İsitqac nədir (Ensiklopedik bilgi)

Post date:

Author:

Category:

İsitqac- iltihab proseslərinin sorulması, bədəni qızdırmaq və ağrını kəsmək üçün qoyulur. Rezin və elektrik isitqacları vardır. Rezin isitqac 1-1,5 l su tutan, ağzı tıxacla möhkəm bağlanan rezin qabdır. İsitqacın 1/3 hissəsinə su tökülür (onun çox ağır olmaması üçün), sonra basıb havası çıxarılır, tıxac yaxşı burulub bərkidilir, isitqac ağzı aşağı çevrilir (su buraxıb-buraxmamasını yoxlamaq üçün), qurulamr, dəsmala bükülüb xəstəyə qoyulur. İsitqacm altında dərinin nə dərəcədə qızmasını yoxlamaq lazımdır, isitqacm aitmda qalan dərinin qızarmaması üçün ona vazelin və ya yağ sürtülür. Çox isti isitqacı əvvəlcə adyalın üstündən, sonra döşəkağının altına və axırda birbaşa bədənə qoyurlar. İsitqacı soyuyana qədər saxlayırlar. Zəif və ağır xəstələr istini həmişə tez hiss etmirlər, buna görə də isitqac onların bədənini yandıra bilər. Huşunu və dəri hissiyyatını itirmiş xəstələrlə çox ehtiyatlı olmaq lazımdır. İsitqac qoymağa əks-göstərişlər: qarın boşluğunda kəskin iltihab prosesləri (appendisit, xolesistit, pankreatit), şişlər, qanaxmalar, zədələnmələr (ilk saatlar).

Mənbə:Mənbə: Tibb bacısının məlumat kitabı (2008)

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...