik etməkləri əvəzində Tanrıya əbədi sədaqət söz vermələrinin hekayəsi idi. Krallıqlar və ticarətin əhatə dairəsi genişləndikcə yerli sistemlər yetməməyə başladı və daha geniş ərazilərə yayıla biləcək varlıqlara inama ehtiyac yarandı. Çoxtanrılı dinlər bu cür ortaya çıxdı.

İki min il öncə təktanrıçılığın təbliğinin güclənməsi bir çox qərblilərin çoxtanrılılığı bir bütə baş əymə olaraq görməsinə səbəb oldu, amma, əslində, çoxtanrılılıq vahid gücün və ya bütün kainatı idarə edən vahid bir qanunun varlığını inkar etmir, əksinə, belə bir gücün varlığını tanıyır. Romalıların uzun bir müddət tolerantlıq göstərməyi rədd etdiyi tək tanrı xristianların tanrısı oldu. Roma xristianlardan inanclarından əl çəkmələrini gözləmədi, amma imperiyanın qoruyucu tanrılarına da hörmət göstərmələrini istədi. Bu, onlar üçün siyasi sədaqət məsələsi idi. Hörmət göstərməyənlərə zülm etdilər, düzdü, amma bu zülmün ağırlığı xristianların sevgi və şəfqət dini dedikləri inancın fərqli izahları üzündən bir-birlərinə etdikləri zülmdən böyük deyildi. Bu inanc mübahisələri o qədər böyüdü ki, XVI və XVII əsrlərdə katoliklər və protestantlar bir-birlərini kütləvi şəkildə qətlə yetirdilər, milyonlarca insan öldü.

Daha öncə də bəzi uğursuz örnəkləri olsa da, təktanrıçılıqda pik nöqtə Xristianlıqla baş tutdu. Bu inanc İsa Məsihin uzun müddətdir gözlənən Məsih olduğunu irəli sürən kiçik bir yəhudi cəmiyyəti ilə başladı. Tarsuslu Pavel bütün insanlığın qurtuluşu üçün özünü fəda etməkdən çəkinməyən İsanın təliminin təkcə Yəhudilər tərəfindən deyil, bütün insanlar tərəfindən bilinməli olduğunu irəli sürdü. Xristianlar bütün insanlığa yönələn genişmiqyaslı missioner fəaliyyətə başladılar və beləcə kiçik bir yəhudi qrupu bütün Roma İmperiyasını ələ keçirdi.

Xristianların uğuru VII əsrdə Ərəb yarımadasında ortaya çıxan yeni bir təktanrılı dinə – İslama örnək oldu. Bu inanc da çox sürətlə Atlantik Okeandan Hindistana qədər uzanan böyük bir imperiyaya çevrildi. Beləcə təktanrılı din ideyası dünya tarixində mərkəzi rola malik oldu, amma buna rəğmən çoxtanrıçılıqla dualizm və animizmin qalıqlarından tamamilə qurtula bilmədi. Adi bir xristian vəya müsəlman tək tanrıya inanarkən həmçinin də dualizmin ünsürü olan Şeytana, çoxtanrıçılıqdan gəlmə möhtərəmlərə və animizmin ruhlarına da inanmağa davam edir. İlahiyyatçılar müxtəlif mənbələrdən götürülmüş bu ibadət və rituallar üçün sinkretizm anlayışını istifdə edirlər. Əslində, bu anlayış təklikdə dünyanın ən böyük dini hesab oluna bilər.

Yuval Noah Harari – Homo Sapiens kitabı

Tarixdə dünyanı idarə edən fövqəlbəşəri mexanizmin ilahi bir güc deyil, təbiət qaydaları olduğunu irəli sürən inanc tipləri də olmuşdur. Bunlardan ən önəmlisi və indi də geniş yayılmış olanı Buddizmdir. Buddizmin əsas mərkəzində Tanrı durmur, bir insan olan Siddhartha Qautama (Siddhartha Gautama) durur. Buddist inancına görə Qautama e.ə 500-cü illərdə kiçik bir Himalay krallığının varisi idi. Ətrafında gördüyü əzab-əziyyətli həyatlardan təsirləndi və varlı həyatını tərk edib yollara düşdü. İnsanların nəfslərinə qalib gərələrək azadlıqlarına və beləcə də xoşbəxtliklərinə qovuşmalarının yollarını axtardı. İnanca görə insanlar arzularını və nəfslərini bir kənara atsalar, Nirvanaya (hərfi mənası “alovu söndürmək” dir) çatar və hüzura qovuşarlar. Əlbəttə, yenə də ağrılı dövrlər keçirəcəklər, amma bunlar iztiraba yol açmayacaq. Bunu bacara bilənlər “Buddha”, yəni “aydınlanmış şəxs” olarlar. Əksər buddistlər tanrılar əvəzinə bu aydınlanmış varlıqlara ibadət edər və onlardan yalnızca Nirvanaya çatmaq üçün deyil, həm də bir çox dünyəvi problemlər üçün kömək istərlər.

Teist dinlər Tanrılara ibadət etməyə fokuslanır (ona görə də Yunanca Tanrı demək olan “Theos”dan gələn “teist” adlanırlar). Humanist dinlər isə insanlığa inanırlar. Yəni Homo Sapiensə. Onlara görə Homo Sapiensin heyvanlardan və digər varlıqlardan fərqli, özünəməxsus quruluşu vardır və ondakı yaxşılıq, xeyir hamısının üzərindədir. Hazırda ən önəmli humanist məzhəb insanın ən önəmli xüsusiyyətinin fərdilik olduğunu müdafiə edərək fərdi azadlığın müqəddəsliyini önə sürən Liberal humanizmdir. Fərdi azadlıqla bağlı bütün müddəaların cəminə “İnsan haqları” deyirik. Digər önəmli bir bənzər məzhəb Sosialist humanizmdir. İnsanlığın əsas xüsusiyyətinin fərdilikdən daha çox, kollektivlik olduğuna inanırlar. Sosialistlərə görə bərabərsizlik insan müqəddəsliyinə oluna biləcək ən böyük təhqirdir.

