Məkan və zaman anlayışı

Məkan və zaman məsələsi fəlsəfə tarixində müxtəlif mənalarda izah edilmişdir. Bir çox filosoflar məkan və zamanı varlığın obyektiv xüsusiyyəti hesab edirlər, başqaları isə onları bizim dünyanı qavramağımızı xarakterizə edən sırf subyektiv anlayışlar kimi göstərirlər.

Elə filosoflar da olmuşdur ki, məkanın obyektivliyini qəbul etməklə yanaşı zamana sırf subyektiv status verir və yaxud da bunun əksini sübut etməyə çalışırdılar.Məkan və zaman anlayışları təbiəti daha mücərrəd formada izah etdiyi üçün antik dövrdən başlayaraq bu anlayışlar əsasən riyaziyyatın tədqiqat obyekti olmuşdur.

Məkan və zamanın aşağıdakı tərifi daha çox yayılıb:

Məkan- maddi qurumların ölçüsü, qarşılıqlı əlaqəsi, birlikdə yerləşməsi və yaşaması deməkdir.

Zaman-bir-birinin arxasınca gələn dəyişiklərin uzunluq müddəti və tempidir.

XX əsrin əvvəllərində Eynşteynin nisbiyyət nəzəriyyəsinin yaranması ilə alimlər məkan və zaman haqqında ənənəvi anlayışlara yenidən baxmağa başladılar. Ümumi nisbiyyət nəzəriyyəsinin mahiyyətini yığcam şəkildə izah edən Eynşteyn yazırdı ki, mahiyyət belədir:

Əvvəllər hesab edirdilər ki, əgər hər hansı möcüzə nəticəsində bütün maddi cisimlər birdən yox olsaydı məkan və zaman qalardı. Nisbiyyət nəzəriyyəsinə görə isə cisimlər ilə birlikdə həm məkan, həm də zaman yox olardı.

Bu mühakimə F.Engelsin məkan və zaman haqqında dedikləri ilə üst-üstə düşür. O deyirdi ki, məkan və zaman materiyasız bizim beynimizdə mövcud olan boş, mənasız, mücərrəd anlayışdır.

Məkan anlayışı filosoflar tərəfindən müxtəlif şəkildə başa düşülürdü: mütləq (absolyut) ölçü (boy, uzunluq, en); bütün cisimləri özündə yerləşdirən və onlardan asılı olmayan boşluq (Demokrit, Epikur, Nyuton və b.);materiyanın və efirin ölçüsü (Aristotel, İbn Sina, Dekart, Spinoza) və yaxud materiyanın varlıq forması (Holbax, Engels); obyektlərin mövcudluq və qarşılıqlı düzülüş qaydası (Leybnis); duyğulann və təcrübənin verdiyi məlumatlann kompleksi (Berkli, Max) və yaxud hissi müşahidənin aprior forması (Kant).

İndiki dövrdə “kibernetik məkan” deyilən anlayış meydana gəlib. Belə məkan müasir rabitə (kommunikasiya) vasitələri əsasında yaranır və virtual reallığı özündə birləşdirir, elektron, xüsusən kompüter rabitə vasitələri (məsələn, internet) şəbəkəsinin köklü surətdə genişlənməsi sayəsində hamı üçün mümkün sahəyə çevrilir. İnformasion-kompüter texnologiyasının təsiri altında ümumiyyətlə sosial məkanın strukturu dəyişir.

Coğrafi faktorların sosial münasibətlərə təsiri getdikcə azalır. İnformasiya mübadiləsi üçün zəruri olan vaxt da azalır, transaksiyanın həcmi və tezliyi artır. Coğrafi məkanın əhəmiyyəti azaldıqca milli və beynəlxalq eyniliyin (identikliyin) quraşdırılmasında informasion məkanın rolu artır. Peyk rabitə vasitəsinin köməyi ilə mobil telefon, telefaks, internet ilə Yerin istənilən nöqtəsində olan abonentlə əlaqə yaratmaq olar.Ən yeni texnologiya milli sərhədlər tanımayan elə körpülər yaratdı ki, onların vasitəsilə informasiya maneəsiz olaraq fiziki maneələri və dövlət sərhədlərini keçir. Yeni qlobal, vahid kibernetik məkan yaranır.

