K.Marks’ın iqtisadi tsikli nədir? Böhran necə ortaya çıxır?

Post date:

Author:

Category:

İqtisadi artım(dövlətdə adam başına düşən gəlirin artması), məşğulluq(insanların aqazanc gətirən hər hansı fəaliyyətidir), qiymətlərin səviyyəsi problemlərinin həlli hər bir iqtisadi sistemin məqsədləri içərisində mühüm yer tutur. Bu problemlər bir- biri ilə sıx əlaqədardır və birində olan dəyişiklik, digərlərində də müəyyən dəyişikliyə yol açır. Tarixi təcrübə göstərir ki, iqtisadi artımın yüksəlişi qeyri-bərabər, qeyri-sabit səviyyədə olmuşdur. Bu qeyri-sabitlik ayrılıqda götürülmüş bir ölkənin daxilində, həm də ölkələrin inkişafının müqayisəsində özünü göstərir. Makroiqtisadi(dövlət iqtisadiyyatı səviyyəsində)qeyri-sabitlik daha çox aşağıdakılarda öz əksini tapır:

1)İqtisadi tsikldə

2)İşsizlikdə

3)İnflyasiyada

 

Bu yazıda iqtisadi tsikllərdən danışacağıq. Digər nəticələr isə növbəti yazıların mövzusudur.

 

Tsikl iqtisadi inkişafda elə zaman kəsiyindən ibarətdir ki, bu dövrdə əmtəə və xidmətlərin istehsal həcminin artması baş verir, sonradan azalma, enmə, durğunluq, canlanma və sonda yenidən artım başlanır. Tsiklin gedişində oxşar hadisələrin vaxtaşırı təkrarlanması müşahidə olunur ki, bu da tsikl dövründə fazaları ayırmağa əsas verir. İqtisadi inkişafın qeyri-sabitliyi vaxtaşırı, müntəzəm, proqnozlaşdırılan xarakter alırsa, iqtisadi tsikl adlanır.q

 

İqtisadi tsikl – milli iqtisadiyyatın bir makroiqtisadi tarazlıqdan digərinə doğru hərəkətidir; – bir iqtisadi böhranın başlanğıcından digər iqtisadi böhranın başlanğıcına qədər keçən dövrdür. Tsiklikliyin xarakterik xüsusiyyəti inkişafın spiralvari olmasıdır.

 

Karl Marksın nəzəriyyəsinə görə iqtisadi tsikl aşağıdakı fazalardan keçir:

 

  1. Zirvə
  2. Enmə
  3. Böhran
  4. Canlanma

 

 

 

Zirvə

 

İqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyətin dayanıqlı inkişafı iqtisadi yüksəliş fazasını təşkil edir. İqtisadi yüksəliş öz yüksək nöqtəsinə çatdıqda inkişafın “tsiklik yüksəlişinin zirvəsinə” və ya iqtisadi “bum”-a yetişir. Bu zaman istehsal maksimum səviyyədə olur, işçi qüvvəsi başda olmaqla bütün məhsuldar qüvvələr milli məhsulun inkişafına cəlb olunur. Sənaye yüksəlişi zamanı tətbiq olunan yeni texnika və texnologiyalar tam qüvvəsi ilə işləyir, işçi qüvvəsinin məhsuldarlığı artır, işçilərin və kapital sahiblərinin gəlirləri maksimuma çatır.

 

 

 

Enmə

 

Təbii ki, yüksəliş daimi ola bilməz. Belə ki, məhsuldar qüvvələrin gücü tədricən zəifləyir. İstehsal elə səviyyəyə çatır ki, istehsalçı istehsalın nəticələrini, yəni əmtəə və xidmətləri öz xərcini bərpa edəcək, üstəlik mənfəət qazanacaq qiymətə sata bilmir. Bu, zirvə dövrünün yaşandığı müddətdə həddindən artıq istehsalın nəticəsində bazarda əmtəə və xidmətlərin, malların ani artması ilə əlaqədardır. Mənfəətin aşağı düşməsi investorun iqtisadiyyata kapital qoymaq istəyini azaldır. İnvestisiyaların azalması ilə istehsalda enmə başlayır. Bu prosesin nəticəsi kimi işçilərin işdən çıxarılması, işsizliyin artması, əhali gəlirlərinin azalması müşahidə olunur. İstehsalda enmə prosesi daha kəskin formaya keçir – iqtisadi böhran başlanır.

