Kainat dinamikasının qanunları

Post date:

Author:

Category:

Kainat dinamikası – fizikanın bir bölümü olub, dünya sabitlərinin və əsas kəmiyyətlərin əsasında Kainatın Başlanğıcını (əmələ gəlməsini), inkişafını (formalaşmasını) və sonunu öyrənən elmdir. Əgər Başlanğıc formulasını dünya sabitlərinin vasitəsi ilə ifadə etmək mümkündürsə, fundamental qanunauyğunluqları hesablayanda əsas kəmiyyətlərsiz keçinmək olmur. Əlbəttə, məlum nəzəri və eksperiment yolla alınmış nəticələr var ki, onların köməkliyi ilə Kainatın necə əmələ gəlməsini, təkamülünün necə olduğunu söyləmək olar.
Yüksək enerjili fizika sahəsində aparılan nəzəri və eksperimental axtarışların nəticəsində Böyük partlayışın ilk vaxtları haqqında məlumatlar alınmışdır. Zənnimcə, Kainat haqqında tənlikləri yazarkən iki məsələni unutmamalıyıq. Birincisi, fizika qanunlarının necə mürəkkəb (və ya sadə, ancaq mürəkkəb şəkildə izah edilən) olduğundan asılı olmayaraq, onlar sonradan düz və ya qeyri-düz yolla eksperiment və nəzarət yolu ilə yoxlanılır. Astronomlara və astrofiziklərə məlumdur ki, eksperimental texnika nə vaxt bir addım qabağa addım atırsa, onda tamamilə gözlənilməyən hadisələr baş verir. Və səbəb yoxdur ki, güman edək ki, eksperimental texnikanın gələcək inkişafı Kainat dinamikasında da belə nəticələrə gətirib çıxarmayacaq.
İkincisi, Kainat dinamikasının qanunları açıq olmalıdır, onda onun köməkliyi ilə bu sahədə yeni kəşfləri izah etmək olar. Başlıcası budur ki, Kainat dinamikasının qanunları yeni kəşflər oduqca, öz əhəmiyyətini itirməsinlər. Kainat dinamikasında həmişə yer var ki, hətta təəcüblü olsa belə ora yeni bir məlumat əlavə olsun. Bu o demək deyildir ki, yeni nəzəriyyə həmişə düz olacaq. Yaxşı məlumdur ki, Nyuton tərəfindən kəşf olunmuş dinamika, relyativist dinamika ilə əvəz olunur. Nəzəriyyə düz olmayanda, bu o demək deyildir ki, bu nəzəriyyə bizə heç nə vermir. İstənilən nəzəriyyə, hansını ki, rədd edirik bizə nə isə verir, o tam deyil, o yeni kəşflər üçün nə isə verir.
Kainat dinamikasının qanunları çox sərtdirlər. Kainat dinamikasının birinci qanununa nə isə əlavə etmək üçün (deyək ki, modifikasiya etmək), ya yeni dünya sabiti kəşf etmək lazımdır, ya da bu sabitləri başqa bir sabitlərlə əvəz etmək lazımdır. Kainat dinamikasının ikinci qanununa nə isə əlavə etmək üçün Nyutonun, Eynşteynin, Plankın qanunlarını başqa qanunlarla əvəz etmək lazımdır. Həmişə bizə elə gələcək ki, başqa qanunlardan istifadə etsək, onda Kainatda gedən prosesləri daha yaxşı dərk edəcəyik. Kainat dinamikasının qanunlarını yaradarkən Kainatın Başlanğıc vaxtını, fiziki xassələrini xarakterizə edən – parametrik meyarlardan (ilk anda plank sabitlərindən) danışılır. Biz fiziki mexanizmi başa düşməyə çalışaraq, bu universal kəmiyyətlər (sabitlər) vasitəsi ilə Başlanğıcı xarakterizə (zənnimizcə) edən Başlanğıcın tənliklərni yaza bilərik. Başlanğıc üçün həm cazibə, həm kvant, həm də relyativist effektlər önəmlidir. Kainat dinamikasının əsasında üç qanun durur:
1. Kainat dinamikasının birinci qanunu dünya sabitlərinin vasitəsi ilə kvazisinqulyarlıq formula əsaslanır.
2. Kainat dinamikasının ikinci qanunu Kainatda olan qüvvələrin və əsas kəmiyyətlərin əmələ gəlmə mexanizmini açır.
3. Kainat dinamikasının üçüncü qanunu Kainatda gedən proseslərin uyğun və simmetrik olduğunu təsdiqləyir və parametrik meyarları təyin edir.
Burada qeyd etmək lazımdır ki, Kainat dinamikası Kainatın böyük dənəvərli təsvirini yaradır. Lakin Kainat dinamikasının qanunlarından istifadə edərək, zaman və məkanda gedən qeyri stasionar proseslərə adekvat məlumat almaq çox çətindir. Bəli, məlumdur ki, zaman və məkanda gedən stasionar olmayan prosesləri təsvir etmək üçün istifadə olunan parametrik meyarlar təkcə makroskopik vəziyyətin funksiyası deyil. Bütün bunlara baxmayaraq, Kainat dinamikasının vasitəsi ilə bir sıra hadisələri təsvir etmək mümkündür.
Alınan nəticələr kosmologiyada aparılan ölçü-nəzarət işlərinin nəticələri ilə çox yaxşı üst-üstə düşürlər.


Ədəbiyyat:
Ədalət Bəşirbəyli – Kainatın bioqrafiyası 2013

STAY CONNECTED

20,128FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...