Zaman anlayışı isə belə başa düşülürdü: materiyanın mövcudluq müddəti və dəyişməsi ölçüsü (Aristotel, İbn Rüşd, Dekart, Holbax) və yaxud materiyanın varlıq forması, onun dəyişmə müddətini və ardıcıllığını ifadə edən anlayış (Engels, Lenin); keçici vaxt kimi mütləq əbədiliyin təzahür forması (Platon, əl-Qəzali, Hegel); bütün Kainat üçün eyni olan mütləq vaxt (Nyüton).

Müxtəlif mədəniyyətlərdə zaman haqqında müxtəlif təsəvvürlər olmuşdur. Bir çox mədəniyyətlərdə zaman dövrüdür, yəni tarix hadisələrin zəncirvari sonsuz olaraq təkrarından ibarətdir. Başqa mədəniyyətlərdə zaman keçmiş ilə gələcək arasında salınmış elə yoldur ki, bütün xalqlar və cəmiyyətlər oradan keçəcəklər.

Elə mədəniyyətlər də var ki, orada insan həyatı stasionar (sabit, dəyişməz) hesab edilir: biz gələcəyə yaxınlaşmırıq, əksinə, gələcək bizə yaxınlaşır. Bəzi cəmiyyətlər keçmiş ilə yaşayır, bəziləri isə tamamilə gələcək tərəfindən mənimsənilə bilər. Klassik elmdə əsas diqqət zamandan asılı olmayan qanunlara yönəldilirdi.

Belə zənn edilirdi ki, sistemin sərbəst seçilmiş ani vəziyyəti dəqiq ölçülən kimi dönən qanunlar sistemin gələcəyini əvvəlcədən demək və keçmişini tamamilə bərpa etmək imkanı verir.

Antik dövrdə Heraklit ilk dəfə olaraq zamanın ziddiyyətli təbiətini göstərmişdir.

Zamanın dialektikası keçmişin indiki dövrdə eyni vaxtda həm mövcud olması və həm də olmaması deməkdir. İndiki hər bir vəziyyət eyni vaxtda keçmişin sonu və indinin başlanğıcıdır, yəni hansısa fasiləsizlik və bununla yanaşı keçmiş ilə indi arasında müəyyən sərhəddir. Lakin bu sərhəd hiss edilməzdir.

Hər bir indi mövcud olan meydana gələn kimi də keçmişdə yox olur və indiki olmur. Gələcək yaxınlaşaraq indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə çevrilməsidir. Keçmiş ölüb keçsə də indidə yaşayır.

Zamanın daxilən ziddiyyətli olması haqqında hələ Bibliyada yazılmışdır:

«Hər şeyin öz vaxtı var və hər şeyin vaxtı da göyün altındadır: doğulma vaxtı, ölmək vaxtı; əkmək vaxtı, əkiləni yığmaq vaxtı; dağıtmaq vaxtı, qurmaq vaxtı; ağlamaq vaxtı, gülmək vaxtı; gileylənmək vaxtı, rəqs etmək vaxtı; daş atmaq vaxtı, daşı yığmaq vaxtı….»

Aristotelə görə gələcək həmişə indiki zamana təsir göstərir. Onun fikrincə zaman dəyişkənliyin ölçüsüdür. Aristotel deyirdi ki, zaman öz-özlüyündə hərəkətin daxilində olan kəmiyyət müəyyənliyidir, çünki insan harada heç bir dəyişikliyi qəbul etmirsə, ona elə gəlir ki, orada heç bir zaman olmayıb. Aristotelin fikrinə görə zaman bir ədəd olaraq hərəkətin hər hansı bir vəziyyəti və yaxud xassəsidir.

Fəaliyyətə aristotelçi kimi başlayan müsəlman peripatetikləri yalnız Allahın zaman xaricində olduğunu təsdiq edir, bütün yaradılanlarlrın isə əvvəli və axın olduğunu göstərirdilər. Məsələn, İbn Rüşd deyirdi ki:
«…Əgər zaman əbədidirsə, onda hərəkət də əbədi olmalıdır, çünki zamanı hərəkətsiz başa düşmək mümkün deyil. Əgər hərəkət əbədidirsə, onda hərəkət edən də əbədidir, hərəkətə gətirən də mütləq əbədi olmalıdır. Lakin belə sübut qüsurludur, belə ki, Böyük Allah zaman daxilində ola bilməz, dünya isə olur; həmin səbəbə görə Yaradanı dünya ilə müqayisə edərkən demək düzgün olmaz ki Yaradan ya dünya ilə eyni vaxtda olub, ya da zaman etibarilə dünyadan əvvəl səbəb kimi mövcud olmuşdur. Çünki əbədi olan zamandan kənarda, dünya isə zaman daxilində mövcuddur»

Bəşəriyyət tarixində elə dövr olmuşdur ki, dünyanın müxtəlif  regionlarında eyni vaxtda böyük mədəniyyətlər yaranmışdır. Belə dövrü K.Yaspers «ox zamanı» («məhvər zamanı»)  adlandırır.