 

 

Böhran

 

Böhran, iqtisadi tsiklin ən “məşhur” fazasıdır. İqtisadi tsiklin heç bir fazasını bilməyən insan belə iqtisadi böhran haqqında müəyyən informasiyaya malikdir (istər öz təcrübəsi ilə qazandığı, istərsə də haradansa eşitdiyi) Elə həyatımıza ən böyük təsiri göstərən də məhz odur. Böhran əvvəlki dövrlə müqayisədə istehsalın əhəmiyyətli dərəcədə enməsi ilə səciyyələnir. Müəssisələrin çoxu bağlanır və ya daha qısa iş gününə keçir, işçilər işdən azad olunur. Müqavilələr yerinə yetirilmir, pozulur, kreditlər qaytarılmır, müəssisə və banklar müflisləşir, ticarətdə satılmamış məhsulların kəmiyyəti artır. Böhran tsiklin ən ağır fazasıdır, o, iqtisadiyyatda ciddi dağıntılara, vətəndaşların rifah halının ağırlaşmasına səbəb olur.

Əgər böhran vəziyyəti aylar, bəzən illərlə uzanırsan, bu, iqtisadiyyatın depressiya-durğunluq halına keçməsi, böhranın bəzi səciyyələrinin xroniki hal alması deməkdir. Bu halın tarixdəki nümunələrindən biri məşhur alman yazarı H.Böll’ün və bir çox başqa yazıçıların qələmə aldığı əsərlərdə cəmiyyətə təsirini dəqiqliklə müşahidə edə biləcəyimiz 1929-1933 illərdəki “böyük durğunluq” hadisəsidir.

Canlanma

Müəyyən müddətdən sonra iqtisadiyyatda canlanma başlayır. Böhranı nisbətən “ağrısız” keçirən müəssisələr istehsalı bərpa edib modernləşdirir, yeni işçi qüvvəsi cəlb edir və yeni müəssisələr yaranır. Gəlirlərin artımı tədricən tələbi genişləndirir və iqtisadiyyatda canlanma müşahidə olunur. Canlanma dövründə böhran zamanı dağılmış istehsal potensialı bərpa olunur, köhnəlmiş texnologiyalar yeniləri ilə əvəzlənir. Canlanma fazası özündən sonra yüksəliş və zirvəni doğurur, bu da bütün proseslərin təkrarlanmasına gətirib çıxarır.

 

Ümumiyyətlə, iqtisadi tsikllərin 1380’dən artıq növü məlumdur. Bu növlər hər biri müxtəlif müddətləri əhatə edir və hər birində fazaların bir-birini əvəz etmə səbəbi müxtəlifdir. Təsnifatın strukturunu anlamaq üçün bir-neçə tsiklə baxaq:

 

TOFFLER tsiklləri- 1000-2000 ili əhatə edir. Yaranma səbəbi sivilizasiyaların inkişafı və dəyişməsidir. Misal olaraq Şumerləri göstərmək olar. Şumerlərdə sivilizasiya çox-çox əvvəl inkişafa başlasa da, sonralar çökməyə başlayır, iflas edir.

 

FORRESTER tsiklləri- təqribən 200 ili əhatə edir. Yaranma səbəbi yeni enerji və materiallar balansında baş verən dəyişikliklərdir. Buna misal olaraq neftin sənayedə istifadə olunduğu vaxtdan bu günə qədər istifadə miqyasına görə keçdiyi yolu göstərmək olar. Artıq neft sənayesi enməkdədir. Bir-neçə ildən sonra o,  çöküşünü yaşayıb, öz yerini tamamilə onu əvəz edəcək digər enerji mənbəyinə-elektrik enerjisinə verəcək. Sonra isə, neftin keçdiyi mərhələlərdən elektrik enerjisi də keçəcək və onu əvəz edəcək yeni mənbə tapılanda o da öz çöküşünü yaşayıb dövriyyədən çıxacaq. Bu proseslərin iqtisadiyyata təsiri həmin anda mövcud enerji mənbəyinin əsas istehsalçısı olan dövlətlərin iqtisadiyyatında müşahidə olunur.

Müəllif: Ayxan Osmanlı

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.