Kainatın sənət nümayişi – Nebulalar

Post date:

Author:

Category:

Bir Ulduzun sönməmişdən əvvəl yaydığı qaz buludlarının əmələ gətirdiyi görüntülər təsəvvür edilməyəcək böyüklükdə və möhtəşəm gözəllikdədir…

Nebula və ya Dumanlıq kosmosda tapılan və geniş ərazilərə yayılmış qazlar, toz, hidrogen, helium və digər ionlu qazlardan ibarət duman quruluşlu təbəqələrə verilən addır. Nebula əmələ gəlməmişdən əvvəl bir ulduzdur. Bu ulduz çökdükdən sonra ya neytron ulduzu, ya da bir qara dəlik olur. Ancaq bütün ulduzlar bunlardan birinə çevrilməmişdən əvvəl qırmızı bir super-nəhəng halına gəlirlər. Bu ulduzlar çox böyük olduqları üçün daxildən gələn təzyiq və yüksək (100.000.000 °C) istiliyin təsiri ilə kosmos boşluğuna qaz salarlar.

Bu qaz püskürmələri həddindən artıq böyük və sürətli olur. Bir müddət sonra bu qazlar yaxınlaşaraq bir qaz buludu əmələ gətirirlər. Bu qaz buludunun istiliyi 15.000 °C -dən çoxdur. Həmin bu dumanlıq “Nebula” adlandırılır.

                   NGC 6543 – Pişik Gözü Nebulası

Pişik Gözü Dumanlığı kosmos boşluğunda dünyamızdan üç min işıq ili uzaqlıqda yerləşir və Günəşə oxşar bir ulduzun ömründə qısa sürən, ancaq bir o qədər də görkəmli olan son mərhələni təmsil etməkdədir. Dumanlığın ölməkdə olan mərkəzi ulduzu tozdan meydana gələn cüt mərkəzli qabıqlardan ibarət xaricdəki bu sadə təsviri bir sıra konsentrik daralma nəticəsində xarici qatlarını fırladaraq meydana gətirmiş olabilərlər. Ancaq içəridəki daha mürəkkəb və gözəl strukturun formalaşması tam başa düşülmür.

Habbl Teleskopundan (Hubble Space Telescope) alınan görüntüdə son dərəcə açıq şəkildə görünən bu gerçək kainat gözü (burada Pişik Gözü Nebulası nəzərdə tutulur) işıq ilinin yarısından biraz genişdir. Bu arada, gözlərini dikib Pişik Gözünü incələyən elm adamları bundan təxminən 5 milyard il sonra dumanlıq olacaq öz Günəşimizin taleyini müşahidə etmiş ola bilmə ehtimalı vardır.

               NGC 6751 – Parlayan Göz Nebulası

NGC 6751, yəni Parlayan Göz Nebulasını göstərən bu rəngli Habbl görünüşü, mürəkkəb xüsusiyyətlərə malik klassik bir kosmik dumanlıq üçün yaxşı nümunədir. 2000-ci ilin aprel ayında Habblın orbitdəki 10 illiyini qeyd etmək üçün seçilən bu görüntü Habbl Miras proqramı çərçivəsində yenidən işlənmişdir. Görünüşə görə, dumanlığın lentvari xüsusiyyətləri həddindən artıq isti (140.000 santiqrat dərəcə) mərkəzi ulduzdan gələn külək və şüalar səbəbi ilə ortaya çıxmaqdadır. Dumanlığın həqiqi ölçüsü təxminən 0,8 işıq ili və yaxud da Günəş sistemimizin təxminən 600 qatı qədərdir. NGC 6751 göy üzündə yüksəklərdə uçan Qartal bürcü (lat. Aquila) istiqamətində – bizdən təxminən 6.500 işıq ili uzaqlıqda yerləşməkdədir.

