İndoneziyanın parça üzərində milli naxış növü – Batik

Post date:

Author:

Category:

                                                       Batik

Batik İndoneziyaya məxsus incəsənət nümunəsidir. Hansı ki, o Qərbin bütün incəliklərini və ruhunu özündə cəmləşdirmişdir. Batik sadəcə bir naxış üsulu və ya parça növü deyildir. O İndoneziyanın əsas birlik simvollarından biridir. Ən yaxşı batik parçaları əsasən İndoneziyanın Yava adasında hazırlanır.

Batik nədir?

Əslində batik sırf parça növü deyildir. O bir naxış növüdür. Lakin batikdən geniş surətdə parça üzərində istifadə olunduğu üçün o çox zaman parça növü kimidə qəbul edilir. IX əsrdə tikilən Borobudur və X əsrdə tikilən Prambanan məbədinin divarları üzərində batik motivlərinə xüsusilə də Lotosçiçəyinin təsvirinə rast gəlinir.

Batik mumdan və təbii boyalardanistifadə edilərək peşəkarlıqla hazırlanan bir sənət daha doğrusu incəsənət növüdür.

Batikin tarixi

Indoneziya çox qədim tarixə malik ölkədir. Tarixinin qədim olması ölkənin  mədəniyyət və incənəsətinə təsir göstərmışdir. Batik indoneziya tarixinin ən vacib mədəniyyət-incəsənət nümunələrindəndir. Batikin yaranma tarixi IX-X əsrlərdəndə əvvələ təsadüf etsədə geniş yayıldığı tarix Mataram krallığının zamanına təsadüf edir. Belə ki, bu dövrdə batik parçanı yalnızca zadəgan ailələri geyinə bilərdilər. Və bakiti hazırlayan xüsusi ustalar yalnızca sarayda işləyirdilər. Mataram krallığı dağıldıqdan sonra isə batik ustaları ölkənin dörd bir yanına yayıldılar. Beləliklə batik sənətidə ölkənin hər yerində geniş yayılmağa başladı. Artıq batiki sadəcə zadəgan ailələri deyil sadə insanlar da geyinə bilərdi.

Batikin hansı ölkəyə məxsus olması alimləri çox düşündürmüşdür. Və batik parçasına aid bir çox tapıntılar aşkar edilmişdir. Sonda isə batikin ilk dəfə İndoneziyada yaranması sübut olunmuşdur. Əslində batikin ilk dəfə İndoneziyada yarandığı deyilsədə Azərbaycanda yaranan kəlağayı sənəti ilə batikin yaranma tarixi təqribən üst üstə düşür. Kəlağayıda istifadə olunan basma sənəti ilə batik çap arasındakı oxşarlığı isə görməmək mümkün deyil.

1) “Batik çap” hazırlanması

2) “Kəlağayı” hazırlanması

Sonralar batik hazırlanmasını cinli və avropalı tacirlərdə öyrənməyə başladılar. Lakin avroplıların hazırladığı batik indoneziya batiki ilə müqayisədə o qədərdə keyfiyyətli deyildi. Beləki avropa batikinin rəngi solurdu. Ona görədə bu batikə demək olarki üstünlük verilmirdi.

Hətta 1835 ci ildə hollandiyada batik parça hazırlamaq üçün fabrik açıldı. 1900 cü ildə isə Almaniya kütləvi batik istehsalına başlamış və onu xarici ölkələrə ixrac etmişdir.

2009 – cu il 2 Oktyabr tarixini isə YUNESKO səviyyəsində Milli Batik Günü kimi elan olunmuşdur

Batikin hazırlanma üsulları

Batikin hazırlanmasına görə 3 növü var: batik tulis, batik çap və batik print. Hazırlanmasına görə ilk yaranan növ “batik tulis” dir. Bu növ batik hazırlama üsulu qədimolması ilə yanaşı çox zəhmət tələb edəndir. Batik tulisi hazırlamaq üçün xüsusi alətlərdən istifadə olunur. Bunlardan ən vacibi isə “çantinq” adlanan alətdir. Dəstəyi taxtadan, ucu isəsivri misdən hazırlanan bu alət parçanın üzərində mum ilə naxışlar qoya bilmək üçündür. Bundan əlavə xam mal kimi mumdan istifadə olunur. Və o da öz novbəsində “vaçan” adlanan qazanda əridilir. Qazanı isidərək mumu əritmək üçün “anqlo” adlanan piltədən istifadə olunur. Taplak adlanan parça ilə çantinqdən axan artıq mum silinirki parçanın üzərinə düşüb onu korlamasın. Qavanqan adlanan alət bambukdan və ya taxtadan hazırlanır. Bu alətdən batik parçaya naxış vurulmasında və həmçinin parça yuyulduqdan sonra qurudulmasında istifadə olunur. Belə ki ilk oncə parça üzərində batik motivləri karandaş ilə qeyd olunur. Daha sonra parça “qavanqan”ın üzərinə sərilir və mum ilə həmin motivlər işlənir. Ardından parça təbii yollarla əldə edilən boyalarla boyanır. Ehtiyac duyularsa yenidən mum ilə naxış vurularaq boyanır. Və parçanın üzərindəki mumu yuduqdan sonra parça yenidən “qavanqan” üzərinə sərilir və burada qurudulur.

