İncəsənətdə fransız inqilabı- Jak Lui David

Post date:

Author:

Category:

XVIII əsrin sonlarında Fransada feodalizmin ağırlığını daşımaqdan bezmiş xalq Volter, Russo, Monteskyö kimi maarifçilərin əsərlərindən də təsirlənərək etirazlara başladılar. “Üçüncü dərəcəli” insanların-xalqın deputatlarının etirazına isə 1789-cu il mayın 5-də Versaldakı danışıqda Kral XVI Lüdoviq məhəl qoymadı. Və silki səsvermə qaydasına qərar verdi (Fransada əhali 3 silkə bölünmüşdü. Birinci silkə Ruhanilər, ikinci silkə zadəganlar, üçüncü silkə isə geriyə qalan əhali aid idi.) Bundan hiddətlənən deputatlar iyunun 17-də özlərini Milli Məclis elan etdilər. Bir neçə gün sonra Kral iclas keçirilən binanın qapısını bağlatdırsa da, üçüncü silkin deputatları top oynanılan zala toplaşaraq, konstitusiya hazırlamayınca dağılışmayacaqlarına təntənəli sürətdə and içdilər. Bu möhtəşəm səhnə incəsənətdə məşhur rəssam  Jak Lui Davidin “Top oynanılan zalda andiçmə”sini doğurmuşdur.

 

 

le Serment du jeu de paume (1791), musée national du château de Versailles et de Trianon.  (Tennis zalında andiçmə)

 

Jak Lui David (Jacques-Louis David)  incəsənətin fransız inqilabçısıdır. 1748-ci 30 avqustda Parisdə anadan olan David  neoklassisizmin ən görkəmli nümayəndəsi sayılır. O Fransada və İtaliyada  təhsil almışdır. Fransız inqilabı dövründə isə bəşəriyyətə inqilabın başlanmasının  və bitməsinin carçıları olan hadisələri rəsmə çevirdiyi 2 böyük əsər bağışlamışdır. Bu iki əsərdən birincisi yuxarıda bəhs etdiyimiz əsərdir.  Fransız inqilabı dövründə o konventin əvvəlcə deputatı daha sonra isə sədri seçilir və məğlubiyyətədək yakobinçilərin tərəfində durur.

David Self Portrait.jpg

David. Avtoportret

 

 

 

 

Tezliklə etiraz edən xalq kütlələri artdı, silah anbarları ələ keçirildi, ordunun bir hissəsi də etirazcilara qoşuldu və 1789-cu il İyunun 14-də Bastiliya qalasının mühasirəsi və təslimi ilə inqilab baş verdi. Bütün əks-inqilabi müqavimətlərə davam gətirən inqilabçılar elə həmin il “insan və vətəndaş hüquqları bəyannaməsi” hazırladı və bununla da söz və vicdan azadlığını, mütləq monarxiyanın ləğvini elan etdi. Əhaliyə qoyulmuş vergilər azaldıldı, ölkədə ticari qiymətlər sabitləşdirildi.

Nəticədə Milli Konvent (məclis) dövləti idarə etməyə başladı. Məclisdə yüksək burjuaziyanı təmsil edən Jirondalılar-jirondistlər aşağıda öndə otururdular. Davamlı respublikaçı mövqe tutanlar isə arxada, yuxarıda oturduqları üçün “dağ”lar adlandırılırdılar. Həmçinin məclisdə məclis rəhbətindən sağda oturanlar daha çox Ancien Régime  tərəfdarları olanlar, yeniliklərə, dəyişikliklərə qarşı olanlar idi, solda oturanlar isə xalqçılar, yenilikçi burjualar idilər. Odur ki, sağçılıq və solçuluq anlayışı məhz bu məclisdən öz adını almışdır. Fransa parlamentində bu ənənə hələ də davam etdirilir və sağ və sol görüşdən olanlar uyğun tərəflərdə əyləşirlər.

