Karl Marks kimdir?

Post date:

Author:

Category:

Karl Marks 1818-ci ildə yeni üsulla mayın 5-də Trir şəhərində (Reynboyu Prussiya) anadan olmuşdur. Onun atası vəkil olub 1824-cü ildə protestantlığı qəbul etmiş yəhudi idi. Ailəsi varlı və mədəni bir ailə idi, lakin inqilabçı ailə deyildi. Karl Marks Trirdə gimnaziyanı qurtaran kimi, əvvəlcə Bonnda, sonra isə Berlində universitetə daxil olub hüquq elmlərini, ən çox isə tarix və fəlsəfəni öyrənirdi.1841-ci ildə Epikür fəlsəfəsi haqqında universitet dissertasiyası yazıb oranı bitirmişdir.O zamanlar Marks öz baxışları cəhətdən hələ hegelçi-idealist idi.O, Berlində Hegelin fəlsəfəsindən ateist və inqilabi nəticələr çıxarmağa çalışan sol hegelçilər  dərnəyinə (Bruno Bayer və başqaları) qoşulmuşdu.

 

Gənc Karl Marks

Universiteti qurtardıqdan sonra, Marks professor olmaq ümidi ilə Bonna köçür.Lakin 1832-ci ildə Lüdviq Feyerbaxı kafedradan məhrum edən,1836-cı ildə onu yenə də universitetə buraxmayan,1841-ci ildə gənc professor Bruno Bayeri Bonnda mühazirə oxumaq hüququndan məhrum edən hökumətin mürtəce siyasəti Marksı alimlik yolu ilə getməkdən əl çəkməyə məcbur edir.Bu zaman Almaniyada sol hegelçilik baxışları çox sürətlə inkişaf edirdi.Lüdviq Feyerbax xüsusilə 1836-cı ildən etibarən teologiyanı tənqid etməyə və materializmə tərəf dönməyə başlaayır və 1841-ci ildə Feyerbaxın baxışlarında materializm tamamilə üstün gəlir (“Xristianlığının mahiyyəti”); 1843-cu ildə yenə onun “Gələcəyin fəlsəfəsinin əsas müddəaları” adlı əsəri çıxır. Sonralar Engels Feyerbaxın bu əsərləri haqqında yazmışdır ki,bu kitabların azadedici təsirini hiss etmək lazım idi. “Biz” (yəni sol hegelcilər,o cümlədən Marks) “dərhal feyerbaxçı olduq”. Sol hegelçilərlə yaxınlığı olan Reyn radikal burjuaları bu zaman Kölndə “Reyn Qəzeti” adlı müxalifətçi bir qəzet təsis etdilər (1842-ci il yanvarın 1-dən çıxmağa başlamışdı). Marks və Bruno Bayer bu qazetə baş əməkdaş sifətilə dəvət olunmuşdular;1842-ci ilin oktyabr ayında isə Marks baş redaktor olur və Bondan Kölnə köçür. Qəzetin inqilabçı-demokratik məsləki Marksın redaktorluğu vaxtı gündən-günə daha müəyyən bir şəkil alırdı,odur ki,hökumət əvvləcə bu qəzeti iki və üçqat senzuradan keçirirdi,sonra isə 1843-cü il yanvarın 1-dən tamamilə bağlamaq qərarına gəldi. Marks bu zaman redaktorluqdan əl çəkməli olur,lakin onun getməsi kömək etmir və qəzet 1843-cü ilin mart ayında bağlanır.Engels, Marksın “Reyn Qəzeti” ndə çap olunmuş böyük məqalələrindən əlavə, bir də Mozel vadisindəki şərabçı kəndlilərin vəziyyəti haqqındakı məqaləsini qeyd edir. Marks qəzetdə işləyərkən siyasi iqtisadı kifayət qədər bilmədiyini görür və böyük bir səylə siyasi iqtisadı öyrənməyə başlayır.

