Jan Onore Fraqonard (ing. Jean-Honoré Fragonard, 5 aprel 1732-ci il Qrassda, Fransada anadan olmuş, 22 avqust 1806-cı ildə Parisdə vəfat etmişdir) daha çox tanınan “Yelləncək” (1767) əsəri ilə incə hedonizmi xarakterizə edən fransız Rokoko dövrü rəssamıdır.

Fraqonard tacir köməkçisi ailəsində anadan olmuşdur. Təxminən 1738-ci ildə ailə Parisə köçür, 1747-ci ildə isə Jan vəkil şagirdi olmuşdur, həmin vəkil ondakı rəsmə olan marağı görüb ona rəssamlığı öyrənməyi məsləhət görmüşdür. Fransua Buşa (ing. François Boucher) onu şagird kimi qəbul etmək istəyirdi (təxminən 1748-ci ildə), 1752-ci ildə isə Fraqonardın hazırlığı bitdi, Buşa onun Prix de Rome təqaüdü üçün müsabiqəyə qatılmasını məsləhət görmüşdü. Bu, Parisdə XV Lüdovikin saray rəssamının əlinin altında işləmək demək idi. 17 sentyabr 1756-cı ildə Fraqonard digər təqaüdçülərlə birlikdə Romadakı fransız akademiyasına getdi.

Akademiyada Fraqonard bir çox rəsm əsərinin, əsasən Roma Barokko rəsssamlarının əsərlərinin nüsxəsini çıxarırdı, dostu fransız rəssam Hubert Robert (ing. Hubert Robert) ilə birlikdə Roma kəndlərinin bir çox rəsmlərini çəkmişdilər. 1759-cu ilin iyununda təqaüdü bitdikdə ona noyabrın axırında özünün ən böyük həmlələrindən biri olacaq Sen-Non abbatı, fransız həvəskar rəssam Jan-Klod Riçardı görənə qədər rezidensiyada qalmağına icazə verdilər. 1760-cı ilin başlanğıcında Sen-Non Fraqonardı və Roberti iki rəssamın italyan rəsmlərini araşdırdığı və 100-ə yaxın peyzaj eskizi etdiyi İtaliya turuna qəbul etdi.

1771-ci ikdə Parisə qayıtdıqdan sonra Fraqonard kral XV Lüdovik tərəfindən alınan bir neçə peyzaj rəsmləri və böyük “Korsus və Kallirxoe” (1765) rəsmini salonda nümayiş etdirir. Ardınca rəssama Luvr sarayında studiya və akademik vəzifəsi verilərək pendant və ya pyes sifariş edilir. Həmçinin, 1767-ci ildən sonra o, demək olar ki, sarayda işləməyi dayandırdı və diqqətini XVII əsr holland rəssamı Yakob van Ruisdaelin (ing. Jacob van Ruisdael)  üslubundakı peyzajlara (“Sürünün qayıdışı”, 1766), portretlərə və dekorativ, hissiyatlı, açıq havada “Yelləncək” kimi Buşa (Boucher) stilində, ən əsası isə rəngarəng səhnələrə diqqət yetirməyə başladı. Onun Rembranta (ing. Rembrant), Piter Paul Rubensə (ing. Peter Paul Rubens), Frans Halsa (ing. Frans Hals) və venesiyalı müasiri Covanni Battista Tiepoloya (ing. Giovanni Battista Tiepolo) olan heyranlığı təxminən 1760-1770-ci illər arasında çəkilmiş qoca kişilərin başlarının müstəqil və enerjili şəkildə (“Qoca fəsli”, 1768-1770), sonra isə xüsusi stildə xidmətçilərin həqiqi insanlar olduğu, lakin onların fantastik kostyumlarının xüsusilə diqqətə alındığı portret seriyasında özünü göstərirdi.

1769-cu ildə Fraqonard Qrassdan Mari Enn Jerar ilə ailə həyatı qurdu və az sonra xanım Dyu Barridən yeni tikilmiş de Luvesien pavilyonunu dörd böyük rəsm ilə bəzəmək (“Sevginin inkişafı”, 1772-1773) təklifi aldıqdan sonra “dəbdə olmaq” mükafatını qazandı. 1772-ci ildə isə məşhur aktrisa Madlen Gimardan oxşar komissiya aldı. Onlardan heç bir müvəffəqiyyət qazanmadı, Luvensien rəsmləri yəqin ki, tamamilə neoklassik səhnə üçün həddən artıq Rokoko tərzində qəbul edilmişdi.

1772-1773-cü illər arasında aşağı ölkələrə səyahət onun Rembranta və Halsa olan heyranlığını daha da inkişaf etdirdi və onun sonrakı portretlərinə təsir etdi. İtaliyaya 1773-1774-cü illərdə ikinci viziti, əvvəlki kimi rəsmdən çox, italyan peyzajına və rəsm predmetlərinə diqqətini cəmləmişdi. Geriyə qayıdış yolu Vyanadan, Praqadan və Almaniyadan keçirdi. Parisə, ailəsinə geri qayıdanda ailəyə Fraqonardın ehtiraslı şəkildə vurulduğu həyat yoldaşının 14 yaşlı bacısı Marqarita da qatıldı. Beləliklə, o, maraq dairəsini yeni tip predmet ilə əvəz etdi: Jan Jak Russonun fəlsəfəsindən ilhamlanmış məişət səhnələri və Ruminiya romanlarından (“Xoşbəxt ailə”, 1775) ilhamlanmış səhnələr və ya uşaq tərbiyəsi ilə əlaqədar səhnələr, onlarda onun oğlu Evariste (1780-ci ildə doğulmuşdur) tez-tez baş rolda olurdu (“Məktəb müəllimi” (“İndi zəhmət olmasa de”), 1780-ci il).