                          M2-9 – Kəpənək Nebulası

Görəsən, ulduzlarda da mövcud olan sənət öldükləri zaman təqdir edilmiş olur?  Əslinə baxanda, ulduzlar da ən bədii görünüşlərini öldükləri zaman nümayiş etdirərlər. Bizim öz Günəşimiz və yuxarıda gördüyümüz foto M2-9 oxşarı kiçik kütləli ulduzlar mövzu olduqda, ən xaricdə yerləşən qazdan kəfəni fırladıb ataraq normal bir ulduzdan ağ cırtdana çevrilmədən söhbət gedir. Fırlatma sonrası kainatda genişlənən bu qazlar, ümumiyyətlə, təsiredici nümayiş sərgiləyirlər. Planet dumanlığı olaraq bilinən bu qaz nümayişlərinin yavaş-yavaş yox olub getməsi minlərcə il sürür.

Fotoda təmsili rənglərlə gördüyümüz kəpənək formasındakı dumanlıq bizdən təxminən 2100 işıq ili uzaqlıqda yerləşir və qanatları ilə bizə qəribə, amma hələ bitməmiş bir hekayə izah etmək istəyir. Dumanlığın mərkəzində yer alan iki ulduz diametri bizim sistemimizdə Plutonun olduğu orbitin on qatı genişliyinə malik qaz ilə bir disk içərisində birlikdə dolanırlar. Ölən ulduzun genişlənən kəfəni bu diski parçalayaraq cüt qütblü görünüşü yaradır. Bu arada, planetar dumanlıqların ortaya çıxmasına səbəb olan fiziki müddətlərin böyük bir qismi bizim üçün hələ də sirrini qoruyur.

                             M1-Xərçəng Nebulası 

Bir ulduz partlayışından sonra geriyə qalan budur. 1054-cü ildə görülən bir ifrat yeni ulduzunun (güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduz) nəticəsində yaranan Xərçəng Dumanlığı sirli iplərlə doludur. Bu iplər təkcə mürəkkəbliyi ilə deyil, eyni zamanda həm əsl supernovada fırladılıb atılandan daha az kütləyə malik, həm də sərbəst partlayışda gözləniləndən daha yüksək sürətlə hərəkət edirmiş kimi görsənir.

Habbl Teleskopu tərəfindən çəkilmiş yuxardakı şəkil elmi məqsədlərə uyğun olaraq seçilmiş üç rəngdə təqdim olunur. Xərçəng Dumanlığı təxminən 10 işıq ili qədər bir ərazini əhatə edir. Dumanlığın tam mərkəzində Günəş qədər kütləyə malik olan, ancaq kiçik bir qəsəbə böyüklüyündəki neytron ulduzu, yəni “pulsar” (döyünən radio-ulduz) yerləşir. Xərçəng Pulsarı öz ətrafında saniyədə təxminən 30 dəfə dönür.

                    NGC 2440 – Planetar Nebula

Planetar Nebula NGC 2440 kosmosdan alınan bu təəccüblü şəkildə diqqət çəkici papyon formasında görsənir. Dumanlıq təkamülünün ağ cırtdan (ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar) dönəminə daxil olan Günəşə oxşar bir ulduz tərəfindən fırladılıb atılan materiallardan əmələ gəlmişdir.

Şəklin mərkəz yaxınlığında yerləşən ulduzun özü təxminən 200.000 kelvin dərəcəlik səthi istiliyi ilə bilinən ən isti ulduzlardan birisidir. Göyərtə bürcü (Puppis) istiqamətində Yer planetindən təxminən 4000 işıq ili qədər uzaqlıqda yerləşən dumanlıq bir işıq ilindən bir az artıq genişliyə malikdir və enerjisini mərkəzdəki ulduzdan gələn ultrabənövşəyi şüalardan alır.

