HIV: İmmunoqlobulin Terapiyası

İmmunoqlobulin terapiyası  al yanaqlı meymunlarda müalicədən sonra da  SİV – in qarşısını alır .

 *  HIV insanlarda  immun çatışmazlığı xəstəliyi olan QİÇS – in (Qazanılmış İmmun çatışmazlığı Sindromu )  törədicisidir .

*   SİV    HİV – in mənbəyini aldığı və meymunlarda müşahidə olunan bir retrovirusdur . Bu virus  müxtəlif meymun növlərinin orqanlarında və qanında müşahidə olunur . Son buz dövründən əvvəl 32.000 – 75.000 illər arasında yarandığı güman edilir . 1980- ci illərdə isə  Simianes T-lymphotropes Virus 3 (STLV-III) deyə adlandırılırdı .

Bağırsaq xəstəlikləri üçün istifadə olunan bir immunoqlobulin preparatı HİV – ə  antiviral müalicə üsullarından daha uzun müddətli və effektiv təsir edə bilər . Belə ki , meymunlarla olan təcrübələrdə immunoqlobulinlər müalicə bitdikdən 2 il sonra da  HİV – in mənbəyini aldığı düşünülən  SİV – in çoxalmasının  qarşısını aldı – araşdırmaçı ” Science ”  jurnalında qeyd edir . HİV – ə yolxumuş insanlarla ilk təcrübələr artıq ABŞ – da aparılır .

 Dünyada təqribən  36 milyon insan HİV – ə yoluxub və  bu rəqəm Almaniyada 80.000 – dir . İndiyə qədər ölümcül virus infeksiyalarını birbaşa yox edən hansısa tibbi vasitə mövcud olmadığından  insanlar bütün həyatları boyu antiviral dərmanlar qəbul etməli idilər .

hiv-global_v3

Yeni üsulla yoluxmuş hüceyrələrdə HİV – in çoxalması dayandırılır və orqanizmə yayılmasının qarşısı alınır.  Ancaq , bu preparatın uzun müddətli istifadəsi  xroniki iltihablaşma ,  zəhərlənmə göstəriciləri və sürətli yaşlanma kimi bir sıra əks təsirləri də bərabərində gətirir .

Antiviral Dərmanların Əvəzinə İmmunoqlobulinlər

Atlantadakı  Emory universitetindən  Siddappa Byrareddy və əməkdaşları bu yeni HİV terapiyasını təcrübədən keçiriblər . HİV – in çoxalmasının və yayılmasının qarşısını almaq üçün antiviral dərmanların yerinə orqanizmə immunoqlobulinlər əlavə olunur .  ” Araşdırmanın məqsədi immun çatışmazlığa səbəb olan viruslara qarşı terapiyadan sonra da davamlı olaraq  onların çoxalmasının qarşısını alan müalicə üsulu yaratmaq idi ” , Alman Primat Mərkəzindən Koautor Lutz Walter qeyd edir .

16236695_303

Təcrübə üçün araşdırmacı SİV – ə yoluxmuş al yanaqlı meymunlardan istifadə etdi . Yoxlumadan sonra 90 gün boyunca meymunlar antiretroviral dərmanlarla müalicə olundu . Bununla bərabər onların bir hissəsinə bir il boyunca hər 3 həftədən bir  alpha4-beta7 – immunoqlobulinləri verildi .

 

Terapiyadan Sonra Tam Sağlam

Müalicə prosesindən sonra  immunoqlobulinlər verilmiş heyvanların qanında  və bağırsaq toxumasında demək olar ki , virus yox idi . Araşdırmacı vurğulayır ki , onlardakı virus miqdarı yoluxmuş hesab olunmaq üçün lazım olan minimum göstəricinin aşağısında idi  . Eyni zamanda  immunsistem üçün vacib olan CD4+-T-  hüceyrələrinin miqdarı artıb müalicədən sonra stabil qaldı .

Diqqət çəkən nüans isə budur ki , son immunoqlobulin verilməsindən  2 il keçdikdə belə al yanaqlı meymunlar sağlam idi . Bundan sonra da onların toxumalarında  HİV – ə rast gəlinmədi  və immunsistem tam qaydasında işləyirdi . ” Bu nəticələr bizi heyran etdi  ” – ABŞ Milli  Allergiya və İnfeksion Xəstəliklər İnstitundan Lutz Walter qeyd edir , ” Bu HIV – dən əziyyət çəkən insanlar üçün bir dönüm nöqtəsi ola bilər . “

 ABŞ- da ilkin olaraq 20 pasiyentlə birlikdə yeni bir kliniki  araşdırmaya start verilib . Təcrübə tam leqaldır , çünki immunoqlobulin Vedolizumab adı ilə Avropa və ABŞ – da rahatlıqla əldə oluna bilir . Bu dərman vasitəsilə Morbus Crohn və Colitis Ulcerosa kimi xroniki iltihablı bağırsaq xəstəlikləri müalicə olunur . Ona görə də bu dərmanın təhlükəsiz olması bir çoxlarına məlumdur .

 

 Təsir Mexanizmi

Alpha4-beta7 immunoqlobulinin HİV-ə necə təsir etdiyi indiyə qədər öyrənilə bilməyib .  Ancaq belə düşünülür ki , bu , alpha7-beta4 reseptorlarının bağırsağın daxili divarında mövcudluğu ilə əlaqədardır . Bu reseptorlar immunsistemin T- hüceyrələrinə  bağırsaq hüceyrələrinin membranlarından içəri keçməsinə kömək edir .

” Məlumdur ki,  SİV və HİV xüsusilə bağırsağın daxili divarındakı CD4+-T hüceyrələrində çoxalıb  xroniki infeksiyanın  əsasını qoyurlar . ” – Walter qeyd edir .   Immunoqlobulinlər bu immun hüceyrələrin bağırsaq divarına keçməsinə imkan vermir və beləliklə virusun yenidən yayılmasının qarşısı alınır .

Bununla belə  yenə də bir sıra suallar cavabsız qalır . Təsir mexanizminin  detalları hələ də tam olaraq  aydın deyil . Digər qaranlıq qalan sual isə budur ki, yeni üsul ilə müalicənin nə qədər müddət davam etməsi dəqiq deyil . Vedolimuzab ilə aparılan yeni araşdırma isə bu terapiyanın HİV və SİV üzərindəki təsirlərinin fərqini ortaya qoymaldır .

 

 Qeyd : Məqalə alman və ingilis dillərindən tərcümə edilib .

Tərcümə : Vüqar Məmmədli

Redaktə :  Kənan Məmmədov

Mənbə : http://www.scinexx.de/wissen-aktuell-20727-2016-10-14.html

               http://science.sciencemag.org/content/354/6309/197

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here