İnsulin nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

İnsulin – mədəaltı vəzinin Langerhans adacıqlarının betta hüceyrələrində sintez olunan zülal hormonu. 1921-1922-ci illərdə F. Bantinq və Ç.Best tərəfindən kəşf olunmuşdur. İki peptid zəncirindən ibarət olan bu hormon 51 aminturşu qalıqlarından ibarətdir. Onun molekul kütləsi 6000-dir. İnsulinin ən mühüm fizioloji effekti qanda qlükozanın miqdarının tənzimlənməsidir. Çatışmazlığı zamanı şəkərli diabet xəstəliyi yaranır.

14 yaşlı Kanadalı Leonard Thompson diabet müalicəsi üçün insulin inyeksiya olunan ilk şəxs olmuşdur. Diabet 3000 ildən artıq fərqli tibbi vəziyyət kimi görünsə də, səbəbi 20-ci əsrə qədər sirr olaraq qalmışdır.1920-ci illərin əvvəllərində bir neçə tədqiqatçı diabetə həzm sistemində pankerasla bağlı bir problemin səbəb olduğunu irəli sürür. Bu zaman bu ölümcül xəstəliyi müalicə etmək üçün tək yol pəhriz vasitəsilə karbohidrat və şəkər , yağ və zülal miqdarını aşağı salmaq idi. Bu pəhriz diaqnozdan qısa müddət sonra ölmək yerinə xəstələrə təxminən 1 il daha yaşamaq şansını qazandırırdı. 1921-ci ilin yayında Toronto Universitetindən Kanadalı Frederick Banting və Charles Best  itlər üzərində uğurlu şəkildə insulin testi keçirərək heyvanlarda diabet simptomlarını əldə edirlər və sonra inyeksiya vasitəsilə itləri əvvəlki vəziyyətə qaytarırlar. 14 noyabr kəşf dünyaya açıqlanır. 1923-cü ildə insulin dünyaya geniş yayılır və sayısız həyat xilas edir. Həmçinin Banting və Macleod tibbdə Nobel mükafatına layiq görülürlər.

İnsulinin bioloji təsiri karbohidtat, lipid, zülal, su və elektrolit mübadilələrini əhatə edir. Buna görə insulini maddələr mübadiləsinin universal tənzimləyicisi adlandırırlar.

İnsan orqanizminə təsirinin ən aydın təzahürü hipoqlikemiyadır ( qanda şəkərin miqdarının azalması).

Mənbə: Biologiya izahlı lüğəti

İnsan Biokimyasının Əsasları, Tibb Universiteti üçün dərslik.

Aysel Əliquliyeva

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....