Müasir dövrdə Liberalizm, Kommunizm, Kapitalizm, Milliyyətçilik və Nasizm kimi bir çox təbiət dinləri ortaya çıxmışdır. Bu inanclar özlərinə din deyil, ideologiya desələr də, bu artıq dilçiliyin məsələsidir. Sədaqət, rituallar, müqəddəsləşdirilmiş fiqurlar (Marks, Hitler), hətta müqəddəs kitabların (“Kapital”, “Mənim Mübarizəm”) yer aldığı bu qatı ideologiyalarla dinlər arasında paralellik olduğunu iddia edən bir çox elm insanları vardır.

Ticarət, imperiyalar və dinlər nəhayətində bütün Sapiensləri bir qlobal dünyada birləşdirdi. Tarixçilər bu birləşmənin “necə” olduğu haqqında bizə ideya verə bilərlər, amma “niyə”sini açıqlaya bilməzlər. Məsələn ortada bu qədər seçim varkən Roma özünə rəsmi din olaraq niyə Xristianlığı seçdi? Tarixin qızıl qaydalarından biri geriyə dönüb baxdığımız zaman aydın görünən bir şeyin, əslində, həmin zamanda son dərəcə qeyri-müəyyən olmuş olmasıdır. Bu, hazırda da eynidir. Çin super güc olana qədər böyüyüb ABŞ hegemonluğunu ortadan qaldıracaqmı? Fundamentalizimin yayılışı gələcəyi təsiri altına ala biləcəkmi, yoxsa sadəcə keçici bir axındır? Ekoloji fəlakətə, yoxsa texnoloji cənnətə doğru gedirik? Bu və bənzəri məsələlərdə güclü arqumentlər ortaya qoya bilərik, amma nəticədən heç vaxt əmin ola bilmərik. Halbuki önümüzdəki on illlərdə insanlar geriyə dönüb baxdıqları zaman bu sualların cavabının çox açıq olduğunu söyləyəcəklər. O zaman niyə tarix oxuyuruq? Fizika və ya iqtisadiyyatın əksinə, tarix doğru və əsaslı təxminlər edə bilmək üçün heç də yaxşı vasitə deyil. Dünyagörüşümüzü genişlətmək, önümüzdə ağlımıza belə gəlməyəcək ehtimalların olduğunu anlamaq üçün tarix oxuyuruq. Tarix bir döngədən digərinə doğru gedərkən bilinməyən bir səbəblə əvvəl bir, sonra başqa yolu tutar. 1500-cü illərdə tarix ən önəmli seçimini edərək sadəcə insanlığın deyil, çox güman ki, yerdəki bütün yaşamın taleyini dəyişdirdi. Bu dəyişikliyə Elmi inqilab deyilir.

***

Yuval Noah Harari – Homo Sapiens kitabı – Üçüncü hissə

Elmi İnqilab. Son 500 ildə insan hakimiyyəti heç olmadığı qədər inkişaf etdi. 1500-cü illərdə dünyada 500 milyon Homo Sapiens var idi, indi isə 7 milyardıq. İllik istehsal məbləği 250 milyard dollar idi, indi 60 trilyondur (Diqqət: əhali sayı 14 qat, istehsal məbləği isə 240 qat artıb). İndiki 5 böyük yük gəmisi Kolumb dövründə dünyadaki bütün ticarət donanmalarının yükünü daşıya bilərdi. Tarixin əksər hissəsində insanların dünyadaki orqanizmlərin 99% faizi haqda məlumatı belə yox idi.

Son 500 ilin ən önəmli hadisəsi 16 iyul 1945-ci ildə saat 5:29:45-də gerçəkləşdi. Bu saatda amerikan alimləri ilk atom bombasını partlatdılar. Bu andan etibarən insanlıq sadəcə tarixin axışını dəyişdirmək deyil, tarixi sona çatdırmaq imkanına da yiyələndi.

Müasir dövrdən öncəki dönəmlərdə liderlər rahiblərə, filosoflara, şairlərə pul verərək onların vasitəsilə öz hakimiyyətlərinin legitimliyinin (hakimiyyətin xalq tərəfindən tanınması) və ictimai asayişin qorunub saxlanmasına ümid edirdilər. Onların yeni silahlar icad etmək və ya iqtisadiyyatı canlandırmaq kimi hədəfləri yox idi. Elmi inqilab dövründə insanlar elmi araşdırmalara investisiya qoyaraq daha öncə görülməmiş yeni güclərə sahib olmuşdur. Müasir elm üç önəmli məsələdə özündən öncəki ənənələrdən fərqlənir:

1) cəhaləti qəbul edir;

2) müşahidə və riyaziyyatın önəmini anlamışdır;

3) yeni güclər əldə etmək üçün hərşeyini verər.

Elmi inqilaba qədər bir çox sivilaziyalar inkişafa inanmırdı. İnsanların məlumat bazası dünyanın ən önəmli problemlərinin (aclıq, xəstəlik, qıtıq, kasıblıq, müharibələr və s.) öhdəsindən gələ biləcək dərəcədə deyildi. Bilinə biləcək hər şeyi bilənlər (ruhani liderlər) belə bu problemləri həll edə bilmədilərsə, adi insanlar bunu necə edə bilərdilər ki?! Bizə gəlib çatmış ən qədim dastan olan Gilqameş dastanı bu vəziyyətə ən yaxşı örnəklərdəndir. Ölümə çarə axtarmaq yolunda onca əziyyətlərə qatlanmış Gilqameş belə bunu bacarmayıb ölümü qəbul edərək yaşamağı öyrənmişdi. Yenilikçilər isə tale anlayışı üzərində qurulan bu yanaşmanı qəbul etmirlər. Onlara görə ölüm qaçınılmaz tale deyil, sadəcə texniki problemdi. Hər texniki problemin də bir texniki həlli var. Elm adamlarının hazırda ən önəmli missiyası insanlığa əbədi həyatı təklif etməkdir. Tibbdə gerçəkləşdirilən irəliləmələri izlədikcə insan az qala “bəlkə, bir gün” demək istəyir.

