Ləngiyən zamanı nece başa düşmək olar?

Post date:

Author:

Category:

Hərəkət zamana necə təsir göstərər?

Zamanın artıq nisbi olduğunu deməyə çox gümanki ehtiyac yoxdur. Bunu çox yaxşı başa düşürsən, bəs hörmətli oxucu zaman ləngiməsinin necə baş verdiyini heç düşündünmü?

Bu yazıda zaman ləngiməsini necə başa düşmək lazım olduğunu izah etməyə çalışacam.

Bunun üçün bizə ilk növbədə bir “saat”- zamanı ölçən qurğudan istifadə etmək lazımdır. Bu saat “işıq saatı” olacaq, quruluşu isə çox sadədir bir-birindən 15 sm məsafədə parallel yerləşən iki güzgüdən istifadə edək və təsəvvür edək ki, bu güzgülər arasında bir foton  (işıq kvantı) hərəkət edir. Bu foton iki güzgü arasındakı məsafəni saniyənin milyarda-bir zaman müddətində gedib gələcikdir.

Nə xoş sürprizdir ki, bu saat sizin düz divanın önündəki masanın üzərindədir.

 

Azacık mexaniki saatların işləmə prinsipini yada salaq. Saatın saniyə əqrəbi hər bir hərəkəti bizə artıq 1 saniyəni geridə qoyduğumuzu xatırladır. Verdiyimiz misalda bu fotonun iki güzgü arasındakı məsafəni 1.0000000 dəfə gedib-gəlməsi deməkdir. Divanda yayılaraq oturursunuz və bir anda  soyuducuda şokalad olduğu yadınıza düşür, onu götürmək üçün gedib-qayıtdığınızda və yenidən tənbəl-tənbəl oturduğunuzda artıq 13 saniyə keçmişsə, bu işıq saatında fotonun 13 milyard dəfə güzgülər arasında gedib qayıtdığını göstərir. Birdən-birə televizorda yeni çıxan MERCEDEZ MAYBACH ın  249 km/saat sürətlə gedə bildiyi haqda bir xəbər eşidirsiz və gözünüz masanın üzərindəki işıq saatına ilişir. Ortaya çıxan sual isə çox təəccübləndirir sizi : görəsən bu işıq saatı  elə məhz işıq sürətiylə hərəkət etsə, nə baş verər?

Hadisənin məğzi belədir:  sabit duran işıq saatında foton iki güzgü arasındakı məsafəni getmək üçün düz bir yol izləyir, amma artıq hərəkət halında olarsa və bu hərəkət işıq sürətinə yaxın olarsa burada işlər biraz qarışır.

 

 

 

Belə ki, artıq foton bu iki güzgü arasındakı məsafəni getmək üçün düz bir yol yox, ziqzaqvari bir yol izləmiş olacaq. Normal olaraq getdiyi yolun uzunluğu artacaq və artıq yuxarıda qeyd etdiyimiz kimi bir saniyəni başa vurmaq üçün 1.0000000 (milyard) toqquşmanı etmək məqsədiylə daha uzun bir yol izləməli olacaq və bu da onun sabit duran bir işıq saatından çox geri qalmasına səbəb olacaqdır.Qısaca oxucuya çatdırmaq istədiyim odur ki, əziz oxucu bax o sənin masandakı sabit duran işıq saatı hərəkət edən işıq saatına nisbətən öz 1 saniyəsini daha tez başa vuracaqdır. Son olaraq belə nəticəyə gəlmək olar ki, hərəkət edən sistemdə zaman ləngiyər.

 

Mənbə :

https://www.quora.com/What-is-the-best-and-the-simplest-way-to-understand-the-twin-paradox-theory-of-Einstein

Brain Geene “The Elegant Universe”   – kitab

Redaktə etdi: Ziya Mehdiyev

 

 

 

STAY CONNECTED

18,757FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.