Koronavirus səbəbilə vəfat edən dahi rejissor – Kim Ki Duk kimdir?

Post date:

Author:

Category:

Kim Ki Duk kimdir? sualı filmsevərlər tərəfindən son günlər ən çox araşdırılan mövzudur. Latviya mətbuatına görə, məşhur rejissor Kim Ki Duk koronavirus səbəbilə 11 Dekabr 2020-ci il tarixində vəfat edib.

Kim Ki Duk kimdir?

Kim Ki Duk 20 Dekabr 1960-cı ildə Cənubi Koreyanın Bonghwa şəhərində, Kyungsangın şimalındakı bir əyalət kəndində anadan olub. Çox nadinc bir oğlan olan Kim, 9 yaşında ailəsi ilə Seula köçüb. Burada kənd təsərrüfatı təhsili verilən bir məktəbə göndərilib. Ancaq maddi vəziyyətinin pis olması səbəbilə məktəbi tərk edib və fabriklərdə fəhlə olaraq işə başlayıb. 20 yaşında donanmaya qoşulub. Kim tez bir zamanda hərbi həyata uyğunlaşır və 5 il çavuş kimi xidmət edir. Bu hərbi təcrübə ona insan münasibətləri və xarakter təhlili haqqında zəngin təcrübə qazandırdı.

1990-cı ildə təyyarə bileti almaq üçün kifayət qədər pul yığdıqdan sonra sənət öyrənmək üçün Fransaya köçdü. Həyatını öz rəsmlərini satmaqla qazanırdı.

1993-cü ildə Koreyaya qayıdan rejissor bir film ssenarisi yazmağa başladı və iki ssenarisi birdən yarışmada mükafat qazandı.

Kim Ki Dukun film karyerası digər rejissorlardan fərqli şəkildə başladı. Heç vaxt kino təhsili almayıb və başqa bir rejissorun köməkçisi olmayıb. Heç kimin görmədiyi perspektiv və bənzərsiz bir hekayə izah etmə texnikasına sahib idi.

Kim kinematoqrafiya təcrübəsinə 1996-cı ildə kiçik büdcəli Timsah filmi ilə başladı. Kino təhsili olmayan Kim, bu filmi ilə Koreya film tənqidçilərindən ağır tənqidlər aldı. 2004-cü ildə Berlin Beynəlxalq Film Festivalında “Samariyalı qız” filmi ilə, Venesiya Film Festivalında isə “Boş Ev” filmi ilə Ən Yaxşı Rejissor mükafatlarını aldı. 2011-ci ildə “Arirang”, Kann Film Festivalının Un Certain Regard bölməsində ən yaxşı film mükafatını aldı.

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.