İNSANİ HİSLƏR-SEVGİ

Post date:

Author:

Category:

İnsani hisslər ümumi məcmudur. Gəlin burdan “sevgi” adlı hissi alaq , çıxaraq ataq kənara sonra da onu incələyək görək sevilə bilirik mi, və ya bu sevgi adlı şey nədir? Açın baxın kitablara, kimiləri sevgini sekslə bağlayıb, kimiləri isə ən yüksək hiss kimi adlandırıb. Daha kitablardan və ya şəxslərdən örnəklər verməyəcəm Freydi oxumayan onsuz da qalmayıb . İndi bu sevgi necə yaşanır, ya da nə etdirir? Bəlkə, sevgi deidyimiz şey sadəcə əziyyətdir.Şəxsən mənə maraqlıdır. Mən də oturub öz fikirlərimi yazdım. Ola bilsin doğrudur,ola bilsin səhvdir. Hərhalda dilə gətirməyim özü də bir cəsarətdir. Uzatmayaq keçək fikirlərimə..

Sevgi nədir? Çox çətin sualdır. Çətin olmaqla yanaşı nisbi sualdır və buna uyğun olaraq cavabları da nisbdidir. Çünki bu sualı elm adamına versəz, sizə sevginin əslində hormon olduğunu, dopomin və seratonin kimi xoşbəxtlik hormonlarının toplusu olduğunu söyləyəcək. Hətta sevgi hormonu deyə bir formul da var ki, elm adamlarının dediklərinə görə, bu formul sevginin ana maddəsidir. Rəsmdə görürsüz.

