İntiharın səbəbləri, vadar edən psixoloji amillər, epidemiologiyası

0
11

İntihar. Hər kəs zamanla təklik, depressiya, çarəsizlik və ümidsizlik yaşayır. Ailənin bir üzvünün itirlməsi, bir münasibətin bitməsindən, , dəyərsizlik və ya böyük maliyyə itkisi, hər kəsin həyatında qarşılaşdığı ciddi problemlərdir. Hər kəsin emosional tənzimlənməsi unikaldır, hər kəs bu vəziyyətlərə müxtəlif yollarla cavab verir. Bir insanın intihara meylli olduğunu nəzərə alsaq, böhranın bu baxımdan düzgün qiymətləndirilməsi qaçılmazdır. Gördüyünüz şey başqalarına nisbətən az məna daşıyır və sizin üçün əhəmiyyətsiz bir hadisə başqasına  görə stressli ola bilər. Böhranların təbiətinə baxmadan, vəziyyətdən çıxa bilməyəcəyini düşünən insana, intiharın cəlbedici bir həll kimi görünmə təhlükəsi var.

İntihar bir çox hallarda şəxsin sosial-psixoloji vəziyyəti, təhsili, ailə münasibətləri və məsuliyyətləri ilə əlaqəlidir. Şiddətli psixoloji depressiya, travma və ya depressiya hallarında fərddən daha güclü bir hadisə intihar hallarını artıra bilər. İntiharın psixoloji səbəbləri arasında; xroniki yorğunluq, həddindən artıq melankolik münasibətlər, ümidsizlik, köləlik, qəzəb və s. özünü birüzə verir.. Bu məsələ ilə maraqlanan psixiatrlar intiharı problem kimi qiymətləndirdikdə ictimai şəraitə lazımi əhəmiyyət vermirlər. Psixoloqlar və psixiatrlar sosioloji izahatlara tənqidi yanaşaraq  niyə bu şəxsin yox ,filan şəxsin intihar etdiyini soruşurlar. Psixiatrın intihara qarşı tutumu olduqca maraqlıdır. Onlar İntihar fikirlərini dəlilik və ruhi xəstəliklə əlaqələndirmək üçün bir qısa yol seçdilər. Ancaq edilən araşdırmalarda intihar və dəlilik fenomeni arasında heç bir əlaqə yoxdur. Təəssüf ki, bu gün psixiatriya bu tendensiyanı davam etdirir. İntihar edən şəxs isterik, sərhədli şəxsiyyət (borderlıne), psixoz, manik depressiya kimi xəstəliklərdən biridir. Şəxsiyyət strukturlarının formalaşmasında həqiqətin gerçəkliyi, ailənin, ətraf mühitin və cəmiyyətin payı inkar edilməzdir.

Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub ,insan üçün nisbətən gec və qeyri-müəyyən vaxtda baş verən və onun nəzarət edə  bilmədiyi prosesdir. İntihar alışılmış ölüm formalarından (xəstəlık, qocalma və s.) fərqlilik təşkil edir.

Qədim yunanların intihara münasibəti ambivalent idi : onlar suisidi məqbul davranış kimi hesab etməsələr də, müəyyən şəraitdə bəzi vətəndaşların həyatdan könüllü getməyinə pis baxmırdılar. Qədim Romalılar suisidlərə daha çox neytral, bəzən isə müsbət münasibət bəsləyirdilər.

Yəhudilər və xristianlar isə intihara mədəni hal kimi yanaşırlar. Müqəddəs Avqustin və Akvinalı Foma da suisidi qətlə bərabər tutmağı təklif etmişdilər.

Müxtəlif məlumatlara görəə, suisid icra edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər (red. Psixi sağlamlıq anlayışının nisbi və toplumlara görə formalaşdığını unutmayaq). Eyni zamanda bir çox məsələlər tam həllini tapmamışdır. Məsələn, bəzi alimlər hesab edirlər ki, bir çox hallarda  bədbəxt hadisələr nəticəsində baş vermiş ölümlər gizli suisidal tendensiyalarla şərtləndirilməlidir.  Onu da qeyd edək ki, problemi tədqiq edənlərin bəziləri ekstrimal idman növləri ilə (alpnizm, paraşütlə tullanma) məşğul olmanı, avtonəqliyyatın ehtiyatsız idarəsini suisidal davranışın formalarından biri kimi qəbul etməyi təklif etmişlər.