                         M16 – Qartal Nebulası

Uzaqdan baxılanda bütün bu şey bir qartal kimi görsənir. Halbuki Qartal dumanlığına yaxından bir baxış bu parlaq bölgənin, əslində, tozdan meydana gəlmiş daha böyük və tünd rəngli bir qabığın mərkəzinə açılan bir pəncərə olduğunu göstərir. Bu pəncərədən bütün bir açıq ulduz çoxluğunun meydana gələn işıltılar içində iş sahəsi görünür. Ulduzların əmələ gəlmə müddətində olduğu bu komada yüksək sütunlar, tünd rəngli tozdan əmələ gəlmiş dairəvi kürəciklər və soyuq molekul qazları öz varlıqlarını nümayiş etdirməkdədir. Əlavə olaraq, şəkildə işıqları və küləkləri ilə geriyə qalan ipləri, qaz divarlarını və tozları yandırıb yox edən və geriyə doğru itən bir neçə gənc, parlaq mavi ulduz da görülə bilməkdədir.

M16 olaraq nömrələnmiş Qartal Dumanlığı təxminən 6500 işıq ili uzaqlıqda yerləşib 20 işıq ili boyda ərazini əhatə edir və durbin vasitəsi ilə İlan bürcü istiqamətində görünür. Yuxarıdakı şəkil dumanlıqdan görsənən üç xüsusi rəngin birləşməsindən əmələ gəlmiş və Arizona/ABŞ-da yerləşən Kitt Peak Dağı zirvəsindəki 0,9 metr diametrindəki teleskopla çəkilmişdir.

                     NGC 2023 – Atbaşı Nebulası

Göy üzündə ən asan tanına biləcək dumanlıqlardan biri olan Orion bürcündəki (Ən parlaq ulduzu 2.2 vizual ölçülüdür. Bütün ölkələrdən görünür) Atbaşı Dumanlığı  böyük və tünd rəngli molekul buludunun hissəsidir. “Barnard 33” kimi də tanınan bu qeyri-adi forma ilk dəfə 1800-cü illərin sonlarında bir foto lövhəsinin üzərində kəşf edildi. Qırmızı parıltı dumanlığın arxasında ağırlıqlı olaraq mövcud olan və yaxınlıqdakı parlaq ulduz Siqma Orion (σ Ori) tərəfindən ionlaşdırılmış hidrogen qazından iləri gəlir. 

Sol altda yerləşən parlaq ulduz isə NGC 2023 adındakı bir mavi əks olunma dumanlığı tərəfindən əhatə edilmişdir. Atbaşının alt qisminin sol tərəfə doğru kölgəsi düşsə də, dumanlığın tünd rəngi böyük faizdə güclü tozdan qaynaqlanar. Dumanlığı tərk edən qaz axıntıları güclü maqnit sahələr tərəfindən huni (qıf) şəklində axmağa məcbur edilir. Atbaşı dumanlığının altında yerləşən parlaq nöqtələr hələ yaranmaqda olan gənc ulduzlardır.

                     MyCn18 – Qum Saatı Nebulası

Qum saatı formasındakı bu planetar dumanlığın mərkəzində yerləşən ulduz üçün zaman qum kimi axıb gedir. Günəşə oxşar bir ulduzun nüvə yanacağı qutardıqda ömrünün sonundakı qısa zamanlı və görkəmli bu mərhələ xarici təbəqələrini fırladıb atdığında meydana gələr. Bu mərhələdə ulduzun özü isə soyumağa başlayan və solan ağ cırtdan halına dönər.

Astronomlar 1995-ci ildə Habbl Teleskopundan istifadə edərək yuxarıdakının da aralarında tapılan bəzi planetar dumanlıqların bir sıra şəkillərini çəkdilər. Yuxarıdakı fotoda Qum Saatının bəlli divarlarını çevrələyən və (azot – qırmızı, hidrogen – yaşıl, oksigen – mavi rəngdə) rəngarəng parıltılar saçan zərif halqaları görsənməkdədir.

                          M20 və ya NGC 6514

M20 nebulası kiçik bir teleskopla da asanlıqla görülə bilər və dumanlıq baxımından zəngin bir bürc olan Oxatan (lat. Sagittarius) daxilində çox məşhur dumanlıqdır. Ancaq görünən işıqda çəkilən şəkillər dumanlığı tünd rəngli, örtücü toz lentləri ilə üçə bölünmüş bir formada göstərərkən dərinə nüfuz edən bu qırmızı şəkil parıldayan toz buludu liflərini və yeni doğulmuş ulduzları gözlər önünə sərməkdədir.

