Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu

Post date:

Author:

Category:

.

Kəmiyyət dəyişilmələrinin keyfiyyət dəyişilmələrinə keçməsi qanunu onu göstərir ki, inkişaf prosesi necə, nə surətlə baş verir, bu prosesin mexanizmi necədir. Bu prosesi aydınlaşdırmaq üçün hər şeydən öncə aydınlaşdırmaq lazımdır ki, keyfiyyət və kəmiyyət nədir.

Keyfiyyət və kəmiyyət anlayışı

Bizim ətrafımızda olduqca çoxlu ən müxtəlif əşyalar və hadisələr vardır. Bunlar bizim üçün nə isə solğun simasız bir kütlə halında qarışmır, bunlardan hər biri başqalarından yalnız ona aid olan spesifik xüsusiyyətləri və xassələri ilə fərqlənir. Məsələn, qızıl kimi bir metalı götürək. Onun özünə məxsus sarı rəngi, uzanma və döyülmə qabiliyyəti vardır, müəyyən sıxlığı və ərimə qaynama tempraturu vardır. Predmeti başqa bir predmet deyil, məhz həmin predmet edən onu saysız hesabsız başqa predmetlərdən fərqləndirən nə varsa, bunların hamısı məhz onun keyfiyyətləridir.Keyfiyyət xassə də təzahür edir. Xassə şeyi hər hansı bircə tərəfdən biridir, predmet isə bütövlükdə predmet haqqında təsəvvürdür.

Hər bir əşyanın müəyyən keyfiyyətdən başqa, kəmiyyəti də olur.Keyfiyyətdən fərqli olaraq, kəmiyyət predmeti ona aid xasssələrinin inkişaf dərəcəsi və ya intensivliyi , habelə onun böyüklüyü , həcmi v.s. tərəfindən bildirir.Bir qayda olaraq, kəmiyyət rəqəmlə ifadə olunur. Kəmiyyətlə keyfiyyət eyni bir əşyanın tərəfləri olduğuna görə bir vəhdət təşkil edir.Keyfiyyətin dəyişilməsi , əşyanın dəyişilməsinə , onun başqa bir əşyaya çevrilməsinə gətirib çıxarır, müəyyən çərçivədə daxilində kəmiyyətin dəyişilməsi isə əşyanın nəzərə çarpacaq dərəcədə dəyişilməsinə gətirib çıxarmır.Kəmiyyətlə keyfiyyətin vəhdəti ölçü adlanır. Ölçü bir növ elə hədddir ki, bunun daxilində predmet olduğu kimi qalır. Kəmiyyət tərəfi ilə keyfiyyət tərəfinin birləşməsindən ibarət olan ölçünün “pozulması” predmetin dəyişilməsinə, onun başqa bir predmetə çevrilməsinə gətirib çıxarır. Məsələn,maye halında civə üçün ölçü mənəvi 39°-dən, müsbət 357°-yədək temperaturdur. Civə mənfi 39°- temperaturunda bərkiyir, müsbət 357°-də isə qaynamağa başlayır, buxar halına düşür.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi inkişafın qanunudur.

Çərçivə daxilində kəmiyyətin dəyişilməsi əşyanın keyfiyyət halının dəyişilməsinə gətirib çıxarmır, lakin bu çərçivədən kənara çıxdıqda , kəmiyyət dəyişmələri hökmən əsaslı keyfiyyətə keçəcəkdir. Bundan əlavə, məhz inkişaf özü, hər şeydən əvvəl kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişilməsinə keçməsidir, çünki məhz bu keçid prosesində əşyalar və hadisələr ibtidaidən aliyə, köhnədən yeniyə doğru hərəkət edir.

Kəmiyyət dəyişmələri nisbətən yavaş-yavaş baş verən, kəsilməz bir xarakter daşıyır, keyfiyyət çevrilmələri isə kəsiləndir, sıçrayışlıdır.İnkişaf bir- birindən fərqli olan, lakin bir-biri ilə əlaqədar olan iki formanın, mərhəllənin -kəsilməzliklə kəsilənliyin vəhdəti kimi meydana çıxır.İnkişafda kəsilməzlik yavaş- yavaş baş verən nəzərə çarpmayan kəmiyyət yığınları mərhələsidir.Kəsilənlik,yaxud sıçrayış -əşyanın əsaslı keyfiyyət dəyişmələri mərhəlləsidir, köhnə keyfiyyətin yeni keyfiyyətə çevrilməsi momenti və ya dövrüdür.

Əlavə oxu: https://rezonanss.com/dialektik-materializm/

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.