İqlim dəyişikliyi Himalay dağlarına təhlükə yaradır.

1
10

Yeni araşdırmalar göstərir ki, qlobal isinmə Hindu-Kuş (şəkil – 1) və Himalay (şəkil – 2)  daşlarındakı buzların əriməsinə səbəb olur; əgər karbondioksitin yayılma səviyyəsindəki artış dayandırılmasa, bu nəhəng buz kütləsinin 2/3-si əriyə bilər.

Hindu-Kuş və Himalay dağlarının K2Everest zirvələri, qütblər xaric, dünyanın ən çox su tutan buzlarına sahibdir. Ancaq bütün bunlara baxmayaraq, ən az bir əsrdə quru, çılpaq qayalara çevrilə bilər. Bir neçə onillik sonra, havanın əhali artımından doğan çirklənməsiiqlimdə tempraturun artımı səbəbi ilə ərimənin sürəti də arta bilər.

The Hindu Kush and the Karakoram Range.
Şəkil – 1: Hind-Kuş dağları. (Encyclopædia Britannica)
The Himalayan mountain ranges.
Şəkil – 2: Himalay dağları. (Encyclopædia Britannica)

Hətta biz – insanlıq dünya tempraturun yüksəlməsini Paris anlaşması ilə 1.5 dərəcə selsiyədək məhdudlaşdırsaq belə, buzların 1/3-i itirilə bilər. Buzlar 3500 km-lik sahəni tutur və 8 ölkədən (Əfqanıstan, Banqladeş, Butan, Cin, Hindistan, Myammar, Nepal və Pakistan) 250 milyon insanın həyati su qaynağıdır, Hind, Qanq, Sarı çay, Mekonq, İrravadi kimi ən önəmli çaylar bu buzlarla qidalana bilir. Əgər dünyadakı tempratur 2 dərəcə selsi artım göstərsə, buzların yarısı 2100-cü ilədək yox olacaq.

Havanı çirkləndirən ünsürlər dünyanın ən çirkli regionlarından olan İndo-Qanqetik ovasından gəlir. Burdan gələn çirkli hava özü ilə birlkdə buzların üzərinə yapışacaq karbon və toz hissəciklərini də gətirir ki, bu da, buzların əriməsinə yardımçı olur.

Bütün bunlar insan və təbiət üzərində acı təsirlər yarada bilər: su problemi, musson yağışlarının nizamının pozulması, təbii fəlakətlər və s. Elm adamları təkcə dağlarda yaşayan insanların yox, həmçinin çay vadilərində yaşayan 1.6 milyard insanı sel, məhsul ziyanı kimi ciddi problemlərin gözlədiyini düşünür.

Mənbə: BBC Science report

https://www.bbc.com/news/science-environment-47122641

Fotolar: “Encyclopædia Britannica”   

Şəkil – 1: Hind-Kuş dağları – https://www.britannica.com/place/Hindu-Kush/media/266291/552 

Şəkil – 2 Himalay Dağları  https://www.britannica.com/place/Himalayas

Önə çıxan foto: https://tr.sputniknews.com/yasam/201902041037470322-himalaya-buzullari-eriyecek/

Hazırladı: Sübhan Quliyev.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here