Ancaq sualı gedib filosofa versəniz, tam başqa cavablar alacaqsınız. Sevgini ya aşağılayacaqlar, ya da başqa dəyərlər yükləyəcəklər. Ədiblərdən, yəni şair və yazar tayfasından soruşmağa dəyməz,çünki onların sevgi anlamı ayrılıq, acı və əzabdır.Yoldaşlar sevib-sevilib, xoşbəxt olsalardı bu qədər şeir yazılmazdı ki… Mən də bu insani hissdən yan keçə bilmədim və toxunmağı borc bildim. Mənə görə sevgi deyilən şey, hər nədirsə ying-yanga çox bənzəyir. Necə ki, ying-yangda yaxşılıq və pislik iç-içə vəhdət təşkil edirsə, burada da xoşbəxtlik və kədər vəhdət təşkil edir. İki nəfərdən birisi birazca artıq sevən kimi, ikinci tərəfdə “yüksəlmə” gedir. Burada,zənnimcə, əsas rolu dəyər oynayır. Fərd sevdiyi şəxsə nə qədər dəyər verir? Olduğu dəyərdən çox mu? Yoxsa az mı? Mən Max Ştirnerin “Eqo və Mülkiyyət” kitabını oxuyan zaman tam da öz fikirlərimin təsdiqlənmiş halını tapdım. Orada deyilirdi: -“ Mən sevgi hökmü deyə bir şey tanımıram və sevdiyimi olduğu kimi sevirəm. Ona olan sevgim, onu mənim üçün dəyərli etmir. O, zatən dəyərli və gözəl birisi olduğu üçün mən də onu sevirəm. Məndən başqa neçə insan da onu sevə bilər. O, zatən özü-özlüyündə dəyərli oldugu üçün bizlər-əsas da mən onu sevirəm. Mənim sevgim onu ucaltmır. Zatən o ucadır.” Biz sevgilimizi sevdiyimiz üçün uca, yüksək,dəyərli olduğunu zənn edirik. Ancaq biz özümüzə sual versək ki, niyə sevirik? Bu cavabı alacağıq: Səbəbsiz. Ayılın, Kvant dünyasında yaşamırıq ki, səbəb-nəticə əlaqəsini unudaq.Biz makrodünyada yaşayırıq və İ.Nyutonun qanunları ödənir. Determinizmin bütün şərtləri özünü əks etdirir. Bizim birisini sevməyimiz onu, Aşıq Veysəl demiş: “ Gözəlliyin beş qəpik etməz, Məndəki bu eşq olmazsa” –fikrindəki kimi qarşı tərəfi gözəl, dəyərli və uca etmir. Qarşı tərəf gözəl, uca, dəyərli biri olduğu üçün biz onu sevirik. Sevgidən kimlər əziyyət çəkir? Lazım olduğundan artıq sevənlər. Ancaq bu lazım olan “dozanı” mən də bilmirəm. Ancaq zənn edirəm ki, bu dəyər artıq və ya əskik olanda sevgi yumaq olur. Di gəl, bununla pişik kimi oyna. Mən soyuqqanlı sevməyi üstün tutaram, çünki o zaman “Özünüz” rahat olursunuz. İndiyə qədər sadə şəkildə oxudunuz, sadə cümlələr izlədiniz. İndi işləri qəlizləşdirirəm. Fərdin sevməsi üçün ehtiyacı olan şey sadəcə “Özündən” ya aşağı olan, ya da özünə uyğun gördüyü birisindən xoş şeylər hiss etməkdir. Ancaq bu məsələ nə dərəcədə doğrudur? Sevilən şəxs sevəndən aşağı olsa, o zaman köləliyə gedib çıxacaq. Özünə bərabər olsa, o zaman kommunal sistem olacaq məcbur olacaqlar özlərində hər şeyi bərabər paylaşmağa. Sevgini, dəyərləri, eqonu, seksi və s. Kommunistlərin daima bir tanrıya ehtiyacı var idi-əməyə. O zaman özünə uyğun olanı sevdiyiniz zaman sizin tanrınız kim olacaq? Düşünün. M.Bakunin nə demişdi? Göy üzündə bir əfəndimiz olduğu müddətcə, yer üzündəkilər köləlikdən qurtula bilməz. Deməli, yoldaşlarım, özünüzə uyğun olanı da sevsəniz, özünüzdən aşağı olanı da sevsəniz, həmişə kölə olaraq var olacaqsınız. Ancaq bu köləliyi səhv anlamayın. Kaş bütün köləliklər elə bu şəkildə olardı. Burada ağa sadəcə sevgidir. Bunun arzulanan və ya arzuolunmaz olması, individin psixologiyasına əsaslanan seçimdir. Bəs, digər məsələ, özünüzdən yuxarı birini sevə bilərsiniz?Sizdən düşüncə baxımından, ağıl baxımından üstün olan birindən söhbət gedir. Bu sevgi tamamən cəsarət üstünə qurulmuşdur. Fərd öz eqosun qırmalıdır ki, özündən üstün birini sevsin. Onsuz da, sevdiyiniz şəxsi axır-əvvəl özünüzdə üstün edrisiniz bu, ayrı məsələ. Ancaq bir düşünün ki, sizdən qat-qat üstün birini sevirsiz. Buna mən cəsarətli sevgi və ya eqoizmsiz sevgi deyirəm ki, bu istənməyən şeydir. Eqo yoxdursa, “Mən” də yoxam. Yavaş-yavaş nə demək isdədiyim anlaşılır deysən. Fərdin 3 cürə sevgisindən danışdım.: 1) Özündən aşağı olan birisin sevmək 2) Özünə uygun olanı sevmək 3) Özündən üstün olan birisin sevmək. 