Həmin dövr e.ə. 800-200-cü illəri əhatə edir. Çində,  Hindistanda, Babilistanda, Misirdə və Yunanıstanda eyni  vaxtda böyük mədəniyyətlər meydana gəlib. Bir çox filosoflar ümumiyyətlə indiki zamanın olmadığını  israrla sübut etməyə çalışırlar.

Məsələn, J.P.Sartr göstərirdi ki, zamanın üç əsas «ünsürü»nü- keçmiş, indi və gələcəyi əldə edilən məlumatların sadə yığımı kimi nəzərdən keçirmək olmaz. “Əks halda lap əvvəldən biz paradoksla qarşılaşırıq: keçmiş  artıq yoxdur, gələcək hələ yoxdur, indiki zaman isə hamıya  məlumdur ki, tamamilə yoxdur, o ölçüsü olmayan nöqtə kimi  sonsuz bölünmənin sərhədir.”

«Zamanın yeganə mümkün  tədqiqat metodu özünü ikinci dərəcəli strukturları üzərində  üstünlük təşkil edən və onlara məna verən bütövlük kimi  nəzərdən keçirilməsinə başlamaqdır». Sartr belə nəticəyə  gəlir:

“…gələcəyin baş verməsi üçün keçmişin qayıtması  lazımdır.”

Zaman haqqında elmdə daha çox istifadə olunan fikirlərdən dördünü göstərmək olar. Bunlar Nyütonun, termodinamikanın, darvinizmin və məntiqin irəli sürdüyü fikirlərdir:

a) Dünyanın Nyüton və onun davamçılan tərəfindən qurulan modelində zaman əlavə bir şey kimi göstərilir. Zamanın keçmişdə, indi və gələcəkdə hər hansı momenti (anı) onun hər hansı başqa momentindən fərqləndirilmir. Nyütonun sistemi əsasında heç bir dəyişiklik etmədən planetlər Günəş ətrafında istənilən tərəfə- zaman daxilində həm irəliyə, həm də geriyə hərəkət edə bilirlər. Elə buna görə də elmi dairələrdə Nyüton sistemindəki zaman anlayışı «dönən zaman» adı altında möhkəmlənmişdir;

b) XIX əsrdə fiziklərin diqqət mərkəzi dinamikadan termodinamikaya yönəldi. Termodinamikanın ikinci başlanğıcına görə kainatda enerji ehtiyatı tükənir və dünya dönmədən özünün «istilik ölümünə» yaxınlaşır.

Ona görə də zamanın heç bir anı özündən əvvəl gələnin eyni ola bilməz. Kainatda baş verən hadisələri geri döndərmək olmaz. Belə proqnoz adi insan baxımından çox bədbindir;

c) İngilis alimi Ç.Darvin XIX əsrin ortalannda deyirdi ki, təbiətdə baş verən təkamül heç də çeşidli formalann təşkil olunma səviyyəsinin aşağı düşməsinə və zəifləməsinə gətirib çıxarmır. Əksinə, təkamül əks istiqamətdə inkişaf edir: sadədən mürəkkəbə, həyatın aşağı formalanndan yuxarıya, qeyri- differensial strukturlardan differensial strukturlara doğru. İnsanlıq baxımından belə proqnoz çox nikbindir. Köhnə kainat getdikcə daha da təkmilləşir və zaman keçdikcə onun təşkil olunma səviyyəsi yüksəlir. Buradan belə nəticə çıxarılır: geri dönmək xüsusiyyəti qapalı sistemlərə aiddir (söhbət kifayət qədər böyük zaman kəsiyindən gedirsə), dönməzlik isə Kainatın yerdə qalan hissəsinə aiddir;

d) Riyaziyyat təbiət elmlərini zaman problemini həll etmək aləti ilə silahlandırdığı kimi, eynilə məntiq də fəlsəfənin köməyinə gəldi. Məşhur məntiq alimi G.H.fon Vriqt yazır:

