İlk insanlar
İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz, bu gün yaşayan hər kəs Homo Sapiens növünün bütün nümayəndələri, soyumuzun izini Afrikaya qədər təqib edə bilərik. Bu halda necə oldu ki, bütün dünyaya yayıla bildik?
Müasir insanların Afrikadan köçməyə nə vaxt başladığı nöqtəsində bəzi qeyri-müəyyənliklər mövcuddur, amma bu hadisə 75.000-100.000 il əvvəl olmuşdur.
İnsanlar alətdən istifadə etmək, geyinmək, danışmaq, ovçuluq üçün intizamlı iş birliyi etmək, od qalamaq və sığınacaq qurmaq kimi təcrübələrdə daha qədim insan növləri ilə müqayisədə bacarıqlıydı və bu səbəbdən fərqli yaşayış ərazilərinə adaptasiya olmaqda daha uğurlu olduqları üçün bu qədər geniş bir coğrafiyaya yayılmağı bacara bildilər.

Afrikadan təkcə bir köç yoxsa bir neçə köç dalğasının olduğu bilinmir, lakin böyük ehtimalla, insanlar Cənubi Asiya sahilləri boyunca bəlkə ildə bir-iki kilometr qət etməklə, yavaş-yavaş irəliləyiblər.
Fosil qalıqları, 50.000 il əvvəl Avstraliyaya çatmış olduqlarını göstərir.
Bu, buz təbəqələrinə böyük miqdarda suyun həbs olduğu son buzlaq dövrünə uyğun gəlir. Aşağı enən dəniz səviyyələri səbəbilə, Papua-Yeni Qvineya ilə Avstraliya arasında bir quru yolu (körpü) ortaya çıxaraq, səyahətin bu hissəsini asanlaşdırmışdır. Lakin bu insanların Papua-Yeni Qvineyaya çatmaq üçün dənizi necə keçdikləri belə qədim bir tarixdən günümüzə açıq şəkildə dənizi keçmək üçün istifadə olunan dəniz vasitəsi qalıqları gəlib çıxmadığından, sirrini qorumağa davam edir.
“Ex Africa semper aliquid novi- daima Afrikadan çıxan yeni bir şey vardır”.- Böyük Plini, Təbiət tarixi , Vlll (l əsr)
Homo Sapiensin yayılma dövrü
Avropada Neandertallar kimi daha qədim insan növləri yaşamış olsa da, müasir insanlar bəlkə soyuq iqlimdən çəkinərək, bu qitəyə təqribən 45.000 il əvvələdək yerləşməmişdirlər. Ən son çatılan qitə isə daha əvvəl heç bir insan növünün yerləşmədiyi Amerikaydı. Oreqondakı (ABŞ-da bir ştat) bir mağarada tapılan, insan həyatı ilə əlaqəli ən qədim dəlil, karbon tarixləşdirmə üsulu ilə 14.300 il əvvələ tarixlənmişdir. İnsanların Amerika qitəsinə bu gün Berinq boğazının (Rusiya ilə ABŞ (Alyaska) arasındakı coğrafi bir sərhəd) olduğu yerdəki bir quru körpüsü vasitəsilə Şimal-Şərqi Sibirdən keçdikləri güman edilir. Lakin ilk koloniyaların dəniz yolu ilə gələrək ilk dəfə Şimal-Qərb sahilinə yerləşdiklərinə dair get-gedə daha çox sübuta rast gəlinir.

Dünyada ən son məskən salınan ərazilər Sakit okean adalarıdır
Polineziyalılar ancaq e.ə. 800-cü ildə Samoaya çatmış olsalar da, Havay ilə Yeni Zellandiyaya çatmaqları min ildən biraz əvvələ uyğun gəlir. Polineziyalılar, ailələrini, mal-qaralarını və bitkilərini yüklədikləri cüt gövdəli, dar və uzun qayıqları ilə uzaq məsafələrə səyahət edirdilər. Bəzi vəziyyətlərdə, yerləşdikləri adalar daha əvvəl balıqçılar tərəfindən ziyarət edilmiş olurdu. Lakin bəziləri elə uzaqda olurdu ki, polineziyalı dənizçilərin səfərə çıxdıqlarında bir daha qurunu görüb görməyəcəklərini bilmələri ehtimal ki, qeyri-mümkün idi.


Mənbə:
İnsanlar Dünyaya Nasıl Yayıldı?
“Bir solukta evren ve dünya tarihi” – İan Crofton & Jeremy Black
Redaktə etdi: Yaqubov Şəhriyar