Son 500 ildə müasir elm bir çox ağlasığmaz yeniliklərə imza atıb. Elm çox bahalı bir işdir. Elm adamları uğurlarını dövlətlərin, şirkətlərin, vəqflərin, fərdi xeyriyyəçilərin yatırdığı pullara borcludur. Elmin maliyyələşdirilməsindəki gerçək səbəb isə araşdırmaların nəticəsində ortaya çıxacaq bəzi siyasi, iqtisadi və ya dini şeylərə inanmaqdır. Elm öz öncəliklərini qəbul etdirmək şansına sahib deyil. O, kəşf etdiyi şeylərlə nələr ediləcəyini təyin edə bilməz. Din və ya hər hansı bir ideologiya ilə ittifaq halında böyüyərək inkişaf edir. İdeologiya araşdırmalara çəkilən xərclərə haqq qazandırır və nəticədə kəşf edilən şeylərin necə istifadə olunacağına qərar verir. Bəzi araşdırmaların önünü kəsir, bəzilərinə isə yol açır. Bu ideoloji güclər arasında, xüsusilə, imperializm və kapitalizm dərindən tədqiq edilməyə dəyər elementlərdir. Çünki elm, imperiyalar və maliyyə arasındaki geribildirim (feedback) çarxı son 500 il boyunca tarixin ən başlıca motoru olub.

XV əsrin sonlarından etibarən Avropa bir çox hərbi, iqtisadi, siyasi və mədəni yeniliklərin vətəni halına gəldi. Qərbi Avropa 1750-ci ilə qədər sürətlə irəliləyərək sonda iki Amerika qitəsinin və okeanların hökmdarına çevrildi. Halbuki müasir dövrün başlanğıcı Aralıq Dənizində Osmanlı, İranda Səfəvi, Hindistanda Babur imperiyası, Çində Minq və Qinq sülalələri üçün qızıl dövr idi, Avropa isə bunların yanında cücə idi. Dünyanın uzaq və önəmsiz bir küncündəki Avropa bu gedişatı qıraraq dünyanı necə fəth etdi? Elm və sadaladığımız imperiyaların uzaq ərazilərlə maraqlanmaması nəticəsində deyə bilərik.

Avropanın dünyanı fəth edən gəmiləri sadəcə qənimət arxasınca qaçmırdılar, həm də elm və bilik axtarırdılar. Bu gəmilərdə astronomdan botanikə, rəssamdan tibb professorlarına qədər müxtəlif sahələri araşdıran elm adamları yer alırdı. Bir örnək: 1831-ci ildə ingilislər müharibə çıxarsa hazır ola bilmək üçün Cənubi Amerika sahilləri və Qalapaqos adalarının xəritəsinə ehtiyac duydular. Tapşırığı yerinə yetirəcək gəminin kapitanı özü ilə bir geoloq götürmək istədi, amma işi üzərinə götürəcək heç kim tapılmadı. O da işi Cambridge universitetindən yeni məzun olmuş, təbiət elmlərinə marağı ilə seçilən 22 yaşlı Anqlikan keşişi Carlz Darvinə təklif etdi. Davamını artıq bilirik…

1759 və 1850-ci illər arasında güc mərkəzi yavaş-yavaş tamamilə Avropaya keçdi. Bu, Avropalılar Asiyadakı güc mərkəzlərinə bir neçə müharibədə qalib gələrək Asiyanın geniş ərazilərini ələ keçirdikdən sonra baş verdi. 1900-cü ildə artıq dünya iqtisadiyyatının və ərazilərinin çoxunu avropalılar idarə edirdi. Halbuki 1770-ci ildə Avropalıların müsəlmanlara, çinlilərə və hindlilərə qarşı hələ elə bir texnoloji üstünlüyü yox idi. Bir əsr ərzində bu qədər necə yüksələ bildilər? İngiltərə inkişafda önə keçdiyi zaman niyə arxasıyca çinlilər və Osmanlı gəlmədi, Almaniya, Fransa və ABŞ gəldi? Çünki İngiltərə mifologiyalarından tutmuş ictimai quruluşuna qədər həmin ölkələrlə bənzərlik göstərirdi. Ancaq çinlilərin və türklərin düşüncə tərzi də, ictimai strukturlaşdırma formaları da çox fərqli idi. Avropanın belə bir inkişafı əldə etməsinin altında müasir elm və kapital yatır. Texnologiya bolluğu ortaya çıxdığı zaman da bu məhsulu ən yaxşı toplayanlar da onlar oldu.

Müasir “kəşf et və fəth et” düşüncəsi xəritələrin hazırlanmasında özünü tamamilə göstərir. Müasir dövrdən çox əvvəllər də xəritələr hazırlanırdı, amma bilinməyən ərazilər xəyali varlıqlarla doldurulurdu. XV və XVI əsrlərdə Avropalılar bir çox boşluğu olan xəritələr hazırladı. Bu cəhalətin etirafı və boşluqlarının doldurulması zamanının gəldiyinin işarəsi idi. Dəyişim nöqtəsi 1492-ci ildə Kolumbun İspaniyadan gəmi ilə hərəkətə başlayaraq Şərqi Asiyaya gedən yeni bir yol axtarmaq cəhdi ilə gerçəkləşdi. Kolumb hələ də köhnə tam dünya xəritələrinə inanırdı və böyük Amerika qitəsini Şərqi Asiya sahillərində bir ada zənn etdi. Onun fikrincə, yüzlərlə alim və ilahiyyatçı səhv etmiş ola bilməzdi. Qitəyə adı verilən isə 1502-1504-cü illərdə bu ərazilərə bir çox dəfə səyahət etmiş olan İtaliyalı dənizçi Ameriqo de Vespuççi oldu. Avropada dərc olunan səyahətnaməsində bu ərazilərin daha öncədən bilinməyən yeni ərazilər olduğundan söz açdığı zaman məşhur kartoqraf Waldseemüller bununla razılaşdı və yeni xəritə hazırlayaraq yeni torpaqlara Vespuççinin adını verdi: Amerika.

Amerikanın kəşfi Elmi inqilabın əsasında durur, çünki həm Avropalılara cari müşahidələrin keçmiş ənənələrdən daha etibarlı olduğunu göstərmiş, həm də onları yeni əraziləri, yeni bilgiləri kəşf etməyə həvəsləndirmişdi. Bu həvəslə avropalılar fərqli sivilizasiyalarla dolu yeni torpaqlara ayaq basaraq “Kralım adına bu torpaqları zəbt edirəm” deməyi adət etdilər. Bu yanlış adət üzündən 1520-ci ildə Astek imperiyası, ondan on il sonra da İnka imperiyası İspaniya tərəfindən ələ keçirildi.

