Kafka, vəəd edilən torpaq və inqilab

Post date:

Author:

Category:

Yazarlar arasında bəlkə də ən ağıllısı Kafka idi. – “Ədəbiyyat və şər” kitabından hissə

Çünki heç vaxt tələyə düşmədi. Əvvəla bunu bildirməliyik ki, onunla eyni dövrdə yaşamış yazarların əksəriyyətindən fərqli olaraq nə etmək istədiyini bilirdi. Məqsədi yazar olmaq idi. Arzuladığı yazarlığın ona gözlədiyi məmnuniyyəti verməyəcəyini anladığı halda, yazmaqdan heç vaxt əl çəkmədi. Ədəbiyyatın onu məyus etdiyini deyə bilmərik. Əlçatan digər məqsədlərlə müqayisədə ədəbiyyat heç vaxt onu məyus etmədi. Vəəd edilən torpaq Musa üçün nə idisə, ədəbiyyat da Kafka üçün o idi.

Kafka Musa haqqında belə deyir:

…”Vəəd edilən torpağı, ölümündən bir gün əvvəl görə biləcəyi fikri inandırıcı deyil. Bu əzəmətli baxış bucağı insan həyatının tamamlanmamış bir andan başqa bir məna kəsb etmədiyini göstərir: çünki bu cür həyat (vəəd edilmiş torpağı gözləməsi) sonsuza qədər davam edə bilər və bu bir andan başqa bir şey olmaya bilər. Musanın Kənana çata bilməməsinin səbəbi ömrünün qısa olması deyil, insan ömrü olmasıdır”.

Kafkanın münasibəti yalnızca yaxşı olanın deyil, məna baxımından boş olan bütün hədəflərin ucaldılmasına qarşı çıxmaqdır. İstənilən hədəf, zaman ölçüsü içərisində ümidsizdir; suda olan balıq, kainatın hərəkətindəki digər nöqtələr kimi: çünki söhbət insan həyatından gedir.


Kafkanın fikirləri 1 2 3 4 5 6 kimi kommunist idealogiyaya əks bir fikir ola bilər mi? Kommunizm hər şeydən əvvəl fəaliyyətdir, dünyanı dəyişdirən fəaliyyət. Hədəf, zamanla nəzərdə tutulan məqsəd üçün hal-hazırki fəaliyyəti özünə tabe edir. Bu nöqteyi nəzərdən, kommunizm heç bir çətinlik yaratmır. Bütün bəşəriyyəti indiki vaxtda müəyyən bir hədəf istiqamətində hazır vəziyyətə gəlir. Heç kim məqsədin dəyərinə şübhə etmir və sonda heç kim səlahiyyəti ələ keçirməyə çalışmır.

Geriyə sadəcə mənasız bir tərəddüd qalır: özümüzü inandırırıq ki, fəaliyyətin içində yer almaq yaşamağımıza mane olmur.

Fəaliyyətin tək qayğısı, hədəflənən məqsəddir. Hədəflər niyyətlərə görə dəyişir, lakin onların müxtəlifliyi, hətta müxalifliyi daima fərdi zövqün irəliləyə biləcəyi sahələr yaradır. Əgər daha əlverişli bir fürsətdən söhbət gedmirsə, yalnız əqli sağlamlığı yerində olmayan insanlar konkret hədəfə yönəlməyə bilərlər. Kafkanın ifadə etmək istədiyi fikir budur: Musa gülünc vəziyyətə salındı, çünki ona göndərilən vəhyə görə, hədəfə çatdığı an ölməli idi. Kafka dərhal mülahizə verərək əlavə edir: Musanın məyusluğunun əsas səbəbi “insani həyat” yaşamasıydı. Məqsədə çatmaq zaman içində başqa bir ana ertələnir, lakin zaman məhduddur. Sadəcə bu belə Kafkanın hədəfi bir tələ olaraq görməsi üçün yetərliydi.

Mənbə:

Georges Bataille – “Ədəbiyyat və şər” kitabı

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. Həmçinin oxu: Kafkanın vəsiyyəti: “Bütün yazdıqlarım istisnasız olaraq yandırılmalıdır”
  2. Həmçinin oxu: Frans Kafka -Kənd həkimi / Novella
  3. Həmçinin oxu: Frans Kafka -Hökm / Novella
  4. Həmçinin oxu: Frans Kafka – Yuxu / Novella
  5. Həmçinin oxu: Yadlaşma; Alber Kamü (Albert Camus) və Franz Kafka
  6. Həmçinin oxu: Frans Kafka – Cəza Koloniyası // Xülasə

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.