Daha sonra yakobinçilər kralın konvent mühakiməsinə verilməsinə nail oldular. 1793-cü ilin əvvəllərində kral və kraliça edam edildi. (Söhbət Lüdoviqin həyat yoldaşı, Avstriya imperatorunun qızı Mari Antuanettadan gedir, hansı ki instagram hesabımızdan  onun məşhur “əgər çörək tapmırlarsa, qoy tort yesinlər” ifadəsinə aid post paylaşmışdıq)

Vaxt keçdikcə Robespyer,Danton və Maratın başçılıq etdikləri dağlar hakim rol oynamağa başladılar. Müxtəlif islahatlarla, ən əsas da kəndlərdə feodal münasibətlərin ləğvi ilə kəndlilərin gözündə yüksələn dağlar öz aralarında da problemlər yaşayırdılar. Həmçinin onların ən önəmli üzvlərindən biri olan Marat bu ərəfədə suiqəsdlə öldürülür.

Jan Pol Marat İnqilabdan sonra Fransada artıq 1 ildir ki, hökm sürən Yakobin partiyasının ən fəal üzvlərindən biri idi. Lakin o, jirondistlər tərəfindən sevilmir, terroru dəstəkləməklə ittiham olunurdu.  Maratın dərisində problemlər olduğundan gününün çoxunu vannada keçirir, çalışmalarını da bəzən vannada dincələrkən edirdi. 13 İyul 1793 tarixində  önəmli sənədlər barədə müzakirə edəcəyi bəhanəsilə evinə gələn Şarlotta Korde tərəfindən bıçaq zərbəsilə öldürülən Marat Fransanın önəmli insanlarının dəfn olunduğu Panteonda dəfn edilir. Şarlotta özünü Maratın dostu kimi tanıtmışdı və guya etirazçı jirondistlərin adlarını verəcəkdi. Hətta Marat bıçaqlandıqda “Aidez-moi, ma chère amie!” – “Kömək elə, əziz dostum” deyir. Daha  sonra o, tutulur və gilyotinə məhkum olunaraq edam edilir. Korde dövrün aristokrat ailəsindən idi, monastr təhsili görmüşdü və yakobinçilərin krala və zadəganlara qarşı qətllərində  xüsusilə də Maratı günahkar gördüyü üçün öldürdüyünü iddia edirdi.  Və o qətlinə “mən bir nəfəri öldürdüm, lakin yüz min nəfəri xilas etdim” deyərək haqq qazandırırdı.

Jacques-Louis David - Marat assassinated - Google Art Project 2.jpg

Maratın ölümü

 

 

 

 

 

Maratın ölümü dostu Jan Lui Davidə çox təsir edir və o, məşhur “Maratın ölümünü” yaradır.  O hadisədən bir gün öncə Maratın evində idi və yaxın dostunun faciəvi ölümü ona çox təsir edir. Dostunu çox sevən Davidin əsərində Maratın dərisində bıçaq izindən başqa heç bir qüsur görünmür. David dostunu adəta  qəhrəman kimi göstərib və rəsmi çəkərkən Caravagionun “İsanın məzara qoyulması” əsərindəki pozisiya ilə oxşar pozisiyada çəkib.

 

“İsanın məzara qoyulması”

 

 

 

 

 

Maratın ölümündən tarixdə təsirlənən başqa rəssamlar da olmuşdur və onların rəsmlərinə aşağıda baxa bilərsiniz.

Guillame-Joseph Roques, Marat’ın Ölümü

 

 

Paul Baudry, Charlotte Corday

 

 

 

Aşağıda isə “The Scream” əsərindən yaxşı tanıdığımız Edvard Munkun eyni mövzuda çəkdiyi əsərə baxırıq.