Asteklər və İnkalar burunlarının dibində olan ərazilərə biraz daha çox maraq göstərib İspanların daha öncə gəldikləri Karib adalarında yerli əhaliyə nələr etdiklərindən xəbərdar olsaydılar, işğalçılara qarşı daha yaxşı dirənə bilərdilər.

Məhdud düşüncələrinin əvəzini ağır ödəyən yalnızca Amerikanın yerli xalqları deyildi. Başda osmanlılar olmaqla Asiyanın böyük imperiyaları Avropalıların yeni kəşflər etdiklərindən xəbərdar idilər, amma dünyanın hələ də Asiya ətrafında döndüyü inancı ilə məsələyə o qədər də ciddi yanaşmadılar və onlarla rəqabətə girmədilər. Nəticədə onlara yem oldular.

Tam üç əsr boyunca avropalılar kəşf edib fəth etdikləri yerlərdən qazandıqları sərvətlər və nail olduqları elmi irəliləmələrlə Asiyanı aralarında bölüşdürdülər. Avropalı olmayan mədəniyyətlər yalnızca XX əsrdə beynəlxalq arenada özlərini göstərə bildilər.

Avropalılar üçün imperiya qurmaq elmi bir layihə idi, elmi nizam formalaşdırmaq isə imperial layihə idi. Onların fəth səfərlərinə qatılan elm adamlarının kəşfləri olmasaydı, indi keçmiş sivilizasiyalar haqqında bu qədər bilgi sahibi olmayacaqdıq. Avropalılar işğal etdikləri ərazilər haqqında yerli xalqlardan daha çox məlumat sahibi ola bilməyi bacardılar. Bu sayədə onları idarə və təbii ehtiyatlarını istismar edə bildilər. Ensiklopediyalar həm “ağ adamlar”ın gətirdikləri “yaxşılar”, həm də etdikləri “pisliklər”lə doludur.

Yuval Noah Harari - Homo Sapiens kitabı
Yuval Noah Harari – Homo Sapiens kitabı

 

Elm və imperiyaların bir-birilərini dəstəkləməklə bacardıqları şeylərin arxasında bir güc daha var idi: kapitalizm. Daha çox pul qazanmaq üçün çalışan biznesmenlər olmasaydı, nə Kolumb Amerikaya, nə Ceyms Kuk (James Cook) Avstraliyaya çata bilərdi, nə də Neil Armstronq ayın üzərində addım ata bilərdi.

Gerçəkləşdirilən irəliləmələr qlobal iqtisadi əlaqələri böyütdü, ona olan güvəni artırdı və nəticədə inqilabi xarakterli dəyişimə yol açdı*. 1776-cı ildə isveçrəli iqtisadçı Edim Simit (Adam Smith), bəlkə də, bütün tarixin ən önəmli iqtisadi kitabı hesab edilə biləcək “Xalqların Sərvəti” kitabını dərc etdi.

Simit insanların eqoist bir şəkildə gəlirini artırma istəyinin kollektiv var-dövlətin əsası olduğunu iddia edirdi. Bu iddia indiki zamanda bizə çox da yeni bir fikirmiş kimi gəlməyə bilər, amma hazırda hamımız Simitin bu iddiasının tam doğru qəbul edildiyi bir dünyada yaşayırıq. Simit “gəlir artdıqda xəsislər pullarını bir sandığa yığar və sandığı ancaq pul saymaq üçün açar” demədi, əvəzinə gəlirin yeni investisiyaya, istehsala çevrilməsinin vacibliyini vurğuladı. Sərvətini heç bir gəlir gətirməyən piramidalara xərcləyən firon kapitalist deyil, aylıq maaşını yığıb birjaya qoyan işçi kapitalistdir! Kapitalizm və varlılıq ayrı-ayrı şeylərdir.

Kapitalizm zamanla sadəcə iqtisadi bir doktrina olmaqdan çıxdı, insanların necə davranacağına, uşaqlarını necə tərbiyə edəcəyinə, hətta necə düşünmələri gərəkdiyinə dair bir təlim halına gəldi. İqtisadi böyümənin “yaxşılıq”ın bir üsulu olduğu, ədalətin, azadlığın, hətta xoşbəxtliyin buna bağlı olduğu düşüncəsi özünə yer elədi. Davamlı inkişaf isə laboratoriyadakı insanların uğuruna bağlıdır. Texnoloji sahədə olunacaq yeni kəşflər yeni sektorlar yaratmır, bu sektorların gəlirləri də araşdırmaların xərclərini ödəyə bilmirsə, çox çətin günlər bizi gözləyir deməkdir.

Kəşflər Kolumbdan bu yana kreditlərlə maliyyələşdirildi. Son beş yüz il ərzində irəliləmək fikri insanların gələcəyə daha çox inanmasına şərait yaratdı. Kredit mexanizmi də bu inam nəticəsində ortaya çıxdı. Avropalı olmayan imperiyalar müharibələri vergi və talanlarla maliyyələşdirdilər və kredit sisteminə elə də ehtiyac duymadılar. Tacir düşüncəli olan Avropa isə getdikcə artan müharibələrini kreditlərlə maliyyələşdirirdi. Qoyduqları investisiyaya uyğun gəlirin olmasını tələb edən kapitalistlər də beləcə idarəetmədə söz sahibi ola bilirdi. Kreditin yeni fərqinə varılan gücü İspaniya və Hollandiya arasındakı amansız rəqabətdə daha yaxşı görülə bilər.

1568-ci ildə əksəriyyəti protestant olan hollandlar, əsasən, katolik olan İspaniyaya üsyan etdi. Möcüzəyə bənzəyir, amma mübarizənin başlanmasından 8 il sonra həm müstəqilliklərini qazandılar, həm də okean yollarının sahibi hesab olunan ispanların və portuqalların yerini aldılar. Holladiya imperiyası dünyadakı ən varlı dövlətlərdən biri halına gəldi. Bu uğurun sirri kreditdə idi. Döyüşçü xalq olmayan hollandların burjuaziyası muzdlu əsgərlər tutdu, donanmasını genişlətdi. Hərbi gedişlərini bank kreditləri ilə maliyyələşdirirdi. Dövr də tam zamanına düşmüşdü, Avropa maliyyə sistemi artıq İspaniya kralına olan etibarını itirməyə başlayırdı. Hollandiya ticarət yollarında uğurlar qazandıqca böyük gəlirlər əldə etdi, aldığı kreditləri zamanında geri ödədi, sistemin etibarını qazandı və beləcə mexanizm daha da böyüyərək inkişaf etdi. Ölkənin hüquqi idarəetməsi müstəqil idi və fərdi mülkiyyəti qəti şəkildə qoruyurdu. Sərmayə fərdlərə və onların mülkiyyətinə qarantiya verməyən diktatorluqlardan uzaqlaşaraq hüquqi idarəetməyə malik olan ölkələrə axdı. Beləcə Amsterdam Avropanın ən önəmli limanlarından və maliyyə mərkəzlərindən biri halına gəldi. Nəticədə isə fransız və ingilis rəqiblər ortaya çıxdı.

