Müalicə və profilaktika məqsədilə günəş şüalarından istifadə etmək, iqlimlə müalicə metodudur. Bu vaxt orqanizmə düz düşən günəş şüaları, səpələnmiş şüalar və müxtəlif əşyaların üzərindən qayıdan şüalar tə’sir edir. Helioterapiyamn tə’siri nəticəsində orqanizmin müxtəlif infeksion xəstəliklərə və soyuqdəyməyə müqaviməti artır, əmək qabiliyyəti yaxşılaşır. Helioterapiyanı bütün sağlam adamlara təyin etmək olar; o, Uzaq Şimalda xüsusən, vacibdir, bütün D hipovitaminozu hallarında, bir sıra dəri xəstəliklərində (piodermiya, psoriaz və s.) dayaq-hərəkət aparatının xroniki xəstəliklərində, radikulitlərdə təyin edilir.
Mənbə:
Tibb bacısının məlumat kitabı (2008)