Kosmik tullantılar bizim üçün nə qədər təhlükəlidir?

4 oktyabr 1957-ci ildə “Sputnik 1” ilə başlayan kosmik dövr, özü ilə birlikdə kosmik tullantı probleminin də başlanğıcını qoydu. 2012-ci ilin avqust ayında NASA-nın veb saytında dərc olunan məqaləyə görə, Amerika Kosmik Müşahidə Şəbəkəsi tərəfindən Yerin orbitində 10 sm-dən böyük olan 22,000 obyekt aşkarlanıb. 1-10 sm arası dəyişən tullantıların sayı 500 min, 1 sm- dən kiçik olan obyektlərin sayı isə, milyonlarla ifadə edilir. Yerin orbitini mühasirəyə alan bu tullantıların %40-i Çinə, %27,5-i ABŞ, %25,5-i isə, Rusiyaya aiddir.

Səma cisminin hərəkət yolu olan orbit, LEO, MEO, GEO hissələrindən ibarətdir. (Burada, LEO – Aşağı Dünya Orbiti, MEO – Orta Dünya Orbiti, GEO – Yuxarı Dünya Orbitidir). Araşdırmalara görə, GEO hissəsində əsasən telekommunikasiya peykləri yerləşdiyindən, burada olan tullantılar bizim üçün daha təhlükəlidir. GEO təmizlənmədiyi təqdirdə, peyklər və tullantılar toqquşa bilər və bu daha çox tullantının yaranmasına səbəb olar.

LEO bölgəsindəki tullantılar

                                      

GEO bölgəsindəki tullantılar

Tullantıların orbitdəki peyklərə zərər verməsi ehtimalından əlavə, atmosferə daxil olduğu halda, ekoloji zərər vermə ehtimalı da mövcuddur. 1978-ci ildə meydana gələn, Sovet peyki olan “Cosmos 954″ün atmosferə girişi və Kanadaya düşməsi nəticəsində, şimal-qərb sahillərində 800 km- lik ərazinin bundan təsirləndiyi bilinir.

Kosmik tullantıların sıfırlandırılması və təsnifatı

Kosmik tullantıların azaldılmasına dair görünlən tədbirlər baxımından müzakirə edilməlidir. Belə ki, əvvəlcə tullantıların istehsalının səbəblərini nəzərdən keçirmək və daha sonra tullantıların azaldılması səylərini qiymətləndirmək faydalıdır.

Kosmik tullantıların təsnifatına gəldikdə, fərqli mənbələr tullantıları müxtəlif növlərlə fərqləndirirlər. Əsas xəttləri ilə kosmik tullantılar 4 növə ayrılır:

  • Funksional olmayan cisimlər: Bunlar çox daha orbitdəki missiyasını tamamlamış peyklərdir.
  • Əməliyyat tullantıları: Kosmosda gedən təqdiqatlar zamanı Ngöndərilən obyektlərin əlavə hissələridir.
  • Parçalanma sürətilə meydana gələn tullantılar: Bunlar kosmik cisimlərin toqquşması nəticəsində yaranan partlayışdan meydana gələn tullantıları ifadə edir.
  • Mikrozərrəciklər: Bu qrup isə, kosmik vasitənin xarici səthinin ultrabənövşəyi radiasiya, atomik oksigen, mikro meteroid kimi kosmik amillərdən zədələnməsi ilə səthinin parçalanmasından yaranan tullantılardır.

Kosmik tullantıların yaranma səbəbinin təsnifinə baxıldığı təqdirdə, səbəblər təqribən bu şəkildədir:

  • %60 Raket ve kosik obyektlərin qopan hissələri
  • %18 Kosmik missiya ilə bağlı olan tullantılar
  • %15 Missiyasını tamamlamış peyklər

Nəticə olaraq, kosmik fəaliyyətlər davam etdikcə, tullantıların yaranması qaçınılmazdır. Hələki bu tullantılar kosmosa uçuş edənlər üçün heç bir əhəmiyyətli çətinlik və ya maneə yaratmır. Lakin, gələcəkdə bu tullantılar bizim üçün çox böyük bir problem halına gələ bilər. Bu problemləri yaşamamaq üçün, kosmik tullantıların ölçülərinə görə sinifləndirilməsi və ən əsası, tullantılar üzərindəki mülkiyyət haqqı əlində olan ölkələr araşdırılmalıdır. Fikrimizcə, küçədə insanlar arasında işlənən, “Zibilinizi yerə atmayın” cümləsi, kosmosda ölkələrə şamil olunmalıdır.

Müəllif: Turqut Ağayev

Mənbələr:

Taylor; Michael. Orbital Debris: Technical and Legal Issues and Solutions; Institute of Air and Space Law; Faculty of Law, McGill University, August 2006

Senechal; Thierry. Space Debris: A Convention Proposal

NASA

İstanbul Teknik Üniversitesi, Uçak Uzay Bilimleri

 

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Ervin Şrödingerin pişiyi bundan sonra ölməyəcək / News

3 iyun  2019 tarixində Nature jurnalında dərc edilən bir araşdırmaya görə, Şrödingerin pişiyi bundan sonra ölməyəcək. Kvant bilgiləri analiz edən süni atomlar kvant sıçraması...

Piter Paul Rubens – Rəsmdə Barokko stili

Piter Paul Rubens Piter Paul Rubensin (ing. Pieter Paul Rubens) bioqrafiyası Borokko dövründəki digər müasirlərinə nisbətən daha  tam və düzgündür. Onun rəssamlıqdan əvvəlki peşəsinin hüquqşünas olduğu yalnız...

Yaşam daha mı mürəkkəb hala gəlir?

  Modern dünyada yaşayan çoxqıllı qurdlarla (Polychaeta) Kembri dövrünə aid əcdadı arasındakı maraqlı bənzərlik 500 milyon il içində çox da dəyişməyən bir yaşam tərzinin göstəricisidir. Yer...

Recent

Yerin qısa tarixi və ya geotəkamül

             Günəş sistemi 4.5 milliard il əvvəl toz və qaz toplusundan əmələ gəlmişdir və Günəş dumanlığı adlanır.Duman əsas kütləsi Böyük...

Alogizm nədir? // Fəlsəfə lüğəti

ALOGİZM – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunancada inkar hissəcəyi...

Bipolyar ( 2 qütblü ) Affektiv Pozuntu(BAP)

Bipolyar ( 2 qütblü ) Affektiv Pozuntu(BAP) Bu xəstəlik enerji və aktivlik səviyyəsində dalğalanmalarla gedən , beyində qeyri - adi dəyişikliklərlə xarakterizə olunan ruhi pozulmadır...