İdeya // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

İDEYA [yun. Idea – anlayış, təsəvvür] – ―Məna‖, ―əhəmiyyət‖
və ―mahiyyəti‖ ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx
bağlı olan fəlsəfi termin. ĠDEA [alm. İdee; fr. Idèe; ing. Idea;
yun. Idea = idein – görmək; osm. tr. fikir, misal; osm. tr.
mefjurevi; ər. فىشٌأ – [Fikir-Misal: Platonda dəyişməyən öz,
əşyanın ilk nümunələri. Dilimizdə ideya sözü geniş içlənməkdədir,
misal üçün: ağlıma bir ideya gəldi, yaxud fikir gəldi.
İDEAL [alm. Ideel; fr. Idèal, ideal; ing. Ideal; osm. tr. iftikari;
ər. إفزىبسي ;tr. düşüncel] – həqiqətdə real əsası olmayıb, ancaq
düşüncədə qurulan, dizayn edilən şey. Yaxud da düşüncə ilə
qavranıla bilən. İdeallıq isə obyektiv həqiqəti olan varlığın
qarşısında ideal yaxud da qurulan bir varlıq anlayışıdır. İdeal sözü
bəzən oxşarı-bənzəri olmayan, öz cinsində tam mükəmməl olan,
hər şeyi yerli-yerində olan mənasını da ifadə etməkdədir. İdeal,
hər hansı sosial qrupun səy və fəaliyyətinin son məqsədi, ən mükəmməl
ictimai quruluş haqqında həmin sosial qrupun iqtisadi və
sosial qrupun ictimai sosial mənafelərinə uyğun gələn təsəvvür

İDOLA [alm.=ing. Idol; fr. Idole; lat. Idola; yun. Eldoion;
osm. tr. sanem; put, imge]. F.Bekonun ―Yeni orqanon‖ əsərində
istifadə etdiyi anlam. Insanın təbiətində yerləşən yaxud da
sonradan qaznılmış olan və əsl biliyə mane olan prinsiplər.

METAFİZİKA [alm. Metaphysik; fr. Mètaphysique; ing.
Metaphysics; yun. Meta physika; osm. tr. mabad-et-tarbiya].
Varlığın son təməlləri, özü və anlamı haqqında təlimlər.
Aristotelin ilk fəlsəfə adını verdiyi ―bütün var olanlar üçün ortaq
ideyalar‖ı araşdıran abidə.
1. ―M.‖ termini e.ə. I əsrdə Aristotelin fəlsəfi irsinin bir
hissəsini göstərmək üçün meydana gəlmişdir

 

MATERİYA [alm. Materie; fr. Matière; ing. Matter; lat.
Materia, materies; yun. Hyle; osm. tr. madde; ər. دحّآ – [ِDekarta
görə maddə məkan tutan hər şeydir. Materiya ruhun əksidir.
Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil.
İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan
və həmin şüurda iniaks etdirilən obyektiv reallıq. Maddə və
formanın, reallığın iki ideyası olduğunu irəli sürən təlimə isə
Hilemorfizm [alm. Hylemorphismus; fr. Hylèmorphisme; ing.
Hylemorphism; yun. Hyle – maddə, morphè – forma] deyilir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...