Kadrların arxasına gizlənənlərdən – Vivian Maier

Post date:

Author:

Category:

Vivian Meyrın kəşfinə nə səbəb oldu?

Küçələrə düşüb fotoqrafiyaya xəbərsizcə töhfələr verən bir dayədən danışmaq çox həyəcanlıdır.

150.000-dən çox şəkli gizlədərək kəşf edilməsi üçün lazım olan vaxtı bir xeyli ləngidən bu qadının hekayəsi də, yəqin ki, çəkdiyi şəkillərdən az maraqlı olmayacaq. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca çıxardıqdan sonra dünya fotoqraf ruhlu bu qadının yaradıcılığından xəbərdar oldu.

Bu zaman yazdığı tarixi kitab üçün Çikaqonun köhnə şəkillərini axtaran Con Maluf (John Maloof) Meyr (Vivian Maier)-ın çəkdiyi şəkilləri ilə dolu olan böyük bir qutunu almış və gördüyü möhtəşəm təsvirlərlə bərabər fotoqrafın çəkdiyi yüz minə yaxın şəkli gün üzünə çıxarmışdır.

Nyu-York qalereyasında açılan sərgisi və yaradıcılığından bəhs edən kitabı sayəsində Meyr artıq dünya şöhrətli bir fotoqrafa çevrilmişdi.

Fotoqrafiya ilə bağlı heç bir təhsilinin olmamasına baxmayaraq, çəkdiyi şəkillərdə dövrün insanlarının günlük yaşayışları yeni bir tərzdə diqqətimizi cəlb edir.

Soruşası olsanız ki, Vivianın kəşfinə nə səbəb oldu? Əlbəttə ki, doğuşdan gələn fotoqrafiya bacarığı və sənət eşqi.

Necə?

Sosialist və feminist qadın olan Vivian dayəlik etdiyi uşaqları sadəcə parklara deyil, ara küçələrə – sadə vətəndaşların həyatlarını keçirdikləri yerlərə aparırdı. Çünki o, varlıların şəşəəli həyatını yox, işləyən uşaqların, zəhmət çəkən təbəqənin, evsizlərin, qocaların şəkillərini çəkmək istəyirdi. Və bəxti də gətirirdi ki, 50-60-cı illər Amerikanın rifah dövrü hesab edilə bilən zamanlar idi.

Vivian bir fotoqraf kimi olduqca kübar idi: şəklini çəkdiyi insana heç vaxt bunu bildirmirdi. Müşahidələrinin uğurlu olması da bundan irəli gəlirdi. Fotoaparatını qarın hissəsində tutaraq təbii şəkillər əldə etmək onun vərdişi halına gəlmişdi.

Sadəcə ara məhəllələri deyil, memarlıq nümunələrini, gözəl qadınları və göz oxşayan geyimləri də fotoaparatına həkk edirdi.

Bütün enerjisini fotoqrafiyaya sərf edən bu sirli qadın üçün küçədə olan hər kəs, hər şey onun sənətinin parçası idi.  Düşünürdü ki, özü də sənət üçün var və yalnız sənətinə xidmət edir.

Self-Portrait dəliliyi

Günümüzün xəstəliyinə çevrilən “selfie” o dövrdə Vivian tərəfindən də sınanmışdır. Gördüyü güzgülərdə, pəncərələrdə, yansımalı əşyalarda özünü çəkən Meyr bu halda da gözəl təsvirlər yaratmağı bacarırdı:

Self-Portrait, 1956Self-Portrait, 1960VM1961W00962-12-MCSelf-Portrait, 1955Self-Portrait, 1954

Sirliliyini nəyə borcludur?

Vivian xidmət etdiyi heç bir ailədə özü, yaxud həyatı haqqında danışmır, hətta bəzən özünü agent kimi tanıdırdı. Ölümündən sonra dayəlik etdiyi ailələr onu qəribə və sakit, öz içinə qapalı biri kimi xatırlayırdı. Bəzi uşaqlar şəkil çəkən zaman az qala Vivianın onları unutduğunu deyir,  bəziləri isə minnətdarlıq edirdilər.

Vivian heç vaxt bir şəxsiyyətə bağlı qalmamışdı. Onu tanıyanların hərəsi bir başqa adla müraciət edirdi və sözsüz ki, fransız aksenti də bir o qədər inandırıcı gəlmirdi.

Əslinə qalsa, ətrafındakı insanlar da əsl adını gizlədiyini anlamışdılar.

Pandoranın qutusunu kim açdı?

Yuxarıda qısa bir neçə cümlə ilə başa saldığımız Con Maluf.

Vivianın əsərlərini gün üzünə çıxarması asan başa gəlməmişdi. Necə ki, Vivian yaşadığı zaman şəkillərini nümayiş etdirmək üçün bir neçə yerə müraciət edib rədd cavabı almışdısa, Con da işin başında bu cürə vəziyyətlərlə qarşılaşdı. Lakin qalereyaların onun təklifini qəbul etməməsini vecinə almış kimi görünmürdü. Vivian adına müxtəlif saytlarda hesab açdı, bloq yaratdı və şəkilləri online formada insanlara çatdırmağı bacardı. Düşündüyündən daha çox geri dönüş (feedback) aldı.

Bu sirli qadının çəkdiyi kadrlar bir çox fotoqrafın diqqətini çəkmiş və Conu onun həyatı haqqında araşdırmağa sövq etmişdi.

Təəssüflər olsun ki, bir çox dahi şəxsiyyət kimi Vivian da həyatının son anlarında kasıblığın ən əzablı formasını yaşadı və zibilxanadan tapdığı konservləşdirilmiş yeməkləri yeyərkən hər zaman oturduğu oturacaqda ölü tapıldı.

Con Maluf əldə etdiyi qutu ilə – hansı ki, içində Vivianın çəkdiyi kadrlar (bəziləri ağ-qara, bəziləri isə rəngli idi), xidmət etdiyi ailələrin telefon nömrələri vardı Meyr haqqında daha çox məlumat sahibi olmaq üçün davamlı axtarışda oldu.

Bütün nömrələrə zəng edildi və əlaqə saxlanıldı. Vivian artıq özünü gizlədə bilmək iqtidarında deyildi. Onu tamamilə “ifşa” edən bir film çəkildi: “Finding Vivian Maier (Vivian Maieri tapmaq)“.

Fragmanı:

Artıq susmağın vaxtıdır. Sizi şəkillərlə baş-başa buraxırıq.

September 1953. New York, NYNew York, NYMaxwell Street, Chicago, IL. 1962Kiddieland, September 1966. Sandwich, IL1954. New York, NY1954. New York, NY1954. New York, NYSeptember 24, 1959. New York, NYNew York, NYVM1959W04160-07-MCApril 7, 1960. FloridaVM1954W02925-12-MC

Mənbələr:

Vivian Maier-in rəsmi saytı

Sanatblog.com

Daimakadın.com

Vesaire.org

İnformasiyaları topladı: Pəri Abbaslı

Redaktə etdi: yenə Pəri Abbaslı

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....