İstər hollandiyalıların, istərsə də ingilis və fransızların uzaq ərazilərdəki hakimiyyətlərini özünün də hərbi gücü olan şirkətlər (Hollandiyanın “Verenigde Oosindische Compagnie – VOC“; Fransanın “Mississipi Company”; İngiltərənin “British East İndia Company) vasitəsilə qoruyub saxlaması çox istifadə olunan bir sistem idi. Bu şirkətlərin özləri elə ayrıca bir imperiya kimi idilər (hazırda həddindən çox böyüməkləri narahatlıq doğuran şirkətlərin durumu heç də yeni bir şey deyil). İmperiya kimi olan başqa bir Hollandiya şirkəti (WIC) Atlantik okeanı istismar edərkən Hudson çayındakı ticarəti idarə edə bilmək üçün Manhattan adasında ticarət qəsəbəsi qurdu və ətrafını qala divarları ilə əhatə etdi. Qala divarlarına ehtiyac duyulmasının səbəbi adadan qovduqları yerlilər tərəfindən və sonralar həm də ingilislər tərəfindən təhlükəyə məruz qalmaları idi. New Amsterdam adını verdikləri bu qəsəbə hazırda New York olub, qala divarlarının qalıntılarının olduğu küçə də hazırda maliyyə dünyasının mərkəzlərindən olan Wall Street-dir.

Sərmayəçilərin mənafeləri üçün müharibə də sərvət halına gəlirdi. Məsələn 1821-ci ildə Yunanlar müstəqillikləri üçün Osmanlıya qarşı çıxdılar. Hərəkat liberal və romantik (baxın: şair Lord Bayron) dairələrdə simpatiya ilə qarşılandı. Fürsəti əldən verməyən London bankirləri hərəkatın liderlərinə üsyanın maliyyələşdirilməsi üçün London birjasında “Üsyan sənədləri” adlı sənədləri yaratmalarını təklif etdilər. Əgər müstəqilliklərini qazana bilsələr, yunanlar bu sənədlərin dəyərini faizi ilə birgə ödəyəcəkdilər. Tezliklə sərmayəçilər sənədlərin hamısını aldılar. Sənədlərin dəyəri müharibənin gedişinə görə birjada artıb azalırdı. İşlər yunanların əleyhinə çevrilməyə başlayanda investorlar qorxuya düşdü. Bütün pullar batmaq üzrə idi. Dövlət buna izn verə bilməzdi. İngilislər Osmanlıya qarşı koalisiya bir donanma qurulmasına başçılıq etdilər. 1827-ci ildə Navarin döyüşündə Osmanlı donanması batırıldı. Nəticədə, nəhayət ki, Yunanıstan müstəqil idi, amma altından çıxa bilməyəcəkləri bir borcun içinə girmişdilər. On illər boyunca ingilis sərmayəçilərindən asılı qaldılar.

Sərmayə ilə siyasətin qarşılıqlı əlaqəsi hələ də müzakirə mövzusudur. Mənafelərin kəsişdiyi və zidd düşdüyü müxtəlif məqamlar vardır. Bunlar gah xalqın (işçilərin) xeyrinə olur, gah da onların fəlakətinə yol açır. Qul sistemi bu fəlakətlərdən sadəcə biridir.

1945-ci ildən sonra kapitalist acgözlük, qismən də olsa, zəiflədi. Bunda, təbii ki, kommunizm qorxusunun payı var idi. Kapitalizmin qatqıları ilə böyüyən hazırki iqtisadi arena 1500-lərdəkindən çox daha böyükdür, amma həmçinin də böyük bərabərsizliklə bölüşdürülür, “müasir iqtisadiyyatın böyüməsi də Aqrar inqilab kimi bir aldatmacadırmı?” sualını ağla gətirir. “İnsanların sayı və iqtisadiyyat böyüməyə davam edərkən gedərək daha çox adammı aclıq və səfalət içində qalacaq?” Kapitalizm bu suala belə cavab verir: “dünyanı fərqli bir şəkildə idarə etməyə yönələn tək cəhd (kommunizm cəhdi) uğursuzluqla nəticələndi, yəni sevməsəniz də, bununla yaşamağa məcbursunuz. Səbr edərək iqtisadi arenanı daha da genişləndirsək, hər kəs layiq olduğu payı alacaq”. Bəs yaxşı, bu arena daha nə qədər böyüyə bilər? Homo Sapiens böyümənin olmazsa olmazı olan xammal ehtiyatlarını və enerjini əvvəl axır tükədəcək, ondan sonra necə olacaq?

Təsəllimiz belədir: “qıtlıq nə zaman iqtisadi inkişafı təhdid edəcək vəziyyətə çatsa, insanlıq elmi və texnoloji kəşflərlə əldəki ehtiyatları daha yaxşı istifadə etməyin yolunu tapmış və problemi aşa bilmişdir. Əzələ gücündən mərhələ-mərhələ nüvə dövrünə gəlib çatmışıq”.

