Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Post date:

Author:

Category:

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid “təmiz” deməkdir, yəni yuxuda olarkən yuxuda olduğunuzun fərqinə varırsınız . İnsanların yarısı ən az 1 dəfə ,hər 5 nəfərdən biri ayda 1 dəfə belə hadisə ilə rastlaşır. Bəzi araştırmacılara görə biraz məşq etməklə hərkəsin öz yuxularını idarə edə biləcəyini iddia edirlər.

“Mən heç normal yuxu görə bilmirəm” deyə düşünə bilərsiniz, amma hər kəs yuxu görür və oyandıqdan sonra unuduruq. Hər gecə ən az 2 saat ərzində yuxu görürük. .Yuxuda olarkən müxtəlif dərinliklərdə yuxular görürük. Yatağa uzandıqdan təxminən 90 dəqiqə sonra ilk yuxu tsiklinin sonunda oyanmağa ən yaxın olduğumuz vaxta REM yuxusuna keçirik. Bu vaxt yatan insanların göz qapaqlarına baxsanız, göz qapaqlarının altında gözlərinin hərəkət etdiyini görə bilərsiniz. Qeyd etdiyimiz Rapid Eye Movements sözlərinin baş hərflərindən yaranan “REM yuxusu”nun ən başlıca göstəricilərindən  biri yuxuları ən çox gördüyümüz an oyanmağa ən yaxın olduğumuz andır. 8 saatlıq gecə yuxusunda artan vaxtlarda 4 dəfə REM yuxusuna girə bilirik. Oyandığımız ilk 10 dəqiqə içərisində bütün bunları unuduruq. Bəs maraqlıdır nəyə görə yuxu görürük? Yuxuda gördüklərimiz nə ilə bağlıdır?

Bəzilərinə görə yuxular real həyatda yaşadıqlarımızın bir təkrarı və ya yaşayacaqlarımızın bir premyerasıdır. Bəziləri də tam əksinə xatırlamaq üçün deyil, unutmaq üçün yuxu gördüyümüzü düşünür. Yəni pis təcrübələri ,xətaları , travmaları unutmaq üçün yuxu gördüyümüzü düşünürlər. Bəziləri isə  yuxuları şüur altımızın bizə deməyə çalışdığı nağıllar olaraq qəbul edirlər. Beynimizin həyat boyu topladığı informasiyaların 100%- də 90%-i bağlı məcazi mənada bir  bağlı sandığın içərisindədir. Bu informasiyalar yuxumuzda bir yolununu tapıb yuxular şəklində bizə  bir şeylər danışır. Təbii ki, bu informasiyalar çox qarışıq olduğu üçün oyananda yuxularımızı unuduruq.

  Yuxarıdada qeyd etdiyimiz kimi bəzi insanlar yuxuda olarkən hər şeyi çox aydın və təmiz şəkildə görür.Oyanıqlığa ən yaxın vaxtda REM yuxusunda olarkən bu yuxuları görürük, amma çox adamın bədəni kimi şüuru da bağlı olur. Lakin bəziləri bədənləri yatsa da, şüurlarını ayıq hala gətirməyə və yuxularını idarə etməyə çalışır. Qədim vaxtlardan bəri bilinən, hətta Hindistanda “ Yoga Nidra” və ya Tibet Budizmində “”Yuxu Yoqası” olaraq adlandırılan bu üsul son 100 ildir ki, elm dünyasının da marağını çəkir. Alimlər FMRİ vasitəsi ilə bir adamın yuxu gördüyünü müəyyən edə bildiyi kimi həmin vaxtda şüurunun açıq olub olmadığını da başa düşə bilir. 2012-ci ildə buna aid bir təcrübə edildi. Təcrübəyə qoşulmuş şəxslərdən əvvəlcə əllərini sıxıb yumruq halına gətirmələri istənildi. Əllərin bu hərəkəti FMRİ qurğusunda beynin müxtəlif bölgələrində meydana gələn dəyişikliklər halında müəyyən edilə bilir. Təcrübəyə qoşulan və  yuxularını idarə edə bildiklərini iddia edən şəxslərdən yuxuda eyni hərkəti etməsi istənildi. REM yuxusuna keçən həmin şəxslər yuxu görməyə başladıqda beynlərinin eyni nahiyyəsində eyni dəyişikliklər özünü göstərdi. Real həyatda əllərini sıxmamaqlarına baxmayaraq yuxularında əllərini sıxıb yumruq halına gətirdilər, yəni öz virtual gerçəklərini yaradıb onu idarə etdilər. Burada maraqlı bir sual yaranır. Öz yuxularını idarə edən şəxslər yuxuda başqa nələr edə bilər ? Demək olar ki, istədikləri hərşeyi edə bilərlər. Bəzi insanlar gündəlik həyatda qarşılaşdıqları problemləri yuxuda həll edə bildiklərini qeyd edirlər.

