Hüceyrə hərəkət edərkən. Hərəkən prossesi 15 saniyəlik intervalda çəkilmiş şəkildə göstərilir. Rənglər hərəkət üçün lazın olan gücün miqdarını göstərir - qırmızı nöqtələr ən çox hərəkət edən hissələri təmsil edir.

Məlum bir faktdır ki, hüceyrələr bədəndə hərəkət edə bilir, lakin bunu necə etdikləri 2016-cı ilə qədər məlum deyildi.

İsveçrədəki Lund universitetinin infeksiya tibbi sahəsində araşdırmaçısı olan Pontus Nordenfelt (ing. Pontus Nordenfelt) molekulyar miqyasda hüceyrənin miqrasiyasını təsvir edə və onu vizuallaşdıra bilib. Zamanla bu hüceyrələrin miqrasiyasının əsas rol oynadığı infeksiyonal (yoluxucu) xəstəliklərin, soyuqdəymələrin, xərçəng xəstəliyinin sağaldılmasında böyük rol oynaya bilər. Araşdırmalarında Pontus Noderfeld model kimi T-hüceyrələrdən istifadə etmişdir. T-hüceyrələr immun sisteminin bir hissəsidir və buna görə də, bədənin zədə almış hissəsinə özlərini çatdırmalıdırlar.

Hərəkət etmək qabiliyyətinə malik olmaq üçün hüceyrə səthə toplanmalı və ön hissəsindən istifadə edib basmalı və ehtiyacı olduğu gücü qoymalıdır. Bununla bərabər hüceyrənin arxa hissəsi səthdən yuxarı qalxmalı və belə desək, ona “diyirlənmək” üçün imkan yaratmalıdır.

“Hərəkət etdikdə hüceyrə kimyəvi enerjini mexaniki gücə çevirir. İndi bu gücü mənim inkişaf etdirdiyim mikroskop aləti ilə ölçmək olar” – Pontus Norderfelt belə deyir.

Hüceyrə miqrasiyası birgə işləyən 3 molekul sayəsində aktivləşir. İnteqrinlər – hüceyrənin üzərində yerləşən digər səthlərə yapışa bilən molekullardır. Aktin – hüceyrənin daxilindəki membranda yerləşən kiçik və birlikdə hüceyrənin skeletini təşkil edən inşaat bloklarıdır. Nəhayət, “adapter” isə inteqrin və aktinləri birləşdirən proteindir.

“Adapter inteqrinlər ilə aktinləri birləşdirən kimi aktinin mexaniki gücü “yaşıl işıq” verir. Daha sonra inteqrin molekulu isə hüceyrənin bir az hərəkət imkanı yaradan ən yaxın partnyorun səthinə yapışır. Hüceyrənin miqrasiyası bitən kimi hüceyrənin bu hissəsindəki inteqrin və aktin bir-birindən ayrılır, eyni zamanda, digər bir hissədə aktivləşir” – Pontus Nordenfelt izah edir.

Hüceyrələrin miqrasiyasında açar rolunu inteqrin molekulunun hüceyrənin müəyyən bir hissəsində aktiv olmasıdır, lakin bunun necə işlədiyi hələ də məlum deyil. Lund universiteti tədqiqatçısının apardığı araşdırma Nature Comminications jurnalında dərc edilmişdir.

Hüceyrələrin miqrasiyasının aktinlərin gücü ilə inteqrinlərin aktivasiyasından yaranması haqqında təsvir bir neçə il əvvəl Pontus Nordenfeltin də 3 il keçirdiyi və inteqrinlərin necə aktiv olduğunu araşdırdığı Harvarddan seçilən araşdırmaçı Timoti Springer (ing. Timothy Springer) tərəfindən də təklif edilmişdir.  Bundan əlavə, bu işin nəticəsində mikroskopiyada yeni metodlar qazanılmışdır.

Bu metod hüceyrələr əlavə edilən işığın variasiyasının əldə edildiyi flueresent biosensorlara əsaslanır. Bu hüceyrələrin miqrasiyası prosesini rəngli şəkillərlə görməyə və inteqrinlərə təsir edən mexaniki gücü ölçməyə icazə verir. Bu metod ilə immun sisteminə daha güclü təsir edən infeksiya əleyhinə preparatların yaradılmasında və ya metastazlardan yaranan şişlərin aradan qaldırılmasında köməkçi ola bilər.

İnfeksiya xəstəlikləri sahəsində araşdırmaçı olan Pontus Norderfeld inteqrinlər ilə maraqlanmışdı, çünki onlar immun hüceyrələrində istifadə edilən proteinlərdir və beləliklə, onun araşdırması hüceyrələrin miqrasiyasına gətirib çıxardı. Özünün yeni aləti sayəsində o, artıq faqositlərin – yad bakteriyaları “yeyən” immun hüceyrələrin öyrənilməsinə davam etmək istəyir.

“Flueresent biosensorlar bakteriyaların nə vaxt və necə iş gördüklərini öyrənməyə imkan yaradır, həmçinin, bunun əksini, bakteriyaların yeyilmədiyi və bunun sayəsində orqanizmə daxil ola bilinən halları araşdırıla bilərik” – deyir.

Mənbə: How cells move

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here