1) Çantinq

2) Mum (xammal)

3) Vaçan(qazan) və anqlo(piltə)

4) Qavanqan

5) “Batik tulis”in hazırlanması

6) Təbii boyalar ilə batikin rənglənməsi

Batik çapın hazırlanması batik tulisin hazırlanması ilə müqayisədə daha asandır. Beləki burada naxışlar parça üzərinə cantinq ilə tək-tək deil xüsusi qəliblərdən istifadə edərək “toplu” şəkildə qoyulur. Yəni batik çap hazırlamaq üçün xüsusi qəliblər hazırlanır. Bu qəliblər çantinq çap adlanır. Ilk öncə bu qəliblər misdən hazırlansa da hal-hazırda taxtadan hazırlanmış qəliblərə üstünlük verilir. Çünki mis mumu özünə hopdura bilmir və parça üzərində qoyulan naxış o qədərdə uğurlu alınmır. Taxtadan hazırlanmış qəliblər isə mumu özünə yaxşı hopdurduğu üçün naxışlar daha incə, dahagözə çarpan və səliqəli olur. Daha sonra isə batik tulisdə olduğu kimi parça rənglənir yuyulur və qurudulur.

1) “Batik çap”ı hazırlamaq üçün qəliblər

2) “Batik çap”ın hazırlanması

Batik print batik hazırlanmasının ən asan və an müasir yoludur. Batik print hazırlamaq üçün xüsusi cihaz və dəzgahlardan istifadə olunur. Bu üsüldan fabrik və sexlərdə kütləvi batik istehsalında istifadə olunur. Asan olduğu üçün qiyməti batik tulis və batik çapdan daha aşağı olur. Və batik printin batik çap və batik tulisdən ən böyük fərqi odur ki, bu növ batikdə sadəcə batikə məxsus motivlər olur. Yəni batikin printin hazirlanmasında mumdan istifadə olunmur. Ona görə də bu növ batikdə motivlər parçanın sadəcə bir üzündə olur, digər tərəfə keçmir.

1) “Batik print”in hazırlanması

Batik hazırlanmasında pambıq, rayon, kətan, Voile və ipək kimi parçalardan istifadə olunur. Lakin əsasən “kain mori” adlanan pambiq parçaya üstünlük verilir. Mori parça 2 cür olur: ağardılmış və ağardılmamış mori parça. Bu növ parçaya üstünlük verilməsinin səbəbi isə onun zərində naxışların daha asan və səliqəli işlənməsidir.

Batik parçasının və motivlərinin növləri

Batik parçası ilk dəfə İndoneziyada yaransa da bura gələn xarici tariclər tərəfindən öyrənilərək başqa olkərədə aparılmışdır. Elə ona görə də batikin müxtəlif növləri yaranmışdır. Lakin onun bu qədər müxtəlif olmasının tək səbəbi xarici tacirlər deyildir. Indoneziyada 13 000 dən çox ada və 300 dən çox etnik qrup var. Buda öz növbəsində batik parçasının müxtəlif növlərinin yaranmasına gətirib cıxarmışdır. Həmçinin ərazisinin böyüklüyü təbiətinin müxtəlifliyi də bu parçada növ müxtəlifliyinə səbəb olmuşdur.

Hər bir etnik qrupun özünəməxsus adət-ənənələri vardır ki, bu da öz növbəsində batik parçasındakı motivlərə təsir göstərir. Çünki batik parçasındakı hər bir motivin bir mənası var.