1843-cü ildə Marks Kreytsnaxda, uşaq yaşlarından dostluq elədiyi və hələ tələbə ikən nişanlandığı Cenni fon Vestfalenlə evlənmişdir. Onun arvadı Prussiyanın irticaçı zadəgan ailəsindən idi. Cenni fon Vestfalenin böyük qardaşı ən şiddətli irtica dövrlərindən birində,1850–1858-ci Prussiyada daxili işlər naziri olmuşdu.1843-cü ilin payızında Marks Parisə gəlir ki, xaricdə Arnold Ruge(1802–1880; sol hegelçi idi,1843-cü ildən sonra mühacir, 1866–1870-ci illərdən sonra bismarkcı olmuşdur) ilə birlikdə radikal bir jurnal çıxartsın. Bu “Alman-Fransız Salnaməsi”  jurnalının ancaq birinci nömrəsi çıxmışdır. Jurnalı Almaniyada gizli yaymaq çətin olduğuna və Marks ilə Ruge arasında ixtilaf əmələ gəldiyinə görə jurnal daha çıxmadı. Marks bu jurnaldakı məqalələrində artıq bir inqilabçı kimi çıxış edir, “mövcud olan nə varsa, hamısını amansız tənqid etmək”, xüsusən  “silahla tənqid etmək”  fikrini irəli sürür, kütlələrə və proletariata müraciət edir.

 

Karl Marks

1844 – cü ilin sentyabr ayında Fridrix Engels bir neçə günlüyə Parisə gəlir və bu zamandan etibarən Marksın ən yaxın dostu olur. Onlar ikilikdə Parisin inqilabçı qruplarının o zamankı coşğun fəaliyyətində ən qızğın  surətdə iştirak edirdilər (o zamanlar Prudon təliminin xüsusilə böyük əhəmiyyəti  vardı və Marks 1847-ci ildə çıxan “Fəlsəfə yoxsulluğu” adlı əsərində bu təlimi qətiyyətlə darmadağın etdi) və xırda burjua sosializminin müxtəlif təlimlərinə qarşı kəskin mübarizə apararaq, inqilabçı proletar sosializminin  və ya kommunizmin (marksizmin) nəzəriyyə və taktikasını hazırladılar (Marksın bu dövrdəki,1844–1848-ci illərdəki əsərlərinə dair Ədəbiyyata bax). 1845-ci ildə Marks Prussiya hökumətinin tələbi ilə, təhlükəli bir inqilabçı kimi Parisdən sürgün edilir. O, Brüsselə köçür.1847-ci ilin yazında Karl Marks və Fredirix Engels gizli təbliğat cəmiyyəti olan “Kommunistlər ittifaqı” na qoşulur,bu ittifaqın II qurultayında (1847-ci ilin noyabrında, Londonda) ən fəal surətdə iştirak edir və ittifaqın tapşırığı ilə 1848-ci ilin fevral ayında çıxmış olan məhşur “Kommunist  Partiyasının Manifesti” ni tərtib edirdilər. Bu əsərdə yeni bir dünyagörüşü, ictimai həyat sahəsini də əhatə edən ardıcıl materializm, inkişaf haqqında ən müfəssəl, ən dərin bir təlim olan dialektika, sinfi mübarizə nəzəriyyəsi və yeni cəmiyyətin, kommunizm cəmiyyətinin yaradıcısı olan proletariatın bütün dünya tarixində oynadığı inqilabi rol haqqında nəzəriyyə dahiyanə bir aydınlıqla şərh edilmişdir.

1848-ci il fevral inqilabı başlandıqda Marks Belçikadan sürgün edilir. O, yenə Parisə gəlir, oradan da mart inqilabından sonra Almaniyaya, Kölnə köçür. Orada 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək  “Yeni Reyn Qəzeti” çıxırdı və onun baş redaktoru Marks idi. Sonralar bütün dünya ölkələrində baş verən bütün proletar hərakatı və demokratik hərakat bu yeni nəzəriyyənin doğruluğunu təsdiq etdiyi kimi, 1848–1849-cu illərdəki inqilabi hadisələrin gedişi də onu tamamilə təsdiq edir.Qalib gələn əksinqilab Marksı əvvəlcə məhkəməyə verir(1849-cu il fevralın 9-da bəraət qazanır), sonra isə (1849-cu il mayın 16-da) Almaniyadan sürgün edir. Marks əvvəlcə Parisə gedir,1849-cu il iyunun 13-dəki nümayişdən sonra buradan da sürgün edilib Londona köçür və ömrünün axırına qədər orada yaşayır.

