İradə pozuntuları

Post date:

Author:

Category:

Qarşıya qoyulmuş məqsədə nail olmaq əzminə iradə deyilir. Insan qarşısına hər hansı bir məqsəd qoyarkən onu şüurlu sürətdə təhlil edir, əsaslandırır. Motiv adlanan bu hadisə iradənin əsas cəhətidir. Insanın iradi hərəkətlərə meyli iki cür ola bilər:

  1. Meyli və ya instiktiv təlabat (qidaya, yuxuya və s.)
  2. Mənəvi və ya mədəni təlabat (dostluğa, musiqiyə, təhsilə və s.)

Iradənin aşağıdakı pozuntu formalarına rast gəlinməsi mümkündür:

  1. İradənin zəifləməsi – hipobuliya. Iradi aktivliyin zəifləməsi, adətən, emosional və hərəki pozuntularla birlikdə rast gəlinir. Belə pozuntusu olan şəxslər təlqinə qarşı çox həssas olur, asanlıqla kənar şəxslərin təsiri altına düşürlər. Psixopatlar, narkomanlar, alkoqoliklər arasında daha çox təsadüf edilir.
  2. Iradənin güclənməsi – hiperbuliya. Fəaliyyət, hərəkətlərin artması və  lüzumsuz narahatlıq əlamətləri ilə özünü biruzə verir. Sağlam şəxslərdə iradənin güclənməi, fəaliyyətin məqsədəuyğunluğu, faydalı olması ilə fərqlənir. Xəstələrdə bu əlamət əksinə məqsədsiz, faydasız olur. Bəzən isə patoloji (qeyri – normal) məqsəd daşıyır. Məsələn, narkomanın narkotik maddə əldə etməsi üçün göstərdiyi səy, bütün çətinlikləri dəf etməsi, psixopatın və ya isterikin öz məqsədinə nail olması üçün canfəşanlıq etməsi, haray – həşir salması və s.

Iradə pozuntularının əksər formaları özünü hərəkətlərin pozuntusunda göstərir. Belə pozuntulardan biri hərəkətlərin (fəaliyyətin) ləngiməsi ilə xarakterizə olunan fəaliyyətin bütün formalarına qarşı marağın sönməsidir. Buna abuliya deyilir.

Hərəkət sferasına aid olan pi\ozuntuların bir sıra formaları katatonik pozuntulara aid edilir. Katatoniya təhrif olunmuş iradi – hərəkət pozuntusu olub, əsasən şizofreniya xəstəliyində, bəzən isə başqa psixozlarda (intoksikasion, infeksion psixozlarda) rast gəlinir. Katatonik əlamətlər əzələ tonusunun yüksəlməsi, hərəkət aktivliyinin zəifləməsi fonunda meydana çıxır. Bu da. Öz növbəsində, stereotipiya (eyni adlı hərkətlərin təkrar olunması) və neqativizm əlamətləri ilə, bəzən osə impulsiv hərəkətlərlə özüni biruzə verir. Katatoniya əlamətləri ağır psixi hal olub patoloji prosesin ancaq beyin qabığında deyil, qabıqaltı sahəyə də nüfuz etməsini göstərir.

Katatonik pozuntular zamanı xəstəni hərəkətləri öz təbiiyini itirir, başın, gövdənin və ətrafların hərəkətləri bir – biri ilə üzlaşmır. Üz əzələləri sanki donmuş, emosional ifadəsini itirmiş olur. Bır sıra xarakteroloji somatik və nevroloji əlamətlər qeyd olunur. Bədənin dəri örtüyü quru, sifətin  dərisi isə tər və piy vəzilərin fəaliyyətinin artması nəticəsində daima işıldayır. Tənəffüs səthi, nəbz vurğuları zəif oilur. Xəstələr vaxtlı – vaxtında qidalanmadığından və özlərinə lazımı gigiyenik xidmət göstərmədiklərindən tədricən arıqlayır və natəmiz oldular.

Katatoniya əlamətlərinin yayılmış formaları aşağıdakılardır:

  1. Stupor (donuqluq) – tam hərəkətsizliklə xarakterizə olunan əlamətdir.
  2. Mutizm – nitqin tormozlanmasıdır
  3. Katalepsiya və ya mumabənzər plastiklik. Xəstə ona verilən ən narahat vəziyyətdə belə donub qalır. Məsələn, qolları qaldırılmış, başı yana əyilmiş, bir ayağı üstə dayanan xəstə uzun müddət bu görkəmdə donub qalır.
  4. Neqativizm – xəstə ona göstərilən bütün təsirlərə və müraciətə qarşı səbəbsiz müqavimət göstərir.

Katatoniya vəziyyətində olan xəstə bəzən sakit, donuq görünə bilir (katatonik stupor), bəzən isə bu vəziyyət xaotik hərəkətlərlə müşayiət edilən narahatlıqla əvəz olunur (katatonik oyanma. Xəstələrin özlərinin belə aparması ciddi psixoloji pozuntularla (məsələn, sayıqlamalar, hallusinasiyalar) əlaqədar olur. Buna görə də, katatonik əlamətlərə sadəcə hərəkət pozuntuları kimi baxmaq olmaz. İ.P.Pavlova görə katatonik əlamətlərin əsasını mərkəzi sinir sistemində gedən oyanma və ləngimə proseslərinin normal münasibətlərinin pozulması təşkil edir. Bu da paradoksal və ultraparadoksal fazaların yaranması ilə izah olunur.

Müayinə zamanı həkim xəstəyə ayağa qalxmağı, ilini göstərməyi və s. təklif edərkən, xəstə bunları etmir (passiv neqativizm). Bəzən isə əzələlərini gərginləşdirərək əksinə edir (aktiv neqativizm). Xəstə astadan deyilən 9pıcıltı səslə) sözə əməl edir, ucadan deyilən eyni məzmunlu sözə isə cavab vermir. (İ.P.Pavlov əlaməti) Xəstə ancaq yazılı müraciətə cavab verir, şifahi təkliflərə isə əməl  etmir. (A.Q.İvanov – Smolenski əlaməti)

Manerlik və ya ədəbazlıq adlanan, davranış pozuntusu hesab edilən hal katatoniya zamanı tez – tez rast gəlinir. Özünü əcayib, təlxəkvarı hərəkətlərdə göatərir. Məsələn: salam verərkən barmaqların bükmək, yataqda uzanarkən başını yastıqdan bir qədər aralı saxlamq (hava balıncı simptomu), yorğanı başına ataraq palatada, həyətdə gəzişmək (Başörtüyü simpromu), yataqda yorğanı başına çəkərək  yemək qəbul eymək və s.

Exolaliya – xəstə ona verilən suallara cavab vermək əvəzinə, həmin sözləri olduğu kimi təkrar edir. Exoproksiya – başqasının etdiyi hərəkətləri xəstə eynilə təkrar edir.

Paramimiya – mimiki əzələləin uyğunsuz hərəkətləri ilə müşayiət olunan, qeyri – təbii görkəmə deyilir. Bu zaman xəstənin sifəti eyni anda həm gülüş, həm də məyusluq iffadə edə bilər. Bəzən isə üz əzələlərinin səyriməsi müşahidə olunur.

 

N.İsmayılov – Psixiatriya (Ali məktəb tələbələri üçün dərslik)

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.