İmpressionizm-Ogüst Rönuar

Post date:

Author:

Category:

Ogüst Rönüar 25 fevral 1841-ci ildə Fransanın Limoges şəhərində dünyaya gəldi.

Atası dərzilik ilə məşğul olurdu. Ogüst ailənin 4-cü uşağı idi. Ailənin gəlirini düzəltmək üçün atası Parisə yerləşdiyi zaman, balaca Ogüst hələ 4 yaşında idi. Məktəbə yeni başladığı zamanlarda atasının dükanında işləyir, ona kömək edirdi. 13 yaşında olanda ailəsinin gəlirinə köməyi dəysin deyə, bir çini bəzəyənin yanına köməkçi olaraq göndərdilər.Çini əşya üzərinə rəsm çəkərək rəssamlığın texniki tərəflərini öyrəndi. Günortaya qədər çini işində işləyir, günortadan sonra Luvr muzeyinə gedərək heyranı olduğu rəssamların əsələrini çəkirdi. Sonradan özünü Tiziano, Vecellio, Tintoretto, Rubens, Fragonard, Delacroix kimi rəssamlar zəncirinə bağlayacaq olan zövq, təhsili beləcə özünü göstərdi.

Çini sənayesindəki yeniliklər nəticəsində ştempel və çap üsulları yarandı. Ogüst 1858-ci ildə ortada qaldı. Yeni iş axtarmağa başladı. Artıq parçalar və yelpiklər üzərinə rəsm çəkərək pul qazanırdı. Bu işləmələr müddətində böyük bir fırça hakimiyyəti və tezliyi ilə tez diqqət çəkdi. Zamanla bir qədər pul yığmağı bacaran Rönuar, 1862-ci ildə Gözəl Sənətlər Məktəbinə qəbul oldu və rəssam Gleyre’nin atelyesində işləməyə başladı. Yaxın dostluqlarını həyatının sonuna qədər qoruyacağı Bazille, Monet, Sisley kimi gənc rəssamlarla burada tanış oldu. Gələcək illərdə meydana çxacaq “İmpressionizm” toxumları beləcə atılmış olurdu.

“Monet Argenteuil’dəki bağçasında rəsm çəkərkən”, 1873

Sonrakı ildə aralarına yeni dostlar da gəldi. Vaxtlarını Luvr muzeyində və Fontainebleau meşəsində keçirirdilər. Meşədə rəsmlə məşğul olduğu bir gün, Diaz da la Pena adlı bir İspan rəssamla tanış oldu. Barbizon məktəbinin köhnə müəllimlərindən olan rəssam Diazdan təbiət sevgisini və rəngləri necə istifadə etməli olduğunu öyrəndi. Diaz, ona gördüyü mənzərənin rənglərini daha parlaq bir şəkildə kətana sürtməsi lazım olduğunu öyrətdi.

Maddi baxımdan sıxıntıya düşməsinə baxmayaraq, həyatından məmnun idi və zövqlə işləməyə davam edirdi. Əsərlərindən biri 1863-cü ildəki “İllik Rəsmi Sərgi”yə qəbul edilmiş, amma yeni rəsm növlərinə yaxın olan əsərləri rədd edilmişdi.

“Gəmi gəzintisində günorta yeməyi”, 1980.

Rönuarın bu dönəmində, “İllik Sərgi”yə qəbul edilməyən  bir rəssamın əsərlərinə alıcı tapa bilməsi olduqca çətin idi. 1863 sərgisinə heç bir dostunun əsəri alınmamışdı. 1864-cü ildə rədd edilən tabloları 1865 “Sərgi”sinə alındı. Rəssam Bazille varlı bir ailənin uşağı idi, Rönuara kömək edirdi. 1867-ci ildəki İllik Rəsmi Sərgi, Rönuardan heç bir rəsm qəbul etmədi. Münsiflər onu həddindən artıq “yeni” görürdülər. 1868-ci ildə “Lise” adlı tablosunun Sərgiyə alınıb böyük rəğbət qazanması, 29 yaşındakı rəssama Paris sənət çevrələrinin qapılarını açdı.

Gənc sənətçi bundan sonra, “Guerbois” kafesində tez-tez toplanan qrupla yaxın təmas qurdu. Burada davam edən birliyin lideri və artıq ustalığını sənət çevrələrinə qəbul etdirmiş olan Manet’dən başqa Degas, Bazille, Sisley, Monet, Pissarro, Cezanne, Fantin-Latour kimi rəssamlar; fotoqraf Nadar və Astruc, Duranty, Duret, Zola kimi yazar və tənqidçilərlə dost oldu. Görüşmələri əsnasında birliyin xüsusi bir sərgi açmasının lazım olduğu fikri yavaş-yavaş beyinlərdə yer edirdi.

“Jean rəsm çəkir”

Amma “İmpressionist” deyilən bu gənclərin sərgilərini açmaq heç cür mümkün olmur, açılış tarixi hər zaman dəyişirdi. Buna səbəb, əvvəl 1870 ilindəki Alman Müharibəsi, sonra rəssamları ayıran baxış fərqləri və maddi dərdlər idi. Nəhayət Rönuar’ın cəhdləri ilə sərgi, 1874-cü ildə, fotoqraf Nadar’ın studiyasında açıla bildi.

Rönuar, 1870 ilə 1880 arasında impressionizm zamanının ən gözəl nümunələrini verdi. 1880-ci ildə aşiq olduğu modeli Aline Charigot ilə evləndi. 1881-ci ildə İtalya’ya getdi. Bu səyahətdən sonra rəsm həyatında yeni bir dövr-klassik dövr başladı.

“Gənc qız oxuyur”

1895-ci ildən sonra Rönuar’ın “yetkinlik” zamanı başladı. Rəsm çəkməkdən, son illərinə qədər imtina etmədi. Ağır bir rematizma, fırça tutmağına belə mane olurdu. Son illərində heykəl ilə də məşğul oldu. Rəsm çəkərkən fırçanı iki barmağının arasına iplə bağlatdırırdı. Ən sadiq modeli Gabrielle Rönuar’ın rəsmləri ilə, rəsm həyatını bağladı. Həm aşpaz, həm xadimə, həm də uşağlarının dayəsi olan bu qadın, Rönuar’ın rəsmlərində görünən canlılığın səbəblərindən biridir.

Moulin de la Galette’dəki bal, 1876

Cənubi Fransaya, 1901-ci ildə bir köşk alıb yerləşmişdi. 3 Dekabr 1919-ci ildə Cagnes’dəki evində, 78 yaşında həyatını itirdi.

Mənbə:

http://www.ressamlar.gen.tr/pierre-auguste-renoir-kimdir-hayati-biyografisi/

https://iamachild.wordpress.com/2012/11/05/pierre-auguste-renoir-1841-1919-french-3/

 

Redaktə etdi: Xanım Sadıqova

 

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...