Kulik effekti nədir?

Post date:

Author:

Category:

Kulik effekti – Biologiya və psixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub.

Belə ki yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür etdiyini yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər.

Terminin tarixi

Kulic effekti” adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu belədir:

1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulik həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur:

– Necə olur ki, az sayda xoruz bu qədər toyuğun yumurta verməsini təmin edə bilir?

Fermer:

– Xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirir, ona görə.

Bu cavabı eşidən xanım Kulic zarafatla deyir:

– Siz bunu cənab Kulikə daha ətraflı izah etsəniz, pis olmaz.

Bu atmacanı eşidən prezident fermerdən soruşur:

– Xoruzlar hər dəfə eyni toyuğu mayalandırır?

Fermer:

– Xeyr, hər xoruza çoxlu sayda toyuq düşür.

Prezident:

– Siz bunu xanım Kulicə daha ətraflı izah etsəniz, pis olmaz.

Mənbə:Effect of novel and familiar mating partners on the duration of sexual receptivity in the female hamster”, Behavioral and Neural Biology

Redaktə etdi: Qulizadə Nisə

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....