Herbertin intihar məktubu və Kantın düşüncələri: Intihar, əxlaq, kədər…

Post date:

Author:

Category:

Əksər filosoflar İmmanuel Kantın işlərini, elmə qatdığı yenilikləri və əxlaq
haqqındakı düşüncələrini qəbul etmiş, lakin çox az hissəsi həyatında onu nümunə olaraq
götürmüşdür.

1791-ci ildə Kanta onun fəlsəfi fikirlərini sevən və izləyən avstriyalı Maria von
Herbertdən məktub gəldi. Marianın Kanta yazmasına səbəb son dövrlərdə
yaşadıqlarına görə qəlbinin qırılmasıdır: bu zaman onun qəlbi o qədər qırılmışdı ki,
hətta həyatına son qoymaq haqqında belə düşünmüşdür. Ta ki bu məsələnin Kantın
fikirləri ilə ziddiyyətli olacağını anlayana qədər.

“Uca Kant,
Inanclı bir insan Tanrıya yalvardığı kimi sizdən kömək, təsəlli və ya məni ölümə
hazırlayan bir tövsiyə istəyirəm. Yazdıqlarınız gələcək həyatın sübutudur, amma
bu həyatda heç nə itirdiyim yaxşılığın yerini doldurmur, çünki mənim gözümdə
bütün dəyərli şeylərin timsalı olan birini sevdim, təkcə onun üçün yaşayırdım,
digər şeylər gözümdə dəyərsiz idi. Lakin ona sonradan izah etsəm də, yalanlarımla
boğdum ki, bunda mənim xasiyyətimlə ziddiyyət təşkil edən heç nə yox idi. Yalan
o qədər ağır idi ki, bütün sevgisi məhv olmuşdu. Şərəfli biri olaraq dostluq
təklifimi qəbul etdi- fəqət artıq bizi bir-birimizə bağlayan səbəbsiz hislərimiz
olub – Ürəyim parçalanır! Əgər sizin işlərinizdən məlumatsız olsaydım, həyatıma
çoxdan son vermişdim. Lakin nəzəriyyələrinizdən gəldiyim nəticə məni dayandırdı-
ölməyim düzgün deyil, çünki həyatım işgəncə kimidir, varlığım üçün yaşamalıyam.
Indi özünüzü mənim yerimə qoyum- nə lənətləyin, nə də ürəyimə su səpin. Əxlaq
metafizikasının əsasları ilə qəti əmirləri oxumuşam, amma heç bir köməyi
dəymədi. Məntiqim ona ehtiyacım olan vaxt məni tərk edib. Mənə cavab verin-
yalvarıram- yoxsa öz fikirlərinizlə hərəkət etmirmiş kimi görünəcəksiniz.”

Kant rasional həyatın daxili dəyərini vəsf etmiş və intiharı əxlaqi qərar
paradiqmasına qarşı məntiqi ziddiyyət olaraq qınamışdı.
Kant belə bir maraqlı cavab verdi:

“Ürəkdən yazılan bu məktub fəzilət və dürüstlüklərlə dolu bir qəlbdən gəlir, çünki
bu cür dəyərli sözlər ancaq müəyyən qədər anlayışlı biri tərəfindən yazıla
bilər. Məndən xahiş etdiyin kimi özümü sənin yerinə qoymalı və saf, əxlaqi bir
dərman tövsiyə etməliyəm. Münasibətinin evliliklə, yoxsa dostluqla bağlı
olduğunu bilmirəm, maraqlı da deyil. Sevgidə istərsə həyat yoldaşı kimi, istərsə də,
dostluqda nəzərdə tutulsun, bir-biriləri ilə ortaq dəyərlərə sahib olmaq vacibdir,
belə olmadığı təqdirdə zəifləyər, emosional sayıqlamadan başqa bir şey olmaz.
Belə bir sevgi daimi əlaqə istəyir və inamsız susqunluqla zəifləmiş
vəziyyətdə əlaqədə olduğu insandan eyni cür fikirləşməyi gözləyir. Bu ideal
dostluğun tələb etdiyidir. Lakin daxilimizdə bu cür münasibətə belə mane olan,
ürəklərin bir yerdə olmasına əngəl yaradan, ən yaxın münasibətlərdə belə
fikirlərimizi beynimizdə kilidləyən bir şey mövcuddur. Qədimdəki insanlar bu
daxili inamsızlıqdan həmişə şikayət ediblər: “Dəyərli dostlar, dostluq deyə bir şey
yoxdur!

