Hibridləşmə nədir?

Post date:

Author:

Category:

Genetik tədqiqatlarda və seleksiya işində ən çox istifadə olunan  üsullardan biri hibridləşmə üsuludur. Q. Mendel və ondan sonra bir sıra alimlər əlamətlərin irsən keçməsinin qanunauyğunluqlarını aşkar etmək üçün hibridləışmə üsulundan istifadə etmişdir. Seleksiyaçılar yüksək keyfiyyətli və məhsuldar bitki sortları almaq  üçün hibridləşmə üsulundan geniş istifadə edirlər. Bu üsula görə bir hibrid orqanizmdə iki və yaxud çox valideyn formaların əlamət və xüsusiyyətləri  öz əksini tapır. İki və yaxud bir neçə valideyn formaların bir-biri ilə çarpazlaşmasına hibridləşmə deyilir. Hibridləşmə nəticəsində alınan hibrid orqanizmlərdə əlamət və  xüsusiyyətlər meydana çıxır. Bunların içərisindən seleksiyaçı öz məqsədinə uyğun olanları seçib artırır.Hibridləşmə təbiətdə geniş yayılıb və bu zaman nəinki bir növə, hətta ayrı növ və cinslərə aid olan fərdlər iştirak edirlər. Bu mənada hibridləşmə təbii, yaxud spontan və süni olmaqla iki yerə ayrılır. Seleksiya işində müxtəlif çarpazlaşma tiplərindən istifadə edirlər.  Əgər hibridləşmədə bir növə daxil olan fərdlər iştirak edirsə, belə  hibridləşməyə növdaxili hibridləşmə deyilir. Əgər hibridləşmədə ayrı-ayrı  növlərin və cinslərin fərdləri iştirak edirsə, belə hibridləşmə uzaq  hibridləşmə (növlərarası, cinslərarası) adlanır.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...