Kinandromorfizm nədir?

Post date:

Author:

Category:

Drozofil milçəyində və başqa həşəratlarda bədəninin bir tərəfi dişi, digər tərəfi erkəklik əlaməti olan fərdlər müşahidə edilmişdir. Bu cür mozaikliyin – kinandromorfizm- meydana çıxmasının mexanizmini  izah etmək çətin deyildir.

X-xromosomundan birində iki resessiv gen–ağgözlülük (w) və rudiment qanadlılıq (m), o birində bunların dominant allelləri yerləşən dişi ziqota .. ilk bölünərək iki blastomer əmələ  gətirdikdə normal hallarda cüt xromosomlar özlərini hasil edərək  4  xromosom meydana gəlir. Bunlardan ikisi bir blastomerə, ikisi də o biri blastomerə keçir. Lakin bəzən əmələ gələn 4 xromosomdan biri (dominant genlər daşıyan) itir və blastomerdən birinə iki X-xromosomu, o birinə isə bir X xromosomu keçir. İki X xromosomu olan blastomer normal bölünmə  yolu ilə inkişaf edib orqanizmin dişi hissəsini, bir X-xromosom düşən  blastomerdən isə erkək hissəni əmələ gətirmiş olur. Bir X-xromosomu ilə  hər iki resessiv gen keçmiş bədən hissəsində ağgöz və xırda qanad erkək  cinsiyyət əlamətləri meydana çıxır. Lakin heteroziqot halında iki X-xromosomu keçmiş hissədə isə qırmızıgözlü və normal qanadlı dişi əlamətləri inkişaf edir. Bir xromosomda yerləşmiş resessiv genin o biri xromosomda onun  qarşısındakı gen dominant olduqda onu böyük hərflə də yazmaq olar və ya bunun əvəzinə + işarəsi qoymaq kifayətdir. Kinandromorfizmin əmələ gəlməsi mexanizmini başqa mülahizə ilə  də izah edirlər.

Belə mülahizə edirlər ki, bəzən yumurta hüceyrəsi iki  nüvəli olur. Bu nüvələrdən biri X-xromosomu daşıyan spermatozoidlə, o biri isə Y-xromosomu daşıyan nüvə ilə mayalanır. Nəticədə iki nüvəli yumurtadan əmələ gəlmiş ziqota iki blastomerə bölünəndə onlardan birinə XX xromosomları, o birinə isə XY-xromosomları düşür. XX xromosomları  düşən blastomerdən orqanizmin dişi tərəfi, XY xromosomu düşən blastomerdən isə erkək tərəfi inkişaf edir. Beləliklə, kinandromorf  orqanizm meydana gəlir. İstər intersekslərin və istərsə də kinandromorfların öyrənilməsinin cinsiyyətin genetik cəhətdən izahı üçün müəyyən əhəmiyyəti vardır. Nəticədə belə deyə bilərik ki, cinsiyyətin təşəkkülündə, formalaşmasında cinsiyyət xromosomlarının çox hallarda X və bəzən  hallarda isə Y-xromosomlarının böyük rolu vardır.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...