Insanlardan səmimilik gözləməməliyik, çünki hər kəs özünü olduğu kimi
göstərdiyi təqdirdə qarşısındakı tərəfindən dəyərdən düşməkdən qorxar. Lakin bu
səmimiyətsizlik, bu nadirən kiməsə ürəyini açmaq vərdişi yalançılıqdan fərqlidir.
Səmimi, lakin nadir hallarda kiməsə nəsə deyən birinin dediyi tamamilə olmasa da,
düzdür. Yalançı isə dediyinin yalan olduğunu bilir. Belə bir iddia əxlaq teorimində
doğru deyil. Zərərsiz ola bilər, bəlkə də, amma təmiz deyil. Insanın öz hörmətinə
zərərlidir, özlüyümüzdəki insanlıq heysiyyətinə zərər verir və fikrimizin köklərinə
hücum edir.

İndi özünə olan bu gileyinin səbəbi etirafının çox axmaq olmasıdır, yoxsa yalanın aid
olduğu əxlaqsızlığa görədir? Özünə bu barədə sual ver. Əgər birincidirsə, özünə
qarşı vəzifəni yerinə yetirmədiyinə görə peşman ol. Niyə? Çünki bunun nəticəsində
dostunun sənə olan etibarını itirmisən. Bu peşmanlığı yaradan əxlaqi məsələ deyil,
çünki bu problem hərəkətin özündən deyil, nəticəsinə görə baş verənlərdən
qaynaqlanır. Əgər ağrıların hərəkətlərinin əxlaqi hökmünə görədirsə, o zaman sənə
bu pərişan həkimin tövsiyəsi bütün yaşadıqlarını beynindən çıxarmağındır.

Baxışlarındakı fərqlilikləri sevdiyin insan hiss etsə, zaman yavaş-yavaş onun haqlı
hirsi gedəcək və soyuqluğu dərin bir sevgiyə düşünəcək. Əgər belə olmazsa, ən
əvvəlki sevgi əxlaqi deyil, fizikidir və onsuz da, yox olmalı idi- bu həyatımızda
tez-tez rast gəldiyimiz uğursuzluqdur, soyuqqanlılıqla qəbul edilməlidir.
Həyatımızın dəyəri insanlardan əldə etdiyimiz həzdən yarandığı üçün bu qədər
şişirdilib.

Bəli, əziz dostum, məsləhətlərimin adəti hissəsinə keçim: izah etmə, cəza və
rahatlıq. Özünü ilk hissəsinə sərf et. Onlar təsir göstərəndə o biri də öz-özünə
gələcək.”

Kantın son bir dərmanı var: vaxt. Sadəcə keçən vaxt qızın ürəyindəki mənəvi
ağrıları sağaldar və yenidən sevgilərini dirçəldə bilər. Əgər keçən vaxt ağrıları
sağaltmayacaqsa, bu sevgi əxlaqi olmaqdan çox fizikidir.

“Artıq daha yaxşı görürəm. İçimdəki sonsuz boşluğun daha da böyüdüyünü və məni
bütünlükdə əhatə etdiyini hiss edirəm, hətta bəzən özümü artıq, lazımsız sayıram.
Heç nə maraqlı deyil. Həyatımı bu vəziyyətə gətirən, məni sıxan şey mənə işgəncə
verir. Bu fikirləri kənara qoysam belə, qəti əmrlərlə və yüksək zəkamla əlaqəli
olmayan hər şeyə qarşı vecsizəm.

Hələ cavan olduğumu düşünürsünüz, yəqin ki. Amma məni son günlərdə
maraqlandıran tək şey ölümə daha da yaxınlaşdığımdır. Bu sualı təhlil etsəniz,
mənə çox kömək olmuş olarsınız. Sizdən soruşuram, çünki mənim əxlaq anlayışım
hal-hazırda sakit durub, amma həmişə həddən artıq qətiliklə danışa bilir. Əgər
axtardığım cavabı tapmasanız, mənə ruhumdakı o dərin boşluğu doldurmaq üçün
məsləhət verməyiniz üçün sizə yalvarıram.”

Kant bu məktuba cavab vermir.

1803-cü ildə Maria von Herbert intihar edir.

 

Mənbə:

Kant’ın bir öğrencisine yazdığı mektubunda kalp kırıklığı üzerine verdiği tavsiyeler

Tərcümə etdi: Firəngiz Manafova

Redaktə: Ziya Mehdiyev

 

STAY CONNECTED

20,126FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...