Kommersiya marketinqi nədir?

Post date:

Author:

Category:

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla uyğunlaşmasıdır. Xüsusilə bu çevik və ahəngdar quruluş marketinqin əhatəsini də daim inkişaf etdirməkdədir. Hazırda marketinq adı altında bir çox fərqli mütəxəsislik sahələri və müxtəlif vəzifə təsvirlərləri mövcuddur. Bu məqalədə sizinlə marketinqin önəmli məsələlərindən biri olan kommersiya marketinqi və rəqəmsallaşmanın işığında dəyişməyə başlayan kommersiya marketinqinin strategiyalarından bəhs edəcəyik. 

Kommersiya marketinqi nədir?

Kommersiya marketinqi topdan və pərakəndə satıcı kimi ortaqları ilə və ya distribyutor səviyyəsində tələbi artırmağı məqsədə çevirən geniş bir marketinq intizamıdır. Alqı-satqı və marketinq dinamikası arasında əlaqələndirici mövqedə olan və sonuncu istehlakçıya birbaşa çatmaq yerinə markanın yaratdığı tələbi qarşılayacaq təklif axışını qurmağı hədəfləyən bir sahədir. Bir çox tərəfdən B2B marketinq strategiyası da deyə biləcəyimiz kommersiya marketinqi hazırda hər böyük şirkətdə mühüm rol oynamaqdadır.

Əhatə dairəsi və tərifi sahədən sahəyə, firmadan firmaya fərqlilik göstərməklə birlikdə tələb axışındakı planlama və nəzarət funksiyası kommersiya marketinqinin strukturunu yaradır. Kommersiya marketinqi eyni zamanda prosesin yaxşılaşdırılması, tələb planlanması və təşkilatı idarəetmə kimi bir çox fərqli sahədən faydalanmaqdadır. Əmtəə və ya xidmətimizi sonuncu istehlakçıya çatdıracaq toptan satışçılar, pərakədə satışçılar və ya distribyutorlar hədəf olduğu üçün böyük korporativ qurumlarda xüsusi bir şöbədir.

Kommersiya marketinqinin strategiyaları nələrdir?

Təşkilatlar alternativ alıcılar yaratmaq və müştərilərə doğru nöqtələrdə, məqbul üsullarla daha əlçatan olmaq üçün müxtəlif kommersiya strategiyalarından istifadə edirlər. Sektorların və firmaların öz təriflərini yaratdığı çox dinamik və dəyişkən olan sahədə bəzi ümumi strategiyalara diqqət edə bilərik.

Kommersiya marketinqində strategiya yaradarkən ideal plan üçün metodlar mövcutdur. Bu metodlar strategiyaların məqsədlərə uyğun olaraq qurulmasına kömək edə bilir.

Bu metodlara aşağıdakılar aiddir:

  1. Bazar araşdırması
  2. Brendləşmə
  3. Rəqəmsal marketinq strategiyaları
  4. Ənənəvi marketinq strategiyaları
  • Bazar araşdırması

Strategiya müəyyənləşdirmədən öncə mütləq edilməli olan bazar araşdırması bir çox baxımdan məhsulun və rəqiblərin vəziyyətini öyrənməkdə və hədəflərinizi müəyyənləşdirməkdə yardımçı olur. Xüsusilə geniş istifadə olunan SWOT analizi üstünlüklərinizi və çatışmayan cəhətlərinizi açıq bir formada görməyinizi təmin edir. Həmçinin bazar araşdırması nəticəsində hədəf kütlənizin istehlak vərdişləri, demoqrafik xüsusiyyətləri və satın alarkən etdiyi seçimləri haqqında məlumat əldə etmənizi təmin edə bilər.

  • Brendləşmə

Güclü bir marka düşüncəsinin fayda verməyəcəyi bir sahə demək olar ki, yoxdur. İş ortaqlarınızla əlaqənizdəki mövqeyinizi müəyyən edən ən önəmli nüans markanızın gücüdür. Güclü və güvənli brendlərlə işləmək ortaqlar üçün gözəl bir fürsət olacağı üçün daha rahat və həvəsli bir formada tərəfdaşlıq əlaqələri qurulacaqdır.

  • Rəqəmsal marketinq strategiyaları

Hazırda marketinq və alqı-satqı trendlərini incəliyərkən rəqəmsal marketinqdən bəhs etməmək böyük bir səhv olardı. Demek olar ki, hər trendin rəqəmsal mediada  yayıldığı və sosial medya kimi artıq o qədər də yeni olmayan kanalların istiqamətləndirici təsiri olduğu bir dövrdə xüsusən məzmun marketinqindən istifadə edərək tədarük zəncirinizə dəyər qata və sektorunuzu istiqamətləndirə bilərsiniz.

  • Ənənəvi marketinq strategiyaları

Təchizat zəncirindən danışarkən sektorda sərgilərin hələ də ən önəmli marketinq nöqtələrindən biri olduğu müşahidə edilir. Yeni əlaqələr qurmaq və  öncədən qurulmuş əlqələrimizdə münasibəti inkişaf etdirmək üçün ən münasib şərait sərgilər və xüsusi fəaliyyətlərdir. Bununla yanaşı bir çox ənənəvi marketinq vasitəsi də münasibətlərinizi inkişaf etdirmək və yeni fürsətlər yaratmaq üçün aktuallığını hələ də qorumaqdadır.

Mənbə: https://pazarlamaturkiye.com/ticari-pazarlama-nedir-ticari-pazarlama-stratejileri/

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...