«Tarixin ən geniş mənada öyrənilməsinin – geoloji dövrlərin, heyvan növlərinin, insan dillərinin və yaxud fərdlərin və insan qruplarının hiss və həyacanlannın təkamülünün öyrənilməsinin hamısı faktlann (hadisələrin) zaman daxilində öyrənilməsi deməkdir; bu zamanın özünün öyrənilməsi deyil. Tarix bizim keçmiş haqqında biliyimizi zənginləşdirir dedikdə keçmişdə baş verənlər haqqında bizim biliklərimiz nəzərdə tutulur. Lakin fizika, fiziologiya və psixologiya elə elmlərdir ki, burada vaxt daxilində nə baş verməsindən fərqli olaraq vaxtın özü tədqiqat obyekti olur”

Lakin yuxanda göstərilən elmlərdə zamanın öyrənilməsi empirik və eksperimental xarakter daşıyır, bu isə qaçılmaz şəkildə zamanın fəlsəfi təbiətini öyrənmək məsələsini irəli sürür. Bu cəhətdən Eynşteynin nisbiyyət nəzəriyyəsinin əhəmiyyəti xüsusi qeyd edilir.

Bu nəzəriyyədə məkan daxilində müxtəlif vəziyyətlərdə olan hadisələrin eyni vaxta təsadüf etməsinə xüsusi əhəmiyyət verilir. Bununla yanaşı göstərmək lazımdır ki, nisbiyyət nəzəriyyəsi zamana həndəsi xarakter verərək onun biristiqamətli və dönməz olmasını nəzərə almır.

Zamanın klassik nəzəriyyəsinə görə işləyən saat koordinat vaxtını hesablayır, relyativist (nisbi) nəzəriyyəyə görə isə saat intervalı (arada olan fasiləni) ölçür.

Zaman haqqında bu iki nəzəriyyə arasındakı fərq yalnız fiziki cəhətdən özünü göstərir. İşləyən saatın hansı – koordinat və yaxud interval vaxtını göstərməsini əvvəlcədən müəyyən etmək olmaz. Qnoseoloji (idrak) cəhətdən hər iki ehtimal mümkündür. Onların hansının reallığa uyğun olmasını yalnız təcrübə göstərə bilər.

Eynşteynin məşhur saat nəzəriyyəsi (saatın gecikməsi) canlıdırrmaq üçün çox vaxt əkizlər haqqında olan misala müraciət edirlər. İki yenicə doğulmuş oğlandan biri işığın sürətindən bir qədər az sürətlə kosmik səyahətə çıxır və kiçik uşaq yaşında geri qayıdır; ikinci uşaq isə həmin vaxtda qoca kişi olur. Bu nəticəni çoxlan mənasız bir şey hesab etsə də, bu nisbiyyət nəzəriyyəsi ilə tamamilə uzlaşır.

Mənbə:

Yusif Rəhimov – “Fəlsəfənin əsasları” (mühazirə kursu)

Müəllif: Nisə Qulizadə

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

İzmir rəsm muzeyi – Tahir Daştan sərgisi

Marmara Universitetinin İncəsənət fakültəsini bitirmişəm. Bodrumda yaşayıram. İnsana yönümlü rəsmlər yaradıram. Rəng və formalara hər şəkildə hissi quruluş yaradıram. Yaşadığımız şəhər və məkanlar bu hissləri...

İnsest. Yaxın qohum evliliyi və onun fəsadları.

İnsest (lat. incestus – “günah, cinayət”) yaxın qohumlar arası (valideyn və övlad, qardaş və bacı) cinsi əlaqəyə deyilir. Hal-hazırda bir çox ölkələrdə yaxın qohumlar...

Bunları bilirsinizmi? Italyanca incəsənətə dair 9 termin

CHİAROSCURO Chiaroscuro, Italyanca ifadə olub, sənətdə işiq- kölgə kontrastı üçün istifadə olunan bir termindir. Renessans dövrü rəssamlarının əsərlərində daha kəskin və real təsir yaratmaq üçün...

Recent

FƏLSƏFƏ NƏDİR? #2

Fəlsəfə nədir? Adamların çoxunun hobbisi olur. Bəziləri qədimi sikkə, bəziləri marka yığır, kimi tikiş tikir, kimi də asudə vaxtının çoxunu hansısa idmana ayırır. Çox adam...

Avropasentrizm nədir? // Fəlsəfə lüğəti

AVROPASENTRİZM (ing. Europecentrism; ru. Европасент-ризм) – avropasayağılıq. Sözün kökündən də göründüyü kimi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni məkan olaraq önə çəkilir. Tarixi etibarı ilə daha müasir olan...

“Sən kimsən?” #1

                   SƏN KİMSƏN? Bunu telefonuna, poçt adresinə, sosial media hesabına və ya evinin qapısına gələn bir...