Marksla Engelsin bir-birinə yazdıqları məktublardan (1913-cü ildə nəşr edilmişdir) xüsusilə aydın göründüyü kimi, Karl Marks mühacirətdə çox ağır şəraitdə yaşamışdır.Ehtiyac Marksı və onun ailəsini tamamilə boğurdu;Engels böyük bir fədakarlıqla daim ona pul göndərib kömək etməsəydi, Marks nəinki  Kapitalı yazıb başa çatdıra bilməzdi,hətta yoxsulluğu üzündən hökmən həlak olub gedərdi. Bundan başqa, xırda burjua sosializminin və ümumiyyətlə qeyri-proletar sosializminin bir çox təlim və cərəyanları Marksı daim amansız mübarizə aparmağa ,bəzən ən quduzcasına və vəhşilikləedilən şəxsi hücumların qarşısını almağa məcbur edirdi ( “Nerr Vogt”). Marks mühacir dərnəklərindən kənarda duraraq, bir sıra tarixi əsərlərində öz materialist nəzəriyyəsini hazırlayır və əsasən öz qüvvəsini siyasi iqtisadı öyrənməyə həsr edirdi. Marks bu elmi Siyasi iqtisadın tənqidinə dair (1859) və  (I cild,1867) əsərlərində inqilabiləşdirmişdir.

50-ci illərin axırlarında və 60-cı illərdə demokratik hərəkat canlandığı dövr Marksı yenidən əməli fəaliyyətə sövq edir. 1864-cü ildə (sentyabrın 28-də) Londonda məhşur I İnternasional, “Beynəlxalq Fəhlə Birliyi” yaradılır. Marks bu cəmiyyətin ilhamçısı, onun ilk “Müraciət”inin və bir çox qətnamə, bəyanat və manifestlərinin müəllifi idi.Marks müxtəlif ölkələrin fəhlə hərəkatını birləşdirərək, qeyri-proletar sosializminin, marksizmdən əvvəlki sosializmin müxtəlif formalarını (Madzini, Prudon, Bakunin, ingilis liberal tred-yunionizmi,Almaniyada sağ lassalçı təmayülləri və sairəni) birgə fəaliyyət yoluna salmağa çalışaraq, bütün bu təriqət və məktəbciklərin nəzəriyyələrinə qarşı mübarizə apararaq,müxtəlif ölkələrdə fəhlə sinfinin apardığı proletar mübarizəsi üçün vahid bir taktika hazırlayırdı.Marksın olduqca dərin,sərrast,parlaq və təsirli, inqilabi bir qiymət verdiyi Paris Kommunası(“Fransada vətəndaş müharibəsi”  1871) məğlub olduqdan (1871) və bakuninçilər İnternasionalda Haaqdakı konqresindən sonra(1872) Marks İnternasional Baş şurasının Nyu-Yorka köçürülməsinə nail oldu. I İnternasional öz tarixi rolunu başa çatdıraraq öz yerini dünyanın bütün ölkələrində fəhlə hərəkatının ölçülməz dərəcədə daha çox artması dövrünə, bu hərəkatın məhz eninə artması dövrünə, ayrı-ayrı milli dövlətlərdə kütləvi sosialist fəhlə partiyalarının yaranması dövrünə verdi.

İnternasionalda çox gərgin işlədiyinə və nəzəri məsələlərlə daha gərgin məşğul olduğuna görə Marksın səhhəti tamamilə pozulmuşdu. O, çoxlu yeni material toplayıb bir sıra dilləri (məsələn, rus dilini öyrənərək, siyasi iqtisadı yenidən işləyib hazırlamaq və “Kapital”ı başa çatdırmaq işini davam etdirirdi, lakin xəstəlik onun Kapital”ı qurtarmasına imkan vermədi).

1881-ci il dekabrın 2-də Marksın arvadı vəfat etdi.1883 cü il martın 14-də Marks öz kreslosunda sakitcə oturarkən gözlərini əbədi olaraq yumdu. Marks öz arvadı ilə bir yerdə, Londonun Heygeyt qəbiristanında dəfn edilmişdir. Marksın uşaqlarından bir neçəsi hələ kiçik yaşlarında Londonda, ailəsi yoxsul olub çox korluq çəkdiyi zaman ölmüşdür. Üç qızı: Eleonora Evelinq, Laura Lafarq və Cenni Longe–İngiltərə və Fransa sosialistlərinə ərə getmişdir. Cenni Longenin oğlu fransız sosialist partiyasının üzvüdür.

 

Mənbə: Vladimir İliç Lenin – Karl Marks (oçerk)

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.