Süni olaraq rəngləndirilmiş yuxarıdakı möhtəşəm görüntü Spitzer Teleskopunun hədiyyəsidir. Astronomlar başqa cür bu diqqət çəkici ulduz doğumevinin doğuşa uyğun qaz və toz buludlarının arasında gizli qalacaq yeni doğulmuş və ya embrion mərhələsindəki ulduzlarını saya bilmək üçün Spitzerin ifraqırmızı məlumatlarını istifadə etməkdədir. Şəkildən görsənənlərə əsasən, M20 təxminən 30 işıq ili genişliyindədir və yalnız 5500 işıq ili uzaqlıqda yerləşir.

                          NGC 2359 – Torun Çəkici

Qanat bənzəri əlavələri ilə çəkic formasında görsənən bu dumanlıq geniş şəkildə “Torun Çəkici” olaraq adlandırılır. Bir German-Skandinav tanrısı üçün belə şişirdilmiş ölçülərə malik olan Torun Çəkici təxminən 30 işıq ili genişlikdədir. Əslinə baxılanda, bu çəkic daha çox mərkəzinə yaxın duran parlaq və böyük kütləli ulduzdan gələn sürətli bir tufanın (yeri gəlmişkən, Tor German-Skandinav mifologiyasında tufan tanrısıdır) çevrəsini əhatə edən molekul buludunun içərisindən keçərkən şişirtdiyi ulduzlararası bir qabarcığa bənzəyir. Bir Volf-Rayet ulduzu olaraq bilinən mərkəzdəki bu ulduz, təkamülün süpernova əvvəli qısa müddətli mərhələsində olduğu düşünülən dəhşət isti nəhəng bir ulduzdur.

NGC 2359 olaraq qeydə alınmış bu dumanlıq Böyük Köpək bürcü istiqamətində, təxminən 15.000 işıq ili uzaqlıqda yerləşir. Geniş və dar bant süzgəçlər istifadə edilərək çəkilən yuxarıdakı görüntü dumanlığın lifli quruluşuna aid maraqlı məqamlar və üstəlik, işıldayan qaz içərisindəki oksigen atomları səbəbi ilə ortaya çıxan mavi-yaşıl rəngi gözlər önünə sərməkdədir.

                 IC 2118 – Cadugər Başlı Nebula 

Şəklə baxdıqda gözlərimiz önündə profildən çəkilmiş cadugər şəkli canlanır. Əslinə baxılanda, teleskopla çəkilmiş bu şəkil cadugərin baxışlarını Orion bürcünün parlaq nəhəng ulduzu “Ayaq” (Rigel, β Ori)ın üzərinə sabitləmiş kimi bir görünüş verir. 50 işıq ilindən böyük bir ərazini əhatə edən bu planetar dumanlıq təxminən 1000 işıq ili uzaqlıqda yerləşir.

                        NGC 6990 – Örtük Nebulası 

NGC 6990 göy üzündə Hindi bürcü istiqamətində yerləşir. Sa tipli qalaktikadır. İngilis astronomu Con Herşel tərəfindən 1834-cü ildə 47.5 sm (18.7 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.

                      NGC 7293 – Heliks Nebulası

Toz bu dumanlığın mərkəzindəki gözün qırmızı görünməsinə səbəb olur. NGC 7293 Göy üzündə Dolça bürcü istiqamətində yerləşir. PN tipli qalaktikadır. Alman astronomu Karl Ludwig Harding tərəfindən 1824-cü ildə 10.16 sm (4 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.

Mənbələr:

Evrenin Sanat Harikaları: Nebulalar

Nebula
Bulutsu.org
Spitzer.caltech.edu/
Hubblesite.org

Nebula

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.