Kainatda qüvvə, enerji və enerji axını

0
4

Əgər qəbul etsək ki, dünyəvi hadisələrin dəyişməsinin səbəbi qüvvədir, o zaman cismin əlamətinin bu qüvvənin təsiri altında dəyişmə sürətinin göstəricisi də kütlədir. Burada “qüvvə” termini ilə “qarşılıqlı təsir” nəzərdə tutulur. “Qarşılıqlı təsir” dəqiq təyin edilmiş kəmiyyət deyildir ki, onu ölçmək, real prosesləri göstərən tənlikdə istifadə etmək mümkün deyil. Tənlikdə isə yalnız real miqdar göstəricisi olan qarşılıqlı təsiri nəzərə almaq olar.
Nyutonun kəşf etdiyi qanunlar planetlərdən tutmuş gündəlik hərəkətlərə qədər şamil edilə bilər. Nyuton birinci başa düşdü ki, hərəkətin təyininin əsası qüvvədir. O cazibə qanunlarını və ətalət qüvvəsini riyazi formaya saldı. Nyutonun vaxtında elektromaqnit sahə, elektrodinamika, kvant mexanikası, nisbilik nəzəriyyəsi anlayışı olmadığından, Nyuton cazibənin mahiyyətinin izahını tapa bilmirdi. O elə hesab edirdi ki, cazibə qarşılıqlı təsiri dərhal yayılır. Nyuton özünün məşhur ümumdünya cazibə qanununu formal şəklə salıb, elm qarşısında dərin bir sual qoydu: cazibə nədir, onun mahiyyəti nədən ibarətdir, cazibə yaradan kütlələr arasənda qarşılıqlı əlaqələr necə ötürülür?
Təbiətşünaslığın fundamental fəlsəfi suallarına toxunmaq əsasında elmin hüdudlarını həddindən artıq genişləndirərək, cazibənin izah edilməsində zaman və məkanın əlaqəsini tapmaqda əsas rolu kvant mexanikası və nisbilik nəzəriyyəsi oynadı. Cazibənin kvant nəzəriyyəsində güman edilir ki, cisimlər bir – birini vahid sabit qüvvə ilə deyil, diskret, sıçrayışla, qraviton vasitəsi ilə cəzb edir. Gündəlik həyatda bu o qədər adidir ki, biz bunu hiss etmirik. Eynşteynin nisbilik nəzəriyyəsinə görə cazibənin yayılma sürəti işığ sürəti ilə eynidir.
Digər tərəfdən, elektromaqnit sahəsinin hissəciyə olan təsirdən danışa bildiyimiz halda, hissəciyin elektromaqnit sahəsinə təsirindən danışmaq mümkün deyil. Elementar hissəciklər aləmində qüvvələr vasitəsi ilə təkcə “kollektiv” hissəciklərin deyil, həm də ayrı-ayrı “individiumların” da qarşılıqlı əlaqəsini ifadə etmək olmaz. Atomda və atom nüvəsində elementar hissəciklərin qarşılıqlı əlaqəsini qüvvələr vasitəsi ilə ifadə etmək mümkün olmur.
Tədricən enerji (“enerji” sözünün özü əvvəlcə işlədilmirdi) anlayışı daha böyük əhəmiyyət kəsb etməyə başladı. Qüvvə kimi enerji də cisimlərin qarşılıqlı əlaqəsini, xarakterizə edə bilər, hətta onların hərəkətinin vəziyyətini də göstərə bilər. Enerjinin saxlanması və çevrilməsi qanunu təkcə mexaniki hərəkətlə ifadə olunmur, ona görə də qarşılıqlı əlaqəni enerji vasitəsi ilə ufadə etmək daha ümumidir.
“Enerji” anlayışının daha ümumi səciyyə daşıması, tədricən qüvvə vasitəsi ilə ifadə olunan qanunları energetik ifadələrlə əvəz etdi. Demək olar ki, qüvvə anlayışının dəqıq kəmiyyət ifadəsi ancaq mexanikaya aiddır, halbuki enerji anlayışı istənilən prosesi xarakterizə etməyə qadirdir: mexaniki enerji, istilik enerjisi, elektromaqnit enerjisi, nüvə enerjisi və s.
Enerji anlayışı o qədər univerisaldır ki, enerjinin saxlanması qanunu daha mürəkkəb forma ilə ifadə olunsa da elementar hissəciklərə də şamil olunur. Eynşteynin nisbilik nəzəriyyəsinə qədər belə fikirləşirdilər.
E.Şmutser yazır: “Nəticələrin xülasəsi bizi belə bir sonluğa gətirir: Az ehtimallıdır ki, Eynşteyn tənəzzülə uğrayan nisbilik nəzəriyyəsində enerji anlayışını necəsə dəyişsin. Materiyanın bir sıra xassələrini təsvir etmək üçün enerji anlamı bəzən tamamilə abstrakt olaraq qalır. O ancaq bəzi topologiya şərtlərinə uyğun və xüsusi həndəsi konfiqurasiyada təyin edilir”.
Müasir baxışlara görə Kainat “ada” strukturuna malik ola bilməz, enerjinin Eynşteyn anlayışı bütün Kainata aid edilə bilməz, ona görə də “Kainatın tam enerjisi istənilən çevrilmələrdə” qalır deyilişindən mənasız bir söz kimi imtina etmək lazımdır.
Belə halda biz sinqulyarlıq anlayışını daha asan ifadə etmək üçün energetik axın anlayışından istifadə etməli oluruq.
Energetik axınının fiziki mənası əsas və törəmə kəmiyyətlərin vasitəsi ilə belə səslənir:
[Kainatda S sahəsindən t zaman müddətində enerjinin fundamental axını J]=[Fundamental qüvvələrin enerjisinin qiyməti E] / [(səthin sahəsi S)·(zaman t)]=E/S·t
Zənnimizcə, energetik axın Başlanğıcın “xarakteristikası” olduğundan onu universal sabitlər vasitəsi ilə ifadə etmək olar. Biz energetik axını universal sabitlərin vasitəsi ilə mümkün olan bir kombinasiyada ifadə edə bilərik.


Ədəbiyyat:
Ədalət Bəşirbəyli – Kainatın bioqrafiyası 2013

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here