Kafkanın vəsiyyəti: “Bütün yazdıqlarım istisnasız olaraq yandırılmalıdır”

Post date:

Author:

Category:

“Bütün yazdıqlarım istisnasız olaraq yandırılmalıdır”

Ömrünün son aylarını Berlində keçirən Frans Kafkanı Maks Brod çox ağır halda tapır; həkim Kafkanın təcili evə çatdırılmasını bildirəndən sonra o, 1924-cü il martın 17-də dostunu Praqaya gətirir.

Beləliklə, Kafka son dəfə öz ailə mühitinə qayıdır. Amma onu bu vəziyyətdə evdə saxlamaq mümkün olmur və xəstəni Vyana yaxınlığındakı müalicə sanatoriyasına göndərirlər.

Şəraiti son dərəcə bərbad olan sanatoriyada az sonra xəstəyə baxmaqdan imtina edilir və yazıçını üstüaçıq maşında prof. Haekin Vyanadakı universitet klinikasına gətirirlər; aprelin ortalarında isə Kafka doktor Hofmanın sanatoriyasına yerləşdirilir. Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən
adamlarla kağız-qələmlə danışmalı olur.

Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də bəllidir: «Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz».
Maks Brod son dəfə ona 1924-cü il mayın 12-də baş çəkir; iyunun 3-də gözlərini əbədi yumarkən isə yanında sadiq dostları Dora Diamant və Robert Klopştok olur; cənazəsi Praqaya gətirilir və Kafka burdakı yəhudi qəbristanlığında dəfn edilir.

…Böyük sənətkarın vəfatı ədəbi aləmdə sükutla qarşılanır və səssiz ötüb keçir; M.Yesenskayanın qəzetlərin birində dərc edilən nekroloqu yazıçının vəfat etdiyi 1924-cü ildə bu barədə yazılan yeganə mətn – yeganə faktdır (çex jurnalisti Milena Yesenskaya ilə Kafka 1920-ci ilin əvvəlində, onun çevirməsində «Ocaqçı»nın Praqada, «Klen»
jurnalında nəşrindən sonra tanış olmuşdu.

1952-ci ildə alman jurnalisti Villi Haas Kafkanın Milenaya yazdığı məktubları nəşr etmişdir. Kitaba yazdığı son sözdə V.Haas bildirir ki, bu məktubları ona 1939-cu ildə, alman qoşunları Praqaya daxil olduqdan az Həmin nekroloq Kafka haqqında indiyəcən yazılmış rəylərin ən səmimisi və ən üstünü hesab edilir. Yalnız bir il sonra – 1925-ci ildə M.Brod «Məhkəmə» romanını nəşr etdirməklə Kafkanın adını gələcək nəsillərə ötürmüş oldu. Amma bu işi görməklə M.Brod yazıçının ona ünvanladığı və heç bir tarix qoymadığı iki qeyddə (tədqiqatçılar bu qeydlərdən birincisinin 1920-ci ilə, digərinin isə 1922-23-cü illərə aidliyini iddia edirlər; M.Brod hər iki qeydi «Məhkəmə» romanına yazdığı son sözdə dərc etdirib) dönə-dönə vurğulanan «inadkar» xahişləri yerinə yetirməmiş, necə deyərlər, Kafkanın əsas tələbini pozaraq əmanətə xəyanət etmişdir…

Kafkanın bu iki məlum qeydini indi bir qədər gurultulu tərzdə «vəsiyyət» adlandırsalar da, əslində o heç bir rəsmi vəsiyyət qoyub getməyib. Belə ki, əvvəlcə yazıçının yazı masasının üstündəki kağızlar arasında mürəkkəblə yazılan və Maks Broda ünvanlanan belə bir qeyd tapılmışdır:

«Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində, dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin gözünə sataşan hər hansı yerdə) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin məktublarından, rəsmlərimdən və ilaxır, – hər nə tapılsa, hamısı oxunmadan məhv edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan, başqalarında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib özləri onları yandırsınlar».

Daha sonra karandaşla yazılan digər qeyd – «VƏSİYYƏT» tapılıb ortaya çıxmışdır.

VƏSİYYƏT

Əzizim Maks, yəqin ki, bu dəfə mən daha yataqdan qalxa bilməyəcəm; bir ay ərzində məruz qaldığım ciyər isitməsindən sonra ağ ciyərin iltihabı tamamilə mümkündür və müəyyən təsir gücünə malik olsa da, hətta bu barədə yazmağımın özü də sətəlcəmin qabağını almaqda acizdir.

Yaranmış vəziyyətdə mənim indiyəcən yazdıqlarıma dair vəsiyyətim belədir: Yazdıqlarımdan yalnız bunlar etibarlıdır: «Hökm», «Ocaqçı», «Çevrilmə», «İslah koloniyasında», «Kənd həkimi» və «Qolodar» novellası («Müşahidə»nin mövcud olanbir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək
istəmirəm, ancaq bu nüsxələrdən heç biri yenidən çap olunmamalıdır).

Yalnız o beş kitabı və novellanı etibarlı sayıram dedikdə, bununla mən heç də onların təkrar çapını və gələcək üçün saxlanmasını arzu etdiyimi nəzərdə tutmuram, əksinə, əgər onlar tam şəkildə sıradan çıxsaydılar, bu əsl mən istəyən olardı. Amma bir halda ki mövcuddurlar, sadəcə mən onları saxlamaq arzusunda olanlara əngəl törətmək istəmirəm.

Qalan bütün yazdıqlarım (qəzetlərdə çap edilənlər, əlyazmaları yaxud məktublar) tam istisnasız olaraq yandırılmalıdır; onların hamısı xahişlə, minnətlə – nəyin bahasına olursa-olsun, göndərilən ünvanlardan geri alınmalı (ünvanların əksəriyyətini özün bilirsən, söhbət əsas … (görünür, Felitsa Bauer nəzərdə tutulur – tərc.) haqqında gedir, ələlxüsus da … (ehtimal ki, ―Gündəliklər‖in göndərildiyi Milena Yesenskaya nəzərdə tutulur – tərc.) olan bir neçə dəftəri unutma) və istisnasız olaraq hamısı yandırılmalıdır; yaxşı olardı oxunmadan (onlara baxmağı sənə yasaq etmirəm, amma baxmamağın mənə daha xoş olardı; hər halda başqası onları görməməlidir), – tam istisnasız olaraq hamısı yandırılsın və xahiş edirəm, bunu mümkün qədər tez edəsən.

Mənbə: Çağdaş dünya ədəbiyyatı. 

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...