“Yuxumda bütün elementlərin lazım olduğu kimi yerində düzüldüyü bir stol gördüm. Yuxudan oyandığım anda bütün gördüklərimi bir kağıza yazdım”. Bildiyiniz kimi Dmitri Mendeleyev Elementlərin Dövri cədvəlini yuxusunda yaratdığını qeyd etmişdi.  Yuxularından bəstə yazan və ya yeni kəşflər edən şəxslər olub. Qeyd etmək lazımdır ki, yuxularını idarə edən şəxslər real həyatda da olduqca yaradıcı fikirlərə malikdirlər. Almanyada aparılan araşdırmalara əsasən 6-19 yaş arası uşaqların və gənclərin Lüsid yuxu görmə ehtimalları daha çoxdur. Bu ehtimal yaş artdıqca azalır. Lakin deyə bilərik ki , uşaqlarla birlikdə uşaq ruhlu insanlarda da Lüsid yuxuların yayıldığını görə bilərik. Reallıqdan uzaq amma möhtəşəm əsərləri olan Salvador Dali ən böyük ilham mənbəyinin yuxuları olduğunu hər dəfəsində vurğulayır.  

Yuxularımızı idarə etmənin yolları

Real həyatda edə bilməyəcəyimiz və ya görə bilməyəcəyimiz şəxsləri yuxularımızda görməyimiz mümkündür. Aşağıda yuxularımızı idarə etmənin bəzi üsullarını qeyd olunub.

  • Yuxularımızı idarə edə bilmək üçün əksər tədqiqatçıların məsləhət gördüyü birinci yol dəftər tutmaqdır. Yuxarıdada qeyd etdiyimiz D. Mendeleyev kimi yuxudan oyandığımız anda bütün yadımıza gələn hadisələri mümkün olduğu qədər dəqiliklə bir dəftərə yazmaq. Bunu etməyə davam etsəniz bir müddət sonra bəzi mövzuların tez-tez təkrarlandığını fərq edəcəksiniz. Eyni şeylər,eyni sözlər ,eyni məkanlar və s. Bunları təkrarən görmək yuxuda olduğumuzun fərqinə varmağımıza səbəb olur.
  •  2-ci üsul üsul biraz daha qarışıqdır və yuxusuz qalmağınıza səbəb ola bilər. Yatdıqdan 5-6 saat sonra və ya həmişə oyandığınız vaxtdan 1-2 saat əvvəl oyanmağınız lazımdır. Bu formada oyandıqdan sonra 10-15 dəqiqə ərzində yatmamağa çalışın . Bəziləri bu vaxt ərzində mətbəxə gedib su içməyi məsləhət görür. Daha sonra həmişə yatdığınız yatağa deyil, başqa yataqda yatmağınız daha yaxşı yoldur.Uzandıqdan sonra görmək istədiklərinizi gözünüzdə, yəni beyninizdə canlandırmağa və görmək istədiyiniz şeyi öz-özlüyünüzdə deməyə  başlayın. Bu üsulla yuxunuzu idarə edə biləcəksiniz.

https://www.healthline.com/health/healthy-sleep/how-to-lucid-dream

https://www.medicalnewstoday.com/articles/323077

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.