Buxar maşınlarının icadı ilə gerçəkləşən Sənaye inqilabı, əslində, müəyyən mənada İkinci Aqrar inqilab hesab oluna bilər. Bu dövrdə təsərrüfatın mexanikiləşdirilməsindən başqa bitki və heyvanlar belə mexanikləşdi. Artıq fabrikə bənzəyən qurumlarda silsilə formada istehsal aparılır. Sənayeləşmədən öncə tarlada, fermalarda əldə olunan qidanın əksəriyyəti kəndliləri, fermerləri və heyvanları bəsləməklə “boşa gedirdi”. Məhsulun ancaq çox kiçik bir hissəsi yuxarı sinifə aid olurdu, beləcə də cəmiyyətin 90%-ni kəndlilər təşkil edirdi. Sənayeləşmədən sonra artıq çox daha az fermer gedərək sayları artan kəndliləri bəsləyirdi. Hazırda ABŞ əhalisinin sadəcə 2%-i tarlada işləyir və ölkə sadəcə öz əhalisini bəsləmir, həm də geriyə qalanı ixrac eləyir. Kənd təsərrüfatı sənayeləşməsəydi, Sənaye inqilabı baş verməyəcəkdi. Sənaye inqilabı ilə birgə istehsal o qədər artdı ki, daha öncə qarşılaşmadığımız yeni bir problem ortaya çıxdı: bu qədər çox məhsulu kim alacaqdı?

Məhsulun əldə qalması istehsalçıların iflası demək idi və bunu önləmək lazım idi. Sənaye nə istehsal edirsə etsin, bunların hamısının alınması üçün ortaya çıxan yeni sahə “istehlakçılıq”dır. Bir vaxtlar fəzilətlilik hesab edilən qənaətçillik indi yerini tam əksi anlayışa buraxdı. Bu anlayış varlılara daha da varlanmaq üçün dayanmadan çalışmağı, adi əhaliyə də səthi istəklərini təmin etmək üçün dayanmadan istehlak etməyi təbliğ edir və qarşılığında da “cənnət”i vəd verirdi. İstehlakçılıq bütün əmrlərin inananlar tərəfindən yerinə yetirildiyi bir “din” halına gəlirdi. Sonda cənnətə gediləcəyindən necə əmin olunurdu? Çünki media elə deyirdi…

Sənaye inqilabı alternativ enerji və yeni məhsullar kəşf etmək üçün yollar yaratdı, amma əvəzində bir zamanlar yaşıl və mavi olan yer üzünü indi plastik və betondan ibarət olan bir AVM-ə çevirdi. Bu təbiətin məhv edilməsi deyil, təbiətin dəyişdirilməsi oldu. Bunun nəticəsində meydana gələn və daha çoxunun da olacağı gözlənilən təbii fəlakətlər Homo Sapiensin öz növünə təhdid halına gəldi. Amma siçanlar və hamam böcəkləri kimi dayanıqlı varlıqlar həyatlarından məmnundur. Bəlkə də, indidən 65 min il sonra ağıllı siçanlar insanlığın səbəb olduğu fəlakətə bizim dinozavrları yox edən meteroidə baxdığımız kimi minnətlə baxacaqlar.

Yuval Noah Harari – Homo Sapiens kitabı

Sənaye inqilabı ilə birgə insanlığın başına ən böyük ictimai inqilablardan biri gəldi: ailənin və kollektivin çöküşü. Sağlamlığından ədalətinə, istehsalından təhsilinə bir çox işi öz arasında həll edən kiçik ailə tipli kollektivlər öz yerini dövlətə buraxdı. Dövlət bu və bunun kimi işləri öz üzərinə götürərək ailə və kollektivin təsirini zəiflətdi və fərdiyyətçiliyə gətirdi. Ancaq fərdin müstəqilləşməsinin bir qarşılığı vardı: dövlət və bazar bir-birinə yadlaşmış fərdlərə daha asan müdaxilə edə bilər, fərdlər də ailələrinin əvəzinə dövlətə itaət edərlər. Dövlətlər və bazarlar isə milyonlarca yadlaşmış insanı beynəlxalq və ticari mənafelərinə uyğun olaraq qurulmuş “xəyali cəmiyyət” halına gətirir. Xəyali cəmiyyət bir-birini tanımayan, ancaq tanıdığını düşünən insanlardan ibarətdir. (Millətlər, futbol klubu azarkeşləri, müğənnilərin heyran qrupları və s.)

Əvvəllər ictimai nizam qatı və sabit idi, sabitlik ən əsas prinsip idi. İndi isə ən mühafizəkar partiyalar belə hər şeyi qorumağı vəd etmir. İnsanlar ictimai nizamın dəyişilə bilər olduğunu və bu dəyişimin nizamlana və yönləndirilə biləcəyini qəbul ediblər.

Bu gün yaşadığımız dünyanın şiddət və vəhşətlə dolu olduğunu düşünməyimizi haqlı çıxaracaq çox sayda örnəklə qarşı-qarşıyayıq, amma nizamlana və yönləndirilə bilən xalqlardan ibarət olan hazırkı dünyamız insanlıq tarixinin ən sülh dolu çağını yaşayır. Heç birimiz 1000 il öncə yaşamadığımız üçün o dünyanın necə dəhşətlərlə dolu olduğunu tam olaraq bilə bilmirik. Kütlələrdən çox fərdlərin ağrı-acıları ilə maraqlanırıq. 2000-ci ildə müharibələr 310 min, cinayətlər 520 min ölümə səbəb olub. Ümumilikdə bu, 830 min etdi. Bu say 2000-ci ildə bütün dünyada ölən 56 milyon insanın sadəcə 1.5%-idir. Eyni ildə 1 milyon 260 min insan yol qəzalarında ölüb ki, bu da 2.25%-dir. 815 min insan isə həmin ildə intihar edərək ölmüşdür ki, bu da 1.45% edir. Daha kütləvi ölümlərə səbəb olan imperatorluqlar artıq səssizcə təqaüdə çıxa bilirlər.

1945-ci ildə dünyanın dörddə birini idarə edən İngiltərə otuz il sonra koloniyalarından sakit bir şəkildə çıxaraq ərazisinin bir neçə ada ilə məhdudlaşmağını qəbul etdi. 1989-cu ildə Sovet imperiyası hakimiyyəti o qədər hərbi gücünə rəğmən sistemin iflas etdiyini gördüyü zaman çox böyük səs-küy salmadan çantalarını toplayıb evlərinə getdi.

Əlbəttə, hər şeyin güllük-gülüstanlıq olduğunu deməyəcəyik. Şübhəsiz, dünyada bir çox müharibələr var və olmağa davam edəcək, amma sülh daha öncə heç bir zaman insanların müharibəni mümkünsüz görə biləcəyi qədər geniş yayılmamışdı. Bunun bir çox səbəbləri var. Biz ikisini deyək. Birincisi, müharibənin xərci artdı, faydası azaldı. Əvvəllər fəthlər vasitəsilə əldə edilən torpaqların istismarı ilə varlı oluna bilirdi, hazırda isə var-dövlət, əsasən, sərmayə, texniki bilgi və banklar kimi mürəkkəb sosial-iqtisadi qurumlardadır və bunların torpaq ilhaq edilməsi yolu ilə əl dəyişdirməsi çox çətindir.