 

 

Daha sonra Yakobinçilər öz aralarında mübahisələr yaşayırlar. Robespyer öz rəqiblərinin edamına nail olduqdan sonra xalqda və “dağ”ların böyük qismini təşkil edən “sağ”larda ona qarşı münasibət dəyişir və 9 termidorda (27 iyul 1794) sui-qəsdçilər çaxnaşma salır, Robespyer və tərəfdarları edama məhkum olunurlar. Beləliklə, Yakobinçilərin hakimiyyətinə son qoyulur. (qeyd edək ki, termidor inqilabi təqvimin aylarından biridir)

Fransız Burjua inqilabı feodallar və monarxiya üzərində qələbə çalan yeganə burjua inqilabı idi. Ən böyük nailiyyəti isə Feodal quruluşunu dağıtması idi.

Daha sonralar hakimiyyət əvvəl konsul, sonra isə imperator kimi Napoleon Bonapartın əlində cəmləşir. Jak Lui David isə onun saray rəssamı olur. Napoleonun ölümü və 1816-cı ildə  Burbonlar sülaləsinin hakimiyyətinin bərpası ilə əlaqədar Brüsselə köçür və ömrünün sonunadək (1825) orada yaşayır. David Qro, Jerar, Enqr kimi məşhur rəssamların da müəllimi olmuşdur.

 

Jak Lui Davidin İnqilab öncəsi və Napoleon dövrü çəkdiyi əsərlərlə aşağıda tanış ola bilərsiniz:

 

À gauche un homme dans un lit, à ses côté un vieillard montre du doigt en face, une femme debout

Érasistrate découvrant la cause de la maladie d’Antiochius (1774), Paris, École nationale supérieure des Beaux-Arts

 

une femme assise avec son enfant, se lamente auprès du cadavre d'un homme couché torse nu

La Douleur d’Andromaque (1783), musée du Louvre.

 

trois hommes casqués tendent leur bras vers des sabres brandis par un vieillard, à droite deux femmes assises éplorées

Le Serment des Horaces (1784, achevé en 1785), musée du Louvre.

Socrate au centre, dirige sa main vers une coupe que lui tend un homme, autour de lui, ses disciples

La Mort de Socrate (1787), New York, Metropolitan Museum of Art.

 

A gauche Brutus est assis dans la pénombre, à droite sa femme et ses filles regardent des hommes portant des corps

(Et tu Brute?!)

Les licteurs rapportent à Brutus les corps de ses fils (1789), musée du Louvre.

 

Les Sabines (1799, Paris, musée du Louvre).

 

Léonidas aux Thermopyles (1800-1814, musée du Louvre)

 

Bonaparte franchissant le Grand-Saint-Bernard (1800), château de Malmaison.

 

Le Sacre de Napoléon (1808, Paris, musée du Louvre).

 

 

Və nəhayət ki, ölümünə bircə il qalmış:

 

Tableau qui montre le dieu Mars et Venus assise à ses côtés. avec Cupidon et trois graces. Sur le fond un temple grec.

Mars désarmé par Vénus et les grâces (1824, Musées royaux des beaux-arts de Belgique).

 

Müəllif: Gündüz Osmanlı

 

İstifadə olunmuş ədəbiyyat və internet resursları:

 

Orta əsrlər tarixi – Y,M. Mahmudlu , Ə. Ə. Qocayev və b. (Yaqub Mahmudlunun ümumi Redaktəsi ilə)

Yeni Tarix   -T.T. Vəliyev, R.C. Süleymanov və b.  (Tofiq Vəliyevin ümumi redaktəsi ilə)

İncəsənət. – baş red.İ. Qasımzadə, Müəlliflər: G. Ağayeva, N. Babaxanov və b.

https://fr.wikipedia.org/wiki/Jacques-Louis_David

https://tr.wikipedia.org/wiki/Jacques-Louis_David

https://tr.wikipedia.org/wiki/Marat%27%C4%B1n_%C3%96l%C3%BCm%C3%BC

https://en.wikipedia.org/wiki/The_Death_of_Marat

https://en.wikipedia.org/wiki/Charlotte_Corday

http://www.oxfordartonline.com/public/page/themes/neoclassicismandthefrenchrevolution

 

 

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...