İmmun sisteminin total məhvi – QİÇS

Post date:

Author:

Category:

QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) – immun sistemin tam depressiyasına şərti-patogen infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəlikərin  inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki,  bunlar da ölümlə nəticələnir.

Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksuallar arasında aşkar olunmuşdur.

Törədicisi retroviruslar qrupunun lentiviruslar yarımqrupuna daxil olan insan 3-cü tip T-limfotrop viruslardır. İlk dəfə 1983-cü ildə fransız alimləri L.Montanye və R.Qallo tərəfindən aşkar edilən və öyrənilən bu virusların hal-hazırda 2 qrupu ayırd edilir. HİV-1 (“Afrika QİÇS-i” virusu) və HİV-2 . HİV-1 əsas etibarilə ABŞ-da,  Avropada və Mərkəzi Afrikada, HİV-2 isə adətən ən çox Qərbi Afrika ölkələrində yayılmışdır. Bu viruslar mutasiyaya həddindən artıq meyilli olduğu üçün  ştamları çoxdur. Hər replikasiya zamanı yeni yaranan virusların birinci genomunda ən azı bir səhv gen meydana çıxır.

 

Image result for hiv virus

QİÇS xəstəliyinin sonunda orqanizmin immun sisteminin total məhvi baş verir. Nəticədə tamamilə müdafiəsiz qalmış orqanizmdə opportunist infeksiyalar, vərəm xəstəliyi və bədxassəli şişlər baş verərək xəstənin ölümünə səbəb olur.

Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir.  QİÇS zamanı ölüm ya opportunsit infeksiyalardan,  ya da bədxassəli şişlərdən və onların metastazından baş verir.

Yoluxma əsasən 3 yolla baş verir.

  1. Cinsi yolla- xüsusilə də paraseksual (qeyri-təbii) əlaqələr zamanı
  2. Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı, içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı, virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
  3. Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

Bu səbəbdən də xəstəlik ən çox (60%) homoseksual şəxslər arasında yayılmışdır. Ümumiyyətlə kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə 2-ci sıradadırlar. Bundan sonra xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqədə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir(kriptogen).

Viruslar ən çox qanda, spermada, beyindaxili likvorda olur.

 

Simptomlar

 

QİÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyətinin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə vadar etməlidir.

Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş, onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib hesab olunur.

 

QİÇS xəstəliyi öz inkişafında aşağıdakı mərhələləri keçirir.

  1. Latent dövr. Bir neçə həftədən bir neçə ilə qədər ola bilər. Latent dövrün müdəti yoluxma zamanı orqanizmin immun sisteminin vəziyyətindən, virusun konsentrasiyasından və yoluxma mexanizmindən aslıdır. Latent dövrdə xəstənin qanında QİÇS- viruslar və onlara qarşı yaranmış anti-QİÇS-antitellər aşkar olunur. İlk dövrlərdə qanda kəskin şəkildə artan virusların miqdarı təxminən 1,5 – 2 ay sonra antitellərin təsiri ilə azalır. Buna serokonvensiya deyilir.
  2. 3-5 il davam edir, limfa düyünləri böyümüş olur.Xəstələrdə xroniki limfadenopatiya sindromu inkişaf edir.
  3. Bir neçə il davam edir. Xəstələrdə immun çatışmazlığı fonunda limfadenopatiya, qızdırma, diareya, tərləmə, ümumi zəiflik, arıqlama müşahidə olunur.
  4. 2 il davam edir. İmmun sistemi tamamilə çökür. QiÇS-viruslarının miqdarı artır. Xəstələrdə ağır gedişli opportunist infeksiyalar, kaxeksiyalar, bəd xassəli şişlər yaranır.

QİÇS xəstəliyinin aşağıdakı kliniki formaları var.

  1. Ağciyər sindromu variantı (80%). Buna QİÇS-in ağciyər forması da deyilir.
  2. Mərkəzi sinir sitemi variantı və ya QİÇS-in serebral forması.
  3. Mədə-bağırsaq sindromu variantı.
  4. Naməlum etiologiyalı qızdırma variantı.

Mənbə: Ə.B.Həsənov, Patoloji anatomiya, Tibb Universiteti üçün dərslik

 

Aysel Əliquliyeva

STAY CONNECTED

20,458FansLike
2,296FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.