Suidlərin epidemiologiyası. Suisidlərin sayı haqqında dəqiq məlumatlar əldə etmək bir sıra çətinliklərlə qarşılaşır. Belə ki, bəzi intihar halları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və qəsd nəticəsində olduğunu müəyyən etmək mümkün olmur. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) məlumatlarına görə , hər il intihardan ölüm halları 0,5 mln –a çatır. ABŞ-da intihardan ildə 30000 ölüm halı qeydə alınır, bu da hər 100000 nəfər əhaliyə 12,5 və ya gündə təqribən 75 nəfər təşkil edir, beləliklə hər 20 dəqiqədə 1 amerikalı bu yolla həlak olur. Böyük Britaniyada bu göstərici 100000 nəfərə 10 nəfərdən 1 qədər az təşkil edir. Bu əhalinin 1%-ni əhatə edir. ( Təqribən o qədər də insan ürək-damar xəstəliklərindən ölür). Almaniyada həmin göstərici xeyli yüksək olub, ildə 13000 tamamlanmış intihar, yəni 100000 nəfərə 20 nəfər təşkil edir. Bu , avtomobil qəzalarında həlak olanlardan çoxdur. Ən aşağı göstəricilər Aralıq dənizi ölkələrində (İspaniya, Portuqaliya, İtaliya) qeydə alınıb. Bu ölkələrdə hər 100000 nəfərə 3 intihar düşür ki, bu da tədqiqatçılara dini faktorlardan , daha dəqiq desək, katolizmin təsirindən danışmağa əsas verir. Lakin katolik Macarıstanda yaxın vaxtlara qədər ən yüksək intihar göstəricisi 100000 nəfərə 40 nəfər qeydə alınırdı.  Maraqlıdır ki, ABŞ –da yaşayan 11 ölkədən gəlmiş mühacirlər arasında intiharların sayının müqayisəsi onların öz ölkələrindəki göstəricilərə müvafiq olduğunu göstərdi. Keçmiş Sovet İttifaqında suisidlərin statistikası tam məxfi saxlanılırdı. Təəssüf ki, buna bənzər təcrübə Azərbaycanda da davam etdirilir. Lakin bir fakt məlumdur ki, müsəlman ölkələrində bu göstəricilər çox aşağıdır və Azərbaycanda da tendensiya müşahidə edilir.

Suisidal Davranış Tipləri .

Suisidal hərəkətlərin təsnifatı barədə bir çox amillər belə bölgü verirlər:

  1. Suisidal məqsədlər- intihar haqqında fikirlər, özünəqəsd üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri ( məsələn, vəsiyyətnamələrin tərtibi və ya ölüm qabağı qeyd yazmaq, zəhərli maddələr haqqında məlumat toplamaq) suisidal məqsədlərə aid edilir.
  2. Suisidal cəhdlər nisbətən az təhlükəli davranış formalarından ( məsələn, az miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş sahəni əhatə edir.
  3. Tamamlanmış suisid- insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidal məqsəd cəhd və tamamlanmış suisidin ümumi cəhətləri olsa da, həqiqətdə onlar müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə, suisidal cəhdlərə tamamlanmış suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil.

Suisidlərin ilk təsnifatlarından biri Fransız sosioloqu Emil Dürkgeymə (fr. Émile Durkheim) məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını aid etmişdir.

  1. Eqoistik suisid- öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini , ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
  2. Anomik suisid- sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir.
  3. Altruistik suisid- öz həyatını sosial motivlər naminə qurban verən yüksək dərəcədə qrup idenfikasiyasına malik şəxslərdə təsadüf edilir.

Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid, özünə qəsd edərək yaxınlarını da özü ilə tendensiyalı şəxslərdə genişlənmiş suisid ( məsələn, suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv suisid  (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalrının pasientlərində rast gəlinir) növləri ayırd edilir.

İntihar metodları sosial statusdan, cinsdən,peşə mənsubiyyətindən asılı olaraq müxtəlif olur. Odlu silah sərbəst satılan ölkələrdə (məsələn ABŞ-da) silahın istifadəsi ilə intiharlara tez-tez təsadüf edilir. Bu metoddan həmçinin hərbiçilər və polis işçiləri də istifadə edirlər. Bəzi ölkələrdə suisidlər dərman pereparatları və kimyəvi zəhərlər vasitəsilə həyata keçirilir. Özünü asma, özünü kəsmə, hündürlükdən özünü atmaq və ya özünü hərəkət edən nəqliyyatın qarşısına atma hallarına tez-tez rast gəlinir.  Azərbaycanın bəzi bölgələrində qadınlar özünü yandırma üsuluna da əl atırlar. Belə fakt da məlumdur ki, kişilərdən fərqli olaraq qadınlar, adətən, daha ağrısız intihar metodlarından istifadə edirlər.

Suisidal davranışın bioloji aspektləri.