Fransa inqilabına təsadüf etmiş son illərində Fraqonard neoklassik tematikaya üstünlük verməyə başladı və  daha əsas olan rəsmin neoklassik stilini yaratdı (“Sevgi fontanı”, 1785-ci il), bu isə onun Marqarita Jerardın modellik etdiyi sonrakı əsərlərində (“Aşiq körpə”, 1780-1785) daha çox ön plana çıxmışdır.

Fraqonardın incəsənəti inqilab dövründə onu qəbul edilən etmək üçün inqilabdan öncəki dövr ilə sıx əlaqədardır, bu isə onu həmlələrdən məhrum etmişdi. Əvvəlcə o, Qrassa getdi, lakin 1791-ci ildə neoklassik üslubunun qoruyucusu Jak Lui Devid (ing. Jaques-Louis David) ona muzey komissiyasında vəzifə verdi, amma bu vəzifəni o, 1797-ci ildə itirdi. O, qalan ömrünü bilinməzlikdə və az rəsm çəkərək keçirdi və onun əsərləri 1850-ci ilə qədər dəbdə olmadı.

Fraqonard Vatteu (ing. Watteau) ilə XVIII əsr Fransanın iki ən poetik rəssamlarındandırlar. Heyranedici şəkildə aktiv olan rəssam 550-dən çox rəsm, bir neçə min şəkil (təəssüf ki, bir neçə yüzlüyü itib) və 35 qravüra çəkmişdir. Onun, əsasən, Rubensə əsaslanan stili sürətli və enerjik idi, heç vaxt bir çox müasirləri kimi sərt və qarışıq olmamışdır.

Onun fəaliyyət illərinin böyük hissəsi neoklassik üsluba həsr edilsə də, o, Fransa inqilabından bir müddət əvvəl Rokoko tərzində çəkməyə davam etmişdir. Fraqonardın yalnız 5 əsərində tarix qeyd edilmişdir, lakin digər əsərlərinin digər mənbələrdən, qravüralardan və sənədlərdən xronologiyasını asanlıqla təyin etmək olar.

Aşağıda Jan Onore Fraqonardın yaradıcılığından nümunələrlə tanış ola bilərsiniz:

“Diana və Endimion”, 1753-ci il, Milli İncəsənət qalereyası, Vaşinqtonda saxlanılır (the-athenaeum.org)
“Xoşbəxt ana”, 1760-cı il, Metropolitan İncəsənət muzeyi, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Çiçəklər ilə körpə”, tarixi bilinmir, Luvr muzeyi, Parisdə saxlanılır (the-athenaeum.org)
“Gənc qız yatır”, 1756-1761-ci illər, şəxsi kolleksiyada saxlanılır (the-athenaeum.org)

 

“Koresus Kallirhoeni xilas etmək üçün özünü qurban verir”, 1765-ci il, Luvr muzeyi, Parisdə saxlanılır (the-athenaeum.org)
“Yelləncək”, 1767-1768-ci illər, Vallas kolleksiyası, Londonda saxlanılır (wikimedia.org)
“Fantastik fiqurlar – Mari Madlen Guimarın portreti”, 1769-cu il, Luvr muzeyi, Parisdə saxlanılır (the-athenaeum.org)
“Sevginin inkişafı – Xəyalpərəstlik”, 1771-1772-ci illər, Frik kolleksiyası, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Sevginin inkişafı – Etiraf”, 1771-1773-cı illər, Frik kolleksiyası, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Sevginin inkişafı – Taclandırılmış sevgili”, 1771-1773-cü illər, Frik kolleksiyası, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Sevginin inkişafı – Görüş”, 1771-1773-cü illər, Frik kolleksiyası, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Sevginin inkişafı – Təqib”, 1771-1773-cü illər, Frik kolleksiyası, Nyu-Yorkda saxlanılır (the-athenaeum.org)
“Xoşbəxt ailə”, 1775-ci il, Milli incəsənət galereyası, Vaşinqtonda saxlanılır (the-athenaeum.org)
“Sevgi fontanı”, 1785-ci il, J. Pol Getti muzeyi, Los-Ancelesdə saxlanılır (the-athenaeum.org)
“Qoca kişinin başı, Rembrantdan sonra”, tarixi bilinmir, şəxsi kolleksiyada saxlanılır (the-athenaeum.org)

Mətn üçün mənbə: https://www.britannica.com/biography/Jean-Honore-Fragonard

Rəsmlər üçün mənbə: https://www.the-athenaeum.org/art/list.php?s=yu&m=a&aid=3644&p=1

Redaktə etdi: Fatimə Əliyeva

 

 

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin