Histon və nukleosom nədir?

Post date:

Author:

Category:

Eukariot hüceyrələrin xromosomlarında histonların beş fraksiyası ayırd edilir: H1, H 2 A, H 2 B, H3, H 4. Histonlar müsbət yüklənmiş əsasi zülallardır, onlar DNT molekulu ilə çox möhkəm birləşmə əmələ gətirir və bununla da DNT-də olan irsi məlumatın köçürülməsinin qarşısını alır. DNT matrisinin qorumaqla transkripsiya prosesini tənzimləyən histonlar requlyator zülallar kimi fəaliyyət göstərir. Bundan başqa, bu zülallar DNT-nin xromosomlarda fəza quruluşunu müəyyən etməklə struktur zülallar kimi fəaliyyət göstərir. Xromosomların (xromatin) nukleosom saplar səviyyəsində təşkili dörd növ nukleosom histonlari vasitəsi ilə təmin olunur: H2A, H2B, H3 va H4. Nukleosomların tərkibinə daxil olan histonlar iki tip tetramer formalaşdırır:(H2A), x (H2B), və (H3)2 x (H4)2. Bu zülalların birləşməsindən histonların oktameri omola golir. Histon oktamer zülal özəyi və ya kor yaradır. 146 cüt nukleotiddən (c.n.) ibarat DNT molekulunun sahələri histon oktamerlərin hər biri ilə ayrılıqda birləşir və oktamerin ətrafında sol istiqamətli superspirallaşma baş verir. Bu superspiralin hər bir nukleosoma düşan hissəsi təqribən 1.7 burum təşkil edir. DNT-nin zülallarla birləşmə əmələ gətirməyən sahələri əlaqələndirici və ya linker sahalər adlanır.

Hüceyrənin tipindən asılı olaraq DNT-linker sahələr özünda 15-100, orta hesabla 60 c.n. birləşdirir. DNT-linkerlər nukleosomun histon Özəklərini birləşdirorok xromatini əmələ gətirir. DNT molekulunun 200 c.n.-a yaxın olan hissasi zülal özəklə birlikdə nukleosom adlanır. Iki qonşu nukleosomun arasında yerləşən DNT-linker sahələr oktamerin formalaşmasında iştirak etməyən beşinci histon – H1 vasitəsi ilə birləşir. Bu, xromatinin quruluşunun əsasında təkrar olunan vahidlərin – nukleosomların təkrar olunduğu zəncirin və ya sapşəkilli DNP-nin durduğunu göstərir. Xromatinin nukleosom quruluşunda diametri 2 nm olan DNT molekulu 10 – 11 nm-ə qədər diametrini artırır.

Buna səbəb xromatinin nukleosom quruluşunda DNT-nin zülallarla əhatə olunmayan bir neçə min nukleotid ardıcıllıqlarından ibarət sahələrin olmasıdır. Bu nukleotid ardıcıllıqları müxtəlif qeyri – histon zülallarla tanınır və xromatinin sonrakı yığılmasında mühüm rol oynayır. Nukleosom sapın sonr kompakt yığılması H1 histonu vasitəsi ilə təmin olunur. Bu histon DNT-linklərlə və iki qonşu zülal cisimləri iləbirləşərək nukleosomlari bir – birinə yaxınlaşdırır. Nukleosomların formalaşması ilə DNT-nin uzunluğu 3 dəfə azalmış olur. Nüvədə DNT-nin nukleosom quruluşda kompakt yığılmış formasına praktik olaraq rastgəlinmir. Nukleosomun əvəzinə çox vaxt elementar xromatin fibril və ya solenoid formalaşır. Diametri 30 nm olan solenoid bir – birinə yaxın burulmuş bir neçə nukleosomdan təşkil olunmuşdur. Solenoid xromatininkompakt yığılmasının ikinci səviyyəsidir. Bu quruluşun bütün detalları hələ axıra qədər öyrənilməmişdir.

Genetik materialın quruluşunun sonraki təşkili interfaza xromoneminin formalaşmasıdır. Bu mərhələdə solenoidlər və ya xromatin fibrillər ilgəklər əmələ gətirir. İlgəklərin formalaşmasında görünür ki, qeyri-histon zülallar iştirak edir. Qeyri – histon zülallar bir-birindən bir neçə min cüt nukleotid masafədə, nukleosomdan kənarda yerləşənspesifik nukleotid ardıcıllığını tanıya bilir. DNT-nin bir ilgəyə uyğun sahəsi 20000-lə 80000 c.n. arasında dəyişir. Ilgaklərin əmələ gəlmasi ilə xromatin fibrillərin fraqmentlərinin yaxınlaşması təmin olunur. Nəticədə diametri 20 – 30 nm olan fibrillor diametri 200 – 300 nm, bəzən ise 400 nm təşkil edən interfaza xromonemlərinə çevrilir.

C.Ə.Nəcəfov,R.Ə.Əliyev, Ə.P.Əzizov- Tibbi Biologiya və Genetikanın əsasları

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...