Kəllə // Ensiklopedik bilgi

0
24

Kəllə (lat. cranium, ing. skull) onurğalı heyvanlarda baş hissəni əhatə edən skelet quruluşdur. Sümük və ya qığırdaqdan yaranır. Beyin və bəzi hiss orqanlarını qoruyur. Üst çənə kəlləyə daxil olsa da, alt çənə ondan müstəqildir. İnsanda beyin yarım kürələrini örtən kəllə hissəsinə kəllə qapağı deyilir və adətən kürəvidir. Həmçinin kəllə qapağı üzün skeletindən daha böyükdür. Bu insanların digər bir çox heyvandan başlıca fərqidir. Çünki bir çox heyvan qrupunda üzün skeleti, üst dişlər və burun da daxil olmaqla kəllə qapağından həmişə böyük olur. İnsanlar da kəllə sümüyü onurğanın birinci boyun fəqərəsi və ən hərəkətli fəqərə olan atlas vasitəsilə gövdəyə birləşib. Atlasın ikinci boyun fəqərəsi olan aksis ( lat. axis) üzərindəki hərəkətliliyi sayəsində başımızı hərəkət etdirə bilirik.

 

 

Mənbə : Britannica ( Britaniya Ensiklopediyası)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here