İdealizm, İrrasionalizm, Rasionalizm, Dramatizm nədir? – Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

İDEALIZM [alm. Idealismus; fr. Idèalisme; ing. Idealism;
osm. tr. mefkurecilik; iftikariyye; yun. İdealisme]
fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət
olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm-fəlsəfi cərəyandır.
İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır.Hər hansı bir ideyaya bağlı olan, sadiq qalan və onu müdafiə edənlərə, yaxud həmin ideyanın əsasını qoyanlara ideoloqlar
deyirlər.

İRRASİONALİZM [alm. Irrationalismus; fr. Irrationalisme;
ing. Orrationalism; lat. irrationalis – düşüncəsiz, şüursuz]-Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul
edən fəlsəfi təlim.


RASİONALİZM [alm. Rationalismus; fr. Rationalisme; ing.
Rationalism; lat. Ratio – əql, osm. tr rasionalisme] – Akılcılık: əqli biliyə əsaslanan doğruluğun miqyasını hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə əsaslandığını irəli sürür. Hər kəsdə bərabər dəyişməyən ağıl və
məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müstəqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin varlığını qəbul edən fəlsəfi görüş.


DRAMATiZM [yun. Drama] – estetik kateqoriya; Yunan dilində drama-hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.

Mənbə:

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...