Xarici tacirlərin indoneziya ya səyahət etməsidə parçaya öz təsirini göstərmişdir. Belə ki, çinli tacirlər batik sənətini öyrəndikdən sonra ona özlərinəməxsus rəng ahəngi vermişlər. Ona görədə Çin batiki İndoneziya batikinə nisbətən daha rəngarəngdir. Çin batikində qirmızı və onun çalarlarında geniş istifadə olunur. Avropalıların da batikə təsiri az olmamışdır. Onlar batik sənətini oyrəndikdən sonra avropa nağıl qəhrəmanlarının karikaturalarını parça üzərində təsvir etmişlər. Indoneziyalılar isə motivlərlə yanaşı təbiət və heyvan rəsimləridə təsvir etmişlər.

Dinin də batik parçasına təsiri az deyildir. Xüsusilə islam dininin təsiri ilə “batik Rifaiyah” adlanan batik növü yaranmışdır. Qeyd etmək lazımdır  ki, islam dini İndoneziyada yayıldıqdan sonra  batik parçaları  üzərində təsvir olunan heyvan rəsmləri başları kəsilmiş  şəkildə təsvir olunurdu. Səbəbi  isə belədir: İslam dinində ölmüş heyvan  əti yemək  və təsvir etmək  haramdır.

Rənglərinə görə də batik növləri bir birilərindən fərqlənir. Məsələn mərkəzi hissələrdə hazırlanan batik növləri nisbətən tünd rənglərdən daha çox qəhvəyi rəngin tonlarından hazırlanırdı.  Sahilyanı ərazilərdə isə əksinə nisbətən açıq tonlardan mavi rəngin çalarlarından istifadə olunur. Çünki batik parça təbii boyalarla boyanır və mərkəzi hissə quraq olduğu üçün açıq rəng əldə etmək çox çətindir. Eyni zaman da sahilyanı ərazilər də təbii üsüllarla tünd rənglər əldə etmək çox çətindir.

Batik parçasından ən çox istifadə olunan motiv “kawung” motividir. Bu növ batikdən kral və onun ailə üzvləri istifadə edirdi. Naxışda 4 amil var. Bu 4 amildən birincisi şərq yəni günəşin doğması, həyat mənbəyi mənasını daşıyır. Ikinci amil şimalı yəni Allahın, ruhlarin məkanının mənasını daşıyır. Üçüncü amil qərbi yəni uğuru simvolizə edir. Və nəhayət dördüncü amil cənuba yəni hər şeyin zirvəsinə işarədir. Bu naxışın adının  eyniadlı həşaratın adından götürüldüyü güman edilir. Mənası isə ədalətli idarəçiliyə ümid etmək deməkdir.

Digər məşhur naxışlardan biri isə “truntum” naxışıdır. Bu naxışlı batik parçadan xüsusilə evli cütlüklər istifadə edirş cünki bu naxış da olan kiçik güllərin mənası gənc ailəyə xoşbəxtlik və çoxlu uşaq nəsib etməyi ifadə edir.

Daha bir özünəməxsusluğu ilə seçilən naxış isə “huk” naxışıdır. Bu naxış yenicə qanad açmış quşu xatırladır. Və bu naxış hinduizm dini ilə bağlı olub, insanın Allaha sevgisinin göstəricisi kimi qəbul edilir. Quşun qanadları mübarizə və muhafizəni, quyruğu isə hər şeyin yaxşi olacağını simvolizə edir.

Batik parçasının naxışlarında həndəsi fiqurların təsvirindəndə geniş istifadə olunur. Bu naxışlara misal olaraq incə “parang” naxışını göstərmək olar. Parang naxışı həyatın asan olmadığını, insanı sınaqlardan keçirdiyini izah edir. Bu naxışlı batikdən yalnızca racə, onun həyat yoldaşı və övladları istifadə edə bilərdi. Digər şəxslərə isə bu motivdə batik geyinmək qadağan edilmişdi.

Nəticə etibarı ilə “batik” İndoneziyanın milli-mədəni isrini təcəssüm etdirən vacib faktorlardan biridir. Onun müxtəlif hazırlanma üsulları vardir. Hansı ki bu üsullarzaman keçtikcə təkmilləşmişdir.

Bu gün batik İndoneziya dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də rəsmi görüşlər və eləcədə bayramlar zamanı batik parçasından hazırlanmış köynəklərdən, geyimlərdən istifadəolunur. Bununda özlüyündə xüsusi bir mənası var.

Doğrudur, bu gün batik parçasının minlərlə, hətda daha çox növu vardır. Və bunda din, ərazi, etnik qruplar və xarici tacirlər kimi faktorların əvəzedilməz rolu olmuşdur. Lakin unutmaq olmaz ki, nə olursa olsun bu parçanın tarixi İndoneziya ilə bağlıdır.

 

 

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.