Sülh dövrünün bir başqa səbəbi də atom bombasının icadıdır. Bu silahın qarşılıqlı olaraq istifadə edilməsi insanların kütləvi intiharı demək olduğundan bundan uzaq durulur (Pax Atomica). Nüvə fəlakəti təhlükəsi sülhə, sülh isə ticarətə təşviq edir. Sülhün faydalılığı müharibənin xərclərini artırır. Hələlik cənnətlə cəhənnəm arasında gedib gəlirik. Tarix hələ ki, hara doğru gedəcəyimizə qərar verməyib. Bir neçə təsadüf bizi bu iki yöndən birisinə sürüyə bilər.

Bəs indi xoşbəxtikmi? İnformasiya inqilabından bu yana keçən 70 min il dünyanı daha yaxşı bir yerə çevirə bildimi? Xoşbəxtliyin tərifi nədir? Bu və bənzəri sualların cavabı əsrlərdir filosoflar, psixoloqlar, ədəbiyyatçılar vədigərləri tərəfindən müzakirə edilir, hələ də üzərində sabit qalınan bir cavab tapılmır. Amma əlimizdə maraqlı bir nəticə var ki, bu da xoşbəxtliyin var-dövlət və ya sağlamlıq kimi ölçə biləcəyimiz bir anlayış olmadığıdır. Xoşbəxtlik daha çox beynimizdəki gözləntilərlə faktiki durum arasında əlaqədən asılıdır. Şəraitimiz yaxşılaşdıqca gözləntilərimiz də artır və nəticədə, fiziki şərtlərdə baş verən böyük irəliləyişlər belə bizi xoşbəxt etməyə yetmir. Minlərcə il öncə yaşayan peyğəmbərlər, filosoflar, şairlər artıq əlimizdə olanlarla xoşbəxt olmağın daha çoxunu əldə etməyə çalışmaqdan önəmli olduğunu söyləmişdilər. Olsun, bu qədər çox sayda insan arasında anketlərlə, statistikalarla dəstəklənən müasir araşdırmalar nəticəsində eyni nəticəyə gəlmiş olmağımız yenə də yaxşıdır…

Sosioloqlar xoşbəxtlik anketləri ilə gəldikləri nəticələri var-dövlət və siyasi müstəqilliklə, bioloqlar isə biokimyamızla və genlərimizlə əlaqələndirirlər. O zaman biokimyamızı manipulyasiya edək, hamımız Prozak ataq, hər kəs xoşbəxt olsun! Müxtəlif dinlər və ideoloji axımlar xoşbəxtlik haqqında o qədər yazıblar ki, bunların xülasəsini verməyə cəhd etmək belə mümkünsüz hala gəlib. Məsələyə tarix baxımından yanaşsaq, bunu deyə bilərik: Tarix müharibələr və kəşflər, ictimai sabitliyin qurulması və dağılması, texnologiyanın inkişaf etdirilməsi haqqında çox şey danışır, amma bunların insanların xoşbəxtliyinə və ağrı-acısına necə təsir etdiyindən bəhs etmir. Bu boşluğu doldurmağa başlamağın zamanıdır!

***

Yuval Noah Harari – Homo Sapiens kitabı – Dördüncü hissə

Homo Sapiensin sonu. Homo Sapiens digər bütün orqanizmlərdən daha böyük sahəyə hökm edəcək bacarıqlarla təchiz olunmuşdur, amma bunun bioloji sərhədləri var və keçilməsi mümkün deyil. Həqiqətənmi?

21-ci yüzilliyin şəfəqində bu sərhədlər keçilməyə çalışılır. Təbiət qanunlarının manipulyasiya edilərək yerini ağıllı dizaynlara verməsinin ilk nümunəsi 10 min il öncə Aqrar inqilabla baş verdi. Ov arxasıyca qaçmaqdan yorulan Sapiens kök və yavaş hərəkət edən toyuqların xəyalını qurdu. Ən kök toyuğu ən yavaş xoruzla cütləşdirərsə, xəyalını gerçəkləşdirə biləcəyini anladı. Və bacardı. Ortaya çıxan növ təbiətə yad bir növ idi və insan ağlının məhsulu idi. Ancaq heyvanın genetikasında olmayan, tamamilə yeni xüsusiyyətlərin daxil olması üçün minlərcə il keçməliydi. Bu gün alimlər laboratoriyalarda təbii seleksiya qanunlarını pozaraq bir orqanizmin özünə xas xüsusiyyətlərini nəzərə almadan yeni varlıqlar yaradırlar. Fransız alimləri braziliyalı biosənətçinin sifarişi üzrə fosforlu dovşan yaratdılar. Bunu yeni doğulmuş ağ dovşan embrionuna fosforlu yaşıl meduzanın DNT-sini köçürərək bacardılar. Bu varlığa Alba adını verdilər.

Biologiya mühəndisliyi bir orqanizmin yaradılışı, bacarıqları, ehtiyacları və istəkləri üzərində dəyişikliklər etməyi məqsədləyən bioloji səviyyədəki insan müdaxilələridir. Bu, əslində, çox da yeni sayılmaz, çünki insanlar min illərdir özlərini və digər varlıqları yaradıldıqları haldan çıxararaq fərqli hallara salırlar. Ən bəsit nümunəsi xədim etməkdir. İnsanlar Aqrar inqilab müddətində toyuqlara etdiklərinin bənzərini buğalara da etdilər. Onları itaətkarlaşdıraraq tarla əkininə uyğun vəziyyətə gəlsinlər deyə xədim edərək öküzləşdirdilər. Osmanlı saraylarında da sultanlar özlərini güvəndə hiss etsinlər deyə kişi hərəm işçiləri yaradılışlarına müdaxilə edilərək xədim edilirdi. İndi isə bir qrup cərrahi və hormonal müalicələrlə cinsiyyət dəyişdirilə bilir. Genetika mühəndisliyində daha möcüzəvi şeylər reallaşdırılır. Qorxusuz əsgərlər, güclü idmançılar və itaətkar işçilərin kopyalanaraq çoxaldılmasından bəhs edilir. Bu hadisə bir sıra siyasi və ideoloji mübahisələrə səbəb olur.

