Kollaps nədir? / Ensiklopedik Bilgi

Post date:

Author:

Category:

Ağır xəstəlik və davam edən intoksikasiya, zədələnmə, qanitirmə fonunda meydana çıxan kəskin damar çatmazlığına, ürək fəaliyyətinin zəifləməsinə və arterial qan təzyiqinin düşməsinə kollaps deyilir.

Kəskin infeksion xəstəliklər difteriya, səpkili və qarın yatalaqlan, sətəlcəm, çuma və s. və yayılmış irinli peritonit, plevrit, mediastinit nəticəsində törənmiş sepsis zamanı toksinlərin və bakteriyaların təsirindən; mədəaltı vəzin zədələnmələri və kəskin destruktiv iltihabında vəzin şirəsinin, fermentlərin qana sorulmasından; kəskin qanitirmə və oksigen azlığı olan mühitdə (barokamera) işləyən zaman baş–beyin toxumasının oksigenlə təminatının pozulmasından; ağır xəstəlik zamanı uzun müddət arxası üstə yatan xəstəyə şaquli (ortostatik) vəziyyət verilməsindən və qarın boşluğuna toplanmış assit mayesinin qısa müddətdə buraxılmasından sonra kollaps meydana çıxa bilər.

Kollapsı törədən müxtəlif amillər reseptorlara, vazomotor mərkəzə və damar divarının sinir–əzələ aparatına təsir edib hərəki damar mərkəzində ləngiməyə və damar divarının tonusunun; arterial qan təzyiqinin keskin düşməsinə, bütün üzvlərin, o cümlədən beynin oksigen aclığma sebeb olur.
Kollaps zamanı ürək fəaliyyətinin zəifləməsi ikincilidir.

Klinikası-xəstə ümumən zəif olub, hərəkətsiz uzanır. Dərisi və görünən selikli qişaları avazıyır, soyuq tərlə örtülür. Bütün səthi venalar tam boşalır, ətrafları soyuyur, sədəf yataqları göyərir. Tənəffüsü tezləşib, səthi, nəbzi sürətli, zəif dolğunluqda olur, arterial və venoz təyziqlər aşağı düşür, ürək tonları zəif, ancaq aydın eşidilir. Bədənin hərarəti aşağı düşür (35°), dil quruyur.

Kollaps kliniki təzahürünə və gedişinə görə şoka oxsayır. ancaq onlar bir–birindən xeyli fərqlənirlər. Kollaps qəfildən hər hansı bir ağır xəstəlik əsasında meydana çıxır, özünü arterial və venoz təzyiqin kəskin düşməsi ilə büruzə verir.
Şokun klinik gedişində–xəstənin ümumi vəziyyətində və mərkəzi sinir sistemində fazalarla gədən dəyişikliklər olur. Qan dövranmdakı pozuntularla bədəndə olan patoloji vəziyyətin ağırlıq dərəcəsi arasında müəyyən asılılıq olmur.

Mənbə:

Çərkəz Cəfərov- Ümumi Cərrahlıq

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...