İstehlakçı davranışı və onun marketinqdə rolu

Post date:

Author:

Category:

İstehlakçı davranışı nədir?

İstehlakçı davranışı insanların istehsal olunan əmtəə, xidmət və ideyaları nə vaxt, harda və necə alacağına qərar verməsidir.  İstehlakçı davranışına nəzər yetirərkən əsas hədəf istehlakçını anlamaq və gələcəkdəki davranışlarını təxmin edə bilməkdir. Müştəri davranışlarının əsasında maddi olaraq əmtəə və xidmətlər, məqsəd olaraq isə hər hansı bir ehtiyacının ödənilməsi dayanır.

Bu vəziyyətdə istehlakçı satılanı almaq və ya almamaq davranışını həyata keçirir. İstehlakçılar satılanı almaq qərarını heç də hər zaman rasional olaraq vermir. Bir əmtəə və ya xidmətin xüsusiyyətlərinin yaxşı olması, onun maksimal fayda verməsi o məhsulu almaq üçün yetərli olmaya bilər. Hazırkı marketinq dünyasında duyğuların “almaq” davranışına olan təsiri anlaşılmış və bu mövzudakı araşdırmalar artmağa başlamışdır.

İstehlakçı davranışına təsir edən amillər nələrdir?

İstehlakçı davranışına təsir edən amillər nələrdir? Bu sual günümüzdə marketinq sahəsinin cavablandırmağa çalışdığı başlıca suallardan biridir. İqtisadiyyatda istehlakçı davranışına təsir edən başlıca amilləri iki hissəyə ayrırlar.

1) Qiymət amili – Qiymət amili istehlakçı davranışına təsir edən başlıca amillərdəndir. Məhsulun qiymətinin alıcılara təsiri danılmazdır. Əsasən alıcı onun tələbatlarını qarşılayan və qiymətcə aşağı olan məhsulu seçməyə çalışır.

2) Qeyri qiymət amilləri – İstehlakçının davranışlarına təsir edən və qiymətlə əlaqəli olmayan digər amilləri əhatə edir. Bunlara aşağıdakılar aiddir:

  • İstehlakçının gəlir səviyyəsi
  • Zövq amili
  • Gözləntilər
  • Əvəzləyici məhsulun qiyməti
  • Tamamlayıcı məhsulun qiyməti

İstehlakçının qərarlarının rasionallığı nə dərəcədədir?

İnsan yalnız rasional qərarlar alan bir varlıq deyil, eyni zamanda duyğuları olan və nəysə alarkən beynin emosianal qərarlarla əlaqəli mərkəzindən tez-tez istifadə edən bir varlıqdır. Beyinimiz hər zaman rasional, yəni məntiqi qərarlar vermir. Beyin, xüsusiyyətləri tamamiylə eyni olan məhsulun daha bahalısını seçə bilər.

İstehlakçı davranışının marketinqdə önəmi nədir?

Marketinqin ilkin dövrlərində istehlakçının davranışlarını anlamaq şirkətlər üçün o qədər də önəmli deyildi, lakin müştəri işin mərkəzi olaraq görülməyə başlandıqdan sonra müştərinin davranışlarını anlamaq marketoloqlar üçün böyük əhəmiyyət kəsb etməyə başladı. Müştərinin davranışları əsasən arzu və istəklərini ödəmək məqsədi ilə edilmiş davranışlardır. Müştərinin düşüncələri, istəkləri, təcrübələri və qərarları var.

Bunlar bəzən istəyərək və planlı, bəzən də instiktiv və plansız şəkildə yerinə yetirilir. İnsan məhsulu alarkən məntiqi qərarları yeni beyin, instiktiv və emosional qərarları isə köhnə beyin vasitəsi ilə verir. Araşdırmalara görə hansısa əmtəəni almaq qərarırını istehlakçılar əksərən köhnə beyin vasitəsi ilə verir. Bu səbəbdən marketinq mütəxəssisləri müştərinin duğularına təsir göstərərək ona məhsulu satmağa çalışır.

Hazırda bir çox reklamlar müştəri beyninə həzz, xoşbəxtlik, rahatlıq kimi bir çox alt mesajlar ötürür və istehlakçının şüuraltını inandırmağa çalışır ki, siz bu məhsuldan istifadə etsəniz həzz alacaqsınız, xoşbəxt olacaqsınız və rahatlıq hiss edəcəksiniz.

Heç də təsadüfü deyildir ki, reklamlarda daim gülümsəyən, gözəl çöhrəli şəxslər yerləşdirilir. Bu vasitə ilə istehlakçının şüuraltına : “əgər bu məhsulu istehlak etsəniz, siz də bu qədər gözəl və xoşbəxt olacaqsınız.” mesajı ötürülür.  

Mənbə:

İnönü University International Journal of Social Sciences
Volume 7, Number 1

www.inijoss.net
http://inonu.edu.tr/tr/inijoss — http://dergipark.gov.tr/inijoss

Müşteri İlişkileri Yönetimi, Prof. Dr. Tahir Akgemici, Prof. Dr. Hasan

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...