Artıq çoxdan məlumdur ki, suisidlər bir ailənin üzvlərini nəsildən –nəsilə bəla kimi izləyə bilir. Bəzi tədqiqatçıların fikrincə, intihar etmiş şəxslə yaxın qohumuğu olanlar arasında suisidal risk 4 dəfə artıqdır. Ailədəki suisidlərin təqlidi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub-olmaması alimlər üçün mühüm əhəmiyyət kəsb edir. Suisidal davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə (depressiya , şizofreniya) irsi meylin müəyyənləşdirilməsi genetik hipotezi qismən təstiq etdi. Danimarkada aparılan tədqiqatlarda himayəyə götürüldüyü ailədə böyüyən və intihar edən 57 nəfər öyrənilərkən məlum olmuşdur ki, onların 12-sinin bioloji qohumları intihar əməli yerinə yetirmişdir. Digər tədqiqatda göstərilir ki, monoziqot əkizlər, diziqot əkizlərə nisbətən daha çox intihar edir.

Alimlər dini icma nümayəndələri arasında maraqlı tədqiqatlar aparmışlar. Onlar bir neçə əsr ərzində sivilizasiyadan təcrid olunmuş şəkildə yaşayır, natural təsərrüfatla məşğul olur, yalnız öz icma üzvləri arasında nigah bağlayır, alkoqol və narkotiklərdən istifadə etmir, kasıblıq və işsizliyin nə olduğunu bilmir, qocaları qayğı ilə əhatə edirlər. Bununla belə son 100 il ərzində intihar etmiş 26 nəfərdə ümumi nəsil şəcərəsi aşkar olunmuşdur.

Genetik faktorlardan savayı mərkəzi sinir sistemində impulsların ötürüləsinə cavabdeh olan metobolitlərin rolu da fəal öyrənilir. Hal-hazırda suisidal əməllər törətmiş şəxslərin onurğa beyni mayesində serotoninin 5-hidroksi-indolaset turşusu metabolitinin azalması müəyyən olunmuşdur.  Həmçinin, onurğa beyni mayesində dopamin metabolitlərinin (homovanil turşusu) miqdarı suisiddentlərdə adi şəxslərlə müqayisədə demək olar ki, 50% enmiş olur.

Nəhayət, suisidal davranış modellərinin heyvanlar üzərində öyrənilməsi cəhdləri də məlumdur. Heyvanlar aləminin müxtəlif nümayəndələrində, bəzi quşlar ,balinalar, meymunlarda autoaqresiyanın müxtəlif formalarına rast gəlinir. Lakin bu faktların insanların suisidal davranışı ilə müqayisəsi məqbul hesab edilə bilməz.

Aparılmış tədqiqatlar bir daha sübut edir ki, suisidal hərəkətlər haqqında bu gündəlik mövcud olan bəzi fikirləri tədqiq etməyə, onları yenidən işləməyə ehtiyac vardır. Onlardan bəzilərini nəzərdən keçirək.

  1. İntihar edən öz əməllərinə tam cavabdehdir və öz həyatı ilə istədiyi kimi rəftar etmək hüququna malikdir. Eyni zamanda suisidal fikirləri olan adamlar ziddiyyətli hisslərə malik olurlar. Bir tərəfdən onlar ölüm arzuladıqları halda, digər tərəfdən yaşamaq istəyirlər.
  2. Əgər insan bir dəfə həyatdan getmək qərarına gəlirsə, suisid labüddür. Eyni zamanda məlumdur ki, suisidal cəhdlər daha çox kəskin həyati böhran dövründə yaranır və şəxs böhrandan tam çıxan kimi suisid ehtimalı heçə enir. Ciddi suisidal fikirləri olmuş insanların çoxu uzun illər ömür sürürlər.
  3. İntihar haqqında tez-tez danışan adamlar əslində heçvaxt özlərinə qəsd etmirlər. Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıqlar edirlər.
  4. İnsanla onun suisidal fikirlərinin müzakirə olunması onu özünə qəsd etmək fikrində möhkəmlədə bilər. Həqiqətdə isə intihar etmək qərarına gəlmiş şəxsə qayğıkeş münasibət və həssas söhbət onun vəziyyətini yüngülləşdirir və intiharların qarşısını almağa imkan verir.
  5. İntihar qəflətən törədilən impulsiv aktdır. İcra olunmazdan çox-çox əvvəl müşahidə olunan yüksək suisidal riskin xeyli əlaməti təzahür edir. Bir qayda olaraq suisid cəhdlərinin əksəriyyəti qabaqcadan planlaşdırırlır.

 

Qaynaq:  Tərcümə – https://www.ppd.com.tr/onlenemez-bir-vaka-intihar-olgusu/

http://www.psikolojistanbul.com/portfolio/intihar-hakkinda/

Tibbi psixologiya və psixoterapiya (suisid)

 

Tərcümə: Aytac H.

Redaktə: Zıya Mehdıyev.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here