Heliosentrik sistem nədir? – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Heliosentrik sistem, planetlər və ya digər kosmik cisimlərin ətrafından fırlandığı zaman, günəşin mərkəzi nöqtədə dayandığını iddia edən kosmoloji modeldir.

E.ə 5-ci əsrdə, Yunan filosoflar Filolaus və Hiket, günəşi “mərkəzi atəş”, planetlərin isə, onun ətrafında döndüyünü fərz edirdilər. Daha sonra, e.ə 2-ci əsrdə, İskəndəriyyəli Klaudius Ptolemey dünyanın modelini yaratmağa cəhd edirdi. O, təsəvvür edirdi ki, yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (burada digər ulduzlarda nəzərdə tutulur) onun ətrafında fırlanırlar. Bunu astronomik cəhətdən təsdiq etmək üçün o, bir çox göy cisminin trayektoriyasını hesablayaraq onları çevrə şəklində yerin ətrafında təsvir etmişdi.

                          Ptolemeyin dünya təsvirinə aid rəsm, 1661

Nikolay Kopernik tərəfindən 1543-cü ildə nəşr olunan “De revolutionibus orbium coelestium” (” Göy cisimlərinin fırlanmasına dair”) əsəri astronomiya tarixində inqilab sayılır. Kopernikin sisteminə görə, yer öz oxu ətrafında və digər planetlərlə birlikdə Günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin Yer kainatın mərkəzidir tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük səs-küyə səbəb oldu. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin siderik periodlarını ( Günəş ətrafındakı tam dövr ) və onların Günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.

Kopernik sisteminin müdafiəçisi – İohann Kepler

17-ci əsr Avropasında yaşayan İohann Keplerin adının bu günə qədər əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri də, günəş ətrafındakı planetlərin hərəkətlərini ilk dəfə izah edən və onları bir model ilə ortaya qoyan alim olması idi. Astronomiyanın mərkəzini təşkil edən Kepler Qanunu, bu sahələrdə aparılan araşdırmalara ölümündən yüz illər sonra da istiqamət və izahat vermişdi.

Həmçinin bax: Geosentrik sistem nədir? 

Turqut Ağayev

mənbələr:

britannica.com

keplersdiscovery.com

stanford.edu

 

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.