Genetiklər sadəcə yaşayan növləri dəyişdirməyi məqsədləmir, nəsli tükənmiş canlıları da yenidən yaratmaq istəyirlər. Bəzi alimlər Sibirdə donmuş halda tapılan mamontların genom xəritəsini çıxardı. Bu xəritədən yararlanaraq müasir fillərdən mamont yaratmağa çox yaxındılar. Bu mövzu niyə mamontlarla yetərli qalsın ki? Niyə daha yaxşı, daha yararlı (niyyətdən asılı olaraq, bəlkə də, daha zərərli) və ya daha sağlam Sapiens yaradılmasın? Görünür, bunun önündə etik və siyasi etirazlar xaricində çox da əngəl qalmayıb. Genlərimizlə oynamaq, bəlkə də, bizi öldürməz, amma Homo Sapiensdə o qədər çox dəyişikliklər edərik ki, nəticədə, Homo Sapiens olaraq qalmaya bilərik.

Həyatın qaydalarını dəyişdirə biləcək daha bir texnologiya var: Siborq mühəndisliyi (Cyborg engineering). Siborqlar təbii və qeyri-təbii (məsələn: bionik əlli bir insan) komponentli varlıqlardır. ABŞ-da DARPA (Defense Advanced Research Projects Agency – Təkmil Müdafiə Araşdırma Proyektləri Agentliyi) düşmən tərəfdən bilgi ötürmələri üçün böcəklərdən cəsus siborqlar yaradırlar. Sapiens də siborqlara çevrilir (linzalar, ürək ritmi müəyyən edən, duyğu itkisini aradan qaldıran cihazlar, beyin gücüylə hərəkətə gətirilən bədən üzvləri və s.). Üzərində işlənilən başqa bir proyekt isə kompüterlərin insan beynini oxuya bilməsi və eyni zamanda beyinə oxuya biləcəyi növdən siqnal göndərməsi proyektidir. Beləcə bir çox beyin bir-birinə bağlanacaq – bir növ beyin interneti yaranacaq. Təbiət qanunlarına meydan oxumaq üçün üzərində işlənən başqa bir proyekt qeyri-təbii varlıqlar yaratmaqdır. Bir çox kompüter mühəndisi yaradıcısından müstəqil öyrənə bilən və özünü təkamül yoluyla inkişaf etdirə bilən proqram yazmağın xəyalını qurur. Bunun prototipi düzəldildi: Kompüter virusu!

Yuval Noah Harari – Homo Sapiens kitabı

İnsan beynindəki sinir şəbəkələrinin bütününü təmsil edən elektronik dövriyyələrlə dolu, yəni beynin eynisi olan kompüter düzəldilə bilərmi? Hələ ki, bu, dəqiq deyil, amma üzərində işlənilir. Üstəlik 2013-cü ildə Avropa Birliyindən 1 milyard avro vəsait alındı.

İlk insan genomunun xəritəsini tərtib etmək 15 il çəkib və 3 milyard dollara başa gəlmişdi. Bu gün isə bir insanın DNT-sinin xəritəsini az müddətdə, 1-2 yüz dollara tərtib etmək mümkündür. Artıq fərdiləşdirilmiş tibb dövrü (müalicəni DNT-yə görə müəyyən edən dərmanlar) başlayıb. Dərmanların əsl hədəfi xəstəliklərin qarşını almaq və müalicə etmək olduğu müddətcə bir problem yoxdur, amma tibb insanlarda müəyyən xüsusiyyətləri inkişaf etdirməyə çalışmağa başlayanda nələr ola bilər? Bu imkan bütün insanların haqqı olacaq yoxsa “super insan” seçilmişləri ortaya çıxacaq? Bərabərlik lütf sayılarkən tarixdəki ən qeyri-bərabər cəmiyyətimi qurmaq yolundayıq? Alimlər bədən üzərində etdikləri dəyişiklikləri ruh üzərində də edə biləcəklərmi?

Ciddiyə almalıyıq ki, tarixin sonrakı mərhələsi sadəcə texnoloji və təşkilati transformasiyalar deyil, insan şüuraltısı və şəxsiyyəti üzərində də təməldən təsir edən transformasiyaları özündə birləşdirəcək. Üstəlik bu transformasiyalar o qədər təməldən olacaq ki, birbaşa “insan” qavramını sorğuladacaq. Əgər Sapiensin dövrü bitəcəksə, nəyə çevrilmək istədiyimizi düşünməyə başlasaq, yaxşı olar. Yaxşı olar, çünki, görünür, Homo Sapiensi başqa növ varlığa çevirən proyektləri dayandırmaq mümkün olmayacaq.

-Son Sözlər-

70 min il əvvəl Homo Sapiens Afrikanın bir küncündə öz işi ilə məşğul olan önəmsiz bir canlı idi. İrəliləyən minillərdə özünü bütün planetin sahibi və ekosistemin baş bəlasına çevirəcək çevrilişini reallaşdırdı. İndi isə əbədi gənclik kimi ilahi bacarıqları da reallaşdırmağa çalışır.

İnsan gücündəki və edə biləcəklərindəki fövqəladə artımlar Sapiensi daha xoşbəxt canlı halına gətirmədi. Hədəflərimiz mövzusunda əmin deyilik. Daha pisi, hər zamankından daha məsuliyyətsiz davranır, öz-özünü yaratmış cırtdan tanrılar kimi heç kimə hesab vermirik. Planeti paylaşdığımız digər canlıları məhv edib ekosistemi daim təqib edirik. Bunu edərkən sadəcə öz rahatlığımızı və əyləncəmizi düşünüb, üstəlik, məmnun da qalmırıq. Nə istədiyini bilməyən, narazı, zərər verən və məsuliyyətsiz cırtdan tanrılardan daha təhlükəli bir şey ola bilərmi?

 

***

Yuval Noah Harari – Homo Sapiens kitabı Azərbaycan dilinə tərcümə edilib, əldə edə bilənlər kitabın tamamını oxumaqla daha çox bilgi qazana bilərlər.

Tərcümə etdi : Nizami Qasımov

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...