1 və 2 normaldır istənəndir. Mən 3-ə qarşıyam. Sizi bilmirəm, necə isdəsəz elə də edin. Sevən zaman bütün dünyanın rəngləndiyi deyir insanlar bu belədir bəli. Çünkü qanda olan hormonlar sizi elə məst edir ki, heçnədən xəbəriniz olmur ancaq onunla olmağı düşünürsüz ancaq O, O və yenədə O. Ancaq sonra ayılanda hiss edirsiz ki, dünya dəyişir, irəli gedir siz hələdə Onda qalmısız. Dünya isə iyirmidədir. Bu sevgini burda gəlin ayıraq: “Romantik” sevgi, “Mistik” sevgi “Eqoistik” sevgi( bunu da böləcəyik ancaq növbəti bölümdə). Romatik sevgi siz insanların yaşadığı şeydir. Şeirlər yazılır, mahnılar bəstələnir. Üzr istəyirəm Musiqilər… daha nələr nələr… Ancaq burada unudulan bir şey var romantizmdən sadəcə axmaqlıq əldə edilə bilər. Yəni gərək, o qədər xoşbəxt olasan ki, axmaqlaşasan və sonar da bu cür olasan. Bu cür axmaqlığa varam! Ancaq yerində. Çünkü yerində olmayanda insanı axmaqdan çox avam edir. Mən avamlığa qarşıyam, yoldaşlar! Romantizmdə unudulmayacaq məsələ budur: Özünü fəda etmək. Baxaq Vətən sevgisinə. Vətən bizdən can tələb edir və alır da. Tanrı bizdən ona xidmət etməyimizi istəyir. Qarşılığında isə, sonsuz cənnəti vəd edir. Ancaq bu dünyanın cəhənnəm olmasına göz yumaraq. Burada toxunmaq isdədiyim nöqtə, “Özün” fəda edilməsidir. Bunu etməyin. Bir müqəddəs şey axtarırsızsa əlinizdə çıraq, alın sizə müqəddəs şey-Öz! Romantizmdə bu nöqtə can alıcı nöqtədir. Gedin bütün ifrat romantiklərə baxın, hamısı sonda məyus olur. Məyusluq axı sevgiyə xas deyildi. Bəlkə də xasdır, bilmək olmaz, ancaq mən məni məyus edən hər şeyə qarşıyam. Nə zaman məyus olmayacağam? O zaman ki, yerində sevəcəyəm nə çox, nə də az. Ancaq çox sevə bilərəm, bu baxır sevdiyim şəxsin Şəxsiyyətinə. Ucadırsa şəxsiyyət, sevgi də avtomatik olaraq ucalır. Çünkü qaçış yolumuz yoxdur. Amma romantizmin dibində olan məyusluğu öncədən sezmək olar və bundan qaçış yolu vardır. Özünü fəda edən birisi sevgisini gösdərdiyini zənn edir. Doğrudur, zənn edir. Özünü fəda etsə, bəs, sonda qarşı tərəfə nəyi verəcək? Özü fəda olunub artıq. Ona görə də, bu məsələdə ikili dəyər girir işin içinə. Hər iki tərəf dəyəri tarazlaşdırıb ortaya qoysa ki, bu çətin alınır o zaman, problem azca həll olunmuş olur. Dəyər burada önəmli faktordur. O, demək olar ki, hər şeyi təyin edir. Ölçü vahidi yoxdur,ancaq məncə var. “Öz”-dəyərin ölçü vahididir. Nə qədər uca öz, o qədər uca dəyər. Özündə kimsənsə, o dəyərə sahibsən. Qurtula bilməzsən, “Mənini” dəyişdirə bilərsən, ancaq “Özünü” əsla. Ştirner demiş, “Öz dilin son nöqtəsidir, ona çatmaq mümkün deyil”. Bu romantizm haqqında bəs etti deyəsən. Anladıq ki, ifrat romantizm və özünü fəda etmək, hətta sevgili belə olsa istənməyən haldır. Mistik sevgiyə baxaq, ona baxmağa ehtiyac yoxdur o, onsuz da ortadadır. Dindəki sevgini alın, qoyun buraya olacaq eynisi. Mistikadan qaçmışam hər zaman. Real olanı sevirəm, ancaq Mistik sevənlər də var. Görmədən, duymadan, hiss etmədən sadəcə özündə yaşadaraq. Bunun nəticəsi ancaq və ancaq fərdin kölələşməsidir. Fərqli bucaqdan baxası olsaq, bir baxımdan yaxşıdır, çünki rahat edir fərdi. Bütün hər şeyi özündə yaşayır. Buradakı “Öz”-ü yuxarıdaki “Öz” ilə qarışdırmayın. Buradakı “Öz” sadəcə söz gəlişidir. Yuxardakı isə, “Mən”-dən də dərin olan insanın saf halıdır. Mistika haqqında başqa deyəcək heçnəyim yoxdur. Qaldı ki, Eqoistik sevgiyə bu isə növbəti yazının mövzusudur. Umumiləşdirək və bitirək. Siz də bezdiniz artıq bilirəm. Biz insani dəyərlərdən-hisslərdən danışdıq. Sevgini ələ aldıq, incələdik. Sevmə formalarına baxdıq və anladıq ki, nə qədər sevsək belə bu sevgi qarşılıqlı xarekterə dönüşmədikcə, ikili dəyərlər sabitləşmədikcə ancaq bizə zülüm edəcəkdir. Bu ortaq dəyər meyarını tapıb çıxarmaq lazımdır. Onuda tapmaq üçün gərək möhkəm gücün olsun. Romantik sevgi normal sevgidir, ancaq ifratına qaçmadan, özününzü fəda etmədən. Onsuz da əgər birini sevirsizə (bu vətən, millət, tanrı və sairə hər şey ola bilər, konkret fərdə olan sevgi deyil) onsuz da özünüzü fəda etmisiz deməkdir. Daha da özününzü məhv etməyin. Yaşamın qədrini bilin ki, yaşam da sizə şans versin.

Redaktə etdi:Akif Hüseynli

STAY CONNECTED

20,161FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...