Krossinqover nədir?

Post date:

Author:

Category:

Müxtəlif bitki və heyvanların xromosomları üzərində meyoz zamanı aparılan mikroskopik tədqiqatlar göstərmişdir ki, konyuqasiyada olan hər bir cüt  xromosom müxtəlif nöqtələrdə xromosom boyu bir-birilə xromatidlərlə çarpazlaşırlar. Bu çarpazlaşma nəticəsində X-ə bənzər fiqur alınır və  alimlər bunu xiazm adlandırmışlar. Xiazmlar, əsasən meyozun diplotena mərhələsində homoloji xromosomlar bir-biri ilə ayrılmağa başlayanda  aydın görünürlər.İlk dəfə 1909-cu ildə xiazmları dəqiq öyrənən  belçikalı alim F.Yansen belə bir fikir irəli sürmüşdür ki, xiazm sahələrində  homoloji xromosomlar öz sahələri ilə mübadilə edirlər. Sonralar T.Morqan xiazmları krossinqoverin mümkün ola bilən sitoloji mexanizmi kimi qiymətləndirirdi. Lakin uzun müddət aydın deyildi ki, xiazm ilə krossinqover necə bir-biri ilə bağlıdır. Belə bir fikir geniş yayılmışdır ki, xiazmlar krossinqoverin zəminidir, yəni krossinqover üçün zəmin yaradır.

“Klassik” xiazm nəzəriyyəsinin xeyrinə meyozun başlanğıc  mərhələlərində, sonuna nisbətən, xiazmların çox olması deyilirdi. Lakin sonralar müəyyən olmuşdur ki, xiazmın təbiətini belə fərq etmək səhvdir. Belə ki, xiazmlar əslində zəmin yox, krossinqoverin nəticəsidir. Sistoloji  tədqiqatlarla sübut olmuşdur ki, krossinqover hadisəsi xiazmlardan əvvəl  baş verir, belə ki, iki homoloji xromosomlar bölünüb dörd xromatidlər əmələ gətirən zaman bir-birinə o qədər yaxın olurlar ki, xiazmları hələ görmək mümkün olmur. Xiazmların düzgün şərh olunması 1920-1930-cu illərdə ingilis sitogenetiki S.Darlinqtonun işləri ilə əsaslandırılmış və  sonralar bir çox tədqiqatlarla təsdiq edilmişdir. Xiazmların belə şərhi  xiazmotipiya nəzəriyyəsi adlandırılmışdır.

Əvvəlcə müəyyən olunmuşdur ki, meyozun gedişində xiazmların  sayının azalması krossinqoverin baş verməsi ilə yox, sadəcə olaraq  xiazmların tədricən sentromerlərdən xromosomların uclarına doğru  hərəkəti nəticəsində baş verir. 1-ci meyotik bölünmənin anafazasında, xromosomlar tədricən bir-birindən ayrılaraq, xiazmlar xromosomların uc  tərəfinə doğru hərəkət edərək sanki ucdan sürüşüb düşür. Xiazmların terminalizasiyasının kəşfi ilə əlaqədar olaraq “klassik” nəzəriyyənin əsas arqumenti, yəni xiazmların əmələ gəlməsinin guya  krossinqoverin zəmini olması fikri təkzib edilmişdir.Sonralar müəyyən olunmuşdur ki, xiazmların orta sayı, heç bir vaxt  homoloji xromosomlarda, krossinqoverin orta sayından çox olmur, halbuki “klassik” nəzəriyyəyə görə çox olmalıdır. Nəhayət, xiazmotipiya nəzəriyyəsini birbaşa sübut edən sitoloji dəlillər alınmışdır. Bu dəlillər onu  göstərirdi ki, xiazmlar əvvəlki baş vermiş krossinqoverin nəticəsidir. Əgər bu belədirsə, onda cütləşmiş xromatidlərdə, xiazmların hər iki  tərəfində bacı xromatidlər olmalıdır, halbuki, “klassik” nəzəriyyə isbat edir ki, xiazmın bir tərəfi mütləq qeyri-bacı xromatiddən ibarət olmalıdır, çünki  onlar müxtəlif xromosomlardan əmələ gəlir.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

19,091FansLike
2,040FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...